Mövzu: 8.Siqaret və onkoloji xəstəliklər. Narkomaniya və alkoqolizm.
Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və insanda boyun artmasında digər dəyişkənliyə də səbəb ola bilər. Akselerasiya – bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir. Bunun əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı qidalanmaqdır. Akselerasiya uşaqların pisixi və fiziki inkişafının tezləşməsində təzahür olunur. Cinsi yetişmə tempində də tezləşmə müşahidə olunur. Akselerasiya sosial şəraitin və qidalanma xarakterinin dəyişməsi, əhalinin miqrasiyası, irqlərin və millətlərin qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimal olunur: günəş aktivliyinin dəyişməsi; radiasiya fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması ilə əlaqədar atmosferin elektromaqnit tərəddüdü ilə doyması.
Siqaret çəkmə dünyada ən geniş yayılan vərdiş olub, ayrı-ayrı adamların, həm də bütövlükdə cəmiyyətin sağlamlığına zərər gətirir. Siqaret çəkməyə əhalinin bütün təbəqələri cəlb olunmuşdur, bu qadınlar və gənclər üçün daha təhlükəlidir. ÜST-in məlumatına görə dünyada 1,1 mlrd. adam (yer əhalisinin 18%-i), o cümlədən 900 mln. kişilər, 200 mln. qadınlar, digər məlumata görə 60% kişilər, 20% qadınlar siqaret çəkirlər. BMT-nin məlumatına əsasən bəşəriyyət tütün məmulatının alınmasına hər il 85-100 mlrd. dollar xərcləyir, yer kürəsinin hər bir sakini orta hesabla il ərzində min siqaret çəkir.
İl ərzində siqaret çəkməkdən itkinin miqdarı 200 mlrd. dollar təşkil edir. Yer kürəsində hər beş adamdan biri bilavasitə və dolayı yolla orqanizmin tütünlə zəhərlənməsindən əziyyət çəkir. Siqaret çəkmə nəticəsində ildə orta hesabla 8,5 mln. adam dünyasını dəyişir. Orta hesabla siqaret çəkmə ilə əlaqədar insan ömrü 6-8 il qısalır. Siqaret çəkənlərin yarısı 35-69 yaşında müxtəlif xəstəliklərə tutularaq ölməyə risk edir. Siqaret çəkənlərin 80%-i xroniki bronxitdən əziyyət çəkir, ağciyərin xərçəng xəstəliyindən ölənlərin 95%-ni həris siqaret çəkənlər təşkil etmişdir. Qırtlağında xərçəng xəstəliyi olanların 80-90%-i siqaret çəkənlər olmuşdur. Siqaret çəkməklə birlikdə alkoqol qəbul edənlərin qida borusunda xərçəng xəstəliyinin əmələ gəlmə riski siqaret çəkməyən adamlara nisbətən 9-12 dəfə yüksəkdir, mədədə xərçəng xəstəliyinin əmələ gəlməsində isə bu rəqəm 9,3 dəfə təşkil edir. Tütün dodaqda, ağız boşluğunda, qida borusunda, ağciyərdə xərçəng xəstəliyindən ölənlərin 60-80%-ni, xroniki bronxitin 75%-ni, ürək işemiyasından ölənlərin dörddə birini təşkil edir.
Siqaret çəkmə gənclərin zehni və fiziki qabiliyyətlərinə mənfi təsir göstərir və onları impotentliyə aparır. Amerika tədqiqatçılarına görə siqaret çəkənlər yaxşı hazırlıqlı tələbələrin 17%-ni, orta hazırlıqlıların 45%, hazırlıqsızların 59%-ni təşkil etmişdir.
ABŞ-da hər il 100 min adamın ölümünə tütün səbəb olur. Avtomobillərin yarıdan çoxu külqabısız buraxılır. Bir sıra kompaniyalar, məsələn «Lokxid» və «Terner brodkostinq» siqaret çəkənləri işə götürmür. «Teksas instrument» kompaniyası hər siqaret çəkən işçidən ayda 10 dollar, «Yu-xod» isə həfədə 5 dollar tutur. Vebster Qroun (Missuri ştatı) şəhərinin fəalları yaşı 17-ə qədər uşaq olan xüsusi evlərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edirlər. Pensilvaniyada avtomobillərdə siqaret çəkmək qadağan olunmuşdur. Kaliforniyanın bir neçə şəhərində çimərlikdə siqaret yandırmaq qadağan edilib, Devis şəhərində isə acıq havada da siqaret çəkməyə icazə verilmir. San-Diyeqo aeroportunda binadan bir neçə metr kənarda siqaret çəkmək olar.
. Narkomaniya və toksikomaniya Hesablamalara görə hazırda dünyada 50 mln. narkoman verdır. Narkomanlıq bütün bəşəriyyət üçün təhlükəlidir. Yunanca narke- donma, donub qalma, mania – ağılsızlıq, dəlilik deməkdir. Narkomaniyanın mahiyyəti (həmçinin onun sosial mənası) daha tam şəkildə aşağıdakı kimi ifadə olunur: narkomaniya – sosial təhlükəli psixi xəstəlik olub, əsası bu və ya digər kimyəvi birləşmələr qəbul etmək yolu ilə mərkəzi sinir sistemində «komfort sahəsi»ni süni olaraq stimullaşdırmaq üçün (şövqləndirməklə) fərdin (şəxsin) qarşısıalınmaz cəhd göstərməsidir. Narkomaniya zamanı deformasiya baş verir, sonra sübutlar (səbəblər) sistemi dağılır, əvvəlki sosial əlaqələr kəsilir və xəstədə narkotik maddə əldə etmək məqsədilə istənilən qeyri hüquqi əmələ əl atmaq davranışı formalaşır.
«Narkomaniya» termini daha ümumi olan «toksikomaniya» termini ilə müqayisədə xüsusidir. İş ondadır ki, narkotik vəziyyəti psixikaya (ruhi aləmə) təsir göstərən bir çox maddələr yarada bilər. Onların hamısı olduqca zəhərlidir.
Narkotik maddələrdən asılılığın ilk (birinci) mərhələsində onu qəbul edən adam hər hansı bir məsuliiyyətsizlik, arzusuna çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə həyəcanlanır, psixoloji diskomfort duyğusuna məruz qalır. Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı inam yaranır və narkotikdən asılılıq inkişafının ikinci – psixoloji mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik vəziyyəti narkomaniyanın əsası və mahiyyəti hesab olunur. Narkotikdən asılılığın üçüncü mərhələsində narkotik maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır.
Narkotik maddələr yalnız kimyəvi quruluşuna görə deyil, həm də psixikaya təsir xarakterinə, yaranan asılılığın sürəti və dərinliyinə, müxtəlif orqanlara və fizioloji sistemlərə təsirinə görə də fərqlənir. Məsələn, nikotindən asılılıq nisbətən tez baş verir, lakin siqaret çəkmə psixikanın pozulmasına səbəb olmur. Bununla yanaşı, o, ürək-damar və tənəffüs sisteminə ziyandır, çox vaxt ağciyər və mədədə xərçəng xəstəliyinə səbəb olur. Alkoqol isə əksinə, psixi pozuntulara aparır, ondan asılılıq inkişafı nikotinə və digər narkotik maddələrə nisbətən yavaş (tədrici) olur. Narkotiklər (ilk növbədə heroin, kokain) alkoqol və nikotindən də təhlükəli olub tez və intensiv asılılıq törədir, bu isə müxtəlif orqan və toxumaların distrofiyasına səbəb olur. İlk yoxlamalarda (dadına baxmada) narkotikdən effekt alınmaya da bilər, lakin «eksperimentator»-şəxs necə olur olsun, yeni narkotiki qəbul etməyə israrlıdır. 2-5 yoxlamadan sonra həmin şəxs dadına varır və sonralar heç bir məsləhətə ehtiyacı olmadan narkotiki sərbəst qəbul etməyə başlayır. Narkotik maddələri ilk dəfə qəbul edən şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir. Bəzən mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. Lakin narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə nümunədən, yoxlamadan (mərkəzi sinir sisteminin fərdi xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən asılı olaraq 1-2-dən 5-8-ə qədər) sonra alınan belə xüsusi vəziyyətin təzahürü eyforiya adlanır. Bir dəfə eyforiya vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji asılı olur. Bu zaman mərkəzi sinir sistemində patoloji ehtiyac mənbəyi yaranaraq, özünü mühafizə etmək (saxlamaq) narkotikin yeni porsiyasını tələb edir. İnsan narkotik maddənin qəbulunu davam etdirərsə, göstərilən hadisələr möhkəmlənir, güclənir və o , artıq dərk edir ki, narkotik maddəsiz keçinə bilməyəcək.
Narkomaniyanın üçüncü, yəni fiziki asılılıq və orqanizmin zəifləməsi mərhələsində – zəiflik, zehni və fiziki işə bacarıqsızlığı və həddən artıq arıqlama baş verir. Orqanizmin ağır zəhərlənməsi əlamətləri – dərinin quruluğu və saralması, saçlar və dırnaqların kövrəkliyi, parıltısızlığı açıq-aşkar görünür, adam öz yaşından daha çox yaşlı görünür və həqiqətən ölüm onu sürətli addımlarla yaxalayır.
Dostları ilə paylaş: |