5-ci sətir “Ehtiyatların (qalıqların) dəyişməsi”. Ehtiyatların səviyyəsi müəyyən vaxt anına ölçülür. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlinə olan ehtiyatlardan hesabat dövrünün sonuna olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonuna ehtiyatlar artdıqda rəqəm « - » işarəsi, azaldıqda isə rəqəm « + » işarəsi ilə yazılır. Qaz anbarlarında olan qazı qazın geoloji ehtiyatlarından fərqləndirmək lazımdır. Qaz anbarlarında olan qaz artıq istehsal olunmuş, lakin hələlik istifadə olunmayan qazdır, geoloji ehtiyatlar dedikdə isə, yerin təkində miqdarı bəlli olan, lakin hasil olunmayan qaz nəzərdə tutulur.