Tədbirin adı
|
İcraçılar
|
İcra müddəti
|
1.TƏŞKİLATİ TƏDBİRLƏR
|
|
|
Səhiyyə Nazirliyi yanında tibbi sənaye istehsalı narkotiklərin dövriyyəsinə nəzarət edilməsi, siyahısının müəyyənləşdirilməsi üzrə daimi komissiya və ya büro yaratmaq
|
Səhiyyə Nazirliyi
|
1993-cü il
I yarımillik
|
BMT Baş Məclisinin 1990-cü ildə keçirilmiş xüsusi 17-ci sessiyasının qərarlarını və beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq, narkotiklərdən sui-istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu layihəsini işləyib hazırlamaq
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi
|
1993-cü il
|
Narkotiklərdən qanunsuz istifadəyə və onların dövriyyəsinə qarşı mübarizə üçün xüsusi fondun yaradılması məsələsini nəzərdən keçirmək və onun əsasnaməsini hazırlayıb təsdiq etmək.
|
Nazirlər Kabineti yanında Narkomanlığa və Narkobiznesə Qarşı Mübarizə üzrə İdarələrarası Komissiya (İK), Ədliyyə Nazirliyi, DİN, MTN, Dövlət Gömrük Komitəsi və respublika həmkarlar təşkilatı
|
1993-cü il
I yarımillik
|
Narkomanlıqdan sui-istifadənin və onunla bağlı
itkilərin miqyasını qiymətləndirmək
|
|
|
Respublikada narkotik maddələrin qeyri-tibbi istehlakı miqyasının öyrənilməsi üçün kompleks sosioloji tədqiqatlar aparmaq.
|
İK, Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xalq
Təhsili Nazirliyi, Müdafiə Nazirliyi, Dövlətstatkom
|
1993-cü il
|
Əhalinin narkotik maddələrin təsirinə məruz qalma səviyyəsinin kompleks tədqiqinin nəticələrini nəzərə almaqla onun kəmiyyət və keyfiyyət xarakteristikalarını ölçməyin ekspress- metodikasını işləyib hazırlamaq və bu zəmində narkoloji şəraitin müntəzəm regional təhlilini aparmaq, mənfi dəyişikliklərə qarşı vaxtında tədbir görülməsini təmin etmək
|
İK, Elmlər Akademiyası, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
1994-cü il
|
Narkotik maddələrin yayılması ilə əlaqədar aşağıdakı sahələrdə itkilərin miqdarını müəyyənləşdirmək
|
|
|
İstehsalatda (qəzalar, işə çıxmamaq, zədələnmə, əmək qabiliyyətsizliyi və narkotik maddələrin istehlakı nəticəsində baş verən digər iqtisadi səciyyəli mənfi hallar)
|
Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirliklər, baş idarələr, həmkarlar təşkilatları, İK
|
Hər il
|
Səhiyyədə (narkomanların müalicəsinə xərclər, xüsusi avadanlıq hazırlanması və işlədilməsi, sağlamlığı barədə tədbirləri, xidmət göstərən işçi heyətinin saxlanması və i.a.)
|
Səhiyyə Nazirliyi, tibb işçilərinin həmkarlar ittifaqı, Ədliyyə Nazirliyinin ƏİMİ-nin Müal Əmək profilaktoriyası
|
hər il
|
Hüquq qaydası və ədalət mühakiməsi icraatı sahəsində (hüquq mühafizə orqanlarının prosessual fəaliyyətinə, xüsusi tədbirlər aparılmasına xərclər və i.a.)
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq, Ali Məhkəmə
|
hər il
|
II. NARKOTİKLƏRƏ VƏ GÜCLÜ NARKOTİK TƏSİRƏ MALİK
MADDƏLƏRƏ QANUNSUZ TƏLƏBATIN
QARŞISINI ALMAQ VƏ AZALTMAQ
|
|
|
Narkotiklərdən və güclü narkotik təsirə malik maddələrdən qanunsuz istifadənin profilaktikası
Tibbi psixoloji-pedaqoji xidmət, narkotik maddələrdən qanunsuz istifadə edən uşaqların və yeniyetmələrin pedaqoji bərpa mərkəzləri haqqında birtipli əsasnamələr işləyib hazırlamaq
|
Xalq Təhsili Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi
|
|
Xalq Təhsili orqan və idarələrində, internat texnikumlarda, internat-texniki peşə məktəblərində psixoloji-pedaqoji xidmət təşkil etmək. İmkan yarandıqca tədris müəssisələrinin ştatına psixoloqları daxil etmək
|
Xalq Təhsili Nazirliyi
|
1993/94-cü illər
|
Ali və orta (orta ixtisas) tədris müəssisələrində, habelə ixtisasartırma və təkmilləşdirmə institutlarında (fakültələrində) təlim proqramlarını narkomanların zərəri haqqında əlavə kurslar (mövzular) daxil etmək
|
Xalq Təhsili Nazirliyi, Səhiyyə Nazirliyi, Elmlər Akademiyası
|
1993-cü il
|
Əhalinin yaşayış və istirahət yerlərində, idman qurğuları nəzdində sağlamlıq məktəbləri, idman qrup və bölmələri, hərbi idman dərnəkləri yaradılmasını təmin etmək. Mədəniyyət və istirahət müəssisələrinin-maraq dairəsi üzrə klubların, kitabxanaların, uşaqlar, yeniyetmələr və gənclər üçün musiqi, rəssamlıq və incəsənət məktəbləri şəbəkəsini genişləndirmək, bunlarda şəhər, qəsəbə və rayon sakinlərinin sağlam həyat tərzinin, mədəni məişətinin, yüksək mənəviyyatının bərqərar olunmasına yönəldilən söhbətlər, mühazirələr, viktorinalar, sərgilər, konsertlər, baxışlar, müsabiqə və festivallar keçirilməsi təcrübəsini inkişaf etdirmək
|
Bədən Tərbiyəsi və İdman Komitəsi,Mədəniyyət Nazirliyi, Respublika Həmkarlar təşkilatı, nazirliklər, baş idarələr, rayon (şəhər) icra hakimiyyətləri, «Ayıqlıq və Sağlamlıq Cəmiyyəti, Dövlət Televiziya Verilişləri Şirkəti, qəzet və jurnalların redaksiyaları, ictimai təşkilatlar
|
Daimi
|
Həmkarlar, pedaqoqlar, hüquq mühafizə orqanlarının işçiləri və valideynlər üçün –narkotiklərin qeyri-tibbi istehsalına yol verən şəxsləri aşkara çıxarmağa dair tövsiyələri hazırlamaq
|
Daxili İşlər Nazirliyi, Xalq Təhsili Nazirliyi
|
1993-cü il
|
Valideynlər üçün –uşaqlarla narkotiklərin istehlakına mənfi münasibət formalaşdıran əyani vəsaitlər hazırlamaq.
|
Xalq Təhsili Nazirliyi
|
1993-cü il II rüb
|
Narkotik maddələr istehlak edən vətəndaşların müxtəlif kateqoriyalarını, o cümlədən ümumtəhsil və texniki peşə məktəblərinin şagirdlərinin aşkara çıxarmağın və uçota almağın hüquqi və təşkilati əsaslarını işləyib hazırlamaq.
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Xalq Təhsili Nazirliyi
|
1993-cü il
|
Narkotiklərdən qeyri-tibbi istifadəyə yol verən şəxslərin müalicəsini, əmək qabiliyyəti və sağlamlığını bərpa etmək
|
|
|
Narkomanlıq xəstəliyinə tutulanların müalicəsi, sağlamlığının bərpası və cəmiyyətə qaytarılması probleminin münasibətləri ölkə və xarici dövlətlərin təcrübəsi əsasında yenidən nəzərdən keçirmək. Respublika üçün uyğunlaşdırılmış metodlar işləyib hazırlamaq.
|
Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xalq Təhsili Nazirliyi
|
1993-cü ill
|
Biokimyəvi diaqnostik testləri, narkotiklərdən istifadə edən şəxsləri aşkara çıxarmağın tibbi-texniki vasitə və metodların yaratmaq.
|
Səhiyyə Nazirliyi,
Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Narkomanların profilaktikası sahəsində tədris müəssisələrinin tibbi işçiləri və narkoloq həkimlərin xüsusi və yenidən hazırlığını təmin etmək
|
Səhiyyə Nazirliyi
|
1993/94-cü illər
|
Xarici ölkələrdə olduğu kimi respublikada narkomanların sağlamlığının bərpa mərkəzlərini yaratmaq
|
Səhiyyə Nazirliyi, İK
|
1993/94-cü illər
|
Narkomanlığın yayılma səviyyəsini nəzərə almaqla diaqnostik məntəqələr və səyyar narkoloji laboratoriyalar yaratmaq
|
Səhiyyə Nazirliyi
|
1993/94-cü illər
|
Narkomanlıq xəstəliyinə tutulanların məsləhət və müalicə üçün etimad telefonları ilə təchiz olunmuş anonim kabinetlər təşkil etmək (Bakı, Gəncə, Lənkəran şəhərlərində)
|
Səhiyyə Nazirliyi
|
1993/94-cü illər
|
Narkotiklər istehlak edib cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin islah-əmək müəssisələrində müalicəsi təcrübəsini öyrənmək və təkmilləşdirmək
|
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi
|
1993/94-cü illər
|
Narkotiklər istehlakının, iş yerlərində profilaktikası sisteminin xarici ölkələrdə fəhlə və qulluqçulara kömək proqramları əsasında işləyib hazırlamaq Nazirliklərə və idarələrə tövsiyələr hazırlanaq.
|
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi
|
1993/94-cü illər
|
Narkomanlıq xəstəliyinə tutulanlarda SPİD profilaktikasının aparılması
|
Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
daimi
|
III. NARKOTİKLƏR VƏ GÜCLÜ TƏSİRİ MALİK MADDƏLƏRİN YAYILMASI ÜZƏRİNDƏ NƏZARƏTİ TƏMİN ETMƏK
|
|
|
Narkotiklərin, güclü təsirə malik maddələrin və prekursorların istehsalına və bölüşdürülməsinə nəzarət etmək
|
|
|
Narkotik və güclü təsirə malik preparatların qanunsuz dövriyyəyə düşməsi kanallarının bağlanması üçün respublikada onların istehsal və idxalına tibbi tələbatı müəyyənləşdirmək
|
Səhiyyə Nazirliyi
|
Hər il
|
Narkotik və güclü təsirə malik maddələrin hazırlandığı və ya hazırlanmasında istifadə edilə biləcək kimyəvi reagentlərin və prekursorların siyahısını müəyyənləşdirmək. Onların istehsalına, saxlanmasına və satışına nəzarət sistemini işləyib hazırlamaq.
|
Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
1993/94-cü illər
|
Seriyalarla istehsal üçün buraxılan və xaricdən alınan dərman preparatlarının tərkibinə əczaçılıq nəzarəti sisteminin işləyib hazırlamaq
|
Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
1993/94-cü illər
|
Bitki mənşəli narkotiklərin yayılması qarşısının alınması üçün tədbirlər
|
|
|
Respublikada narkotik tərkibli bitkilərin başdan-başa skrininqi üzrə qapalı tədqiqatlar təşkil etmək və bunların əsasında konkret regionlarda yabanı bitən və becərilə bilən bitkilərin siyahısı ilə geoloji-iqlim xəritəsi hazırlamaq.
|
Elmlər Akademiyası, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi
|
1993/94-cü illər
|
Respublika üçün ənənəvi olmayan məlum narkotik bitki və göbələklərin gətirilib becərilməsi imkanları ilə bağlı proqnoz tədqiqatları aparmaq
|
Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Respublikada narkotikdaşıyıcı göbələklərin becərilməsi ehtimalını aydınlaşdırmaq.
|
Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Yem otları əkilməsi yolu ilə yabanı çətənənin təbii biosenozdan sıxışdırılıb çıxarılması imkanını tədqiq etmək
|
Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Narkotik bitkilərin mövcud və yeni növlərinin ayırd (müəyyən) edilməsi və yayılmasının öyrənilməsi üçün metodik vəsait işləyib hazırlamaq
|
Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Yabanı narkotik bitkilərin aşkara çıxarılıb məhv edilməsi və ya qanuni yolla istifadəsi üçün tədbirlər kompleksinin həyata keçirmək.
|
Elmlər Akademiyası, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Daxili İşlər Nazirliyi, «Azərmeşə» İTB, rayon (şəhər) icra hakimiyyətləri, Torpaq Komitəsi
|
1993/94-cü illər
|
IV. NARKOTİK MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNİN QARŞISINI ALMAQ
|
|
|
Narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin leqallaşdırılması və ya gizlədilməsi ilə məşğul olan fiziki və hüquqi şəxsləri aşkara çıxarmaqda maliyyə və hüquq mühafizə orqanlarının qarşılıqlı əlaqəli işini reqlamentləyən, maliyyə təhqiqatı aparmaq və qanunsuz qazanılmış əmlakı dövlətin mədaxilinə vermək qaydasını müəyyənləşdirən qanunvericilik aktlarını xarici ölkələrin təcrübəsini nəzərə almaqla işləyib hazırlamaq.
|
Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq, Ali Məhkəmə, Maliyyə Nazirliyi
|
1993/94-cü illər
|
Narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında məlumatın, habelə narkotiklər yaymağa qarşı mübarizənin vəziyyətinin əks etdirən statistik göstəricilərinin toplanmasının, təhlilinin və ümumiləşdirilməsinin idarələrarası avtomatlaşdırılmış sisteminin gələcəkdə beynəlxalq sistemə inteqrasiya perspektivi ilə kompüter texnikası əsasında işləyib hazırlamaq.
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi
|
1993/94-cü illər
|
Rabitə müəssisələrində poçt bağlamaları saxlanan yerləri müvafiq texniki vasitələrlə təchiz etməklə daimi nəzarət sisteminin işləyib hazırlamaq. Eyni tədbirləri gömrük xidməti məntəqələrində də həyata keçirmək.
|
Rabitə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Elmlər Akademiyası
|
1993/94-cü illər
|
Rabitə müəssisələrinin poçt qaylarına əsasən poçtla narkotik göndərməyin qadağan edilməsinə aid hissədə nəzərdə tutulmuş tələblərə əməl etməməyə görə müştərilərin məsuliyyəti haqqında informasiya ilə təmin etmək.
|
Rabitə Nazirliyi
|
1993-cü il
|
Narkotik və güclü təsirə malik maddələrin qeyri-leqal dövriyyəyə daxil olması mənbə və kanallarının aşkara aşkara çıxarılıb bağlanması məqsədi ilə kompleks əməliyyat aparmaq.
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi
|
Hər il
|
Bitki mənşəli narkotik maddələrin məhv edilməsi və qanunsuz dövriyyəyə daxil olmasının qarşısının alınması məqsədi ilə kompleks profilaktik əməliyyatlar aparmaq.
|
Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Torpaq Komitəsi «Meşətəsərrüfatı» İB, icra hakimiyyətləri
|
Hər il
|
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan hüquq müdafiə orqanları işçilərinin sosial müdafiəsi, maddi marağının artırılması, əlavə ştatlara tələbat haqqında Nazirlər Kabinetinə təkliflər vermək.
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi
|
1993-cü il
|
Daxili İşlər, Təhlükəsizlik orqanlarının, Gömrük idarələrinin narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində ixtisaslaşan bölmələrin maddi bazasının möhkəmləndirilməsi və onların zəruri texniki vasitələrlə təmin edilməsi üçün tədbirlər həyata keçirmək
|
Dövlətiqtisadplankom, Maliyyə Nazirliyi, Material Ehtiyatları Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyi
|
1993/94-cü illər
|
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıqdan faydalanma
|
|
|
Narkomanlığın yayılmasına qarşı fəal mübarizə aparan dövlətlərlə, ilk növbədə həmsərhəd dövlətlərlə ikitərəfli və çoxtərəfli müqavilələrin, habelə digər dövlətlərin müvafiq orqan və bölmələri ilə idarələrarası sazişlərin bağlanmasını davam etdirmək. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini əlaqələndirən beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək.
|
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Prokurorluq, Ali Məhkəmə
|
1993/94-cü illər
|
Xarici ölkələrin hüquq mühafizə orqanları ilə müntəzəm olaraq əməkdaşlıq məqsədilə nümayəndə heyətləri göndərmək, beynəlxalq seminarlar və konfranslarda iştirak etmək.
|
Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi
|
Müntəzəm
|
Narkotik maddələrin «nəzarət» altında göndərilməsi sahəsində xarici ölkələrlə birgə tədbirlər keçirmək təcrübəsini davam etdirmək. Bu işlərin qanunvericiliklə tənzimlənməsinə dair məsələ işləyib hazırlamaq və Milli Məclisin müzakirəsinə vermək.
|
Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Prokurorluq
|
Müntəzəm
|
Narkotiklərin ekspres-təhlilinin və narkotik sərxoşluğun ekspres diaqnostikanın aparılması üçün səmərəli texniki vasitələrin alınması.
|
Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi
|
1993/94-cü illər
|
Narkomaniyaya və narkobiznesə qarşı mübarizənin beynəlxalq səviyyəli problem olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının mövcud beynəlxalq komissiyalar, sazişlər və ümumdünya proqramlarına qoşulmasını təmin etmək, geniş təcrübə mübadiləsi aparmaq.
|
Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
1993/94-cü illər
|