95.İkiqat şüasınma zamanı polyarizasiya
- Təbii işıq izotrop dielektrik mühitlərin səthindən əks olarkən, yaxud sınarkəndə polyarlaşır. Əks olan və sınan şüalar bir- birinə perpendikulyar müstəvilərdə qismən polyarlaşır. Sınan şüanın elektrik rəqsləri düşmə müstəvisində üstünlük təşkil edir. Polyarlaşma dərəcəsi düşmə () bucağının qiymətindən asılıdır. Düşmə bucağı:
(1) - iki mühitin nisbi sınma əmsalıdır.
Şərtini ödəyərsə əks olunan şüa düşmə müstəvisinə perpendikulyar müstəvidə tam polyarlaşır. Sınan şüa isə qismən polyarlaşır, onda düşmə müstəvisinə paralel rəqslər çoxluq təşkil edir. olduqda sınan şüa qayıdan şüaya perpendikulyar olur.
(1) ifadəsi Brüster qanunu adlanır. Tam polyarlaşma () bucağı ((1)ifadəsinə) Brüster bucağı adlanır. Qayıdan işığın polyarlaşması effekti havadan və ya kosmosdan dəniz səthində neft təbəqəsini aşkar etmək üçün istifadə edilir.
2. 1670-ci ildə Bartolominus müşahidə etmişdir ki, İsland şpatından (CaCO3) keçən işıq şüası ikiləşir. Bu hadisəyə ikiqat şüalanma deyirlər. Ikiləşmiş şüalarda biri (a)(dd) işığın sınma qanunlarına tabe olduğu halda, digəri işığın sınma qanunlarına tabe olmur. Adi şüa üçün kristalın sındırma əmsalı () düşmə bucağından asılı deyil. Qeyri-adi şüa üçün kristalın sınma əmsalı ( ) düşmə bucağından asılıdır.
Dostları ilə paylaş: |