centlmen sazişlərini ”
misal göstənnək olar.
B) Beynəlxalq hüquqi adət Adət norması beynəlxalq praktikada təşəkkül tapmış və
məcburi norma kimi tanınmış davranış qaydasıdır. 2-ünsürü vardır:
1) dövlətlərin praktikası və
2) bu praktikanın məcburi norma kimi tanınması (opinio juris).
Dövlətlərin praktikasına daxildir:
a) konkret situasiya və ya mübahisələrlə bağlı bəyanatları; b) dövlətdaxili qanunvericilik; c) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası. Opinial juris -Əgər dövlətlər baş verən hadisəyə səs çıxarmırlarsa onu səssiz formada qəbul etmiş
olurlar.
Həmçinin hər bir dövlət hər sahədə praktikası ola bilməz. Onun üçün dənizə çıxışı olmayan
və ya nüvə silahı haqqına praktikası olmayan dövlət bu məsələlərdə iştirakı vacib deyil.Əsasən
bu cür məsələdə aktual olan dövlətin iştirakı əsas götürülür.
C) Məhkəmə qərarları beynəlxalq hüququn «köməkçi» mənbəyi kimi xarakterizə olunur.
BMT Beynəlxalq Məhkəməsi Statutunun 59-cu maddəsində deyilir: «Məhkəmənin qərarı işin tərəfləri üçün və yalnız həmin konkret iş üçün məcburi qüvvəyə malikdir». D) Beynəlxalq təşkilatların qətnamələri beynəlxalq hüququn «köməkçi» mənbəyidir.
Çünki onlar hüquqi baxımdan məcburi norma yaratmır. Yəni dövlət Baş Məclisinin
qətnaməsində öz əksini tapmış davranış qaydasına, hətta o bu qətnamənin lehinə səs vermiş olsa
da, əməl etməyə borclu deyildir.
13) Dövlətlərin iradələrinin razılaşdırılması Beynəlxalq hüquq normalarının yaradılması vasitəsi kimi Beynəlxalq hüquq normalarının yaradılması prosesi dövlətlərin razılaşdırılmış iradəsi
prosesini özündə əks etdirir. Beynəlxalq hüququn ideya mənbəyini təşkil edən «razılaşdırılmış iradə» nəzəriyyəsi beynəlxalq hüquq doktrinasına çoxdan məlumdur.
Dövlətlərin razılaşdırılmış iradə prosesi iki mərhələdən ibarətdir:
1) davranış qaydasının məzmununa nisbətdə dövlətlərin razılaşdırılmış iradəsi, bəzən