1. Ekologiya haqqında ümumi məlumatlar Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 37,68 Kb.
səhifə5/5
tarix01.01.2022
ölçüsü37,68 Kb.
#107116
1   2   3   4   5
Nəqliyyat ekologiyası

Bioloji çirklənmə – ekosistemə xas olmayan orqanizmlərin mühiti

çirkləndirməsidir. Məsələn Avstraliyada dovşanların nəzarətdən kənar artmasını göstərmək olar.

Maneələr nəzəriyyəsinə görə ekosistemlərdə gedən proseslərin təbii gedişinə insanlar və ya təbiət hadisələri tərəfindən istənilən müdaxiləyə çirklənmə kimi baxmaq lazımdır. Çirklənmə növləri bu baxımdan aşağıdakı kimi qrupalşdırıla bilər (şəkil 9).

Ətraf mühitin çirklənmə növləri



İnqrediyent




Parametrik




Biosentik




Stasial-destruksion



Mineral




Üzvi

3.Ekoloji problemlər

Qlobal ekoloji problemlər. XX əsrin 60-cı illərinin ortalarında inkişaf etmiş ölkələrində qlobal ekoloji problemlərin müzakirəsinə başlanıldı. Bu problemlərin xüsusiyyəti ondadır ki, hər bir ayrı ölkənin və Dünya təsərrüfatının inkişafı və təsərrüfat fəaliyyəti ümumilikdə güclü antropogen təsirə məruz qalmış planetimizin ətraf mühitinin vəziyyətindən asılıdır. Hazırda ekoloji ziddiyyətlərin keyfiyyətcə mürəkkəbləşməsi və ekoloji ziddiyyətlərin böyük sahələrə yayılması nəzərə çarpır. Ziddiyyətlərin keyfiyyət tərəfinə aşağıdakılar aiddir:


  • insanların yaşayış mühitinin və həyat fəaliyyətinin çirklənməsinin yüksək və hətta böhran səviyyəsi;

  • təbii resurslardan səmərəsiz istifadə.

Ekoloji problemlərin keyfiyyətcə dəyişilməsi onların sosial əhəmiyyətinin artmasına səbəb olub. Əgər əvvəllər insanların ətraf mühitə təsiri təbiətin ayrı-ayrı obyektlərinə təsir edirdisə, müasir dövrdə mənfi təsirlər, insanın sağlamlığı və həyatının təhlükə altında qaldığını onun özü də hiss etdi. İndi bəşəriyyət qarşısında misli görünməmiş məsələ durur – planetdə sağ qalma strategiyasını işləmək, müasir dövrün qlobal ekoloji problemlərini həll etmək.

Ekoloji ziddiyyətlərin böyük sahələrə yayılması Yerin bütün örtüklərini – litosferi, atmosferi, hidrosferi və həmçinin kosmosu mənimsəyən insanın fəaliyyətinin genişlənməsi ilə bağlıdır. Ekoloji ziddiyyətlərin keyfiyyətcə mürəkkəbləşməsi və məkan üzrə yayılması onların qlobal xarakter almasına səbəb oldu və bəşəriyyət qarşısında qlobal problemlər qoydu.



Müasir Dünyanın qlobal ekoloji problemləri kimi aşağıdakı problemlər qəbul edilib: «istixana effekti», Dünya okeanının səviyyəsinin qalxması, Yerin ozon qatının dağılması, turşu yağışlar, radioaktiv zəhərlənmə, antropogen tullantıların yığılması, planetdə bioloji müxtəlifliyin azalması.

Qlobal problemlərin xüsusiyyəti onların bütün Dünya cəmiyyətinin birgə səyləri ilə həll edilməsidir. Təbii mühitin çirklənməsi və dağılması dövlət sərhədləri daxili ilə məhdudlaşmır. Heç bir ölkə formalaşan qlobal ekoloji ziddiyyətləri ayrılıqda həll etmək imkanında deyil. Buna görə də dövlətlər könüllü sürətdə öz qüvvələrini birləşdirir, bu məsələlərin həllini beynəlxalq təşkilatlara etibar edirlər.
Yüklə 37,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin