Yanacaqların qeyri-enerji məqsədləri üçün istifadəsi
Yanacağın müəyyən hissəsi qeyri-enerji məqsədləri üçün istifadə oluna bilər (qeyri-yanacaq məhsullarının istehsalı üçün xammal kimi). Xammal kimi istifadə olunan karbohidrogen tərkibli yanacaqların istifadə sahəsi demək olar ki, tamamilə neft emalı və neft-kimya sənayesi ilə məhdudlaşır.
Fiziki xassəsinə görə: “sürüşmə” xüsusiyyətinə görə mühərriklərdə yağlar və sürtkü yağları, köhnəlməyə davamlılıq və sukeçirməmə xüsusiyyətlərinə görə isə damlarda və yollarda bitum istifadə olunur.
Həll etmə (olma) (əritmə-ərimə) xüsusiyyətlərinin istifadəsi: Uayt-spirit və digər sənaye həllediciləri boyaların istehsalında durulaşdırıcı kimi və sənayedə yuma-təmizləmə işlərində istifadə olunur.
Qeyri-enerji məqsədləri üçün yanacaqların ən vacib istehlakçısı neft-kimya sənayesidir. Neft-kimya sənayesində yerin təkindən hasil edilmiş yanacaq (neft, təbii qaz və s.) və bioloji mənşəli karbon emal edilərək sintetik üzvi məhsullar alınır.
Neft emalı zavodlarının neft məhsullarının və ya qaz kondensatlarının buxar halında (fazasında) olan krekinqi neft-kimya sənayesinin əsas çevrilmə prosesidir. Xammal kimi liqroin, qazoyl (neft qazı) və mayeləşdirilmiş neft qazı, imkan daxilində, təbii qazın emalından alınan etan, propan və butan da istifadə olunur.
Buxar fazasında olan krekinq yanacaq kimi istifadə olunan və (və ya) neft emalı zavodlarına qaytarılan müxtəlif aralıq kimyəvi maddələrin (etilen, propilen, butadien, benzol, toluol və ksilol) və kənar məhsulların (hidrogen, metan və piroliz neft qazı) əmələ gəlməsinə gətirib çıxarır. Neft emalı zavodlarına qaytarılan məhsullar və maddələr “qaytarılmış” kimi göstərilir.
Dostları ilə paylaş: |