Orta insan anlayışı. Müasir insan şüurlu insan növünün nümayəndəsi kimi bir sıra əlamətlərə malikdir. Bu əlamətlər onu “orta insan”kimi səciyyələndirir. “Orta yaşama müddəti”, “orta boy”,”standart fiqur”. “Orta iansan” anlayışını elmə fransız təbiətşünası Byuffon gətirmişdir. Orta yaş dövrü kişilərdə 64,qadınlarda 74-ə bərabərdir. Standart insanın orta statisyik parametrləri vaxt ərzində dəyişir. Təkcə orta yaş dörü deyil, insanın boyu da dəyişir. Məs., orta əsrlərdə olan kişilərin boyu müasir kişilərin boyuna uyğun gelmir. Bunu onların daşıdıqları dəmir geyimlər sübut edir.
Müasir standart insan: boyu-170sm, çəkisi-70 kq, ömrün uzunluğu-70 il. Bədən səthi-1,8 m2 . Beyinin çəkisi -1500qr, qaraciyərin çəkisi-1700qr , ağciyərlərin çəkisi -1000qr ,yumurtalıqların çəkisi-5-6qr, mədəaltı vəzinin çəkisi -1500qr, sidik kisəsinin çəkisi -150qr, onurğa beyninin çəkisi - 30 qr, qalxanabənzər vəzinin çəkisi -20 qr
Insan bədəni əsasən 65% - oksigen,18%- karbon, 10%- hidrogendən ibarətdir.
İnsanda bədən kütləsinə görə əzələ 43% təşkil edir.
Insan cavan bioloji növ olub,bir sıra orta göstəricilərə malikdir.lakin onun ətraf mühitə bütün uyğunlaşmalarının hec də hamısı mükəmməl deyildir. Dik yerimə nəticəsində bədənin davamlılığı azalır, daxili orqanları müdafiəsiz qalır. Dik yerimənin msbət və mənfi nəticələri irsən ötürülərək müasir insnın sağlamlığına təsir göstərir.
Mövzu: 4. Ekoloji fakitorlar və insan sağlamlığı. Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri Homo sapiyens (insan) ekosistemlərin bütün konsumentləri kimi ətraf təbii mühitdə yaşamış və praktiki olaraq limitlənmiş ekoloji faktorların təsirindən mühafizə olunmamışdır. İbtidai insan da bütün heyvanat aləmi kimi ekosistemin nizamlanma və özününizamlama faktorlarının təsirinə məruz qalmış, onun ömrü çox olmamış, populyasiyanın sıxlığı olduqca aşağı olmuşdur. Ölüm səbəbləri arasında birinci yerdə təbii səciyyəli patogen (xəstəlik törədən) təsirlər dururdu. Onlar arasında bir qayda olaraq təbii mənbəyə (ocağa) malik olan yoluxucu xəstəliklər xüsusi yer tuturdu. Təbii mənbə (ocaq) xəstəlik törədiciləri vəhşi heyvanlar, xüsusən gəmiricilər, quşlar, həşərat və gənələr hesab olunur. Bütün heyvanlar ekosistemin biosenozunun tərkibinə daxil olub müəyyən biotopla əlaqədardır. Buna görə də, təbii mənbə (ocaq) xəstəlikləri müəyyən ərazi, bu və ya digər landşaft tipi, deməli, oranın iqlimi ilə sıx bağlı olub mövsümi xarakter daşıyır. Y.P.Pavlovski «təbii ocaq» (mənbə) anlayışını ilk olaraq tövsiyə etmiş və taun, gənə və ağcaqanad ensefaliti, səpmə yatalağı, bəzi helmin tozları təbii ərazi xəstəliklərinə aid etmişdir. Təbii mənbə xəstəlikləri XX əsrə qədər insanların ölümünün əsas səbəbi olmuşdur.
Bu xəstəliklərdən ən dəhşətlisi taun xəstəliyi sayılır. Bu xəstəlikdən orta əsrlərdə və bir qədər sonrakı dövrlərdə arası kəsilməyən müharibələrdə olduqca çox insan ölmüşdür. Taun insan və heyvanlarda kəskin yoluxucu xəstəlik olub karantin hesab olunur. Bu xəstəliyin törədicisi taun mikrobu sayılır. Taunun epidemiyası dünyanın bir sıra ölkələrində yayılmışdır. Eramızdan əvvəl VI əsrdə Şərqi Roma İmperiyasında 50 il ərzində bu xəstəlikdən 100 mln.-dan artıq adam ölmüşdür. XIV əsrdən etibarən taun xəstəliyi dəfələrlə Rusiyada, o cümlədən Moskvada qeydə alınmışdır. XX əsrdə ən böyük taun epidemiyaları Hindistanda qeydə alınmışdır. İnsanı əhatə edən ətraf mühitlə bağlı olan xəstəliklərə qarşı daim mübarizə aparılsa da hazırda da baş verir. Onların baş verməsi qismən son dərəcə ekoloji təbii səbəblərlə, məsələn xəstəlik törədicilərin daşıyıcılarının və özlərinin rezistentliyi (müxtəlif təsir faktorlarının təsirinə qarşı davamlılığı) ilə aydınlaşdırılır.
Bu proseslərə malyariya (qızdırma) ilə mübarizəni səciyyəvi misal göstərmək olar. Malyariya plasmodeum cinsindən olan parazitlə yoluxur, bu xəstəliyə yoluxan ağcaqanadın dişləməsi ilə keçirilir. Bu xəstəlik ekoloji və sosial-iqtisadi problem sayılır. Statistik məlumata görə (1979) 1955-ci ildə malyariya rayonlarında yaşayan 2,65 mld. adamdan 250 milyona qədər malyariya xəstəliyinə tutulan adamlardan ildə təxminən 2 mln.-u ölmüşdür. Bu səbəbdən məsələn, yalnız Hindistanda malyariyaya yoluxan adamların sayı 6 mln.-a çatdı, halbuki, 1966-cı ildə bu rəqəm cəmi 40 min təşkil edirdi. 1976-cı ildə ağcaqanadın 43 növü müxtəlif intektisidlərə qarşı rezistentliyə malik oldu. Malyariyaya qarşı ekoloji cəhətdən özünü doğrultmuş kompleks mübarizə metodlarından - bataqlıqların qurudulması, suyun duzluluğunun azaldılması və b. aiddir. Digər metod qrupu – bioloji metod olub ağcaqanadın təhlükəliyini azaltmaq üçün istifadə olunur; bu məqsədlə 40 ölkədə 250 növdən çox sürfə ilə qidalanan balıqlardan, həmçinin ağcaqanadda xəstəlik törədən və onu məhv edən mikrobdan istifadə olunur.
Taun və digər infeksiya (yoluxucu) xəstəliklər (vəba, malyariya, qarayara, tülyaremiya, dizenteriya, (qanlı ishal), difterit-yoluxucu boğaz xəstəliyi, skarlatina və b.) müxtəlif yaşlı insanların ölümünə səbəb olmuşdur. Bu əhalinin sayının artmasını ləngitmişdir, yer üzərində 1860-cı ildə əhalinin sayı 1 mld-a çatmışdır. Lakin XIX əsrin sonunda Paster və başqa alimlərin yeni kəşfləri XX əsrdə profilaktik tibbin inkişafına, çox ağır xəstəliklərin müayinəsinə, həyatın səhiyyə-gijiyena şəraitinin xeyli yaxşılaşmasına böyük təkan oldu, təbii-mənbə xəstəlikləri kəskin azaldı, bəziləri isə praktiki olaraq ləğv olundu.