1 Auditoriyanı müəyyənləşdirərkən nəzərə alınan amıllər «Auditoriya»



Yüklə 136,82 Kb.
səhifə3/4
tarix15.12.2023
ölçüsü136,82 Kb.
#140954
1   2   3   4
2-PR-IMTAHAN-CAVABLARI-SON

KEYSLER

  • Dərs zamanı araşdırılmış “Texaco” şirkətinin böhranın idarə edilməsi prosesini izah edin və öz fikrinizi bildirin .

  • Dərs zamanı araşdırılmış “Odwalla” şirkətinin böhranın idarə edilməsi prosesini izah edin və öz fikrinizi bildirin .

  • Dərs zamanı araşdırılmış “Cadburry” şirkətinin böhranın idarə edilməsi prosesini izah edin və öz fikrinizi bildirin .

  • Dərs zamanı araşdırılmış “Pepsi” şirkətinin böhranın idarə edilməsi prosesini izah edin və öz fikrinizi bildirin .

  • Dərs zamanı araşdırılmış “Tylenol” şirkətinin böhranın idarə edilməsi prosesini izah edin və öz fikrinizi bildirin .

«Tilenol» böhranı» zamanı, təbii ki, «Conson ənd Conson» firmasının hazır ssenarisi yox idi. Buna baxmayaraq, şirkətin PR xidməti çox tez bir zamanda böhrandan çıxmaq üçün dəqiq proqram işləyib hazırladı:


1. Problemi hərtərəfli öyrənmək və vəziyyəti nəzarət altına
almaq üçün lazımi tədbirlər görmək: hadisə haqqında bütün
mümkün mənbələrdən - FTB-dan, KİV-dən, polisdən tam
informasiya toplamaq; hadisə ilə bağlı çaxnaşmanın yayıldığı
coğrafi ərazini dəqiqləşdirmək, şaiyələri düzgün informasiya
ilə əvəz etmək; artıq satış məntəqələrinə paylanmış məhsulu
yenidən yoxlamadan keçirmək üçün bütün mağazalardan,
apteklərdən və s. yığışdırmaq.


2. Cinayətkarın axtarışında marağı olan bütün xidmətlərlə,
hakimiyyət dairələri ilə əlaqə yaratmaq, bu işdə onlarla
hərtərəfli əməkdaşlıq etmək. Bütün vasitələrlə FTB-na
yardım göstərmək.


(Cinayətkarın yeri haqqında informasiya üçün firma 100 min
dollar məbləğində mükafat elan etdi.)
3. «Tilenol»un istehsalını davam etdirmək.


Beləliklə, «Conson ənd Conson» axtarışın obyektindən onun subyektinə çevrildi. Firma rəhbərləri «No comment» deyə, hadisəni araşdıran jurnalistlərdən qaçmadılar, əksinə, PR mütəxəssislərinin tövsiyyələrinə dəqiq əməl edərək, onlarla geniş əməkdaşlığa başladılar. Nəticədə çox az bir zamanda firmanın nüfuzu bərpa olundu, «Crisis Communications» (ünsiyyətdə böhran) deyilən vəziyyət aradan qaldırıldı.


«Tilenol» əhvalatı sübut etdi ki, hətta ən çətin anlarda belə mətbuat vasitəsilə cəmiyyəti məlumatlandırmaq, suallardan və məsuliyyətdən qaçmamaq təşkilatı böhrandan çıxara bilər. Əksinə, qapıları jurnalistlərin üzünə bağlamaq, özünü cəmiyyətdən təcrid etmək və stressə düşməklə vəziyyəti daha da gərginləşdirmək olar. Bu həqiqət böhran vəziyyətləri üçün istənilən ssenarinin leytmotivi olmalıdır.


1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin