M.F.Axundova görə tərbiyənin məqsədi kamil insan yetişdirməkdir. Kamil insan elmdən,
bilikdən,dünya mədəniyyətindən xəbərdar olan, yüksək zövqlü,çalışqan və vətənpərvər bir
şəxsiyyətə deyilir. Əsl vətandaş xalqının tərbiyəsi, onun səadəti, vətənin abadlaşdırılması və
ölkənin vəziyyətinin yaxşılaşdırılması uğrunda çalışan şəxsdir.
Çar Rusiyasının hakimiyyəti dövründə millətçilik,ruslaşdırma siyasəti Azərbaycan
pedaqoqlarının milli-mənəvi dəyərlərini həyata keçrməyə mane olurdu. Azərbaycan
Respublikası müstəqillik qazandıqdan sonra (1918-1920 və 1991-il 18 oktyabr) milli
özünüdərk, öz soykökünə qayıdış və milli ruhda təlim-tərbiyə işinin həyata keçirilməsi ön
plana çəkildi və bu gün də bu proses gedir və inanaq ki, sabah da bu belə olacaqdır.
Dostları ilə paylaş: