[14]30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 26-cı maddə üzrə 1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Su təchizatı müəssisələri aşağıdakı hallarda bu Qanunla və digər normativ hüquqi aktlarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməmək və ya su təchizatını məhdudlaşdırmaq hüququna malikdirlər:
a) məişət (təsərrüfat)-içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda;
b) su təchizatının məhdudlaşdırılmasını və ya kəsilməsini tələb edən tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;
c) su götürülən yerlərdə səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
ç) su təchizatı müəssisəsinin xidmət haqqı istehlakçı tərəfindən ödənilmədikdə. Suyun kəsilməsi ilə əlaqədar xərclər də daxil olmaqla bütün borcların istehlakçı tərəfindən ödənilməsindən sonra su təchizatı bərpa oluna bilər;
d)obyektdə paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar yararsız vəziyyətdə olduqda və ya müvafiq dövlət standartlarının tələblərinə cavab vermədikdə;
e) obyektdə suyun itkisi və çirklənməsinə qarşı zəruri tədbirlər həyata keçirilmədikdə və su təchizatı müəssisəsinin qanuni tələbləri istehlakçı tərəfindən yerinə yetirilmədikdə;
ə) istehlakçı bu Qanunun sudan səmərəli istifadə və onun çirklənmədən mühafizəsi haqqında müddəalarını pozduqda;
f) qoşulma qanunsuz olduqda;
g) istehlakçı səlahiyyətli şəxsin bu Qanunun tələblərinin pozulmasının qarşısını almaq və dayandırmaqla əlaqədar vəzifələrinin həyata keçirilməsinə mane olduqda;
ğ) istehlakçı bu Qanunda nəzərdə tutulan digər tələbləri yerinə yetirmədikdə;