1. Sığorta fəaliyyətində təsərrüfat subyektlərinin əmlak maraqlarına zərər vurulması öz əksini nədə tapır?



Yüklə 239,38 Kb.
tarix11.06.2018
ölçüsü239,38 Kb.
#53345

1. Sığorta fəaliyyətində təsərrüfat subyektlərinin əmlak maraqlarına zərər vurulması öz əksini nədə tapır?

A) Onun əmlakının məhv olmasında və ya zədələnməsində, gözlənilməyən maliyyə öhdəçiliklərinin yaranmasında və ya mənfəətin itirilməsində

B) Onun əmlakının məhv olmasında və ya zədələnməsində

C) Əmlaka sahib olmaq və ya onun istifadəsi ilə bağlı hüquqların itirilməsi riski yarananda

D) Maliyyə riskləri yarananda

E) Gözlənilməz öhdəçiliklər yarananda


2. Sığorta işi nəyi xarakterizə edir?

A) İxtisaslaşmış təşkilatlar tərəfindən sığorta iştirakçılarının iqtisadi maraqlarına dəyə biləcək zərər üzrə risklərin yenidən bölgüsünü

B) İxtisaslaşmış təşkilatlar tərəfindən sığorta iştirakçılarının iqtisadi maraqlarının müdafiəsini

C) İxtisaslaşmış təşkilatların maliyyə maraqlarının müdəfiəsini

D) Sığortaçıların əmlakına dəyə biləcək zərər üzrə risklərin bölgüsünü

E) Vasitəçilər tərəfindən sığorta olunanların iqtisadi maraqlarına dəyə biləcək zərər üzrə risklərin bölgüsünü


3. Sığorta olunanlar arasında risklərin bölgüsü nədir?

A) Faktiki olaraq sığrota fondunun yardaılması ilə dəyişmiş zərərin ödənilməsində birgə iştirakdır

B) Sığorta fondunun yaradılmasında birgə iştirakdır

C) Sığortaçı ilə sığorta etdirən arasında zərərin bölüşdürülməsidir

D) Sığorta etdirənlərin riskləri bölüşdürməsidir

E) Vasitəçilər arasında risklərin bölüşdürülməsidir


4. Sığorta aid edilir:

A) Maliyyə münasibətlərinə

B) Vergi münasibətlərinə

C) Menecmentə

D) Kommersiya sahəsinə

E) Marketinqə


5. Sığorta sahəsində inhisar fəaliyyətinin və haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılması hansı dövlət orqanları tərəfindən həyata keçirilir?

A) Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası

B) Maliyyə Nazirliyi və Mərkəzi Bank

C) Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi

D) Yalnız İqtisadiyyat Nazirliyi

E) Yalnız Mərkəzi Bank


6. Sığorta işinin həyata keçirilməsi təcrübəsi hansı optimal formanı yaratmışdır?

A) İxtisaslaşmış təşkilarlar sığorta olunanların pay haqları hesabına sığorta fondu yaradır və ona dəymiş zərəri sığorta ödənişləri ilə təmin edir

B) Vasitəçilər sığorta olunanaların pay haqları hesabına sığorta fondu yaradır

C) Sığortaçılar sığorta olunanlara dəymiş zərəri sığorta ödənişləri ilə təmin edir

D) Sığortaçılar sığortalıların sığorta haqları hesabına nizamnamə fondunu yaradır

E) Sığorta etdirənlər sığorta olunanların pay haqları hesabına sığorta fondu yaradır və ona dəymiş zərəri kompensasiya edir


7. İşçilərin xəstələnməsi, əmək qabiliyyətinin itirilməsi ailə başçısının itirilməsi zamanı onların sosial müdəfiəsinin təmin etmək üçün yaradılan fondlara sığorta haqlarını kim ödəyir?

A) Müəssisə və təşkilatlar

B) İşçilər

C) Sığortaçılar

D) Brokerlər

E) Sığortalılar


8. Sığorta nədir?

A) Dəymiş zərərlərin konpensasiya edilməsi ilə bağlı olub sığorta olunanların əmlak maraqlarının qorunması vasitəsidir

B) Dəymiş zərərlərin konpensiyası edilməsi ilə bağlı olub sığorta edənlərin əmlak maraqlarının qorunması vasitəsidir

C) Sığorta hadisəsinin baş verməsi nəticəsində maddi və ya digər itkilərin əmələ gəlməsidir

D) Bir və ya bir neçə təsərrüfatda olan zərər məbləğinin müştərək şəkildə paylaşdırılmasıdır

E) Fövqəladə hadisələrin baş verməsinin təsadüfi əlamətləri ilə əlaqədar olan prosesdir


9. Hansı sığorta sığorta hadisəsi baş vediyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır?

A) Qeyri-həyat sığortası

B) Həyat sığortası

C) Məsuliyyət sığortası

D) Tibbi sığorta

E) Əmlak sığortası


10. Ehtimal olunan hansı hadisənin baş verməsinə qarşı sığorta aparılır?

A) Sığorta riski

B) Sığorta hadisəsi

C) Təkrar sığorta

D) Sığorta müqaviləsi

E) Məsuliyyət sığortası


11. Sığortalı kimdir?

1- Sığortaçı ilə müqavilə bağlayan şəxs

2- Xeyrinə sığorta müqaviləsi bağlanan şəxs

3- Qanuna görə sığortalanmış sayılan şəxs

4- Xüsusi razılıq almış fiziki şəxs olan sığorta təşkilatı

A) 2, 3, 4

B) 1, 2, 3

C) 2, 3, 5

D) 3, 4, 5

E) 1, 3, 4


12. Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği hansıdır?

A) Sığorta məbləği

B) Əmlakın dəyəri

C) Sığorta dəyəri

D) Sığorta haqqı

E) Sığorta ödənişi


13. Sığorta aktını kim tərtib edir?

A) Sığortaçı və ya ekspert

B) Sığortalı və ya ekspert

C) Broker və ya ekspert

D) Agent və ya broker

E) Sığortalı və ya broker


14. İctimai marağa uyğun olan sığorta növü hansıdır?

A) İcbari sığorta

B) Pensiya sığortası

C) Heç biri

D) Könüllü sığorta

E) Həyat sığortası


15. Sığorta ödənişləri hansı hissələrdən ibarətdir?

A) Netto dərəcə və sığorta tarifi

B) Netto dərəcə və yüklənmə

C) Risk dərəcəsi və yüklənmə

D) Netto və risk dərəcəsi

E) Yüklənmə və sığorta tarifi


16. Sığorta riski nədir?

A) Baş verməsi ehtimal olunan elə bir hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır

B) Əvvəlcədən ehtimal olunub və baş vermiş hadisədir

C) Ehtimal olunmamış, lakin baş vermiş hadisədir

D) Baş vermə ehtimalı 0,5 % olan hadisədir

E) Baş vermə ehtimalı 5 % olan hadisədir


17. Sığorta hadisəsi nədir?

A) Sığorta ödənişinin sığortalıya və ya üçüncü şəxsə ödənilməsi üçün əsas olan haldır

B) Ehtimal olunan və baş vermiş hadisədir

C) Sığorta ödənişinin sığortalıya və ya üçüncü şəxsə ödənilməsi üçün əsas olmayan haldır

D) Risk dərəcəsi yüksək olan hadisədir

E) Ehtimal olunmamış, lakin baş vermiş hadisədir


18. Sığorta fondunun yaradıcıları kimlərdir?

A) Sığortaçılar və sığorta etdirən şəxslər

B) Yalnız sığorta təşkilatları

C) Sığorta agentləri və sığorta təşkilatları

D) Agentlər və brokerlər

E) Vasitəçilər və sığorta etdirənlər


19. Nə zaman sığortaçı tərəfindən sığortalıya sığorta ödənişi verilmir?

A) Sığortalı tərəfindən qəsdən törədilən sığorta hadisəsi zamanı

B) Gözlənilməz sığorta hadisəsi baş verdiyi zaman

C) Başqası tərəfindən sığortalının əmlak maraqlarına zərər dəydikdə

D) Gözlənilməz maliyyə öhdəçilikləri zamanı

E) Bədbəxt hadisələr baş verdiyi zaman


20. Sığorta sahəsinin subyektləri kimlərdir?

A) Sığortaçı, sığortalı, vasitəçi

B) Sığortaçı, vasitəçi, kommersant

C) Broker, agent, menecer

D) Sığorta olunan, produktor, agent

E) Ekspert, sığorta aktuarları, brokerlər


21. Bölüşdürücü funksiya öz təzahürünü nədə tapır?

1- Risklilik funksiyasında

2- Mübadilə funksiyasında

3- Xəbərdaredici funksiyasında

4- Nəzarət funksiyasında

5- İnformasiya funksiyasında

A) 1, 3, 4

B) 2, 3, 5

C) 3, 4, 5

D) 1, 4, 5

E) 1, 2, 3
22. Aşağıdakılardan hansı tənzimlənmiş tarif sisteminə aiddir?

A) Bu sistemdə qiymətlər Dövlət Sığorta Nəzarəti tərəfindən hazırlanır və təsdiq edilir

B) Bu sistem sığorta şirkətlərinin hazırladıqları tarifləri Dövlət Sığorta Nəzarətində təsdiq etdirdikdən sonra tətbiq olunur

C) Qiymətlər beynəlxalq dərəcədə təsdiqini tapır

B) Bu sistemdə sığorta şirkətləri öz qiymətlərini özləri təsdiq edirlər

E) Qiymət tarifi sığortalılar tərəfindən təyin edilir


23. Qismən zərər baş verdikdə ödəniş məbləği necə təyin olunur?

A) Ödəniş= zərər × sığorta məbləği / sığorta dəyəri

B) Ödəniş= zərər × sığorta məbləği + sığorta dəyəri

C) Ödəniş= sığorta məbləği + zərər × sığorta dəyəri

D) Ödəniş= sığorta dəyəri × zərər – sığorta məbləği

E) Ödəniş= sığorta dəyəri + zərər + sığorta məbləği


24. Sığorta ödənişi nədir?

A) Sığortalıya pul və ya natura şəklində ödənilən məbləğ

B) Sığorta müqaviləsinə çəkilən xərclər

C) Sığorta haqqının bir formasıdır

D) Sığortalının ödədiyi məbləğ

E) Sığorta öhdəliklərinin son həddi


25. Qeyri-həyat sığortası nə deməkdir?

A) Sığortalının məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır

B) Təkrar sığorta növüdür

C) Sığortalının ölümü, sağlamlığının tam və ya qismən itirilməsi halları üçün aparılan sığortadır

D) Sığortalının əmlakının və əmlak maraqlarının müdafiəsi sahəsində münasibətlərdir

E) Sığortalının məsuliyyəti, əmlakı və mənafelərinin sığortasıdır


26. Sığorta bazarı nədir?

A) Təkliflərin formalaşdığı və bu təkliflərə təlabatın yarandığı , alqı-satqı obyekti sığorta müdafiəsi olan pul münasibətlərinin sosial iqtisadi strukturudur

B) Təklifin formalaşdığı və bu təkliflərə tələbatın yarandığı alqı-satqı obyekti əmtəə olan pul münasibətlərinin sosial-iqtisadi strukturudur

C) Təklifin formalaşdığı və tələbin yarandığı pul bazarıdır

D) Əmtəə-pul münasibətləridir

E) Sığortaçı ilə sığortalı arasında pul münasibətləridir


27. Sığorta bazarının fəaliyyət göstərməsinin mühüm iqtisadi qanunları nədir?

A) Dəyər qanunu, tələb və təklif qanunu

B) Dəyər qanunu, qiymət qanunu

C) Tələb və təklif qanunu

D) Qiymət, rəqabət

E) Rəqabət


28. İqtisadi rəqabət şəraitində sığorta bazarının funksiyası nədir?

A) Tənzimləyici

B) Bölüşdürücü

C) Stimullaşdırıcı

D) Vasitəçi

E) Qeyd olunanların hamısı


29. Sığorta bazarının strukturu bölünür:

A) Təsisat və ərazi aspektləri üzrə

B) İnstitusional aspektlər üzrə

C) Sosial və ərazi aspektləri üzrə

D) Sosial və iqtisadi aspektlər üzrə

E) Siyasi aspektlər üzrə


30. Sığorta kompaniyasının xüsusiliyini xarakterizə edən cəhətlər hansılardır:

A) Onun ehtiyatlarının tam şəkildə bir-birindən ayrı-ayrı olması və bu ehtiyatların sərbəst dövriyyəsi

B) Məqsədli sığorta fondunun fomalaşdırlması və bölüşdürülməsi

C) Sığortaçının iqtisadi münasibətləri sistemində rolu və yeri

D) Sığorta bazarının inkişaf etməsi

E) Sığorta xidmətlərinin stimullaşdırılması


31. Sığorta bazarının mövcud olmasının şərtlərinə aiddir:

A) Sığorta xidmətlərinə olan ictimai tələbatın və bu tələbatları təmin edən sığortaçıların çox olması

B) Təsisçilərin pul və maddi paylarının müəyyənləşdirilməsi

C) Sığorta şirkətlərinin əsas vəsaitlərinin əmələgəlmə mənbələrinin araşdırılması

D) Sığorta şirkətlərinin rentabelliyinin qiymətləndirilməsi

E) Sığorta şirkətlərində dövriyyədənkənar aktivlərin müəyyənləşdirilməsi


32. Daxili sığorta bazarı nədir?

A) Konkret sığortaçılar tərəfindən təxmin olunan sığorta xxidmətlərinə bilavasitə tələbatı olan yerli bazar

B) Regionun sərhədləri daxilində yerləşən yerli bazar

C) Bir-birilə əlaqədar olan sığorta kompaniyalarından asılı olan bazar

D) Sığorta xidmətləri üzrə təkliflər və onlara olan tələbatı nəzərdə tutan bazar

E) Bazar münasibətləri subyektlərinin sərbəstliyini saxlayan bazar


33. Sığorta bazarının iştirakçısı olan vasitəçilər:

A) Sığorta müqaviləsinin imzalanmasına yardım edən sığorta agentləri və sığorta brokerləri

B) Satıcı ilə sığorta müqaviləsi bağlayan fiziki və hüquqi şəxslər

C) Sığorta və təkrar sığorta ilə məşğul olan kompaniyalar

D) Sığorta müqaviləsində riskin 1 hissəsini alan şəxslər

E) Sığorta fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış şəxslər


34. Sığorta bazarının strukturunun ərazi aspektinə hansı sığorta bazarları daxildir?

A) Regional, daxili, dünya

B) Milli, xarici, beynəlxalq

C) Regional, dünya, beynəlxalq

D) Milli, beynəlxalq, regional

E) Yerli, xarici, beynəlxalq


35. Tələb və təklifin miqyasına görə sığorta bazarına hansı bazarlar aiddir?

A) Daxili, xarici, beynəlxalq

B) Regional, yerli, beynəlxalq

C) Dunya, xarici, milli

D) Beynəlxalq, xarici, yerli

E) Yerli, regional, dünya


36. Sığorta bazarının iştirakçıları kimlərdir?

A) Alıcılar, satıcılar, vasitəçilər

B) Sığorta təşkilatları, brokerlər

C) Brokerlər, agentlər,

D) Alıcı və satıcılar

E) Sığortaçılar və sığortalılar


37. Aşağıdakılardan hansı sığorta bazarına aid deyil ?

A) Bazar münasibəti subyektlətinin hərəkətlərinin məhdudlaşdırılması

B) Sığorta xidmətinin alqı-satqısı sahəsində tam hüquqlu tərəfdaşlıq

C) Şaquli əlaqələrin inkişafı

D) Üfüqi əlaqələrin inkişaf etdirilməsi

E) Bazar münasibətləri subyektlərinin sərbəstliyi


38. Sığortaçılar arasında rəqabət mühitini nə yaradır?

A) Sərbəst qiymət əmələgəlmə prinsipləri əsasında formalaşan tarif dərəcələri

B) Sərbəst qiymət əmələgəlmə prinsipləri əsasında formalaşan sığorta haqqı

C) Sərbəst qiymət əmələgəlmə prinsipləri əsasında formalaşan sığorta bazarı

D) Sərbəst qiymət əmələgəlmə prinsipləri əsasında formalaşan sığorta məbləği

E) Tələb və təklif


39. Sığorta xidmətinin hansı təqdim olunma üsulları var?

A) Könüllü və icbari

B) Rəsmi

C) Qeyri-rəsmi

D) Kollektiv

E) Kooperativ


40. Sığorta bazarına ən aktiv təsir edə bilər?

A) Dövlət

B) Daxili İşlər Nazirliyi

C) Sığorta fondları

D) Əhali

E) Sığorta polisləri


41. Sığorta bazarı hansı sistemlərdən ibarətdir?

A) Daxili və xarici sistemlərdən

B) Ümumi sistemlərdən

C) Xüsusi sistemlərdən

D) İdarəetmə sistemlərindən

E) Beynəlxalq sistemdən


42. Sığorta bazarının mövcud olmasının zəruri şərti nədir?

A) Sığorta xidmətinə olan tələbat və bu tələbatı ödəyən sığortaçıların mövcud olması

B) Sığorta xidmətinə olan tələbat

C) Sığorta etdirənlərin mövcud olması

D) Sığortaçıların mövcud olması

E) Sığorta marketinqinin mövcud olması


43. Sığorta bazarının assortimenti nədir?

A) Sığorta etdirənlərin istifadə etdiyi sığorta növlərinin məcmusudur

B) Sığorta bazarında üstün mövqeyə malik sığorta kompaniyasıdır

C) Həyat sığortası üzrə sığorta növlərinin məcmusudur

D) Qeyri-həyat sığortası üzrə sığorta növlərinin məcmusudur

E) Bağlanılan sığorta müqavilələrinin məcmusudur


44. Təsisat aspektlərinə görə sığorta bazarının aşağıdakı növü var

A) Daxili sığorta bazar

B) Əmlak sığorta bazarı

C) Dövlətin sığorta kompaniyaları

D) Regional sığorta bazarı

E) Xarici sığorta bazarı


45. Sığorta bazarının istirakçılarına aid deyil ?

A) Sığorta polisi

B) Brokerlər

C) Agentlər

D) Sığortaçılar

E) Vasitəçilər


46. Hazırda dünya sığorta praktikasında mövcud olan tendensiyalar hansıladır?

A) Universallaşma və ixtisaslaşma

B) Tənzimlənmə və ixtisaslaşma

C) Təmərküzləşmə və ixtisaslaşma

D) Universallaşma və beynəlmiləlləşmə

E) Təmərküzləşmə və beynəlmiləlləşmə


47. Sığorta fəaliyyətinə nəzarəti hansı orqan həyata keçirir?

A) Maliyyə Nazirliyi

B) Sığorta fondları

C) Brokerlər təşkilatı

D) Auditorlar palatası

E) Daxili İşlər Nazirliyi


48. Böyük Britaniyada sığorta nəzarətini hansı orqan həyata keçirir?

A) Böyük Britaniya Sənaye və Ticarət Departamenti

B) Maliyyə Departamenti

C) Böyük Britaniya Mərkəzi Bankı

D) Sənaye Nazirliyi və Maliyyə Nazirliyi

E) Böyük Britaniya Ticarət Departamenti


49. Müqavilə imzalandıqdan sonra sığorta etdirənə müqaviləni təsdiq edən hansı sənəd verilir?

A) Sığorta şəhadətnaməsi

B) Bilidiriş

C) Yazılı xəbərdarlıq

D) Qəbz

E) Order


50. Hansı sığortaçı tərəfindən idarə olunan sığorta bazarının daxili amilinə aiddir?

A) Sığorta məhsulu

B) Siyasi mühit

C) Sosial-etik mühit

D) Dünya sığorta bazarının vəziyyəti

E) Bazar tələbatı


51. Bazarda əmtəə-pul münasibətlərinin inkişafı nə ilə əlaqədardır?

A) Əmlakın ictimai bölgüsü ilə

B) Beynəlxalq təşkilatların yaranması ilə

C) Sığorta bazarlarının yaranması ilə

D) İnflyasiyanın artması ilə

E) Qiymətlərin aşağı düşməsi ilə


52. Qiymətin yuxarı həddi nəyə əsasən təyin edilir?

A) Tələbə

B) Təklifə

C) Şəraitə

D) Qiymətə

E) Reklama


53. Sığorta təşkilatları sığorta fəaliyyətinə lisenziya verilməsi üçün sənədləri hara təqdim etməlidirlər?

A) Maliyyə Nazirliyinə

B) AR Prezdentinə

C) Milli Məclisə

D) Vergilər Nazirliyinə

E) İqtisadi İnkişaf Nazirliyinə


54. Sığorta təşkilatlarına sığorta fəaliyyətilə lisenziyanın verilməsi hansı dövlət orqanı tərəfindən həyata keçirilir?

A) Maliyyə Nazirliyi

B) Mərkəzi Bank

C) Vergilər Nazirliyi

D) İqtisadi İnkişaf Nazirliyi

E) Ədliyyə Nazirliyi


55. Aşağıdakılardan hansı sığorta müqaviləsində göstərilməməlidir?

A) Təsisçinin ailə vəziyyəti

B) Sığorta riskləri

C) Sığortaçının adı və ünvanı

D) Sığortalının adı və ünvanı

E) Müqavilənin qüvvədə olduğu müddət


56. Sığortaçıların reyestrini aparmaq hansı orqanın vəzifəsidir?

A) Maliyyə Nazirliyinin

B) Vergilər Nazirliyinin

C) Nəqliyyat Nazirliyinin

D) Milli Məclisin

E) İqtisadiyyat Nazirliyinin


57. Sığorta təşkilatları lisenziya almaq üçün Maliyyə Nazirliyinə hansı sənədləri təqdim etməlidir?

1- Lisenziya almaq üçün icazə

2- Müəssisənin təsis sənədlərinin surəti

3- Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamə

4- Ərizəçinin fəaliyyət aparacağı ünvan

A) 1,2,3,4

B) 2,3

C) 1,2,4


D) 2,3,4

E) 1,4


58. Maliyyə Nazirliyi sığorta fəlaiyyəti üzrə lisenziyanı dövlət reyestrində qeydiyyata alındığı tarixdən neçə gün müddətində lisenziya sahibinə və ərazi üzrə dövlət vergi xidməti orqanına rəsmi məlumat verməlidir?

A) 10 gün

B) 15 gün

C) 20 gün

D) 1 ay

E) 3 həftə


59. Lisenziya fəaliyyəti aşağıdakı hallardan hansında dayandırıla bilər?

A) Sığortaçı tərəfindən ərizə təqdim edildikdə

B) Broker tərəfindən işə xitam verildikdə

C) Sığorta müqaviləsi ləğv olunduqda

D) Sığorta şirkəti yüksək mənfəət əldə etdikdə

E) Yeni sığorta növlərinin tətbiqi zamanı


60. Sığorta fəaliyyəti üçün lisenziya almaq üçün hansı orqana müraciət edilir?

A) Maliyyə Nazirliyinə

B) Daxili İşlər Nazirliyinə

C) Kommersiya Banklarına

D) Səhiyyə Nazirliyinə

E) Fövqəladə Hallar Nazirliyinə


61. Sığorta təşkilatının sığortaçı kimi fəaliyyətə başlamasınını vacib şərtləridən biri aşağıdakılardan hansıdır?

A) Lisenziya

B) Akt

C) Ərizə


D) Tələb

E) Razılıq


62. Sığortaçının nizamnaməsində aşağıdakılardan hansı müəyyənləşdirilmir ?

A) Onun verilməsi qaydası

B) Ünvanı

C) Adı


D) Ləğvi qaydası

E) Fəaliyyətinin idarə edilməsi qaydası


63. Sığorta təşkilatlarının lisenziya almaq üçün Maliyyə Nazirliyinə təqdim etdiyi sənədərə aid deyil:

A) Sığortaçının bank hesabı və VÖEN-i haqqında sənəd

B) Lisenziya almaq üçün ərizə

C) Müəssisənin təsis sənədlərinin sürəti

D) Müəssisənin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədlərin sürəti

E) Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd


64. Sığortaçı tərəfindən lisenziya almaq üçün Maliyyə Nazirliyinə təqdim ediən sənədərdə imtina üçün hər hansı bir əsas olmadıqda , qeydə alındığı gündən başlayaraq Maliyyə Nazirliyi lisenziya verilməsi haqqında qərarı neçə gündən sonra qəbul edir?

A) 15 gündən gec olmayaraq

B) 30 gündən sonra

C) 20 günə

D) 10 gündən gec olmayaraq

E) 40 gündən sonra


65. Lisenziya sahibləri tərəfindən lisenziyanın tələblərinə və şərtərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi hansı orqan tərifndən həyata keçirilir?

A) Lisenziyanı verən orqan tərəfindən

B) Konstitusiya qanunlarına əsasən

C) Sığorta şirkətinin rəhbəri tərəfindən

D) Sığorta şirkətinin Müşahidə Şurası tərəfindən

E) Sığorta İnstitutu təfindən


66. Maliyyə Nazirliyinin sığorta fəaliyyətinə verilmiş lisenziya fəaliyyətini dayandıra biləcək hallara daxil deyil ?

A) Sığortaçı hüquqi şəxs kimi ləğv edildikdə

B) Lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə

C) Sığortaçının müflisləşməsi faktı AR-nın qanunvericiliyi tərfinfən təsdiq olunduqda

D) Sığortaçı tərfindən normativ aktlara əməl edilmədikdə

E) AR-nın qanunvercilikyinə uyğun olaraq müvafiq dövlət orqanı ərizəçəninin fəaliyyəti dayandırıldıqda


67. Maliyyə Nazirliyi lisenziyanın dayandırılması, ləğv edilməsi və bərpa edilməsi barədə müvafiq qərarını neçə gün ərzində lisenziya sahibinə və ərazi üzrə dövlət vergi xidməti orqanına məlumat verməlidir ?

A) 5 gün müddətində

B) 10 gün müddətində

C) 8 gün müddətində

D) 15 gün müddətində

E) 20 gün müddətində


68. Sığorta müqaviləsində göstərilənlərdən biri yanlışdır?

A) Sığortlının ailə tərkibi haqqında məlumat

B) Sığortalının adı və ünvanı

C) Sığorta obyekti və onun olduğu yer

D) Sığorta riskləri

E) Sığorta haqqının məbləği və onun verilmə qaydası


69. Sığorta müqaviləsində göstərilməsi mütləq olan şeylərə aid deyil ?

A) Sığortalının iş yeri haqqında məlumat

B) Sığorta məbləği və ödənişlərin veriilməsi qaydası

C) Müqavilənin qüvvədə olduğu müddət

D) Müqavilənin dəyişdirilməsi və xitam verilməsi qaydası

E) Sığortalının adı və ünvanı


70. Aşağıdakılardan hansı sığorta aktında qeyd olunanlara aid deyil ?

A) Sığorta haqqına edilən güzəştlər

B) Sığorta hadisəsinin təfsilatı

C) Sağlamlığa və yaxud əmlaka vurulan zərər barədə məlumat

D) Sığorta müqaviləsnin və ya şəhadətnaməsinin tarixi, nömrəsi

E) Sığortalının adı və ünvanı


71. Sığortaçının nizamnaməsində müəyyənləşdirilənlərdən biri yanlışdır?

A) Nizamnamə kapitalının miqdarı

B) Sığortaçının adı

C) Sığortaçının ünvanı

D) Sığortaçının fəaliyyətinin idarə edilməsi qaydası

E) Sığortaçının fəaliyyətinin ləğvi qaydası


72. Maliyyə Nazirliyi hansı halda lisenziyanı ləğv edə bilər?

A) Müvafiq məhkəmə qərarı olduqda

B) Sığorta şirkəti yüksək mənfəət əldə etdikdə

C) Sığorta müqaviləsi ləğv olunduqda

D) Yeni sığorta növlərinin tətbiqi zamanı

E) Broker tərəfindən işə xitam verildikdə


73. Həyatın sığorta olunmasının təşkilində və onun elmi üsullarının tətbiqində mühüm rol oynamış şəxs kimidir?

A) Ceyms Dadson

B) Uilyam Smit

C) Emiliana Bonelli

D) İvan Volkov

E) Entoni Simpson


74. Həyatın sığorta olunması üzrə ixtisaslaşmış ilk kompaniyanın adı nə olmuşdur?

A) “Şərəfli həyat cəmiyəti”

B) “Həyat eşqi”

C) “Şərəfli cəmiyyət”

D) “Gözəl həyat”

E) “Yeni həyat”


75. Sığorta marağı nə zaman zəruri əhəmiyyətə malik olur?

A) Sığorta müqaviləsi imzalandığı müddətdən

B) Həyat sığortası müqaviləsi başa çatdığı andan

C) Müqavilənin imzalanmasından 1 il sonra

D) Müqavilənin imzalanmasından 30 gün sonra

E) Sığorta marağı zəruri əhəmiyyətə malik deyil


76. Alış məbləği nədir?

A) Sığortaçı tərəfindən həyatın sığorta olunması üzrə müqaviləni pozan sığortalıya ödənilən puldur

B) Sığorta müqaviləsinin qiyməti

C) Sığorta lisenziyasının qiyməti

D) Sığortaçının mənfəəti

E) Vasitəçilərə düşən komission mükafatdır


77. Sessiya nədir?

A) Sığortalının şəxsi müqaviləsini digər şəxsə satmaq hüququ

B) Sığorta lisenziyasınnı müddəti

C) Sığortaçının mütəmadi olaraq keçirdiyi iclaslar

D) Peşəkarlığı artırmaq çün sığorta təşkilatları arasında təlim dövrü

E) Sığorta lisenziyasınnı müddəti, peşəkarlığı artırmaq çün sığorta təşkilatları arasında təlim dövrü


78. İnflyasiya prosesinə qarşı fəaliyyətə zəmanət verən müddətli sığorta növü aşağıdakılardan hansıdır?

A) Artan sığorta məbləğli müddətli sığorta

B) Azalan sığorta məbləğli müddətli sığorta

C) Sığorta məbləği olan müddətli sığorta

D) Konvertasiya edilmiş müddətli sığorta

E) Daimi mükafatlı müddətli sığorta


79. Sığortanın hansı növünə görə tibbi müayinədən keçmək lazım deyil?

A) Konvertasiya edilmiş müddətli sığorta

B) Daimi mükafatlı müddətli sığorta

C) Sığorta məbləği olan müddətli sığorta

D) Azalan sığorta məbləğli müddətli sığorta

E) Artan sığorta məbləğli müddətli sığorta


80. Ölkəmizdə ömürlük sığorta növündə mükafatlar nə vaxta qədər ödənilir?

A) 80 yaş həddinə çatana qədər, Pensiyaya çıxmaq müddətinə qədər

B) 80 yaş həddinə çatana qədər

C) Pensiyaya çıxmaq müddətinə qədər

D) Müqavilə imzalandığı gündən 5 il sonraya qədər

E) Müqavilə imzalandığı gündən 10 il sonraya qədər


81. İnvestisiya sığortası nə vaxt və harada yaranmışdır?

A) 1950-ci illərin sonu, Böyük Britaniyada

B) 1900-cü ildə, ABŞ-da

C) 1777-ci ildə Almaniyada

D) I Dünya Müharibəsindən sonra, Rusiyada

E) 90-cı illərin ortaları, Azərbaycanda


82. “Offer Price” nə deməkdir?

A) Təklif qiyməti

B) Alış qiyməti

C) Müqavilə qiyməti

D) Lisenziya qiyməti

E) Cərimə məbləği


83. Annuitet nədir?

A) Müqavilənin imzalandığı gündən etibarən birdəfəlik mükafatlar əvəzinə, sığortalının həyat dövrü ərzində ödənilən illik renta üzrə sığorta müqaviləsi

B) Birdəfəlik mükafatın verilməsi

C) Sığorta olunmuş şəxsin müqavilənin sona çatması müdətinə qədər vəfat etməsi

D) Heç biri

E) Bütün variantlar doğrudur


84. Müddəti uzadılmış annuitet nədir?

A) Renta ciddi şəkildə təyin olunmuş tarixə və ya vaxtından əvvəl ödənilir?

B) Sığorta olmuş şəxs 1 dəfəlik mükafatı təqdim etdiyi zaman ona illik renta ödənilməlidir

C) Rentanın ümumi məbləği varislərə 1 dəfəlik ödənilir

D) Əmək fəaliyyətinin dayandırılmasından sonra gəliri təmin edən vasitədir

E) Əmək fəaliyyətinin dayandırılması zamanı gəliri təmin edən vasitədir


85. Bədbəxt hadisələrdən sığorta neçənci ildə yaranmışdır?

A) XIX əsrin əvvəllərində

B) XX əsrdə

C) XVI əsrdə

D) XX əsrin ortalarında

E) 1500-cu ildə


86. Sığortada bədbəxt hadisə dedikdə nə başa düşülür?

A) İnsan orqanizminə təsir edən qəfil və gözlənilməz xarici amillərin nəticəsində sağlamlığın müvəffəqi və ya daimi şəkildə pozulması və hətta sığorta olunmuş şəxsin ölüm halının baş veməsi

B) Əmlakına dəyən zərər

C) Nəqliyyatın sıradan çıxması

D) Digər ölkələrin xarici təsirləri daimi şəkildə pozulması və hətta sığorta olunmuş şəxsin ölüm halının baş veməsi

E) Sığorta olunum şəxsin qəfil ölümü


87. Bədbəxt hadisələrdən sığortada aşağıdakı hallardan hansı sığorta hadisəsi kimi qəbul olunur?

1- Sui-qəsd

2- Elektrik zərbəsi

3- Dənizdə batmaq

4- Zəhərli maddələrin udulması

5- Hərbi fəaliyyət

A) 2, 3, 4

B) 1, 3, 5

C) 2, 4

D) 1, 2, 3



E) 3, 4, 5
88. Əlillik hadisəsi üzrə sığorta ödənişinin məbləği necə hesablanır?

A) Sığorta ödənişi məbləği = sığorta məbləği × əmək qabiliyyətsizliyinin səviyyəsi

B) Sığorta ödənişi məbləği = sığorta məbləği + əmək qabiliyyətsizliyinin səviyyəsi

C) Sığorta ödənişi məbləği = sığorta məbləği - əmək qabiliyyətsizliyinin səviyyəsi

D) Sığorta məbləği = sığorta ödənişi məbləği × əmək qabiliyyətsizliyinin səviyyəsi

E) Əmək qabiliyyətsizliyinin səviyyəsi= Sığorta ödənişi məbləği – sığorta məbləği


89. Təcrübədə əlilliyin I qrupu üzrə əmsallar hansı səviyyədə təyin olunur?

A) 75-80%

B) 10-20%

C) 30-40%

D) 60%

E) 55%
90. Tibbi sığorta üzrə münasibətlərin nizamlanması necə həyata keçirilir?



A) Azərsığorta nəzarətin xüsusi sənədləri vasitəsilə

B) Səhiyyə Nazirliyinin xüsusi sənədləri vasitəsilə

C) Milli Məclis qanunverici aktlar vasitəsilə nəzarətin xüsusi sənədləri

D) Sığorta təşkilatları normativ sənədləri nəzarətin xüsusi sənədləri vasitəsilə

E) Məhkəmə vasitəsilə
91. İşləməyən əhalinin sığorta haqqını hansı orqan verir?

A) İcra hakimiyyəti orqanları

B) Əmək və Əhalinin Sosial Yardım Fondu

C) DSMF


D) BMT

E) Aİ
92. Daimi rentalı müqavilə nə deməkdir?

A) Rentanın ölçüsü sığorta olunan şəxsin bütün həyatı ərzində dəyişikliyə məruz qalmır

B) Proqressiv rentanın ölçüsü riyazi və həndəsi arta bilir

C) Sığortaçı polisdə qeyd olunmuş şəxsin müvvəqqəti renta ilə təmin olunmasını öz öhdəsinə götürür

D) Sığorta haqqının ödənilməsinin dayandırılması

E) Sığorta ödənişinin həyata keçirilməsi
93. Bədbəxt hadisələrdən sığorta olunmanın məqsədi nədir?

A) Sağlamlığa dəyən zərərin ödənilməsi

B) Sığortalının həyatının sığortalanması

C) Əlillik zamanı III şəxsə dəyən zərərin ödənilməsi

D) III şəxsə dəyən zərərin qismən ödənilməsi

E) Ailə üzvlərindən yalnız birinə dəyən zərərin ödənilməsi


94. Aşağıdakılardan hansı pensiya sığortasının növünə aid deyil?

A) Azalan rentalı müqavilələr

B) Artan rentalı müqavilələr

C) Daimi rentalı müqavilələr

D) Ailə sığortası

E) Zəmanətli ömürlük renta


95. Aşağıdakılardan hansı stasionar xərclərlə əlaqədar xərclərə daxildir?

A) Əməliyyatlar

B) Lobarotoriya analizləri və diaqnostika

C) Fizioterapiya

D) Əlillik arabaları

E) Massaj


96. Ambulator müalicə ilə əlaqədar olan xərclərə aşağıdakılardan hansı daxil deyil?

A) Əməliyyatlar da daxil olmaqla həkimin yardımı

B) Lobarotoriya analizləri və diaqnostika

C) Müayinədən keçmək

D) Mütəxəssislərin müayinəsi

E) Fizioterapiya


97. KTS-nin (könüllü tibbi sığorta) əsas növünə aid olan xərclər:

A) Ambulator və stasionar tibbi xidmət xərcləri

B) Müalicə xidmətləri xərcləri

C) Ambulator və müalicə xidmətləri xərcləri

D) İxtisaslaşmış tibbi yardım ilə əlaqədar olan xərclər

E) Stasionar xərclər


98. Tibbi sığortanın sosial vəzifələrinə aiddir:

A) Əhalinin sağlamlığının mühafizə olunması

B) Vətəndaşlar və onların ailələrinin gəlirlərinin müdafiə olunması

C) Səhiyyənin maliyyələşdirilməsi

D) Əhalinin müxtəlif qrupları arasında tibbi xidmətlərin ödənilməsinə sərf olunan vəsaitlərin yerləşdirilməsi

E) Sığorta fondlarına vəsaitlərin cəlb olunması


99. Aşağıdakı hadisələrdən hansı bədbəxt hadisə hesab olunmur?

A) Sığorta olunmuş şəxsin qəsdən özünə bədən xəsarəti yetirməsi

B) Dənizdə batmaq və asfiksiya

C) Heyvan, ilan, həşəratların sığorta olunmuş şəxsi dişləməsi

D) Keyfiyyətsiz qida məhsullarının istifadəsi nəticəsində zəhərlənmə

E) Hücum nəticəsində alınan travmalar və digər bədən xəsarətləri


100. Bədbəxt hadisələrdən icbari sığortada sığorta etdirən şəxs qismində kimlər çıxış edir?

A) Sahibkarlar

B) Muzdlu fəhlələr

C) Məktəbə qədər müəsssisələrə gedən uşaqlar

D) Fermerlər

E) Kənd təsərrüfatında çalışan işçilər


101. Qarışıq sığorta üzrə ödənilən mükafatlar şərti olaraq neçə hissəyə ayrılır?

A) 3 - əmanət, riskli mükafat və işlərin həyata keçirilməsinə sərf olunan xərclər

B) 2 - əmanət və riskli mükafat

C) 2 - əmanət mükafatı və işlərin həyata keçirilməsinə sərf olunan xərclər

D) 3 - əmanət, birdəfəlik mükafat və işlərin həyata keçirilməsinə sərf olunan xərclər

E) 3 - əmanət, riskli və birdəfəlik mükafat


102. Kombinasiya edilmiş sığorta nə deməkdir?

A) Bir müqavilə ilə bir neçə müxtəlif obyektləri yaxud müxtəlif növlü sığortaların bir-birinə birləşməsi

B) Dəyişiklik edilmiş müaviləli sığorta

C) Sonradan tarifi artırılmış sığorta

D) Ləğv edilmiş sığorta

E) Sonradan tarifi artırılmış və ya ləğv olunmuş sığorta


103. Xüsusiyyətinə görə əmlak sığortası hansı növlərə bölünür:

1- Yanğından sığorta

2- Tibi sığorta

3- Hava sığortası

4- Dəniz sığorta

5- Həyat sığortası

A) 1, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 1, 4, 5

E) 2, 3, 5
104. Kasko sığortası nədir?

A) Sığortaçı tərəf sığortalıya daşınma vəsaitinin zədələnməsi və ya məhv olması nəticəsində dəyən zərərin ödənilməsi sığortası

B) Nəqliyyatın oğurlanması zamanı nəqliyyat vasitələrinin sığortası

C) Əmlakın itirilməsi üzrə sığorta

D) Dəyişiklik edilmiş müqavilə üzrə sığorta

E) Sonradan tarifi artırılmış sığorta


105. Yol-nəqliyyat hadisəsi zamanı sığorta olunmuş şəxs kim hesab olunur?

A) Sürücü və sığorta etdirən şəxs

B) Sürücü

C) Sığorta etdirən şəxs

D) Sığortaçı

E) Ekspert


106. Əmlak üzrə sığorta obyekti nədir?

A) Əmlak marağı

B) Sığortalının həyatı

C) İnsanın sağlamlığı

D) Məsuliyyət

E) III şxslərin həyatı


107. Aşağıdakılardan hansı əmlak sığortasının növü deyil?

A) Qeyd edilənlərin hamısı aiddir

B) Yerüstü nəqliyyat vasitələrinin sığorta olunması

C) Hava nəqliyyatı vasitələrinin sığorta olunması

D) Su nəqliyyatı vasitələrinin sığorta olunması

E) Yüklərin sığorta olunması


108. Oğurlanmış avtomaşına görə sığorta ödənişi nə vaxt həyata keçirilir?

A) Oğurluq hadisəsindən 2 ay sonra

B) Oğurluq hadisəsi zamanı

C) Oğurluq hadisəsindən 6 ay sonra

D) Oğurluq hadisəsindən 1 il sonra

E) Oğurluq hadisəsi zamanı ödəniş edilmir


109. Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta müqaviləsi kimlərlə bağlanır?

A) Hüquqi şəxslərlə

B) Fiziki şəxslərlə

C) Sərnişinlərlə

D) Sürücülərlə

E) İşçi heyəti ilə


110. Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta olunmasında həqiqi məbləğ nədir?

A) Sığorta müqaviləsinin imzalandığı andan etibarən köhnəlməni də nəzərə almaqla, dəmiryolu nəqliyyatı vasitələri vahidinin məbləği

B) Sığorta müqaviləsinin imzalandığı andan dəmiryolu nəqliyyatı vasitələri vahidinin məbləği

C) Sığorta müqaviləsinin imzalandığı ana qədər dəmiryolu nəqliyyatı vasitələri vahidinin məbləği

D) Sığorta müqaviləsinin imzalandığı ana qədər dəmiryolu nəqliyyatı vasitələrinin məbləği

E) Sığorta müqaviləsinin imzalandığı andan dəmiryolu nəqliyyatı vasitələrinin məbləği


111. Dəmiryolu nəqliyyatı vasitələrinin sığorta olunmasında balans məbləği nədir?

A) Sığorta məbləğinin nəqliyyat vasitələri vahidinin həqiqi məbləğinə bərabər və ya bu məbləğdən az olması

B) Sığorta məbləğinin nəqliyyat vasitələrinin məbləğinə bərabər olması

C) Sığorta məbləğinin nəqliyyat vasitələri məbləğindən az olması

D) Nəqliyyat vasitələri vahidinin həqiqi məbləğindən çox olması

E) Sığorta məbləğinin az olması


112. Kasko gəmilərinin sığorta müqaviləsinə aşağıdakılardan hansılar daxil deyil?

A) Xərclərin azalması riski

B) Hərbi və tətil riskləri

C) Fraxtın itirilməsi riski

D) Xərclərin artım riski

E) Kreditorun maraqları


113. Hava gəmisinin sığortası üzrə polisə aşağıdakı şərtlərdən hansı daxil edilmir?

A) Hava gəmisinin ümumi nəzarət-təmir xərcləri

B) Hava gəmisinin itməsi

C) Məcburi eniş və hava gəmisinin xilas olunması üzrə xərclər

D) Zədələnmiş hava gəmisinin təmirinin qiyməti

E) Hava gəmisinin tam şəkildə məhv olmasının müəyyən edilməsi


114. Yük daşınmasında iştirak etməyən şəxslər kimlərdir?

A) İcarədar

B) Yükü göndərən şəxs

C) Yükü alan şəxs

D) Bərəçi

E) Ekspeditor


115. Maliyyə risklərinin sığorta olunması hadisələrinə aşağıdakılardan hansı aid deyil?

A) Planlaşdırılmış xərclər

B) Müflisləşmək

C) Sığorta olunmuş şəxs tərəfindən sərf olunan məhkəmə xərcləri

D) Gözlənilməz xərclər

E) İstehsalın dayandırılması


116. Aşağıdakılardan hansı vətəndaşların əmlakının sığorta olunmasının növlərinə aid deyil?

A) Vətəndaşların pul vəsaitlərinin sığorta olunması

B) Şəxsi avtomobil nəqliyyatının sığorta olunması

C) Elektron avadanlığının “elektron risklərindən” sığorta olunması

D) Soyuducu kameralarında olan əmlakın sığorta olunması

E) Ev heyvanlarının sığorta olunması


117. Kənd təsərrüfatı müəssisələrinin hansı sahələri sığorta etmək hüququna malik deyil?

A) Kənd təsərrüfatı alətləri

B) Binalar

C) Çoxillik əkililər

D) Bitkiçilik məhsulları

E) Kənd təsərrüfatı heyvanları


118. Bitki məhsullarının tam şəkildə məhv olması zamanı bütün sahəyə dəyən zərər hansı düsturla hesablanır?

A) Z= MZ * S

B) Z= MZ / S

C) Z= MZ / S*100%

D) Z= MZ * S/100%

E) Z=100% / MZ * S


119. Orta məhsuldarlığın azalması zamanı hesabat düsturu necədir?

A) Z= (MZ – M0) / S

B) Z= (MZ – M0)

C) Z= MZ – M0 * S

D) Z= (MZ + M0) * S

E) Z= MZ + M0 / S


120. Nəqliyyat vasitələrinin sığorta olunmasına dair əsas müqavilə hansı müddət ərzində imzalanır?

A) 1 il və ya 2 aydan 11 aya qədər

B) 2 il və ya 1 aydan 11 aya qədər

C) 5 il və ya 5aydan 11 aya qədər

D) 3 il və ya 3 aydan 11 aya qədər

E) 15 il və ya 1 aydan 11 aya qədər


121. Nəqliyyat vasitələrinin sığorta olunması na dair müqavilə kimlər tərəfindən imzalanır?

A) Respublika vətəndaşları, ölkə vətəndaşlığı olmayanlar

B) Broker, agent

C) Nəqliyyat Nazirliyi, sığortaçı

D) Nəqliyyat Nazirliyi , sığortalı

E) Sığortalı, sığortaçı


122. Əmlak üzrə sığorta dedikdə nə başa düşülür?

A) Əmlak marağı, əmlakın özü

B) Əmlak riski, əmlakın özü

C) Əmlak riski, əmlakın dağıntısı

D) Əmlakın özü , əmlak dağıntısı

E) Əmlak riski , əmlak marağı


123. Nəqliyyat vasitələtinin sürücülərinin və sərnişinlərinin bədbəxt hadisələrdən sığorta olunması zamanı yol nəqliyyat hadisəsi baş verdikdə hansı halda sığortaçı həmin şəxsə sığorta məbləği ödəməlidir?

1- Sığorta olunmuş şəxs zədə aldıqda

2- Sığorta olunmuş şəxs yaralandıqda

3- Sğorta olunmuş şəxs əmək qabiliyyətini itirdikdə

4- Sığorta olunmuş şəxs iflas etdikdə

5- Sığorta olunmuş şəxsin əmlakına zərər dəydikdə

A) 1,2,3

B) 1,3,5


C) 1,4,5

D) 2,4,5


E) 2,3,4
124. Subroqasiya hansı sığorta növünün prinsiplərinə aiddir?

A) Dəniz sığortası

B) Hava sığortası

C) Əmlak sığortası

D) Bank sığortası

E) Sağlamlıq sığortası


125. Məsuliyyətin sığorta olunması nədir?

A) Sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində üçüncü şəxslərə dəyən zərərə görə bu şəxslərə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir

B) Sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti nəticəsində üçüncü şəxslərin vurduğu zərərə görə bu şəxslərə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir

C) Sığorta obyekti kimi sığorta etdirən şəxsin fəaliyyəti nəticəsində həmin şəxsə dəyən zərərə görə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir

D) Sığorta etdirən şəxsin fəaliyyətsizliyi nəticəsində həmin şəxsə dəyən zərərə görə kompensasiya verilməsini təmin edən sığorta sahəsidir

E) Sığorta etdirən şəxsin fəaliyyətsizliyi nəticəsində digər şəxsə dəyən zərərin kompensasiyasını təmin edən sığorta sahəsidir


126. Ölkəmizdə könüllü məsuliyyət sığortasının tətbiqi nə vaxtdan başlamışdır?

A) 1996-cı il

B) 1998-ci il

C) 1997-ci il

D) 1991-ci il

E) 1989-cu il


127. Nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyətinin sığorta olunması nədir?

A) Vətəndaş şikayəti üzrə nəqliyyat vasitələrinin sahibindən cərimə şəklində alınan məbləğin ölçüsünə uyğun olan sığorta təminatının zərərçəkmiş üçüncü şəxsə ödənilməsini təmin edən məsuliyyət sığortasıdır

B) Nəqliyyat vasitələrinin sahibindən cərimə şəklində alınan məbləğin ölçüsünə uyğun olan sığorta təminatının növlərindən biridir

C) Vətəndaş şikayəti olmadan nəqliyyat vasitələrinin sahibindən alınan sığorta təminatının üçüncü şəxsə ödənilməsini təmin edən məsuliyyət sığortasıdır

D) Vətəndaş şikayəti olmadan nəqliyyat vasitələrinin sahibindən cərimə şəklində alınan sığorta təminatının zərərçəkmiş üçüncü şəxsə ödənilməsini təmin edən məsuliyyət sığortasıdır

E) Vətəndaş şikayəti üzrə nəqliyyat vasitələrinin sahibindən cərimə şəklində alınan məbləğin ölçüsünə uyğun olan sığorta təminatının şikəst olmuş şəxsə ödənilməsidir


128. Sığorta müqaviləsi üzrə maksimal məsuliyyət sığortaçının şəxsi vəsaitinin:

A) 10% -dən çox olmamalıdır

B) 10% -dən az olmamalıdır

C) Maksimum 20%-ni təşkil etməlidir

D) Maksimum 30%-ni təşkil etməlidir

E) Minimum 30%-ni təşkil etməlidir


129. Məsuliyyət sığortasının əsas xüsusiyyəti nədir?

A) Sığortaçı və sığorta etdirən şəxslə bərabər münasibətlərinin III tərəfi kimi əvvəlcədən müəyyən olunmamış şəxslərin iştirak etməsi

B) Zərər verən potensial şəxslərin iqtisadi maraqlarını müdəfiə etməsi

C) Sığorta mükafatlarının əvəzinə müəyyən edilmiş məblərin ödənilməsi üzrə zəmanətin verilməsi

D) Riskin müəyyən edilməsinin müxtəlif meyarlardan asılı olması

E) Mirasın müxtəlif üsullar vasitəsilə müdafiə olunması


130. Tarif stavkalarının hesablanması zamanı aşağıdakı amillərdən hansı əsas götürülmür?

A) Əmək haqqının aylıq məbləği

B) Əmək haqqının illik mbləği

C) Dövriyyənin məbləği

D) İstehsalatla məşğul olan şəxslərin ümumi sayı

E) Kənar ərazidə həyata keçirilən işlər


131. Sığorta ödənişi üzrə ölçünün əsası neçə əsas amildən təşkil olunmuşdur?

A) 2


B) 7

C) 5


D) 15

E) 4
132. Müəssisələrin vətəndaş məsuliyyətinin sığorta olunması üzrə tarif dövrü hansı müddəti əhatə edir?

A) 6 ildən 8 ilə qədər olan

B) 3 ildən 5 ilə qədər olan

C) 2 ildən 7 ilə qədər olan

D) 5 ildən 10 ilə qədər olan

E) 1 ildən 3 ilə qədər olan
133. Kredit risklərinin sığorta olunmasının mahiyyəti nədən ibarətdir?


  1. Kredit risklərinin azaldılmasından

  2. Kredit risklərinin çoxaldılmasından

  3. Kredit risklərinin dəyişməsindən

  4. Kredit risklərinin aradan qaldırılmasından

A) 1, 4

B) 2, 4


C) 3, 4

D) 1, 3


E) 2, 3
134. Məsuliyyət sığortası 3-cu şəxslərə dəyən hansı zərərləri nəzərdə tutur?

A) Həm sağlamlığa, həm də əmlakına dəyən zərərləri

B) Yalnız sağıamlığına dəyən zərərləri

C) Yalnız avtomobillərinə dəyən zərərləri

D) Yalnız əmlakına dəyən zərərləri

E) 3-cü şəxslərə dəyən maddi və mənəvi bütün zərərləri


135. Məsuliyyət sığortası zamanı ödənişin məbləği necə müəyyən edilir?
A) Tərəflərin razılığı və ya məhkəmənin qərarına əsasən dəyən zərərin faktiki məbləğinə uyğun olaraq

B) Sığorta şirkətinin müəyyən etdiyi məbləğə uyğun olaraq

C) 3-cü tərəfin müəyyən etdiyi məbləğə uyğun olaraq

D) Sığorta etdirən şəxsin müəyyən etdiyi məbləğə uyğun olaraq

E) Yalnız məhkəmənin qərarına əsasən
136. Nəqliyyat vasitələrinin sahibləri üçün məsuliyyət sığortası hansı sığorta növünə aiddir?

A) İcbari sığorta

B) Könüllü sığorta

C) 3 il ərzində icbari sığorta, sonrakı müddətdə könüllü

D) Yalnız avtomobillər üçüb icbari

E) Su nəqliyyatı vasitələri üçün könüllü


137. Azərbaycan Respublikasında məsuliyyət sığortası neçənci ildən tətbiq olunmağa başlamışdır?

A) 1996 -cı ildən

B) 1998-ci ildən

C) 1995-ci ildən

D) 2000-ci ildən

E) 2002-ci ildən


138. Müəssisələrin vətəndaş məsuliyyətinin sığorta olunması obyektlərinə aşağıdakılardan hansı zərərlər aid deyildir?

A) Fiziki şəxs tərəfindən müəssisəyə dəyən zərərlər

B) Müəssisədə şəxslərə dəyən zərərlər

C) Şəxslərin sağlamlığına dəyən xarici əlaməti olmayan zərərlər

D) Müəssisə tərəfindən əmlakın zədələnməsi nəticəsində yaranan zərərlər

E) Müəssisə tərəfindən əmlak məhv olması nəticəsində yaranan zərərlər


139. Müəssislərin vətəndaş məsuliyyətinin sığortalanmasına hansı risklər aid edilmir?

A) Aviasya sahəsi ilə əlaqədar olan risklər

B) Bütün növ nəqliyat vasitələri ilə əlaqədar olan risklər

C) Tikinti sahəsi ilə əlaqədar olan risklər

D) İstehsal səs-küyü nəticəsində ölüm hallarının baş verilməsi riskləri

E) İstehsal qəzaları nəticəsində ölüm hallarının baş verməsi riskləri


140. Müəssisələrin vətəndaş məsuliyyətinin sığortasında əsas tarif stavkası ilə yanaşı daha hansı stavka mövcuddur?

A) Minimal tarif stavkası

B) Əlavə tarif stavkası

C) Maksimal tarif stavkası

D) Aşağı stavkası

E) Yüksək tarif stavkası


141. Kredit risklərinin sığortalanmasının mahiyyəti nədir?

A) Kredit risklərinin azaldılması və ya aradan qaldırılması

B) Kredit sayının artırılması

C) Müəssisənin bütün risklərinin aradan qaldırılması

D) Kredit verilməsinin sürətləndirilməsi

E) Kredit verilməsinin azaldılması


142. İxracat kreditlərindəki iqtsadi risklərə banklardan hansı aid deyil?

A) Dövlət təşkilatı tərəfindən ödənişin ödənilməməsi

B) Fərdi alıcının müflisləşməsi

C) Ödənişin həyat keçirilməməsi

D) Əmtənin qəbul olunmamasından imtina etmək

E) Borcun şərtləşdirilmiş müddət ərzində ödənilməməsi


143. Hal-hazırda sənaye cəhətdən inkişaf etmiş ölkələrdə ixracat kreditlərinin sığorta olunması kimlər tərəfindən həyata keçirilir?

A) Sığorta agentlikləri tərəfindən

B) Sığorta brokerləri tərəfindən

C) Dilerlər tərəfindən

D) Sığorta şirkətləri tərəfindən

E) Dövət tərəfindən


144. Kredit risklərinin sığortalanması hansı müddətə qədər müəyyən edilir?

A) 1 aydan 1 ilə qədər

B) Sığorta müqaviləsi bağlandıqdan 3 ay sonra

C) 3 aydan 6 aya qədər

D) 2 ilə qədər

E) 1 ildən 3 ilə qədər


145. Tarif stavkası kreditlərin ödənilməməsi risklərinin sığorta olunması zamanı sığorta məbləğinin neçə faizə qədər olan ölçüsünü təşkil edir?

A) 1% -dən – 2,2 %-ə qədər

B) 1,8% -dən – 3,5 %-ə qədər

C) 1% -dən – 3,5 %-ə qədər

D) 1,8% -dən – 2,2 %-ə qədər

E) 1% -dən – 1,8 %-ə qədər


146. Bunlardan biri məsuliyyətin sığortası növü deyil:

A) Pensiyaya görə

B) İstehsalatda baş verən bədbəxt hadisələrə görə

C) Ev təsərrüfatı və vəhşi ev heyvanlarının məsuliyyətinə görə

D) Peşəkar məsuliyyətə görə

E) İşgüzar məsuliyyətə görə


147. Məsuliyyət sığortasında ödənişlərin ölçüsü necə müəyyən olunur?

A) Tərəflərin razılığı və ya məhkəmə qərarı ilə

B) Əmək haqqı əsasında

C) Sığorta məbləği əsasında

D) Dəymiş zərərin miqdarına görə

E) Sığorta haqqına görə


148. Məsuliyyət sığortasında dəymiş zərərin ölçüsü necə hesablanır?

A) Zərərçəkənin himayəsi altında olan şəxslərə ödənilən ödənişin həcmi kimi

B) Riyazi üsullarla

C) Hesablanmır

D) Siğortalının istəyinə uyğun şəkildə

E) Brokerlər tərəfindən


149. Peşə fəaliyyətinin tarif stavkasının hesablanması zamanı əsas götürülən amillərdən biri:

A) Dövriyyə məbləği

B) İşçinin ailə vəziyyəti

C) İşçinin yaşı

D) İşçinin cinsi

E) Heç biri


150. Məsuliyyət sığortası zamanı sığorta obyekti kimi çıxış edə bilər

A) Kredit riskləri

B) Avtomobillər

C) Texnika



D) İnfilyasiya

E) Hamısı
Yüklə 239,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin