326. Azərbaycan dili morfoloci quruluşuna görə hansı dil tipinə daxildir?
A) iltisaqi
B) flektiv
C) kök dillər
D) həm iltisaqi, həm flektiv
E) həm flektiv, həm kök dillər
327. Ön şəkilçi qəbul etmiş söz köklərindən biri xalis türk mənşəlidir:
A) nakişi
B) naxoş
C) namərd
D) nainsaf
E) naxələf
328. Sadalanan türk dillərindən biri oğuz qrupuna daxil deyil:
A) özbək dili
B) Azərbaycan dili
C) türk dili
D) türkmən dili
E) qaqauz dili
329. Bu dil tipində sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mənaya malikdir, şəkilçi söz kökündən sonra gəlir:
A) iltisaqi
B) flektiv
C) kök dillər
D) həm iltisaqi, həm flektiv
E) həm kök, həm də flektiv dillər
330. Sözlərdən biri alınmadır:
A) sabah
B) çörək
C) ilıq
D) dözüm
E) doqquz
331. Oğuz dilindən (budağından) meydana gələn dillər cərgəsini göstərin.
A) türkmən dili, qaqauz dili, Azərbaycan dili, türk dili
B) Azərbaycan dili, türk dili, özbək dili, qazax dili
C) tatar dili, qumuq dili, Azərbaycan dili, uyğur dili
D) salar dili, Azərbaycan dili, başqırd dili, tatar dili
E) özbək dili, Azərbaycan dili, başqırd dili, türkmən dili
332. Sadalanan türk dillərindən biri Azərbaycan dilinin də daxil olduğu oğuz qrupuna aiddir:
A) türkmən
B) tatar
C) qazax
D) qırğız
E) özbək
Dostları ilə paylaş: |