291. SMV infeksiyasının müalicəsində işlədilən spesifik preparatlar:
A) qansiklovir
B) delagil
C) remantadin
D) ribavirin
E) gentamisin
292. Qızılcanın qızılcayabənzər məxmərəkdən fərqli xüsusiyyətləri:
A) səpginin tez yayılması və daha çox ətrafların açıcı səthində, sarğı və kürəkdə
yerləşməsi
B) ənsə, boyunarxası limfa düyünlərinin kəskin böyüməsi və ağrılı olması
C) kəskin intokikasiya və kataral sindrom, Koplik ləkələri, səpginin mərhələliyi
D) kataral dövrün olmaması, cüzi intoksikasiya əlamətləri
E) səpginin piqmentasiya və qabıqlanma vermədən itməsi
293. Qızılcayabənzər məxmərəyin əsas laborator müayinə üsullarıdır:
A) uroqramma, hemoqramma
B) qanın biokimyəvi və ümumi müayinəsi
C) rentgenoloji, virusoloji
D) dəri-allergik və bioloji sınaq
E) seroloji, immunoloji
294. Skarlatinada hemoqramma dəyişiklikləri:
A) limfositoz, monositoz, atipik mononuklearlar
B) leykositoz, neytrofiloz, EÇS-n yüksəlməsi
C) qanda hemoqlobinin səviyyəsinin aşağı düşməsi
D) leykopeniya, neytropeniya, EÇS-n azalması
E) aneozinofiliya, trombositopeniya, normal EÇS
Dostları ilə paylaş: |