1.Kembri2.Ordovik3. Silur4.Devon 5.Daş kömür 6/Perm- Ən qədim sürünənlər Perm dövrdə meydana çıxmışdır.
Paleozoy erasından sonrakı era Mezozoy erasıdır. Bu erada həyat daha da inkişaf etməyə başladı. Quru səhralar çoxalmağa başladı. Mezozoy erasını 3 dövrə bölürlər. 1.Trias 2.Yura 3.Tabaşir Axırıncı era Kaynezoy erasıdır. Bu erada çiçəkli bitkilər, həşəratlar, məməlilər daha geniş yayıldı və insanlar meydana çıxdı . Bu era hazırda da davam edir və 3 dövrə bölünür.
1.Paleogen
2.Neogen
3. Antropogen
Antropogen-Bu dövr şərti olaraq 2 hissəyə ayrılır-pleistosen və qolosene. Neogenin axırı antropogenin əvvəlində havalar soyumağa başlandı və bir çox sahələrdə buz örtüyü əmələ gəldi. Buzlaqlar yaranan yerlərdə bütün canlılar məhv oldu. Buzlaqların ətəyində arktik floranın başlanğıcını qoyan cırtdan bitkilər, buzlaqların gəlib çatmadığı yerlərdə soyuğadavamlı iynəyarpaqlılar və yarpaqlarını tökən ağaclar salamat qaldılar. Beləliklə, soyuğadavamlı bitkilər əmələ gəldi. Lənkəran təbii vilayətində və Xəzər dənizinin sahillərində buzlaqlar çatmadığı yerlərdə bəzi bitkilər (dəmir ağacı) həmin dövrdə qalmışdır. Iqlimin soyuq keçməsi məməlilərin-mamontların, tük örtüyünə amlik kərkədanların, nəhəng maralların yaranmasına səbəb oldu. Buzlaq olan yerlərdə mənfi temperaturun olması buz kütlələrinin yaranmasına səbəb oldu ki, bu da dünya okeanlarının səviyyəsinin aşağı düşməsinə səbəb oldu. Şimali Amerika ilə Şimali Avropa arasında quru körpü yarandı ki, bu da heyvan və bitkilərin bir qitədən o birisinə keçməsinə səbəb oldu. Avstraliya ilə Avropa arasında quru körpünün olmaması buradakı kisəlilər və kloakalılar kimi ibtidai məməlilərin qalmasına səbəb oldu. Digər materiklərdə ali məməlilər tərəfindən sıxışdırıldı. İqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əridi. Bir çox məməlilər-mamontlar, kərkədanlar, mağara ayıları məhv oldular. Onların nəslinin kəsilməsi təkcə iqlim şəraiti ilə deyil, həm də insanlar tərəfindən məhv edilmişdir.
Antropogendə bitki və heyvanlar aləmi formalaşdı. Insan cinsi meydana gəldi. Antropogen hazırki dövrdə davam edir.
Insanın məməlilər sinfinə daxil olması Darvindən hələ əvvəl Linney insanı primatlar dəstəsinə daxil etmiş və onu ilahi qüvə yaratdığını göstərmişdir. Insanın heyvan mənşəli olduğunu ilk dəfə sübut edən Darvin olmuşdur. Insanın bir çox morfoloji,embrioloji və fizioloji xüsusiyyətlərinə görə heyvanlara oxşardır. Insan bədəni əsasən onurğalı heyvanların bədəninin quruluşundadır. Bədən quruluşuna görə insanabənzər meymunlara: oranqutanq, qorilla,şimpanzeyə daha yaxındır. Insanın heyvanlarla qohumluğu onların embrioloji quruluşlarını müqayisə etdikdə də aşkar olur. Insan rüşeyminin ilk inkişaf mərhələsində onurğalı heyvanların rüşeymindən ayırmaq çətindir. Inkişafın ilk mərhələsində qəlsəmə yarıqlarının izi, sıx tük örtüyü heyvanlarla qohumluğu sübut edir.
Insanın heyvani mənşəyini sübut edən rudimentlər və atavizm hadisəsidir. Əcdadda normal inkişaf etmiş,sonra isə öz funksiyasını itirmiş orqanlar rudiment adlanir.
Rudiment –büzdüm, dəri üzərində kiçik tüklər, kor bağırsaq çıxıntısı, ağıl dişləri. Atavizm-bəzi adamlarda quyruğun olması,bədənin tam tüklə örtülməsi,artıq süd vəzilərinin inkişafı, çoxməməlilik . Əcdad əlamətlərinin bu və ya digər dərəcədə üzə çıxmasına atavizm deyilir.
Fizioloji xüsusiyyətlərinə görə ,qan qruplarının, xəstəliklərimizin, parazitlərimizin və hamiləlik dövrünün eyniliyi də bunu sübut edir. Lakin bir çox əlamətlərə görə onlardan fərqlənirik. Dik gəzmək ancaq insana xasdır. Bununla əlaqədar olaraq onurğa sütunu və ətraflar fərqlənir. Insanın beyni təxminən 2,5 dəfə insanabənzər meymunların beynindən böyükdür. İnsanabənzər meymunlarda beynin həcmi 600 sm3, insanda 1400-1600 sm3 dir. Aydın nitq insanlara məxsusdur.
Antropogenez – insanın tipini,onun əmək fəaliyyətini,nitqini,təkamülünə təsir göstərən amillərin qanunauyğunluqlarını və elecə də cəmiyyətin ilkin formalaşmasını əks etdirən elmdir. Antropogenezin bioloji amillərinə aiddir: yaşamaq uğrunda mübarizə,mutasiyalar, təbii seçmə, irsi dəyişkənlik
Antropogenezin əsas hərəkətverici qüvvəsi əmək olmuşdur. Əmək cəmiyyət üzvlərinin birləşməsinə kömək etdi. Onlar birlikdə vəhşi heyvanlardan qorunur,ov edir, uşaqları tərbiyə edirlər. Odda bişirilmiş qida çeynəmə aparatının yükünü azaldır. Bitki qidasından qarışıq qidaya keçmək bağırsağın qısalmasına səbəb olur.Oddan istifadə soyuqdan və vəhşi heyvanlardan qorunmağa xidmət edir.
2. İnsanın formalaşması mərhələsi. Irqlər.
İnsan meydana gəlməsi prosesində üç mərhələdə baş verir