1. Psixologiyanın mövzusu və vəzifələri


Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix07.11.2022
ölçüsü344,91 Kb.
#119100
1   2   3   4   5   6   7   8   9   ...   17
1-15

Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ 
gələn psixikanın faktları, qanunauyğunluqları və mexanizmləri 
haqqında elmdir. Yəni psixologiya psixika haqqında elmdir.
2.Psixologiyanın inkişaf mərhələləri 
Psixologiya elmi öz inkişafında müxtəlif mərhələlərdən keçmişdir: 
1.Elməqədərki mərhələ. Qədim dövrdən başlayaraq bizim eradan 
əvvəlki VII-VI əsrlərə qədərki dövrü əhatə edir. Bu dövrdə ruh 
haqqında təsəvvürlər çoxsaylı mif və əfsanələrdə, nağıl və ilkin dini 
inamlarda öz əksini tapmışdır. 
2.İlkin elmi təsəvvürlər mərhələsi. Bu dövr e. ə. VII-VI əsrlərdən 
başlayaraq XVIII əsrin sonuna qədər olan dövrü əhatə edir. Bu dövrdə 
psixologiya elmi fəlsəfənin tərkibində inkişaf etmişdir. İkinci 
mərhələnin başa çatması ilə bağlı psixoloji ədəbiyyatda fikir və 
mövqelər fərqlidir. Bəziləri onun XVIII əsrin sonları, bəziləri isə XIX 
əsrin ortaları başa çatdığını qəbul edir. 
3.Psixologiya elminin inkişafının III mərhələsi. Almaniyada 
V.Vundtun ilk eksperimental psixologiya laboratoriyasının yaratması 
ilə başlayır. Eksperimental psixologiya laboratoriyası yarandıqdan 
sonra psixologiya müstəqil, obyektiv və eksperimental elm sahəsinə 
çevrildi. Lakin V.Vundtun qurduğu psixoloji model insanın ruhi aləmi, 
emosional haləti, şəxsiyyətin strukturu ilə bağlı yeni faktlar verə 
bilmədi. Belə vəziyyət alimləri psixikanın tədqiqi ilə bağlı yeni 
metodlar axtarmağa sövq etdi. Bu dövrü psixoloqlar metodoloji 
böhran dövrü adlandırırlar. Vahid məqsədə gələ bilməmələri 
nəticəsində XX əsrin əvvəllərində psixologiyada bir neçə istiqamət 
meydana çıxdı. Nəticədə psixologiyada psixoanaliz, biheviorizm, 
geştalt psixologiya, marksist psixologiya istiqamətləri və məktəbləri 
yarandı.
 



Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin