1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə1/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
  1   2   3   4   5   6   7   8   9   ...   30
insan ekologi muh (1)


1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi

Canlı və cansız arasında fərq həyatın bu mahiyyəti hələ qədim zamanlardan insanları düşündürmüş, min illər ərzində dinlə elm, materializm ilə idealizm arasında həmişə mübarizə getmişdir.


Yer üzərində canlı həyatın yaranması mexanizmi haqqında əsasən 2 təsəvvür mövcud olmuşdur.1-ci təsəvvürə görə yer üzərində həyat daimidir. O ,ulduzlararası boşluqda olan kosmik toz və ya planetdən qopmuş meteroiritlərlə mikroorqanizmlərin sporları formasında yer üzərinə gəlmişdir. Lakin planetlərarası boşluqda ən ibtidai canlıların yaşaması çox az ehtimaldır. Beləki ultra qısa radioaktiv şüaların canlılara öldürücü təsiri buna imkan vermir. Odur ki, bu yolla həyatın yaranması fikri səhvdir.
Dicər fikrə görə canlılar planetimizin özündə yaranmışdır. Lakin bu fikrin özündə də fikir ayrılığı vardır: idealist və materialist.
Idealistlər ilahi, yaradıcı qüvvə tərəfindən yaradıldığını söyləyirdilər ki, həyatın qeyri-maddi başlanğıcı olan can, ruh təşkil edir.

Materialist isə dünya görüşünə görə həyat materiyanın varlıq, hərəkət forması olub, fəzada yerdəyişməsi deyil, həm də onda gedən dəyişikliklərin, inkişafını və mürəkkəbliyin məcmusu kimi başa düşülür-Yəni canlı həyatın sərbəst olaraq qeyri-üzvi maddədən öz-özünə törədiyini deyirdilər.


Həyat anlayışı - Biologiya elminin inkişafı canlılar və cansızlar arasında kəskin sərhəddin olmadığını müəyyən etdi. Hələ qədimdən həyatın canlılarla cansızları fərqləndirən cəhətini tapmaq. Ona dəfələrlə tərif verilsə də bu həyat anlayışını tam əks etdirmir. Belə təriflər içərisində özünə nisbətən yer tutan F.Engels və M.V.Volkenşteynin həyata verdiyi təriflərdir. F.Engels həyata belə bir tərif vermişdir. Həyat zülallardan ibarət cisimlərin yaşama üsuludur. Həmin cisimlər kimyəvi tərkibinin və hissələrinin daim özü özünə yeniləşməsindən ibarətdir. Engelsin bu tərifi 2 hissədən təşkil olunmuşdur. Birinci hissə canlıların cansızlardan fərqli olaraq zülalardan təşkil olunması, 2-ci hissədə isə zülalların yaşama üsulu-maddələr mübadiləsini göstərir.

Həyatın müasir tərifi isə M.V.Volkenşteynə məxsusdur. M.V.Volkenşteyn həyata belə tərif vermişdir. “Yer üzərində yaşayan bütün canlı varlıqlar zülallar və niklein turşularından ibarət biopolimerlərdən qurulmuş özünütörədən və tənzimləyən açıq sistemdir”. Açıq sistem dedikdə ətraf mühitlə daim maddələr və enerji mübadiləsi aparan sistem nəzərdə tutulur. Yer üzərində həyatın yaranması haqqında bir şox fərziyyələr irəli sürülmüşdür. Bu fərziyyələrin düzgünlüyünü sübuta yetirmək üçün bir şox cəhdlər edilsə də, onların hamısı həyatın canlı və cansızlardan yaranması tərəfdarı kimi 2 qrupa ayrılır. Həyatın cansızlardan yaranmasını iddia edənlər balığın lildən, qurdların torpaqdan, milçəklərin çirkdən əmələ gəlməsi fərziyyəsini irəli sürmüşdür. 1661-ci ildə italyan bioloqu F.Redi canlıların cansızlardan əmələ gəlməsi fərziyyəsinə qarşı çıxaraq öz təcrübəsinin nəticəsini elan etdi. O,8 qaba ət qoyaraq 4-nün ağzını açıq, 4-nün isə ağzını tənziflə bağladı. Açıq qabda qurdların əmələ gəlməsinə istinad edərək, canlı orqanizmlərin cansızlardan əmələ gəlməsini inkar etdi. Lakin buna baxmayaraq bir çox alimlər bu fikrə qarşı çıxırdılar.



Həyatın özü-özünə yaranmasının mümkünlüyü haqda mübahisəyə son qoymaq Paris Akademiyası 1860-cı ildə xüsusi mükafat təyin etdi. 3 il sonra 1863-cü ildə bu mükafatı L.Paster aldı. O, bir ədəd kolba götürdü. S şəkilli şüşə borunu kolbaya əlavə edərək təcrübəni davam etdi. Kolbada mikroorqanizmlərin inkişafı üçün lazım olan qidalı mühit yaratdı və qaynatdı. Bura şüşə borudan sərbəst surətdə hava girirdi. Bakteriyalar borunun əyri olan hissəsində çökdüyü üçün qidalı mühitdə çürümə baş vermədi və uzun müddət dəyişilmədi. Kolbadakı mayeni şüşənin dar boğazına toxundurduqda məhlulda tez bir zamanda çürümə getdi. Paster bu təcrübəsi ilə sübut etdi ki, canlı elə canlıdan yaranır.
Bəzi alimlər yer üzərində həyatın başqa planetlərdə gətirilməsi fərziyyəsini irəli sürdülər. Bu fikrə kimyaçı S.Arrenius və V.İ.Vernadski də tərəfdar olmuşdur. Arreniusa görə Yer və planetlər bir-birindən təcrid olmamışdır. Buna görə də həyatın rüşeymi kosmik fəzada işığın təsiri ilə başqa planetə sürətlə ötürülür. Bu fərziyyənin düzgünlüyü şübhə altındadır. Çünki canlı orqanizmlər yerə gəlib çatana qədər radiasiyaya məruz qalırlar, həmçinin atmosferin yuxarı qatlarında yanmalı idilər. Buna görə bu fikir qəbul edilmir.
Elmi tədqiqatlara görə Günəş sistemi əvvəllər sərbəst atomlar şəklində qaz dumanlarından ibarət olmuşdur. Atomların dumanlıqların mərkəzinə toplanması nəticəsində Günəş, mərkəzdən ayrılan sıx topalardan isə planetlə, onların peykləri formalaşmışdır. Məlumatlara görə yerin yaşı 4.5 milyard ilə çatır. Yeri əmələ gətirən qaz buludları fırlandıqca ağır metallar, xüsusən də dəmir atomları onun mərkəzinə toplanmışdır. Sonralar isə dəmir, silisium və alüminium kimi atomlar birləşib, Yerin üst qatını – Yer qabığını əmələ gətirdi. Daha yüngül atomlar isə atmosferi əmələ gətirdi. Atmosferin tərkibini N, O, H, C kimi elementlər təşkil etmişlər. Bu elementlərdən yalnız H atomu digər N, O, C atomu ilə reaksiyaya girmək qabiliyyətinə malikdir.
Ilk atmosferi təşkil edən elementlər H və O-nin qarşılıqlı təsirindən su (H2O), N-la birləşməsindən ammonyak (NH3), C-la birləşməsindən metan (CH4) yarandı. Bundan əlavə yerdə hidrogen sianid (HCN), karbon qazı (CO2), həmçinin H atomlarının birləşməsindən H molekulu (H2) yarandı. Yerə intensiv təsir edən günəşin ultrabənövşəyi şüaları quruda həyatın inkişafını qeyri-mümkün edirdi. Su bu şüaları uda bildiyi üçün həyat suda mümkün idi. Fotosintez prosesində yaranmış oksigenin quruda ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsiri xeyli azaltdı. Nəticədə quruda həyat üçün əlverişli şərait yarandı.
Yerin inkişaf tarixini 5 eraya bölmüşdür.
1.Arxey erası 2.Proterozoy erası 3.Paleozoy
4.Mezozoy erası 5.Kaynezoy erası
Yerin ilk erası arxey erasıdır. Arxey erası ən qədim eradır. 3.5 milyard il əvvəl başlamış və təxminən 1 mlrd il davam etmişdir. Ilk canlı orqanizmin bu erada meydana gəlməsi güman edilir. Onlar okeanda yaşayan, oradakı üzvi maddələrlə qidalanan hetrotroflardır. Fotosintezin yaranması Yerdə həyatın yaranmasına şərait yaratdı və üzvi aləmi bitki və heyvanlar aləminə böldü. Beləliklə ilk dəfə canlı həyatın suda olması Arxey erasında baş vermişdir.
Arxey erasından sonra gələn 2-ci era Proterezoy erası oldu. Inkişaf tarixinə görə ən uzun era hesab olunur. Təxminən 2mlrd il davam etmişdir. Bu dəniz və quru sahələrin dəyişməsinə səbəb oldu. Bir çox mikroorqanizmlər belə dəyişikliyə dözməyib məhv oldu. Protezoy erasında bakteriyalar və sianobakteriyalar sürətli inkişaf etməyə başladı. Proterezoy erasında bir çox yataqlar, dəmir bakteriyalarının fəaliyyəti nəticəsində dəmir, yosun və ibtidailərin skeletindən əhəng yataqları meydana gəldi. Proterezoy erasında çoxhüceyrəli yosunlar yarandı. Bitkilərlə yanaşı heyvanların əksəriyyəti çoxhüceyrədən ibarət oldu. Dənizdə ibtidai quruluşlu heyvanlarla yanaşı iki tərəfli simmetriya və aktiv hərəkətli heyvanlar meydana gəldi. 
Proterezoy erasından sonra gələn 3-cü era paleozoy erasıdır. Paleozoy erasında da proterezoy erasında olduğu kimi dağ əmələ gəlmə prosesi davam etmişdir. Nəticədə isə quru və su sərhədləri dəyişildi. Heyvan və bitki növlərinin bir çoxu məhv oldu. Paleozoy erasının 6 dövrü vardır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin