MÖvzunun öYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ Firma anlayışı və onun təbiətini müəyyənləşdirmək və təqdim etmək



Yüklə 445 b.
tarix14.01.2017
ölçüsü445 b.





MÖVZUNUN ÖYRƏNİLMƏSİ MƏQSƏDLƏRİ

  • Firma anlayışı və onun təbiətini müəyyənləşdirmək və təqdim etmək;

  • Əməliyyat xərclərinin təbiətini açıqlamaq;

  • “Mənfəətin maksimumlaşdırılması modeli” konsepsiyasını təqdim etmək;

  • “Mənfəətin maksimumlaşdırılması modeli”nin təməlində dayanan müxtəlif fərziyyələri təsvir etmək və onların nə üçün formalaşdırıldığının izah etmək;

  • “Mənfəətin maksimumlaşdırılması modeli”nin məhdudiyyətlərini şərh etmək;

  • Firma məqsədlərinə necə təsir etməsi baxımından agentlik probleminin təbiətini nəzərə almaq;

  • Mənfəətin hesablanması problemlərini və onların firma məqsədləri baxımından təsirlərini nəzərə almaq;

  • Risq və qeyri-müəyyənliyin təsirlərini ən az firma məqsədləri qədər nəzərə almaq;

  • Çoxməhsullu firmalarda “mənfəətin maksimumlaşdırılması modeli” üzrə təhlillərin mürəkkbəliyini açıqlamaq ;



GİRİŞ

  • İqtisadi nəzəriyyənin firmanın təbiətini izah edən 6 əsas sahəsi:

    • Əməliyyat xərci nəzəriyyəsi: Müxtəlif əməliyyatlarla bağlı xərcləri öyrənir. Bunlara spot bazarlarında ticarət, xarici tərəfdaşlarla uzun müddətli kontraktlar və firmadaxili əməliyyatlar aiddir. Bu zaman müxtəlif metodlar müxtəlif şərtlərə uyğun istifadə edilir.
    • İnformasiya nəzəriyyəsi: Məhdud rasionallıq konsepsiyası və natamam müqavilə, assimmetrik və mükəmməl olmayan informasiyanın ümumi aspektlərini öyrənir. Bunlar digər tərəfdaşların davranışına təsir edərək onların qeyri-səmərəliliyinə səbəb olan opportunistik davranış ortaya çıxarır.
    • Motivasiya nəzəriyyəsi: Konkret istiqamətlərdə əhalinin davranışına səbəb olan faktorları öyrənir. İqtisadi baxımdan biz davranışı izah etmək və proqnoozlaşdırmaqda istifadə edə biləcəyimiz ümumi prinsipləri öyrənməkdə maraqlıyıq.


GİRİŞ

    • Agentlik nəzəriyyəsi: Prinsipialla onun istəklərini həyata keçirən agent arasındakı qarşılıqlı münasibətləri öyrənir. Bu bütün növ transaksiyalarda çox tez-tez rast gəlinən bir haldır. Məsələn, demokratiyanın məhəng daşı olan əhalinin onun adından onları idarə etmək üçün hökumətləri seçməsi kimi. Burada əsas problem ondan ibarətdir ki, prinsipial və agentin məqsədləri tamamilə üst-üstə düşmür və prinsipial agentin davranışına qismən nəzarət edə bilir. Buna görə də prinsipiallar fəal monitorinq həyata keçirməli və şəxsi maraqlarını maksimumlaşdırmaq üçün stimulları dizayn etməlidirlər.
    • Mülkiyyət hüquqları nəzəriyyəsi: Mülkiyyət hüququnun təbiətini və onun investisiya və bazarlıq gücü stimulları ilə əlaqəsini öyrənir. Buna əsaslanaraq səmərəlilik prinsipi üzrə mülkiyyət hüququnun bölüşdürülməsini proqnozlaşdırır.
    • Oyun nəzəriyyəsi: Müxtəlif agentlərin qarşılıqlı strateji əlaqəsini öyrənir. Qarşılıqlı strateji əlaqənin mahiyyətini dərk etmənin əsasında bu dayanır ki, bir tərəfin davranışı digər tərəflərin davranışına təsir göstərir və birinci tərəf onların strategiyasını müəyyənləşdirərkən bunu nəzərə almalıdır. Həmçinin birinci tərəf nəzərə almalıdır ki, digər tərəf və ya tərəflər strategiyalarını müəyyənləşdirən zaman birinci tərəfin mülahizələrini nəzərə alırlar.


FİRMANIN TƏBİƏTİ

  • Menecerlər təşkilatları idarə edirlər. Buna görə də aşağıdakı fundamental suala cavab vermək gərəkdir:

    • Təşkilatlar nədir və nə üçün mövcuddurlar?
  • İqtisadi təşkilatlar:

    • Bütün iqtisadi təşkilatlar fərdlərdən təşkil olunur və onların uzlaşan məqsədlərinə xidmət etmək üçün yaradılır.
    • İqtisadi təşkilatların nə üçün mövcud olduğunu başa düşmək üçün kooperasiya və ixtisaslaşmanın faydalarını bilmək lazımdır.
    • Biznes təşkilatları (firmalar) müstəqil hüquqi şəxsdirlər və onu yaradan fərdlərdən ayrıca hüquqi statusları vardır. Məhz bu huquqi şəxs qismində iqtisadi əməliyatlara qoşulur və müqavilə bağlayırlar.
    • A. Alchian and H. Demsetz qeyd etdiyi kimi firmalar əslində müqavilələr yumağıdır.
    • Firma fəaliyyətinin təhlili zamanı əksər iqtisadi davranışların iki əsas elementən ibarət olduğu ortaya çıxır: fərdlər və əməliyyat (transaksiya)
    • Transaksiya əmtəə və xidmətlərin mübadiləsini əks etdirir və aşağıdakı 3 yolla baş verə bilər:
      • Spot bazalarında ticarət
      • Uzunmüddətli kontraktlar
      • Firmadaxili əməliyyatlar


FİRMANIN TƏBİƏTİ

  • Əməliyyat xərci nəzəriyyəsi

    • Əməliyyat (transaksiya) xərcləri koordinasiya və motivasiya prblemlərilə əlaqəlidir.
      • Koordinasiya xərcləri (Kauz xərcləri):
        • Axtarış xərcləri: alıcılar və satıcılar transaksiyanı tamamlamadan öncə adekvat informasiya axtarışına çıxırlar.
        • Sövdələşmə xərcləri: Danışıqlara başlanmasından sövdələşmənin baş tütmasına qədərki dövrdə müxtəlif maddi və zaman xərcləri ortaya çıxır.
        • Müqavilənin bağlanması xərcləri: Müqavilə layihələrinin hazırlanması ilə bağlı vaxt və hüquqi prosedur xərcləri ortaya çıxır.
      • Motivasiya xərcləri:
        • Gizli informasiya xərcləri: Assimmetrik informasiya probleminin ortadan qaldırılmasına çalışqmaqla bağlı yaranan xərclər.
        • Gizli fəaliyyət xərcləri: Müqavilə imzalandıqdan sonra qarşı tərəfin ona necə əməl etməsini izləmək üçün çəkilən xərclər.


FİRMANIN TƏBİƏTİ

  • Motivasiya nəzəriyyəsi

    • Firmaların fərdlərdən ibarət olduğunu yaddan çıxarmaq olmaz. Bu baxımdan onların davranışını dərk etmək üçün motivasiyanın mahiyyətini bilmək vacibdir.
    • İqtisadçılar əsasən fərdləri öz maraqlarını maksimumlaşdırmağa çalışan varlıqlar hesab edirlər. Adam Smitdən bu günə bu yanaşma əsas götürülür və özünü ifadəsini “iqtisadi insan” (homo economicus) konsepsiyasında tapır. Neoklassik iqtisadçılardan Edgeworth bunu daha konkret ifadə edir: “iqtisadın birinci prinsipi hər bir subyektin yalnız öz marağı naminə çalışması prinsipidir”.
    • Ancaq insan davranışının izahında qəbul edilən mövcud iqtisadi model onun aşağıdakı iki davranış modelini istisna edir:
      • Fədakar (Alturist) davranış: Başqalarının da faydasını öz faydası qədər qorumaqdır. Başqa sözlə digər insanlara istər maddi və istərsə də mənəvi fərdi maraq güdmədən faydalı olmağa çalışmaqdır.
      • Kinli (Spiteful) davranış: Özünə zərər vurmaqla da olsa başqalarına zərər yetirən davranışdır. Məs. Vandalizm.


FİRMANIN TƏBİƏTİ

  • Mülkiyyət hüquqları nəzəriyyəsi

    • İqtisadi nəzəriyyənin yeni sahəsi kimi 1980-cı illərdən formalaşmağa başlamışdır. 1986-cı ildə Grossman və Hartın yayınlanan məqaləsi bu baxımdan mühüm olmuşdur.
    • Mülkiyyət hüququ məsələsi üzərində dayanır: sahibliyin təbiəti və onun investisiya və sövdələşmə gücü stimulları ilə qarşılıqlı əlaqəsi modelin əsas cəhətlərini təşkil edir.
    • Dövlət mülkiyyəti ilə müqayisədə özəl mülkiyyətin sərvəti yaratma, qoruma və artırma baxımından güclü stimul yaratdığı qeyd olunur.
    • Əmlaka sahib olmaq nə anlama gəlir?
      • Əmlak üzərində daimi nəzarət hüququ deməkdir.
      • Əmlakın gəliri üzərində daimi sahiblik hüququ deməkdir.
    • Firmalarda payçılar, direktorlar, menecerlər və digər işçilər mülkiyyət hüququnun qeyd olunan iki elementinə münasibətdə fərqli mövqelərdə dayandıqlarından onların investisiya qoyma və sövdələşmə gücü stimulları da fərqli olur.


MƏNFƏƏTİN MAKSİMUMLAŞDIRILMASI MODELİ

  • İqtisadi təhlillərdə firmalar əsasən öz mənfəətini maksimumlaşdırmağa çalışan subyektlər kimi nəzərə alınır.

  • Neoklassik nəzəriyyəyə əsaslanaraq marjinal təhlillər aparsaq, onda mənfəətin maksimumlaşdırılması modelinin mahiyyətini belə izah edə bilərik: Firma marjinal xərci marjinal gəlirinə bərabər olduğu hala qədər məhsul istehsal edəcəkdir.



MƏNFƏƏTİN MAKSİMUMLAŞDIRILMASI MODELİ



MƏNFƏƏTİN MAKSİMUMLAŞDIRILMASI MODELİ

  • Mənfəətin maksimumlaşdırılması modeli aşağıdakı fərziyyələri özündə birləşdirir:

    • Firma vahid qərar qəbul ediciyə malikdir: Reallıqda isə qərarlar müxtəlif funksional bölmələrin menecerləri, payçılar, direktorlar şurası və.s tərəfindən alınır ki, bu zaman da çox vaxt agent problemi ortaya çıxır.
    • Firma vahid məhsul istehsalına malikdir: Reallıqda yalnız bir məhsul istehsal edən firma tapmaq çox çətindir.
    • Firma vahid bazar üçün istehsal edir: Menecerlər bazar anlayışı çərçivəsində çox vaxt alıcıları və ya potensial alıcıları nəzərdə tuturlar, ancaq müasir bazarlar çox mürəkkəbdir. Həm real, həm də virtual məkanları əhatə edir, həmçinin də müştərilər homogen deyildir.
    • Firma vahid ərazidə istehsal edir və satış həyata keçirir: Reallıqda firmalar müxtəlif ölkələrdə istehal və satış təşkil edə bilirlər və bu müxtəlif xərc və gəlir səviyyələri ortaya çıxara bilir.
    • Bütün mövcud və gələcək xərc və gəlirlər qəti şəkildə bilinir: Adətən firmaların cari dövr üçün xərc və gəlirlərini dəqiq müəyyən etmək mümkün olsa da, gələcək dövr üçün bu çox çətin olur.
    • Marketinq funksiyaları arasında qiymət ən vacib olandır: Modeldə qiymət ən vacib faktor kimi götürülsə də, əslində marketinq funkisyaları arasında (4P- istehsal, qiymət, təşviq və bölüşdürmə) qiymət menecment iqtisadiyyatı baxımından daha çıx asılı dəyişəndir.
    • Qısa və uzunmüddətli strategiyaların nəticələri eynidir: Qısamüddətli dövr üçün mənfəəti maksimumlaşdırmağa istiqmətlənmiş bir strategiya uzunmüddətli dövr üçün də eyni nəticələri verə bilməz.


MƏNFƏƏTİN MAKSİMUMLAŞDIRILMASI MODELİ

  • Modelin əsas məhdudiyyətləri:

    • Agentlik problemi;
    • Mənfəətin hesablanması;
    • Risq və qeyri-müəyyənlik;
    • Çoxməhsullu firmalar;


AGENTLİK PROBLEMİ

  • Kontraktlar və məhdud rasionallıq

    • Mükəmməl kontraktın şərtəri:
      • Bütün mümkün ehtimallar nəzərə alınmalıdır;
      • Bu ehtimallar düzgün müəyyən edilməli və konkret şəkildə göstərilməlidir;
      • Gələcəkdə qeyd olunan ehtimallar ortaya çıxdıqda onları müəyyən etmək mümkün olmalıdır;
      • Hər ehtimal üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir;
      • Tərəflər müqavilə şərtlərinə əməl eməkdə istəkli olmalıdırlar;
      • Tərəflər müqavilə şərtlərinə əməl edilməsi məqsədilə digər tərəflərin davranışını azad şəkildə müşahidə edə bilməlidirlər.
      • Müqavilə şərtlərinə əməl edilmədikdə tərəflər onun icrası üçün istək və bacarığa malik olmalıdırlar
    • Məhdud rasionallıq: Qeyri-mükəmməl kontraktlar məhdud rasionallıq nəticəsində ortaya çıxır. Məhdud rasionallıq insanların problemləri mükəmməl, xərcsiz və həmin anda həll edə bilməmə xüsusiyyətidir.
    • Mükəmməl olmayan kontraktlar gizli informasiya və gizli fəaliyyət problemləri ortaya çıxarır.


AGENTLİK PROBLEMİ

  • Gizli informasiya:

    • Assimmetrik informasiyanın mövcudluğu ilə bağlı ortaya çıxan ilk problemdir.
    • Transaksiya tərəflərindən birinin digər tərəflərə nisbətən transaksiya ilə bağlı daha çox informasiyaya malik olmasıdır.
  • Gizli fəaliyyət:

    • Bəzən əxlaqi təhlükə problemi kimi ifadə olunur.
    • Müqavilə tərəflərindən birininin davranışının etibarlı olmaması və ya müqavilə bağlandıqdan sonra həmin tərəfin davranışını nəzarət altında saxlamanın xərc tələb etməsidir.


MƏNFƏƏTİN HESABLANMASI

  • Hesablama problemlərinin təbiəti

    • Hesablamada qeyri-müəyyənlik: Kifayət qədər qeyri-məyyən anlayış olan muhasibat mənfəəti müxtəlif yollarla müəyyən edilir: əməliyyat mənfəəti, faiz öncəsi qazanc, amortizasiya və vergi, ümumi mənfəət, xalis mənfəət kimi göstəricilər bu hesablamalarda ən çox istifadə edilən göstəricilərdir. Bunlar da amortizasiya, ümidsiz borclar, səhm opsiyon təklifləri və.s uçotu ilə bağlı problemlərdən irəli gələrək o qədər də aydın göstəricilər deyildir.
    • Vahid dövrlə məhdudlaşma: Parktikada mənfəət adətən 1 il üçün hesablanır. Ancaq mənfəətin maksimumlaşdırılması modelində qısamüddətli və uzunmüddətli mənfəətdən söhbət gedir. Nəticədə bu anlayışlar üst-üstə düşmür.


RİSQ VƏ QEYRİ-MÜƏYYƏNLİK

  • Mənfəətin maksimumlaşdırılması modeli gələcəkdəki gəlir və xərcləri məlum göstəricilər kimi qəbul etməklə risq və qeyri-müəyyənliyi nəzərə almır.

  • Risq anlayışı məhdud rasionallıqla bağlıdır.

  • Biz gələcəkdəki hadisələri mükəmməl qaydada proqnozlaşdıra bilmirik. Buna görə də gələcəkdəki mümkün dəyərləri çox vaxt gözlənilən dəyərlər adlandırırıq.

  • Risqlə gəlirlilik arasında pozitiv koorelyasiyanın olduğu hallarda menecerlər strategiyalar arasında vaxtaşırı seçim etməlidirlər.

  • Risq və qeyri-müəyyənlik probleminin ən çox özünü göstərdiyi istiqamətlərdən biri də agent problemidir.



ÇOXMƏHSULLU FİRMALAR

  • Təcrübədə çox az firma tapılar ki, onlar yalnız bir məhsul istehsal etsinlər.

  • Lakin mənfəətin maksimumlaşdırılması modeli yalnız bir məhsul üzərində qurulmuşdur.

  • Belə olduğu təqdirdə də müxtəlif məhsullar istehsal edən firmalar üzrə marjinal gəlir və marjinal xərclərin hesablanması kifayət qədər çıtinləşdir.



Xülasə

  • Firmanin təbiətini anlamaq üçün iqtisadi nəzəriyyənin beş sahəsindən istifadə edilir: əməliyyat xərcləri, motivasiya, agent, informasiya xərcləri və oyun nəzəriyyəsi.

  • Transaksiya xərcləri koordinasiya xərcləri (Kauz) və motivasiya (agent) xərclərindən ibarətdir.

  • Firma kimi mürəkkəb əmlakın mülkiyyət hüququ çox çətin anlayışdır. Çünkü onun üzərində nəzarət və gəlir əldə etmək hüququ ən azı dörd tərəf arasında bölüşdürülür: payçılar, direktorlar, menecerlər və digər işçilər.

  • Motivasiyanın ənənəvi iqtisadi modelinə görə fərdlər öz mənfəətlərini maksimumlaşdıran varlıqlardır. Yəni insanlar öz marağı üçün rasional davranırlar.

  • Agentlik probleminə görə prinsipiallar və agentlər arasında maraq konflikti mövcuddur.



Xülasə

  • Agentlik problemi assimmetrik informasiyanın mövcudluğu ilə daha da ağırlaşır ki, bu da tərs seçim və əxlaqi təhlükə ilə xarakterizə olunur.

  • Tərs seçim məhsulların və ya müştərilərin ən pis xüsusiyyətlərinə malik olma və ya transaksiyaya girmək deməkdir.

  • Əxlaqi təhlükə bəzən gizli fəaliyyət problemi kimi ifadə olunur ki, bu da müqavilə imzalandıqdan sonra qarşı tərəfin davranışının etibarlı olmaması və ya bu davranışın müşahidə edilməsinin xərcli olması ilə xarakterizə olunur.

  • “Mənfəətin maksimumlaşdırılması modeli” menecerlərə qiymət və məhsul buraxılışı qərarları ilə bağlı strategiyanı müəyyənləşdirməyə imkan verdiyindən istifadə olunan modeldir. Bu iqtisadçılara imkan verir ki, firma davranışlarını proqnozlaşdıra bilsinlər.

  • “Mənfəətin maksimumlaşdırılması modeli” bir sıra fərziyyələrə malikdir ki, bunlar da həmin modelin reallığa uyğunluq dərəcəsini azaldır.



Xülasə

  • Agentlik problemi payçılar və borc verənlər, payçılar və menecerlər, menecerlər və digər işçilər arasındakı maraq konfiliktlərindən irəli gələrək öz aktuallığını yüksəldir.

  • Mənfəətin hesablanması ilə bağlı bir sıra problemlər var. Menecerlər mənfəətin bəyanında müxtəlif hüquqi və muhasibat boşluqlarından istifadə edə bilirlər.



Özünü yoxlama sualları

  • Firma nəzəriyyəsi baxımından risq və qeyri-müəyyənliyin təsirlərini şərh edin.

  • Firma nəzəriyyəsi baxımından agentlik probleminin nəticələrini izah edin.

  • Əməliyyat xərclərinin təsnifatını aparın.

  • Mükəmməl kontraktın əsas şərtləri nələrdir?

  • “Mənfətin maksimumlaşdırılması modeli”nin məhdudiyyətləri nələrdir?



TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR

  • Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005

  • Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011

  • Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008

  • Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010

  • İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009

  • Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə