2. İDARƏETMƏ VƏ SOSİAL İNFORMASİYA
İdarəetmə - jəmiyyət həyatının ən mürəkkəb və ən injə sahələrindən biridir. Onun
əhəmiyyəti daim artır. XX əsr boyu ərzində biz onun get-gedə rasionallaşması və
«elmləşməsi» ilə qarşılaşırıq.
İdarəetmə problemi haqqında belə rəqəmlərdən danışırlar: hazırda ABŞ-da 1100
tədris müəssisəsi idarəetmə üzrə mütəxəssislər hazırlayır, 650 biznes məktəbindən üçdə biri
«işgüzar inzibatçı magistr» (yüksək idarəediji titul) diplomu verir, 1986-jı ildə ABŞ-da
idarəetmə üzrə 71 min diplom verilmişdir. Bununla yanaşı sosioloqların tədqiqatına görə
Amerikanın böyük korporasiyalarının 500 rəhbərinin sorğusunun nətijəsinə görə onların
80% -i idarəetmə üzrə mütəxəssis hazırlığından razı deyildir.
Sosial idarəetmə hazırkı zamanda üç aspektdə tədqiq olunur: təsərrüfat (iqtisadiyyatın
idarəolunması), sosial-siyasi və sosial-psixoloci. Nəzərə alınmalıdır ki, bu aspektlərdən hər
biri ayrılıqda müəyyən spesifikliyə malik olsa da biri digərindən ayrı mövjud deyildir,
qarşılıqlı əlaqədədir, çünki jəmiyyət özü həmin sahələrin hamısını özündə birləşdirir.
Deməli, idarəetmə dedikdə, söhbət sadəjə bu və yaxud digər sahənin deyil, bütövlükdə
jəmiyyət orqanizminin idarə olunmasından gedir.
İdarəetmə prosesində iki başlıja anlayış çıxış edir – informasiya və idarəetmə.
Dostları ilə paylaş: |