Diterixs şinası-dartma-bəndedici tipli şinadır; Karmer şinası.
149. Sümük qırıntılarının repozisiyasını aparmaq üçün əks – göstəriş nədir ?-
Əks
göstəriş: epileptik vəziyyət; güclü ağrı zamanı; açıq yaralar; qəlpəli yaralar.
150. Açıq sınıq zamanı sümük qırıntılarının repozisiyasını harada aparmaq
lazımdır ?-
Əməliyyat otağında.
151. Bud sınığı zamanı hansı oynaqları immobilizasiya etmək lazımdır ?-
Diz
oynağı, bud-çanaq oynağı, aşıq daban oynağı.
152. Sınıq zamanı ilkin yardım məqsədi ilə nə edilmir ?-
❗ ❗
Edilir:travma
törədən amilin təsiri aradan qaldırılır; xarici qanaxma olarsa aradan qaldırılır; açıq
sınıqlarda yaraya aseptik sarğı qoyulur; ağrısızlaşdırma məqsədilə xəstəyə
ağrıkəsicilər vurulur (morfin,omnopon,pantopon,promedol,talamanol,analgin və
s.); qabırğa sınıqlarında sınıq xəttinə,ətrafların sınıqlarında isə sınıqdan yuxarı
sümüyə qədər futlyar blokada aparılır; zədələnmə nahiyyəsinə immobilizasiya
(hərəkətsizləşdirmə) aparılır; lazımi hallarda ürək-damar preparatları vurulur
(kordiamin,kofein) və s. Xəstə xəstəxanaya göndərilir.
153. Sınıq xətti istiqamətinə görə hansı sınıqlar olmur
?❗ ❗
Olur:köndələn,çəp,vintvari (yaxud spiralvari),çox qırıntılı pərçimlənmiş və
kompression sınıqlar.
154. “Yaşıl budaq” sınığı nədir ?-
Uşaq yıxilarkən əlini yerə dayadıqda sümüklər
elastiki olduğu üçün əyilir və bu zaman bazu sumüyü eninə olmaqla hissəvi sınır-
bu da “yaşıl budaq” sınması adlanır.Bu sınıqlar yazda ağacın yaşıl budağını
əyərkən onun hissəvi sınmasını xatırladır.
155. Sümük döyənəyinin əmələ gəlməsində əsas rolu nə oynayır ?-
Əzələ bağ
aparatı,yumşaq toxuma, sümükustlüyü(bunlar çox olan nahiyyədə sümük
döyənəy daha tez əmələ gəlir).
156. Açıq sınıqlar zamanı irinli ağırlaşmaların profilaktikası üçün əsas nə
etmək lazımdır ?-
Yaraya aseptik sarğı qoyulmalıdır.
157. Dairəvi gips sarğısı qoyduqdan sonra sınıq nahiyəsində ağrı və ödem
əmələ gələrsə nə etmək lazımdır ?-
sarğını açıb yenisi ilə əvəz etmək (düzgün
şəkildə qoymaq)
158. Nəqliyyat immobilizasiyası xəstəyə nə üçün edilir ?-
Xəstənin nəqli zamanı
təhlükəli halların(ağırlaşmaların baş verməməsi üçün).
Qeyd:
Yarana bilən
ağırlaşmalara aiddir:ağrı şoku,oprofuz qanaxma,piy emboliyası).
159. İnterpozisiya nədir ?-
sümük fraqmentləri (ucları) arasında yumşaq toxumanın
qalıb boğulması.
160. Sınıq zamanı həddən artıq uzunmüddətli immobilizasiya nəyə səbəb ola
bilər ?-
ağrı və ödem
161. Gips sarğısının qoyulma qaydalarına nə aid deyil ?-❗ ❗ -
Aiddir:oynaqların
fizioloji vəziyyətinə diqqət etmək (diz oynağı 130° bucaq altında, dirsək və aşıq-
daban oynağı isə 90° bucaq altında olmalıdır); fəqərə sınığı zamanı gips korseti,
bud sümüyü sınığı zamanı gips koksid sarğısı qoyulur; qanın hərəkətini öyrənmək
üçün barmaqlar açıq saxlanılır; rentgenoqramm aparılmalıdır, sarğı boş
qoyulmalıdır, hamar və qırışıqsız olmalıdır.
162. Gips sarğısının hansı müsbət cəhətləri vardır ?-
sınıqlar tez müalicə olunur;
ilk saatda əzələlərin təzəcə reflektor əmələ gəlmiş kontrakturası aradan qaldırılır;
sınıq fraqmentləri asanlıqla yerinə qoyulur.
163. Sınmış sümük uclarının repozisiyası nə deməkdir?-
Sınmış sümük uclarının
düzləndirilməsidir.Bura aiddir:dartıb yerinə salma, gips sarğısı, fiksasiya.
164. Sınıqla birbaşa əlaqədər olan ağırlaşmanın ən təhlükəlisi hansıdır?-
piy
emboliyası, profuz qanaxma nəticəsində travmatik şok.
165. Hansı amil yalançı oynağın əmələ gəlməsinə şərait yaratmır?-❗ ❗
-
Yaradır:düzgün aparılmayan repozisiya, interpozisiya, xəstədə yanaşı xəstəliklər,
açıq sınıqlarda infeksoyalaşmadan sonra baş verən psevdoartrozlar yəni yalançı
artrozlar.
Dostları ilə paylaş: |