1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Mövzu: 11. Insan sağlamlığına kimyəvi çirklənmənin təsiri



Yüklə 0,97 Mb.
səhifə19/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   15   16   17   18   19   20   21   22   ...   30
insan ekologi muh (1)

Mövzu: 11. Insan sağlamlığına kimyəvi çirklənmənin təsiri.

Kimyəvi maddələrin canlı orqanizmlərə zərərli təsir göstərmə qabiliyyəti zəhərlilik adlanır. Bütün maddələr zəhərlidr, onların zəhərliliyini yalnız doza (konsentrasiya) təyin edir. Bunu orqanizm üçün həyati zəruri hesab edilən mikroelementlərin (dəmir, mis, sink, kobalt, selen və b.) misalında aydın görmək olar. Bu göstərilən maddələrin orqanizmə kifayət qədər daxil olmaması anemiya və digər xəstəliklərin inkişafına səbəb ola bilər. Lakin onların izafi dərəcədə daxil olması toksiki (zəhərlilik) effekt yaradır. Davamlı toksik birləşmələrin siyahısı hələlik tam müəyyənləşdirilməyib. İlkin varianta 64 maddə, o cümlədən 12 davamlı üzvi çirkləndiricilər (DÜÇ) aid edilib dövlətlərarası Stokholm Konvensiyasına daxil edilmişdir. Bu konvensiyada bir sıra kimyəvi maddələrin (bəzi pestisidlər, PXB (polixlorbifenil) də daxil olmaqla) istehsalı və istifadəsinin ləğv edilməsi (qadağan olunması) üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Təklif olunan davamlı toksik birləşmələrinin (DTB) siyahısına aşağıdakılar aiddir: • Pestisidlər: ; • Sənaye maddələri • Metallar: qurğuşun, civə, kadmium, arsen, nikel, xrom, berillium, civənin, qruğuşunun, qalayın üzvi birləşmələri; • Əlavə (yardımçı) məhsullar; dioksinlər, furanlar, politsiklik aromatik karbohidrogenlər (PAK); • Suyun dezinfeksiya məhsulları: xloroform •


Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri
vanadium, nikel, dəmir, marqans, civə, kadmium, kobalt, mis, qurğuşun, arsen, qalay, sürmə, selen, xrom və sink şərti olaraq ağır metallar adlanır. Təbiətdə ağır metalların əksəriyyəti yalnız çox az konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. Dəmir, mis, sink, selen, marqans, molibden və bəzi digər elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir. Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, kadmium, arsen, civə və onun birləşmələri istənilən konsentrasiyada əksər ali bitkilər və bir çox digər bitkilər üçün zəhərlidir. Lakin son tədqiqatlar göstərdi ki, hətta civə kimi toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və maddələr mübadiləsini.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin