1. Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri



Yüklə 16,68 Kb.
səhifə2/2
tarix13.04.2023
ölçüsü16,68 Kb.
#125251
1   2
imtahan23

1.Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri.
Mülki Müdafiə – dinc dövrdə və ya müharibə və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu təşkilatın əsasını qoyanların məqsədi bu idi ki, bütün ölkələrdə hələ sülh dövründə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi. İkinci Beynəlxalq Konfrans 1957-ci ildə Florensiya şəhərində çağırıldı və nəzərə alındı ki, Cenevrə regionu Assosiasiyası Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. Yeni statusa əsasən ona hökumətləri, cəmiyyətləri, assosiasiyaları öz üzvlüyünə qəbul etmə səlahiyyətləri verildi. BMMT Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə günü” kimi qeyd olunur.
Mülki müdafiə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tədbirlər sistemidir. Mülki müdafiə həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsiliyini təmin edir.
Mülki müdafiə II dunya müharibəsindən sonra hərbi işdə baş verən elmi-texniki inqilabla əlaqədar meydana çıxmış və 1932-ci ildən mövcud olan hava hücumundan Yerli Müdafiənin əvəzində 1961-ci ildə yaradılmışdır. 1998-ci il aprelin 18-də 700 saylı fərmanla Heydər Əliyev tərəfindən təsdiq edilib.
Mülki müdafiənin əsas vəzifələribunlardır:

  1. Əhalini hər şeydən əvvəl nüvə silahından, eləcə də kimyəvi və bakterioloji silahlardan qorunması tədbirlərini həyata keçirmək;

  2. Zədələnmə ocaqlarında xilasetmə və təxirəsalınmaz qəza-bərpaetmə işlərini aparmaq;

  3. Zədələnənlərə tibbi yardımın göstərilməsi və düşmən hücumunun nəticələrini aradan qaldırmaq;

  4. İnsanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə vaxtında xəbərdarlıq etmək;

  5. Əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək;

  6. Fövqəladə hadisələr baş vermiş ərazidən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ictimai asayişin bərpa olunması və qorunmasına yardım etmək, bitki və heyvanları xilas etmək üçün tədbirlər görmək;

  7. Həyatı əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;

  8. Fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımı tədbirləri həyata keçirmək;

  9. Əhalinin və ərazinin FH-dən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək və s.

  10. Dinc və müharibə dövründə FH-dən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək.



2.Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranması və fəaliyyəti. Azərbaycan Respublikasının bu təşkilatın üzvlüyünə qəbul olunması.
Yüklə 16,68 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin