1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə25/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   22   23   24   25   26   27   28   29   30
insan ekologi muh (1)

Kompüterlər geniş spektrdə elektromaqnit şüalanması yaradır: rentgen, ultrabənövşəyi, yüksəktezlikli (10- 300 MQs), aşağıtezlikli (5 Qs-300 kQs) və elektrostatik sahə. İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Qs-300 MQs tezlikli elektromaqnit şüalanması və ekrandakı statik elektrik yükü sayılır. Elektromaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız istifadəçiyə deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir. Yaxşı konstruksiyalı kompüter süzgəci (əgər yerlə əlaqələndirilirsə) elektrostatik sahəni xeyli azalda bilər. Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül aeroionlar azalır, ağır aeroionların sayı çoxalır). İşin başlanğıcından 2 saat sonra əmələ gələn baş ağrısı çox vaxt yüngül aerozolun çatışmazlığı ilə bağlıdır. Yoxlama aparılan kompüter otaqlarının 95%-dən çoxunda yüngül aeroionların çatışmazlığı müşahidə olunmuşdur. Kompüterdən istifadə zamanı insan aktiv seyirçi yükünə malik olur: o, displeydə şəklə baxır, konkret məlumatlar alır, simvolları, qrafikləri, tekstləri oxuyur və yerinə yetirdiyi iş üzrə qərar qəbul etmək üçün daima məşğuldur. Kompüter arxasında əyləşən şəxsin gözləri iş günü ərzində 15-20 min dəfə fokus axtarmalıdır. Ekranın parıltı titrəyişi, simvolun görünüşünün yaxşı olmaması, işıq ləkələrinin və təhriflərin olması, aydınlıqlı (parlaqlıqlı) kontrastlığın optimal qarşılıqlı nisbətindəki problemlər istifadəçinin gözlərində və beynində ciddi problemlər yaradır, bu isə seyrçi diskomfortuna, gözlərin sancmasına, 60-85% istifadəçinin görmə qabiliyyətinin pisləşməsinə səbəb olur. Kompüter istifadəçiləri üçün sağlamlıqlarında bir sıra subyektiv şikayətlər səciyyəvidir. Bura gözlərin sancması, baş ağrısı, yüksək əsəbilik, yorğunluq, yaddaş pozğunluğu, yuxunun pozulması, saçın tökülməsi, dərinin quruluğu vəqızarması, ekzema və allergiya, düzgün oturmamaqla əlaqədar qarında və beldə ağrı, işçi yerinin konfiqurasiyasının düzgün olmamasından (yerləşməməsindən) irəli gələn bilək və barmaqlarda ağrılar daxildir. Ümumiləşdirilmiş məlumatlara əsasən monitorinq arxasında sutkada 2 saatdan 4 saata qədər işləyənlərdə mərkəzi sinir sistemində funksional pozuntular, kontrol qruplarla müqayisədə 4,6 dəfə tez-tez; ürək-damar sistemi xəstəlikləri 2 dəfə tez-tez; yuxarı tənəffüs (nəfəs) yollarının xəstəlikləri 1,9 dəfə teztez; dayaq-hərəkət aparatında xəstəliklər isə 3,1 dəfə tez-tez baş verir. Kompüterdə iş vaxtının uzadılması istifadəçilər arasında sağlam və xəstələrin sayını kəskin artırır. Müəyyən edilmişdir ki, monitorların elektromaqnit şüalanması təsirinin tez-tez olması hamiləliyin anomal nəticəsinə səbəb olur.
1996-cı ildə Rusiya Federasiyasının Dövlət səhiyyə-epidemioloji nəzarəti «videodispley terminallara, fərdi elektron-hesablama maşınlarına (FEHM) və işin təşkilinə gigiyena tələbatı»nda FEHM-da yaşlılar üçün fasiləsiz iş müddəti 2 saat, 5-6 yaşlı uşaqlar üçün 10 dəq., az yaşlı məktəblilər üçün 15 dəq., 5-7-ci siniflər üçün 20 dəq., 8-9-cu siniflər üçün isə 25 dəq. müəyyən edilmişdir. Yuxarı siniflər üçün birinci dərsdə 30 dəq., ikinci dərsdə 15 dəq. iş vaxtı tövsiyə olunur. Minimum fasilə 15 dəq. olmalıdır. 10-11-ci siniflər üçün FEHM-dən istifadə həftədə 2 dərs, qalan siniflər üçün isə həftədə 1 dərsdən artıq olmamalıdır. Stolun hündürlüyü 680-dən 800 mm-ə qədər nizamlanmalıdır, bu mümkün olmasa, stolun hündürlüyü 725 mm təşkil edib ayaqaltısı olmalıdır. İstifadəçinin kreslosu mütləq qalxıb-çevrilən olmaqla, yuxarıya və yanlara nizamlanmalıdır. İş yeri ekranın yanında sənədlər qoyulmaq üçün pyuputlə təchiz olunmalıdır. İstifadəçinin gözü ilə monitorun ekranı arasındakı məsafə 50 sm-dən az olmamalı, optimal 60-70 sm təşkil etməlidir. Bir nəfər yaşlı istifadəçi üçün sahə 6 m2 -dən az, həcm isə 20 m3 -dən az olmamalıdır. Elektromaqnit təhlükəsizliyi Mərkəzi (Moskva) aşağıdakı tədbirləri hazırlamışdır.
1. Ekranın aşağı səviyyəsi gözlərin səviyyəsindən 20 sm-dən aşağıda, ekranın yuxarı kənarının səviyyəsi isə alın hündürlüyündə olmalıdır. 2. Klaviaturun hündürlüyü elə nizamlanmalıdır ki, istifadəçinin barmaqları horizontal vəziyyətdə olsun. 3. Kreslonun söykənəcəyi istifadəçinin kürəyinə dayaq olmalıdır. 4. Omba ilə onurğa arasında bucaq 900 olmalıdır. 5. Otaqda rütubətliyi yüksəltmək lazımdır; çiçək dibçəklərini, akvariumu kompüterdən 1,5 m radiusunda yerləşdirməlidir; optimal rütubətliyin 210 C temperaturda 60% olması məsləhətdir. 6. Yaşlı istifadəçinin monitor ekranı arxasında iş vaxtının tam uzunluğu (adi monitor qoruyucu ekranla) 8 saatlıq iş günündə 4 saat olmalıdır. 7. Hər iş saatının sonunda 5 dəqiqəlik, 2 saatdan sonra 15 dəqiqəlik fasilə etməli, monitoru söndürüb iş yerini tərk etməlidir.
FEHM-də iş üzrə Amerika tövsiyələrindən aşağıdakıları qeyd edək: 1. Ekran təxminən göz səviyyəsindən 200 aşağı olmalıdır. 2. Açıq fonda tünd hərflər daha asan oxunur. 3. Hər 10 dəqiqədən bir 5-10 saniyə ekrandan kənara nəzər salmalıdır. Hər 40-45 dəq. işdən sonra idman fasiləsində gözləri saat əqrəbi istiqamətində və əksinə çevirməli, əl üçün sadə gimnastika hərəkətləri yerinə yetirmək lazımdır. Həkimlər həyəcan təbili çalaraq, qeyd edirlər ki, uşaqların kompüterlə aludə olması onların görmə qabiliyyətini pisləşdirir, məktəbdə onların kompüterlə məşğul olması da, izsiz-əlamətsiz qalmır – uzağı görməmə əlaməti, uşaqlarda 1-ci sinifdən 10-cu sinifə qədər 10 dəfədən də çox artır, təhsilin sonunda 11-ci sinifdə hər dörd uşaqdan biri uzağı görməkdən əziyyət çəkir.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin