1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə30/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   22   23   24   25   26   27   28   29   30
insan ekologi muh (1)

Bioloji resurslar – bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi və mənəvi nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir. Mineral resurslar – Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur. Mineral xammal filiz halında olub ondan metal alınır və qeyri filiz halında olub, ondan qeyri metal komponentlər (fosfor və b.) əldə edilir, yaxud da tikinti materialı kimi istifadə olunur. Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır. Energetik resurslar. Günəş və kosmos, atom-energetikası, yanacaq- energetikası, termal və digər enerji mənbələrinin məcmusu energetik resurslar adlanır. İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: - Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.). Dünyanın torpaq fondu – 13,4 milyard hektar təşkil edir. Kənd təsərrüfatı istehsalı resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları. - Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. Bu ərazilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar bioloji resursların bir hissəsi sayılır. - Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu (əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir). - Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b. - Fauna resursları – Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa yerlərdə məskunlaşan heyvanlar. - Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) – Təsərrüfatda istifadə oluna bilən Yer qabığında mineralların təbii toplanması. Toplanan faydalı qazıntılar, onların yataqlarını əmələ gətirir, onların ehtiyatı sənaye əhəmiyyəti daşımalıdır. İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real resurslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq, ovlamış, meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom enerjisindən istifadə etməyə başlamışdır. Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma – çəkilmələri, külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini də aid etmək olar. Təbii resurslar elementar və ya sadə və kompleks və mürəkkəb resurslara ayrılır. Elementar resurslar tərkibinə görə yekcins (oksigen, hidrogen, dəmir, külək enerjisi və s.), kompleks resurslar isə bir neçə elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b. Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı ekoloji təsnifat da adlanır. Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 8.2). Tükənən təbii resurslar. Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi təbii bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır. Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən növlərə ayrılır.
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir. Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur. Torpaq resursları təbii halında insan cəmiyyəti fəaliyyətinin maddi bazisi sayılır. Ərazinin mənimsənilmə mümkünlüyünə və təsərrüfat fəaliyyətinə relyef şəraiti əhəmiyyətli dərəcədə təsir göstərir. Karxana üçün və ya iri sənaye və mülki tikinti zamanı süni surətdə relyefin dəyişilməsilə pozulmuş ərazi (torpaq) bir daha təbii halında bərpa oluna blməz. Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində (bir-iki insan nəsli dövründə) bərpa oluna bilir. Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı təbii sərvətlər aiddir: a) məhsuldar əkinə yararlı torpaqlar olduqca az sahə tutur. Müxtəlif məlumatlara əsasən quruda cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. ha sahə tutur (E.P.Romanova və b., 1993). Məhsuldar torpaqlar çox tədriclə əmələ gəlir: məsələn, qaratorpaq tipinin 1 mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas verir. Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən çox tropik meşələrdə müşahidə olunur. Bir çox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rike, Filippin, Tailand, İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalması çox sürətlə gedir. Belə meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyrimümkündür. Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən silinmiş olur. Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz qabarması və dalğaları daxildir. Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur. Lakin Yer səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda geniş ərazilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur. Sudan qeyri-səmərəli istifadə olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir. Məlum olduğu kimi, Yerin hidrosferinin su obyektlərində suyun ümumi həcmi 1390 mln. km3 -a yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km3 ) şirin suların payına düşür. Duzlu dəniz suyunun şirinləşdirilməsi texnologiyası artıq məlumdur. Odur ki, Dünya okeanı, duzlu göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun illik miqdarı o qədər də böyük olmayıb müxtəlif məlumatlara görə 41 …. 45 min km3 təşkil edir. Dünya təsərrüfatına öz ehtiyacını ödəmək üçün 4,5 min km3 -ə yaxın su tələb olunur. Bu isə bərpa olunan su resursunun təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində, bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər. Hələ ki, təbii mühit müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir. İqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür (E.P.Romanova və b., 1993). Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -900 C-dən +800 C arasında tərəddüd edir, hərçənd Yer üçün orta temperatur təxminən +150 C təşkil edir. Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km3 yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür. Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin