Beynəlxalq boğazlar – Bütün dövlətlər üçün bərabər istifadə edilən təbii dəniz keçididir.
Açıq dənizi birləşdirən boğazlar azad istifadə hüququna malikdirlər, lakin hər hansı dövlətin
nəzarət etdiyi boğazlarda tranzit keçid hüququna əsas götürülür. Bu hüquqdan istifadə edən
dövlətlər digər gəmilərə və uçuş aparatlarına maneə olmamalıdır.
1936-cı ildə bağlanmış müqaviləyə (Montre müqaviləsi) əsasən Qara dənizin boğazları
bütün ticarət gəmiləri üçün açıqdır, lakin Türkiyə müharibəyə daxil olarsa, bu zaman düşmən
gəmiləri bu boğazlardan istifadə edə bilməzlər.
Beynəlxalq kanallar – Beynəlxalq gəmiçilik üçün istifadə olunan hidrotexniki qurğulardı. Beynəlxalq kanal suveren dövlətin razılığı ilə onun ərazisində yaradılır. Bu kanalın olduğu
dövlət onun sahibi sayılır və burada sərbəst hərəkət etməyi təmin etməlidir.Heç bir dövlətə qarşı
ayrı-seçkilik etmək olmamalıdır və hər bir dövlət tam və bərabər hüquqla təmin olunmalıdırlar.
1888-ci il Süveyş kanalı haqqında saziş, 1977-ci il ABŞ və Panama arasında sərbəst hərəkət
hüququ haqqında sazişlər bağlanıbdır.
76) Beynəlxalq Hava hüququnun anlayışı və mənbələri, əsas prinsipləri Anlayışı və mənbələri Beynəlxalq hava hüququ, hava məkanının hüquqi statusu və ondan istifadə rejimi ilə bağlı dövlətlərarası münasibətləri nizamlayan beynəlxalq hüququ normalar məcmusudur.Hər bir
dövlətin hava məkanı sərhədi 110-km qeyd olunmuşdur.
Beynəlxalq
hava hüququndan danışarkən nəzərə alınmalıdır ki, hava məkanı 2 növə ayrılır:
1) Dövlətin quru və su ərazisi üzərində olan suveren hava məkanı 2) Dövlət sərhədlərinin hüdudlarından kənarda açıq hava məkanı 1944-cu ildə qəbul edilən ən əsas hava haqqında Konvensiya Çikaqoda imzalanmışdır. Bu
Konvensiyaya görə ölkədə fəlakət zamanı digər ölkənin hava gəmisi icazə almadan ölkənin hava
məkanına daxil ola bilər (Lakin müəyyən öhdəliklər nəzərə alınmalıdır).