1. BANK SUALLARI
2020
Fənn: “CƏRRAHİ XƏSTƏLİKLƏR VƏ OTORİNOLARİNQOLOGİYANIN
ƏSASLARI”
İxtisas: ”MÜALICƏ IŞI” VƏ “TIBB BACISI IŞI”
Kurs, semestr: III kurs, V semestr
1.Termiki zədələnmələr. Donma və yanıqlar.
1.
Toxumalarda gedən dəyişikliklərdən hansı I dərəcəli yanıq üçün xarakterdir
?-
Dəridə ödem, qızartı, ağrı olur.Çapıq olmur.
2.
Hansı dəyişikliklər II dərəcəli yanıq üçün xarakterdir ?-
Epidermisin nekrozu
nəticəsində suluqlar(qovuqlar) yaranır, ödem ,hiperemiya olur,çapıq əmələ
gələrək sağalır.
3.
“Doqquzluqlar qaydasına” görə yuxarı ətrafın yanıq sahəsi nəyə bərabərdir
?-
Yuxarı ətrafların hər biri ayrılıqda 9%
4.
Hansı dəyişikliklər IV dərəcəli yanıq üçün xarakterdir ?-
Dəri, hətta altda
yerləşən yumşaq toxumalar və sümüklər yanıb kömürləşir.
5.
Yanıq xəstəliyinin hansı mərhələsi olmur ?-❗ ❗ -
Mərhələləri:1)yanıq şoku
2)kəskin yanıq toksemiyası 3)septikotoksemiya 4)rekonvalesensiya(sağalma)
dövrləri.
6.
Yanıq xəstəliyinin II fazası nə ilə əlaqədardır ?-
Orqanizmin
toksiki
maddələrin parçalanma məhsulları ilə intoksikasiyası nəticəsində baş verir.
7.
Kimyəvi yanıqlar zamanı ilk yardım tədbirlərinə nə aid deyil ?-❗ ❗ -
Aid
olanlar: yanıq səthi 10-60 dəq. ərzində su şırnağı altında yuyulur. Turşu
yanıqlarında yara səthi sabunlu su, 3%-li çay sodası ilə yuyulur və sarğı qoyulur.
Qələvi yanıqlarında yanıq səthi 2-5%-li limon turşusu yaxud sirkə turşusu
məhlulu ilə yuyulur. Fosfor yanıqlarında yara səthi güclü su şırnaqla yuyulur və
5%-li mis kuporosu məhlulu ilə işlənir. Xəstəyə ağrıkəsicilər, ürək-damar
preparatları, desensebilizəedici preparatlar verilir.
8.
Donma zamanı toxumaların nekrozu və degenerativ dəyişikliklərinin səbəbi
nədir ?-
Soyuğun toxumalara uzunmüddətli təsiri
9.
I dərəcəli donma üçün nə xarakter deyil ?-❗ ❗ -
Xarakterik
olanlar: dəri
hiperemiyalı, ödemli,sianotik olur, dəridə yandırıcı ağrılar, paresteziyalar və
qaşınma baş verir. Ağrı hissiyyatı saxlanılır, batırılmış iynənin yerindən al qan
çıxır. Epitel qabıqlanır.
10.
Donmaların yerli infeksion ağırlaşmalarına nə aid deyil ?-❗ ❗ -
Aid olanlar:
yaş qanqrena, fleqmona, osteomielit
11.
Elektrikvurmanın I dərəcəsi zamanı hansı əlamətlər müşahidə olunur ?-
Huş
itmədən əzələlərdə qıcolma olur
12.Elektrik cərəyanına hansı toxuma daha həssasdır ?-
Su çox
olan toxuma
13.Elektrikvurmanın II dərəcəsi zamanı hansı əlamətlər müşahidə olunur ?-
Huş itir, əzələlərdə qıcolma olur
14.Elektrikvurmanın III dərəcəsi zamanı hansı əlamətlər müşahidə olunur ?-
Huş
itir, tənəffüs və ürək fəaliyyəti pozulur
15.
İnsan həyatı üçün gücü nə qədər olan cərəyan təhlükəli sayılır ?
-0,1 A-dan
çox olan (0,5A güclü cərəyan öldürücüdür)
16. zamanı ölümün səbəbi nədir ?-
Ürəyin ilkin iflici, tənəffüs mərkəzinin ilkin
iflici, baş beyin iflici
17.Yanıq şoku zamanı huşun itməsi nəyi istisna etməyi tələb edir?-
Dəm qazı ilə
zəhərlənməni, istivurmanı, kəllə-beyin travmalarını
18.Hansı kimyəvi birləşmələrlə yanıqlar zamanı yaranı su ilə yumaq qadağandır?-
Sönməmiş əhəng və alüminium yanığı.
19.Ümumi halsızlıq və əzələ zəifliyi ümumi donmanın hansı mərhələsində üstünlük
təşkil edir?-
Adinamik mərhələdə
20.Yanıq xəstəliyinin kəskin yanıq toksemiyası dövrünün ən xarakterik əlaməti
nədir?-
Qızdırma