1 nömrəli əlavə İcbari ekoloji sığorta m ü q a V i L ə s I



Yüklə 178,61 Kb.
tarix10.06.2018
ölçüsü178,61 Kb.
#53308

“İcbari ekoloji sığorta müqaviləsinin
bağlanma Qaydası və icbari ekoloji
sığorta müqavil
əsinin və icbari ekoloji
sığorta şəhadətnaməsinin formaları”na

1 nömrəli əlavə


İcbari ekoloji sığorta
M Ü Q A V İ L Ə S İ

___”__________200__ il ___________________________

(müqavilənin bağlandığı yer)

Müqavilə üzrə bundan sonra Sığortalı adlanacaq ________________________________________

(hüquqi şəxsin adı və ya fərdi sahibkarın vəzifəsi, adı,

__________________________________________şəxsində bir tərəfdən və bundan sonra Sığortaçı

soyadı, atasının adı)

adlanacaq________________________________________________________________________

(sığortaçının adı)

_____________________________________________________________şəxsində digər tərəfdən

(vəzifəsi, soyadı, adı, atasının adı)
“___”___________20__ il tarixli ________ nömrəli xüsusi razılığa əsasən “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq, tərəflərin hüquq və vəzifələri göstərilməklə aşağıdakı şərtlər daxilində bu Müqaviləni bağladılar.

I. Müqavilənin predmeti
Bu Müqaviləyə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) üzrə sığortalıya sığorta ödənişi vermək, sığortalı isə bu müqavilə ilə müəyyən olunan müddətdə sığorta haqqını ödəmək öhdəliklərini götürürlər.

Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, habelə ətraf mühitə vurduğu zərərə görə təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeləri ekoloji sığorta obyektidir.

Müqavilə ____ il müddətinə bağlanır.

Sığorta müqaviləsi, sığortalının ilk sığorta haqqını ödədiyi gün qüvvəyə minir.

Sığorta müqaviləsinin bağlanması faktı, sığortalıya verilən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən icbari ekoloji sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
II. Tərəflərin hüquq və vəzifələri
2.1. “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində göstərilən hallar nəticəsində vurulan zərər istisna olmaqla, qəza nəticəsində ətraf mühitin çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına və ətraf mühitə zərərin vurulmasına səbəb olan hadisə sığorta hadisəsi adlanır.

2.2. Sığortaçının hüquqları:

2.2.1. sığortalı ilə birlikdə ekoloji sığorta risqini qiymətləndirmək və ya bu işi sığorta riskinin müstəqil qiymətləndiricisinə həvalə etmək;

2.2.2. zərərin ödənilməsi barədə sığortalıya qarşı irəli sürülən iddialar üzrə məhkəmə icraatında iştirak etmək, sığortalının adından məhkəmələrdə çıxış etmək;

2.2.3. sığorta hadisəsinə dair sığortalıdan məlumat almaq, onun səbəblərini araşdırmaq üçün sığortalanmış müəssisəyə daxil olmaq və zəruri sənədləri tələb etmək;

2.2.4. əmlaka və ətraf mühitə vurulan zərərin qiymətləndirilməsində təbiəti mühafizə və digər müvafiq orqanlarla birlikdə iştirak etmək;

2.2.5. sığorta müqaviləsi bağlandıqdan sonra sığorta risqinin artmasına səbəb olan hallar meydana çıxdıqda, sığortalıdan müqavilə şərtlərinin dəyişdirilməsini, o cümlədən sığorta haqlarının artırılmasını tələb etmək;

2.2.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

2.3. Sığortaçının vəzifələri:

2.3.1. sığorta hadisəsi baş verdikdə, sığorta ödənişinin verilməsi üçün bütün sənədlər yığıldıqdan sonra “____” gün (iş günü) ərzində sığorta ödənişini vermək və ya ödənişi verməkdən imtinanı yazılı şəkildə əsaslandırmaq;

2.3.2. sığorta hadisəsinin qarşısının alınmasına və ya zərərin azalmasına sığortalının çəkdiyi xərclər müəyyən olunarsa, sığorta ödənişinin 10 (on) faizindən artıq olmamaq şərti ilə çəkdiyi xərcləri ödəmək;

2.3.3. sığorta risqinin azaldılması istiqamətində əhəmiyyətli tədbirlər görüldükdə və ya zərərli maddələrlə əməliyyat həcmi əhəmiyyətli dərəcədə dəyişildikdə, sığortalının tələbi ilə sığorta müqaviləsində müvafiq dəyişikliklər etmək və ya onu yenidən bağlamaq;

2.3.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

2.4. Sığortalının hüquqları:

2.4.1. sığortaçı ilə müqavilə əsasında ətraf mühitin qəza nəticəsində çirklənməsinin qarşısının alınması tədbirlərinin görülməsi üçün sığortaçının yaratdığı fondun vəsaitindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi sığortalının təbiəti mühafizə tədbirlər planına uyğun olaraq istifadə etmək;

2.4.2. sığorta hadisəsinin baş verməsi risqinin azaldılması istiqamətində tədbirlər gördükdə, sığorta haqqlarının yenidən hesablanmasını sığortaçıdan tələb etmək;

2.4.3. sığorta qaydaları ilə tanış olmaq;

2.4.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

2.5. Sığortalının vəzifələri:

2.5.1. sığorta müqaviləsinə uyğun olaraq sığorta haqqlarını vaxtında ödəmək;

2.5.2. sığorta risqinin, habelə sığorta hadisəsinin səbəblərinin və nəticələrinin müəyyənləşdirilməsi, zərərin həcminin qiymətləndirilməsi üçün zəruri olan məlumatları sığortaçıya təqdim etmək, eyni zamanda sığortaçının nümayəndələrinin müəssisəyə daxil olmasını, avadanlığın vəziyyəti ilə tanış olmasını və qəza yerinə baxmasını təmin etmək;

2.5.3. ətraf mühitin qəza nəticəsində çirklənməsi və ya onun üçün təhlükə yaradan amillər barədə 1 (bir) gün (iş günü) ərzində sığortaçıya məlumat vermək;

2.5.4. ətraf mühitin qəza nəticəsində çirklənməsinin mənfi təsirinin minimuma endirilməsi üçün tədbirlər görmək;

2.5.5. ətraf mühit üçün ekoloji təhlükə yaradan hər hansı fəaliyyəti və obyektləri barədə sığortaçıya məlumat vermək;

2.5.6. sığorta hadisəsinin baş vermə ehtimalını artıran dəyişikliklər (risklər) haqqında 3 (üç) gün (iş günü) müddətində sığortaçıya məlumat vermək.

2.6. Ekoloji auidit ___________________________ (sığortalı və ya sığortacı) hesabına aparılmalıdır.


III. Sığorta məbləği
3.1. Sığorta məbləği ekoloji sığorta risqinin qiymətləndirilməsi əsasında _______________ manat müəyyən edilmişdir.

3.2. Məsuliyyətin son həddi olan sığorta məbləği, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində qəza nəticəsində ətraf mühitin çirklənməsi zamanı vurulmuş zərərin bir faktından irəli gələn bir və ya bir neçə iddialar üzrə sığorta ödənişlərinin verilməsi üçün müəyyən edilir.

3.3. Sığorta məbləği zərərli maddələrin təhlükəlilik dərəcəsi, istehsalı, emalı, daşınması, basdırılması, məhv edilməsi, istismar olunan avadanlığın texniki vəziyyəti, insanların həyatına və sağlamlığına, əmlaka, yerin təkinə, heyvanlar və bitkilər aləminə, torpağa, su obyektlərinə, atmosfer havasına ekoloji təhlükə törətməsi baxımından təhlükəli mənbəyi olan müəssisələrin coğrafi mövqeyi və yerləşdiyi ərazinin təbii şəraitindən asılı olaraq müəyyən edilmişdir.

3.4. Sığorta məbləği “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq __________ kateqoriya üzrə müəyyən edilmişdir.


IV. Sığorta haqqı və tarifi
4.1. Sığorta haqqı məsuliyyətin son həddi olan sığorta məbləğindən asılı olaraq sığorta tarifi üzrə hesablanmışdır və ______________ manat müəyyən edilmişdir.

4.2. Sığorta tarifinin minimum faiz dərəcəsi “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci və 9.6-cı maddələrinə əsasən müəyyən edilmiş minimum sığorta məbləğinin 2 (iki) faizini təşkil edir.

4.3. İlk sığorta haqqı sığortalı tərəfindən sığortaçının hesabına köcürülür. Sığorta haqqının qalan hissəsi isə müqavilə qüvvəyə mindiyi tarixdən 4 (dörd) aydan gec olmayaraq ödənilir.
V. Sığorta ödənişinin verilmə qaydası
5.1. Sığorta hadisəsi baş verdikdə, sığortaçı fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar üzrə vurulmuş zərərin ödənilməsi üçün sığortalıya və ya zərər çəkənlərə sığorta ödənişi verir.

5.2. Sığortalı üçüncü şəxslərin iddialarını “İcbari ekoloji sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təmin etdiyi təqdirdə sığorta ödənişini tələb edə bilər, bu halda iddiaların ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

5.3. Sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi üçün sığortalı ona aşağıdakı sənədləri təqdim etməlidir:

5.3.1. sığorta hadisəsinin səbəbləri, zərərin miqyası və nəticələri barədə səlahiyyətli komissiyanın aktı (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin (aidiyyəti olduğu halda) səlahiyyətli nümayəndələrinin iştirakı ilə tərtib edilmiş akt);

5.3.2. sığorta hadisəsi ilə bağlı müəssisədaxili sənədlər;

5.3.3. sıgorta hadisəsi ilə bağlı sığortalıya qarşı irəli sürülən iddialar (tələblər);

5.3.4. iddialar üzrə mübahisə olduqda, ödənilməli olan zərərin miqdarı göstərilməklə məhkəmənin bu barədə qərarı.

5.4. Ətraf mühitin qəza nəticəsində çirklənməsinin qonadotrop nəticələri ilə bağlı zərər və cərimələr sığortaçı tərəfindən ödənilmir.

5.5. Sığortalının eyni risqlərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda, hər sığortaçı öz məsuliyyətinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə bərabər faiz miqdarında sığorta ödənişi verir.
VI. Əlavə şərtlər
6.1. Bu Müqavilə eyni hüquqi qüvvəyə malik olan 2 (iki) nüsxədən ibarət tərtib edilmişdir. Onlardan bir nüsxəsi sığortalıda, digəri isə sıgortaçıda saxlanılır.

________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________



VII. Tərəflərin məsuliyyəti
7.1. Bu Müqavilənin pozulmasına görə sığortaçılar və sığortalılar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

7.2. Ekoloji sığorta münasibətləri ilə bağlı mübahisə və fikir ayrılıqları ilkin olaraq tərəflər arasında danışıqlar yolu ilə, razılıq əldə olunmadıqda isə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə həll edilir.


VIII. Tərəflərin ünvanı və bank rekvizitləri
SIĞORTAÇI SIĞORTALI

________________________________________________________________________________
Adı: Adı:

Ünvanı: Ünvanı:

Tel/Faks/Teleks: Tel/Faks/Teleks:

Bank rekvizitləri: Bank rekvizitləri:

Rəhbəri: Rəhbəri:

___________________ _____________________



(A.S.A.) (A.S.A.)

_________________M.Y. __________________M.Y.



(imza) (imza) “___”____________20___il “___”____________20___ il

İcbari ekoloji sığorta müqaviləsinin

bağlanma Qaydası və icbari ekoloji

sığorta müqaviləsinin və icbari ekoloji

sığorta şəhadətnaməsinin formalarına

2 nömrəli əlavə

İcbari ekoloji sığorta

ŞƏHADƏTNAMƏSİ
Seriya ____№______ “_____”_____________________________20____ il
Sığorta təşkilatı___________________________________________________________________

(sığorta təşkilatının tam adı, ünvanı)

və sığortalı
(sığortalının tam adı, ünvanı)

arasında 20___ il “_____”_____________________________ tarixdən 20____ il

“____”_______________ tarixədək ___________________________ nömrəli icbari ekoloji sığorta

müqaviləsinin bağlanmasını təsdiq edir.


Bu Şəhadətnamə ilə sığortalı_________________________________________________________

_________________________________________________________________________________

(sığortalının tam adı, ünvanı, soyadı, adı və atasının adı, anadan olduğu il)

____________________________________________________________icbari ekoloji sığorta müqaviləsinə əsasən sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) üzrə sığortacıdan sığorta ödənişini almaq hüququna malikdir.


Sığortalının fəaliyyət növü __________________________________________________________

Hansı kateqoriyaya aid _____________________________________________________________

edilməsi (əməliyyat və ya

istehsal dəyərinin həcmi)

Sığorta məbləği __________________________________________________________________

(rəqəm və sözlə)

Sığorta

______________________________________________________________________________ tarifi

Sığorta

___________________________________________________________________________ haqqı (rəqəm və sözlə)

ödənilmə müddəti__________________________________________________________________
Şəhadətnamə “__”_________20__ ildən “___”________20__ ilədək ___ il müddətinə verilmişdir.
Ödənilmiş sığorta haqqı: __________________________________Manat sığortacının hesablaşma
(rəqəm və sözlə) hesabına köçürülmüşdür

Ödəniləcək sığorta haqqı: _____________________________________________________ manat

(rəqəm və sözlə)

Sığorta təşkilatının vəzifəli şəxsi (və ya nümayəndəsi)____________________________________

____________________________ __________________________

(vəzifəsi, soyadı, adı, atasının adı) (imza və vəzifəsi)

M.Y.

İcbari ekoloji sığorta Qaydaları

1. Ekoloji sığorta — ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı vurulan zərərə görə mülki məsuliyyətin sığortasıdır.

2. Ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına, habelə ətraf mühitə vurduğu zərərə görə təhlükəli mənbəyi olan müəssisələrin mülki məsuliyyəti ilə bağlı əmlak mənafeləri ekoloji sığorta obyektidir.

3. Sığorta hadisəsi ətraf mühitin qəza nəticəsində çirklənməsi zamanı insanların həyatına və sağlamlığına, üçüncü şəxslərin əmlakına və ətraf mühitə zərər vurulmasına səbəb olan hadisədir.

4. Aşağıdakı halların nəticəsində zərər vurulması sığorta hadisəsi hesab edilmir:

4.1. zərərli maddələrin qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olaraq atılması və ya yayılması;

4.2. hərbi əməliyyat, tətil, mülki çaxnaşma, qanuna itaətsizlik, təxribat, təbii fəlakət və bu qəbildən digər qarşısıalınmaz fövqəladə halların nəticələri ilə birbaşa və ya dolayısı ilə bağlı olan ətraf mühitin çirklənməsi;

4.3. sığortalının və ya zərər çəkmiş şəxsin ətraf mühitin qəza nəticəsində çirklənməsinə səbəb olan bilərəkdən edilmiş hərəkəti və ya hərəkətsizliyi;

4.4. sığortalının texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozması;

4.5. sığortalıya məlum olan, lakin barəsində sığortaçıya məlumat verilməmiş sığorta hadisəsinin baş verməsi riskini artıran hal və hərəkətlər;

4.6. sığortalının texnoloji və təbiəti mühafizə avadanlığının texniki vəziyyətinə nəzarət etməyə cavabdeh olan vəzifəli şəxslərin təqsirli hərəkətləri və ya hərəkətsizliyi.

5. Sığorta riski sığortalı ilə sığortaçı arasında qiymətləndirilir və ya bu iş sığorta riskinin müstəqil qiymətləndiricisinə həvalə edilir.

6. Ətraf mühitin qəza nəticəsində çirklənməsinin qarşısının alınması tədbirlərinin görülməsi üçün sığortaçının yaratdığı ehtiyat fondunun vəsaitindən sığortalının sığortaçı ilə razılaşdığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi sığortalının təbiəti mühafizə tədbirləri planına uyğun olaraq istifadə edilir.

7. İcbari ekoloji sığorta müqaviləsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində vurulmuş zərərə görə fiziki və hüquqi şəxslərin, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının irəli sürdükləri iddialar (tələblər) üzrə sığortalıya sığorta ödənişi vermək, sığortalı isə müəyyən olunan müddətlərdə sığorta haqqını ödəmək öhdəliklərini götürürlər.

8. İcbari ekoloji sığorta müqaviləsi ən azı bir il müddətinə bağlanır.

9. Sığortaçı ilə sığortalının qarşılıqlı hüquq və vəzifələri, sığorta ödənişinin və haqlarının ödənilməsi qaydası və müddəti, habelə qanunvericilikdən irəli gələn və hər iki tərəfin razılaşdığı digər şərtlər icbari ekoloji sığorta müqaviləsi ilə müəyyən edilir.

10. Təhlükəli mənbəyi olan müəssisə fəaliyyət göstərdikdə, istifadəyə verildikdə, yenidən qurulduqda, habelə təbiətdən istifadə üçün icazə aldıqda, belə müəssisədə ekoloji sığorta müqaviləsinin olmasına nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

11. Sığorta ödənişi zərərin faktiki miqdarında verilir və sığorta ödənişlərinin ümumi miqdarı sığortaçının məsuliyyətinin son həddindən (sığorta məbləğindən) artıq ola bilməz.

12. Sığorta ödənişini vermək üçün sığortalı aşağıdakı sənədləri təqdim etməlidir:

12.1. sığorta hadisəsinin səbəbləri, zərərin miqyası və nəticəsi barədə səlahiyyətli komissiyanın aktı;

12.2. sığorta hadisəsi ilə bağlı müəssisədaxili sənədlər;

12.3. hadisə ilə bağlı sığortalıya qarşı irəli sürülən iddialar (tələblər);

12.4. iddialar üzrə mübahisə olduqda, ödənilməli olan zərərin miqdarı göstərilməklə məhkəmənin qərarı.

13. Ətraf mühitin qəza nəticəsində çirklənməsinin qonadotrop nəticələri ilə bağlı zərər və cərimələr sığortaçı tərəfindən ödənilmir.



14. Sığortalının eyni risklərə dair qüvvədə olan bir neçə sığorta müqaviləsi olduqda hər sığortaçı öz məsuliyyətinin həddi olan sığorta məbləğinin bütün müqavilələr üzrə ümumi sığorta məbləğinə olan nisbətinə bərabər faiz miqdarında sığorta ödənişi verir.

15. Ekoloji sığorta münasibətləri ilə bağlı mübahisə və fikir ayrılıqları tərəflər arasında ilkin olaraq danışıqlar yolu ilə razılığa gəlinmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Yüklə 178,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin