66. Qapaqlı pnevmotoraksın əlaməti hansıdır ?-
Dərialtı emfizema, yüksək
timpanik (qutu) səsi, tənəffüs küylərinin zəifləməsi, vidaci venaların şişməsi
və hamarlaşması, krepitasiya, sifətin şişkinləşməsi, üst göz qapaqlarının
ödemi baş verir və xəstənin gözləri örtülü olur, xəstələr sudan çıxmış balığı
xatırladır, boğulma nəticəsində nəfəsalma ləngiyir, xəstə qorxu içində nəfəs
alır, rəngi solğun, göyümtül rənfə çalır.
67. Açıq pnevmotoraks zamanı ilkin yardım məqsədi ilə xəstəyə nə etmək
lazımdır ?-
Yaraya havaburaxmayan kip sarğı qoyulur, ilk öncə yaranın kənarları
antiseptiklərlə silinir və sonra steril müşəmbə qoyulur, daha sonra isə tənzif-
pambıq qatı qoymaqla sarğı aparılır.
68. Qabırğaların sınığının əsas əlaməti hansıdır ?-
Tənəffüs zamanı və ya
öskürdükdə güclənən lokal ağrı, palpasiyada lokal ağrı, səthi tənəffüs, zədələnmə
tərəfdə ağciyərin ekskursiyasının zəifləməsi.Palpasiyada patoloji hərəkətlilik və
krepitasiya; auskultasiyada tənəffüs zamanı sınıq yeri üzərində krepitasiya; döş
qəfəsini sağlam tərəfdən sıxdıqda sınıq olan tərəfdə ağrı olması.Tənəffüsün
reflektoru “qırılması”-yəni bir anlıq dayanması baş verir.
69. Döş qəfəsinin sıxılması zamanı zərərçəkmişə ağrıkəsici təyin etdikdən sonra
hansı vəziyyət verilməlidir ?-
uzadılmalıdır.
70. Hemotoraksın əlaməti hansıdır ?-
Öskürək, təngnəfəslik, zədələnmiş tərəfin
tənəffüsdən geri qalması, perkusiyada kütlük, zədələnmə nahiyyəsində ağrı, dəri
və selikli qişalarda kəskin avazıma, ürək tonlarının karlaşması, nəbzin tezləşməsi,
at.-in enməsi müşahidə edilir.Xəstə məcburi vəziyyət alır (diafraqmanı aşağı basır
və divararalığını sıxır).
71. Döş qəfəsi üzvləri zədələnmədən qabırğaların sınığı zamanı nə etmək
lazımdır ?-
Xəstəyə yarımoturaq vəziyyət verilir, ürək-damar preparatları verilir,
sınmış qabırğalarda immobilizasiya aparılır.Qeyd: müalicə məqsədilə isə
xəstəxanada 3 nöqtədən anesteziya edilir.
72. Qapaqlı pnevmotoraks zamanı xəstəyə ilk növbədə nə etmək lazımdır ?-
İlk
növbədə yaraya kip sarğı qoymaqla qapalı pnevmotoraksa çevrilməlidir.
73. Divararalığı üzvlərin flotasiyası ( rəqsli yerdəyişməsi ) nə vaxt müşahidə
olunur ?-
Açıq pnevmotoraks (döş qəfəsinin ekskursiyası) zamanı hava müvafiq
tərəfdəki plevra boşluğuna daxil olaraq, həmin nahiyyədəki ağciyəri büzür və
divaralığı üzvlər əks tərəfə yerini dəyişir (flotasiya- rəqsli yerdəyişmə)
74. Döş qəfəsinin küt zədələnmələri zamanı daha çox nəyin sınığı müşahidə
edilir ?-
Qabırğaların
75. Döş qəfəsinin açıq yaraları çox vaxt nəyin nəticəsi ola bilər ?-
Odlu və soyuq
silah yaralarının.
76. Döş qəfəsinin yarası nə vaxt daxilə keçən sayılır ?-
Yara kanalından daxili
üzvlərdən birinin çölə çıxması; borulu ızvlərin möhtəviyyatının xaric olması
zamanı.
77. Döş qəfəsinin travması zamanı təxirəsalınmaz tədbirlər ilk növbədə nə vaxt
görülməlidir ?-
Hadisə yerində
78. Qabırğaların hansı sınıqları zamanı paradoksal tənəffüs müşahidə edilir?-
Fəsadlaşmış sınıqları zamanı (açıq pnevmotoraks)
79. Travmatik asfiksiya nə vaxt müşahidə edilir ?-
Döş qəfəsinin sıxılması
zamanı.
80. Pnevmotoraks zamanı pleral boşluğun punksiyası xəstə oturan vəziyyətdə
orta körpücük xətt üzrə hansı qabırğa arası nahiyyədə aparılır ?-
2-ci
qabırğarası sahədə
81. Plevral punksiya qabırğanın hansı sahəsində aparılır?-
2-ci qabırğaarası sahədə
alt qabırğanın üst kənarından.
82. Hansı pnevmotoraks növü daha təhlükəlidir ?-
İkitərəfli açıq pnevmotoraks.
83. Pnevmotoraksın əsas diaqnostika metodu hansıdır ?-
Rentgenoqramm
.
84. Zərərçəkmişin sifətində dərialtı emfizema, ptoz, midriaz və çəpgözlük hansı
zədələnmələrdə müşahidə edilir?-
Kəllə-beyin zədələnməsində.
85. Ağır yükün altında qalmış zərər çəkmişin boyunun və üzünün venalarının
genişlənməsi; xəstənin sifətində, boynunda, qarınının ön divarında qansızmaların
olması; təbil pərdəsinə qanın sızması və burunundan qanın açılması nə zaman
aşkarlanır?-
Dös qəfəsinin sıxılması (qapalı zədələnmə)
86. Qabırğanın sınığı zamanı xəstəni hansı vəziyyətdə xəstəxanaya nəql etmək
lazımdır?-
Yarımoturaq vəziyyətdə.
87. Ağ ciyərin atelektazı nədir?-
Havanın miqdarının çox olması nəticəsində ağciyərin
şıxılıb büzüşməsidir.Atelektaza ağciyər kollapsıda deyilir.Əsas əlamət tənəffüs
pozulmasıdır.
88. Zərər çəkmiş şəxsin sifətinin şişkinləşməsi, üst göz qapaqlarının ödemi, vidaci
çuxurun hamarlaşması, boyunun enləşməsi, dəri altında krepitasiya nəyin
əlamətləridir?-
Qapalı pnevmotoraksın.
89. Döş sümüyünün sınığında xəstə hansı vəziyyətdə xəstəxanaya nəql edilməlidir?-
Arxası üstə uzanmış vəziyyətdə.
90. Körpücük sümüyünün sınığı zamanı ilk yardım məqsədi ilə nəyi etmək olmaz?-
❗ ❗ -
Etmək olar: ağrıkəsicilər vurulur, səkkizvari sarğı qoymaqla müvəqqəti
hərəkətsizləşdirmə (immobilizasiya) aparılır.
91. Zərərçəkmiş şəxs əli uzanmış vəziyyətdə yıxıldığı zaman körpücük sümüyü
nahiyyəsində lokal ağrı, ödem və hematomanın olmasında şikayətlənir. Müayinə
zamanı ətrafın formasının pozulması aşkarlanır. Hansı xəstəlik əlamətləridir?-
Körpücük sümüyünün sınığı.
Dostları ilə paylaş: