İqtisadiyyatın dövlət tənzimlənməsinin zəruriliyi çoxsaylı aşağıdakı amillərlə əlaqədardır:
1. İqtisadiyyatın bazar sektorunun problemlərinin həlli ilə bazar mexanizminin mənfi effektlərinin yumşaltması, azaldılması ilə bağlı olan amillər:
a) bazar proseslərinin kortəbiliyini məhdudlaşdırmaq;
b) səmərəli məcmu tələbini, bazar konyukturunu təmin etmək;
c) bazarın rəqabətliliyini, açıqlığını müdafiə etmək;
d) dünya bazarında rəqabəti gücləndirmək.
2. İqtisadi sabitliyi, geniş təkrar istehsal prosesini təmin edən amillər:
a) iqtisadiyyatın inkişafının ümumi şərtlərini yaratmaq, məcmu kapitalın fəaliyyətinin (işlədilməsinin) iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin etmək;
b) iqtisadiyyatın fasiləsiz inkişafını təmin etmək;
c) uzunmüddətli iqtisadi artımı, işin ahəngdarlığını stimullaşdırmaq;
d) makroiqtisadi tarazlığı qorumaq;
e) xalq təsərrüfatının optimal strukturunu formalaşdırmaq;
f) iqtisadiyyatın dövlət sektorunun səmərəli idarə edilməsini təmin etmək;
j) pul tədavülünü tənzimləmək;
q) elmin, elmi-texniki tərəqqinin inkişafına kömək etmək.
3. Sosial problemlərin həlli ilə əlaqədar amillər:
a) gəlirlərin səmərəli yenidən bölgüsünü təmin etmək;
b) sosial sabitliyin iqtisadi əsaslarını yaratmaq, sosial gərginliyi azaltmaq;
c) əhalinin tam məşğulluğunu təmin etmək;
d) işçi qüvvəsinin geniş təkrar istehsalına şərait yaratmaq, səhiyyəni, təhsili, kadrların yenidən hazırlanmasını təmin etmək.
Dostları ilə paylaş: |