1. Əmtəə və xidmətlər bazarında rəqabətin vəziyyətinin, təmərküzləşmə səviyyəsinin, qiymətin formalaşmasında inhisarçılığın təsirinin statistik tədqiqinin yekunları


Qiymətin formalaşmasında inhisarçılığın təsirinin tədqiqinin statistik üsulları



Yüklə 1,23 Mb.
səhifə7/19
tarix04.01.2022
ölçüsü1,23 Mb.
#54263
1   2   3   4   5   6   7   8   9   10   ...   19
1.5. Qiymətin formalaşmasında inhisarçılığın təsirinin tədqiqinin statistik üsulları
Mülkiyyət formasından asılı olmayaraq bazar strukturu üç əsas hissədən ibarətdir: tələb, təklif və qiymət. Tələb istehlakı, təklif istehsalı özündə səciyyələndirir. Qiymət isə istehsalçılarla istehlakçılar arasında münasibətləri tənzimləyən əsas amildir.

Qiymət iqtisadi mexanizm kimi istehsal və istehlakın tarazlığını, onların dinamikasını və artım sürətlərini müəyyən edir.

Qiymət dedikdə, dövlətin müdaxiləsi olmadan istehsal və istehlakın varlığı ilə təyin edilən bazar qiyməti başa düşülür.

Qiymətin fəaliyyət göstərdiyi iqtisadi mühit bir-biri ilə sıx əlaqədardır. Bu mühiti bazar iqtisadiyyatının əsas elementləri, yəni əmtəə istehsalı, rəqabət, mülkiyyətin müxtəlif formaları təşkil edir.

Rəqabət şəraitinə və inhisarsızlaşma prosesinə təsir göstərən mühüm makroiqtisadi faktorlara qiymətlər aiddir.

Əgər heç bir satıcı (alıcı) bazarda əmtəənin qiymətinin dəyişməsinə təsir göstərə bilməzsə, onda bazar quruluşu mükəmməl rəqabət ilə xarakterizə olunur, əks halda rəqabət qeyri - mükəmməl rəqabət adlanır.

Qeyri-mükəmməl rəqabətə nisbətən mükəmməl rəqabətdə qiymətlərin dəyişməsi daha intensiv olur. Özü də birinci halda qiymətlərin dəyişməsi bir satıcının, yaxud bir alıcının təsiri ilə ola bilər.

Bazarın inhisar tipi qeyri-mükəmməl rəqabətin bir növüdür. İnhisar bazar tipində bir istehsalçı olur, o da təklif edilən istənilən əmtəənin həcminə tam nəzarət edir və qiyməti istədiyi kimi təyin edir. İnhisarçının bazara giriş maneələri nə qədər yüksək olarsa, onda o, bir o qədər güclü olar.

İnkişaf etmiş ölkələrin iqtisadiyyatında xalis inhisar, mükəmməl rəqabət kimi abstraktdır. Həmişə potensial rəqib, yaxud xarici istehsalçılarla rəqabət təhlükəsi mövcuddur.

Əgər bazar quruluşunda yeganə satıcıya qarşı yalnız bir alıcı durursa, onda həmin quruluş ikitərəfli inhisar adlanır.

İnhisarçı, ümumi mənfəətini artırmaq məqsədilə iki və daha çox bazarda öz malını müxtəlif qiymətlərə sata bilər. Bu isə, o vaxt əhəmiyyətli ola bilər ki, həmin bazarlar bir-birindən tamamilə əlaqəsiz olsun. Əks halda, ya alıcılar qiymətin aşağı olduğu bazara axar, ya da müəyyən qrup adamlar (alverçilər) qiymətin nisbətən aşağı olduğu bazardan əmtəəni alıb qiymətin nisbətən yüksək olduğu bazarda satacaqlar.

Beləliklə, birinci bazarda qiymət get-gedə artacaq, ikinci bazarda isə aşağı düşəcəkdir. Digər tərəfdən, inhisarçının istehsal etdiyi əmtəəyə özündən başqa da satıcıları meydana çıxacaqdır.

Göründüyü kimi, bazarın müxtəlifliyinin o vaxt əhəmiyyəti olur ki, orada əmtəənin yenidən satışı mümkün olmasın. Buna təyyarələrdə, gəmilərdə, kinoteatrlarda eyni əmtəənin müxtəlif qiymətlərə təklif olunduğunu, ya da qaz, su, elektrik enerjisinin əhaliyə və sənaye sahələrinə müxtəlif qiymətlərlə təklif olunduğunu göstərmək olar.

Təmiz və yaxud inhisar rəqabəti olan bazarda qiymət bərabər çəkili (taraz) səviyyəyə yönəlir, tələb və təklifin nisbətinin dəyişməsinə həssaslıqla reaksiya verir. Oliqapoliya bazarında isə, bu vəziyyət çox az hiss olunur.

Təmiz inhisar tipli bazarda ancaq bir istehsalçı olur, o da təklif edilən əmtəə və xidmətlərin həcminə tam nəzarət edir və qiyməti istədiyi kimi təyin edir.

Rəqib müəssisələrin birbaşa qeydə alınan satış qiymətləri rəqabət mübarizəsinə təsir edən əhəmiyyətli faktorlardan sayılır.

Qiymətin səviyyəsinə təsir edən əsas amillər 2 qrupa: daxili və xarici amillərə bölünür.

Daxili amillərə xərclər və qiymətin əmələ gəlməsinin təşkili və s. aiddir. Xarici amillər sırasına: bazarın növü; məhsulun (xidmətin) qiyməti; rəqabət və s. daxildir.

Bazarda iştirak edən müəssisələrin (firmaların) qiymət tərəddüdlərinin xarakteristikası böyük əhəmiyyət kəsb edir.

Qeydə alınmış fərdi qiymətlərin sayına əsasən rəqabət aparan müəssisələrin hər biri üçün orta qiymətlər aşağıdakı düsturla hesablanır:



burada,


- müqayisəli qiymətlərin cəmi;

- müqayisəli qiymətlərin sayı;

- orta qiymət.

Qiymətin fərdi səviyyəsi mütləq qiymətdir və mal vahidini almaq üçün sərf olunan pulun miqdarı ilə ölçülür.

Qiymətin ümumi səviyyəsi isə müəyyən dövrdə malların və xidmətlərin qiymətlərinin orta kəmiyyəti kimi təyin edilir. Orta qiymət istehlak xüsusiyyətləri bir-birinə yaxın olan mal və mal qruplarının ümumiləşdirici xarakteristikasıdır.

Statistikada orta qiymətlərin hesablanmasının müxtəlif üsulları mövcuddur. Bu və ya digər üsulun seçilməsi əldə olunan məlumatlardan asılıdır və aşağıdakı kimi hesablanır:



satışdan əldə olunan gəlir, manatla

P (mal vahidinin =

orta qiyməti) satılmış malın natura ifadəsində həcmi (miqdarı)

Müxtəlif mal qrupları (məsələn, ət və quş, meyvə və tərəvəz, mebel və s.) üçün orta qiymətlərin hesablanması üçün aşağıdakı orta hesabi çəki düsturundan istifadə edilir:



və yaxud

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin