İkinci istiqamət – iqtisadiyyatda dövlətin aktiv iştirakıdır.
Birinci təsnifləşdirməyə uyğun olaraq metodları ayırmaq olar:
a) ümumi metodlar;
b) təsadüfi, qeyri-tipik, istisna təşkil edən metodlar.
c) xüsusi metodlar.
d) İqtisadiyyatın dövlət tənzimlənməsində istifadə olunan xüsusi metodlara aiddir:
- balans metodu; - məqsədli proqram metodu; - normativ metod;
Bazar münasibətləri şəraitində iqtisadiyyatın bütün sahələrinin bir-birilə balanslaşdırılması onların tarazlı inkişafının zəruri şərtlərindəndir. Balans metodu makro səviyyədə ümumi tarazlığın yaradılmasına imkan verir.
Məqsədli-proqram metodu konkret məsələnin həllinə imkan verir.
Normativ metodu sərbəst və digər metodlarla ümumilikdə fəaliyyət göstərə bilər. O, iqtisadi-sosial məsələnin kəmiyyət və keyfiyyət tərəfini əks etdirir.
İqtisadiyyatın tənzimlənməsində istifadə olunan metodların ikinci təsnifləşdirilməsi onların sosial-iqtisadi proseslərə təsir səviyyəsi və dərəcəsi ilə əlaqədar aparılır. Bu təsnifləşdirmə aşağıdakılara ayrılır:
1. Dolayı metodlar-bunlar iqtisadi tənzimləmə metodları olub vəhdət halında tətbiqi başa düşülür.
2. Birbaşa (müstəqim) tənzimləmə metodları - bunlar inzibati amirlik qaydasında tənzimləmə metodudur.
Dolayı iqtisadi tənzimləmə metodları fəaliyyət sərbəstliyi imkanlarını genişləndirir. Bunlar dövlətin iqtisadi siyasətinin əsasını ifadə edir. Bu metodlar silsiləsinə aiddir:
1. Dövlətin maliyyə-kredit və pul siyasəti.
2. Dövlətin büdcə və vergi siyasəti.
3. Dövlət büdcə xərcləri və gəlirləri siyasəti.
4. Dövlətin idxal-ixrac siyasəti.
5. Dövlətin valyuta siyasəti.
6. Kapitalın hərəkəti balansı.
Birbaşa (müstəqim) metodlar əsasən dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatları əhatə edir. Onlar inzibati metodları da əhatə edir. İnzibati metodlar fəaliyyət sərbəstliyinin dairəsini kiçildir. Lakin onlar dövlətin iqtisadiyyata birbaşa
təsiri ilə səciyyələnir və bunlar aşağıdakılardır:
1. İnhisar bazarın tənzim olunması.
2. Bazar prosesinin dolayı effekti-ətraf mühitin qorunub saxlanması problemləri.
3. Standartların hazırlanması və onlar üzərində nəzarət.
4. Əhalinin yaşayışının minimum parametrlərinin qorunub saxlanılması. Təminatlı minimum əmək haqqı. (ya orta əmək haqqının müəyyən faizinə görə, ya da istehlak zənbilinin müəyyən faizinə görə hesablanır).
5. İxracın lisenziyalaşdırılması və xarici investisiyaların üzərində dövlət nəzarəti
Dostları ilə paylaş: |