Illik öMRÜn qisa hekayəSİ



Yüklə 41,58 Kb.
tarix17.11.2018
ölçüsü41,58 Kb.
#82717

OÇERK


  1. ILLIK ÖMRÜN QISA HEKAYƏSİ

Hər ömür bir tarixdir. Oraya acılı-şirinli o qədər xatirələr həkk olunur, o qədər hadisələrə şahidlik edirsən, nə vaxtsa, hardasa, ömrün müəyyən anlarında xatirələri, hadisələri vərəqləməli, xatırlamalı olursan. Belə məqamlarda olub keçənlər bir kino lenti kimi gözlərinin önündə canlanır, olub keçənlərə, acılı-şirinli günlərə qayıdırsan.


Daşkəsən rayon ictimaiyyətinin çox yaxşı tanıdığı hörmət və səmimiyyətlə qəbul etdiyi el ağsaqqalı Levon müəllim kimi. Levon adının özünün də maraqli bir hekayəsi var. 4 qız övladı olan Adil ata, Züleyxa ana oğul övladı üçün nigarançılıq keçirirdilər. Günlərin bir günü Adil kişi gördüyü yuxunu ömür-gün yoldaşı Züleyxa xanıma danışır. Yuxuda ona agah olur ki, sizin beşinci övladınız oğlan olacaq. Oğlan uşağınızı itirməmək üçün ona xristian adı verərsiniz.
Bəlkə də bu məntiqə dodaq büzənlər, şübhə ilə yanaşanlar da tapılacaqdır . Levon müəllimin təkidi ilə həmin hadisəni xatırlatmalı olduq.
81 il bundan əvvəlin hekayəsini Levon müəllim acılı-şirinli xatirələrinə dil verərək bizə belə söylədi. Atanın, ananın Levon müəllim dünyaya gəlincə 4 qız uşağından sonra itirdikləri 3 oğlan uşağının acı taleyini Adil atanın, Züleyxa ananın oğul nigarançılığı ilə bağlı kövrək yaddaşını vərəqlədi.
- Mən dünyaya gələndən sonra arxamca 4 oğlan uşağı doğulubdur. 4 bacı, 5 qardaş olaraq atamızın, anamızın saldıqları zəhmət, əxlaq, ədəb-ərkan körpüsü ilə addımlayaraq, bir-birimizi sevə-sevə nəsil artımımızı davam etdirmişik. Qoşqar eli özünün cəngavər oğlanları və qızları ilə tanınıb. Torpağına, Vətəninə göz dikən düşmənlərin qabağına kişi kimi çıxıbdır. Həyatın hər üzünü gömüşəm, uğurlarım, problemlərim də olub.
Levon müəllim (bu ad rayon məhkəməsinin qətnaməsindən sonra Alı kimi oxunacaqdır) danışdıqca əsrlərdən bəri xalqımızın başına gətirilən min bir əzablar kino lenti kimi göz önündə canlanır.
Bəli, bu bir həqiqətdir ki, xain qonşuların, daxildə olan düşmənlərin fitnə-felinə, təzyiqinə məruz qalan xalqın hər bir övladının arzusu, nənnidə oğul görmək olubdur. Əsrlərdən bəri nurani babalarımız, ağbirçək nənələrimiz məhz buna görə oğul övladına torpaq, Vətən qoruyucusu, düşmən çəpəri, namus daşıyıcısı kimi baxıbdır. Laylalarımızda, nəğmələrimizdə, mahnılarımızda nankor qonşularımızın torpağımıza xəyanətinin, oğul yolu gözləyən anaların, toyu yasa dönən nişanlı qızlarımızın, düşmənlə üzbəüz dayanaraq səngərlərdə əqidəsindən
2.
dönməyən, canlarını qurban verən ərən igidlərimizin ah-nalələri, torpaq istəyi, Vətən məhəbbəti yaşayır. Mahnı var ki, baş tərpədir, mahnı da var ki,

arxa tərpədir, ayaqları hərəkətə gətirir. “Seygahımızın”, “Yurd yerimiz”in, “Vağzalı”mızın bircə xalında min illik dərdlərimizi dinləyir, əsrlərdən bəri nankor qonşularımızın gözlərinə ox olan ana yurdun hər qarış torpağı üçün ölümün gözlərinə dik baxmalı olursan. Bu amalla, belə hisslərlə yaşayan bütün yurddaşlarımız, soydaşlarımız var olsun.


... Alı müəllimin uşaqlığı Azərbaycanda da dərin kədərlə xatırlanan qanlı-qadalı illərə təsadüf edibdir. 1933-cü ildə Qaraqollar kəndində dünyaya göz açan Alı Böyük Vətən müharibəsinin ağır yaralarını, acılı, faciəli hadisələrini bu gün də dərin bir kədərlə xatırlayır:
- O günlərin təkrar olunmasını heç vaxt arzulamıram. İnsanlar böyük fəlakət, yoxsulluq, aclıq şəraitində kolxoz quruculuğu üçün əllərindən gələni əsirgəmirdilər. Ciddi intizam vardı. Heç yadımdan çıxmaz. Uşaqlı qadınlar arxalarında uşaq yer əkinində, kartof, taxıl səpinində, fermada, bir sözlə, kolxoz quruculuğu işlərində öz canlarını qoyurdular. Kolxoz işlərində var qüvvə ilə çalışmaq adamların gündəlik həyat normalarına çevrilmişdi. 1940-cı ildə doğulan uşaqların demək olar ki, hamısı kolxoz tarlasında böyümüşdü. Siz jurnalistlərin ənənəvi bir cümləsi var ey “... filan yerdə əmək bulaq kimi qaynayırdı”. O vaxt insanlar kənd şəraitində doğrudan da, zülm çəkir, əzab-əziyyət içində yaşayırdılar. O illərlə bu günümüzü müqayisə edəndə min şükür oxuyuram. Deyirəm ki, Müstəqil Azərbaycanımızın bayrağı daim uca olsun. Həmişə Vətənimizin səmasında vüqarla, əzəmətlə dalğalansın. Ulu öndərimiz Heydər Əliyevin adı əsrlər boyu yaşasın.
Uşaqlıq xatirələri insan yaddaşına əbədi həkk olunur. Müharibənin ağır günləri idi. Uşaq marağı, uşaq həvəsi yaşıdlarım kimi məni də kolxoz tarlasına gətirmişdi. Hamı cərgə ilə yer əkirdi. Yer əkən uşaqlı qadınlardan biri tez-tez bərkdən ağlayan uşağını sakitləşdirmək üçün cərgədən aralanıb körpəsinə süd verirdi. Yaşlı kolxozçulardan biri eyhamla sədrə işarə vurdu ki, sən uşağı bəhanə edib cərgədən aralanan qadına ciddi fikir ver.
Hamı iş başında idi. Qəfildən gələn uşaq çığırtısı cərgə ilə yer əkən kolxozçu qadınları yenidən hövsələdən çıxardı. Kolxoz sədri mülayim səslə gənc anaya uşağı özündən bir az aralıda yerləşdirməyi tapşırdı. Nəzarət olaraq həmin insanlardan kənarda dayandı. Sakit səslə dedi ki, nahar fasiləsində sizə bir sirr açacam...
... Nahar fasiləsində hər kəs evindən gətirdiyi yeməkləri çəmənlikdə açılan süfrəyə düzdü. Yeməklər deyəndə bir az təmtəraqlı səslənir. Yemək nə gəzirdi. Çöllərin göy-göyərtisi və soyutma kartof kolxozçu süfrəsinin

3.
bəzəyi idi. Tam səmimiyyətlə gördüklərimi deyirəm. Kartofun qabığını soyub tarlada toxum kimi əkir, qalan hissəsini isə bişirib yeyirdilər.


Kolxoz sədri narahatçılıq keçirən uşağın anasına yaxınlaşıb ata nəvazişi ilə dedi: - Qızım, sən, gənc anasan. Hiss edirəm ki, tez yorulursan. Sənin kimi burda onlarca qadın var. Bu uşaqlar hamısı tarlada böyüyüb. İki saatdır hiss edirsənmi ki, uşağın ağlamır. Sən uşağı qəsdən ağladırsan. Bu hərəkətin manqa üzvlərinin işgüzarlığına mənfi təsir edir. Yorulanda mənə deyərsən. Sənə dincəlmək üçün iş yoldaşlarından icazə alaram.
Cavan kolxozçu manqa üzvlərinin məzəmmət dolu baxışları altında özünü itirdi və bir daha belə səhvlərə yol vermədi. Gənc Alı 12 yaşından digər həmyaşıdları kimi kolxoz işlərində böyüklərə kömək edir, onların qolundan tuturdu.
Atalar gözəl deyib. Niyyətin hara, mənzilin də ora. Gənc Alı Qaraqollar kənd orta məktəbini bitirdikdən sonra Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olundu. 1954-cü ildə Qaraqollar kəndinə gənc müəllim kimi təyinatla gəldi. İki il burada işlədikdən sonra Təhsil şöbəsinin müdiri gənc Alını yanına çağırıb təklif verdi ki, qonşu kəndlərdə sənin kimi təşəbbüskar, enerjili, savadlı ziyalıya böyük ehtiyac vardır. Səni 4 kənddən birinə direktor göndərmək istəyirik. Seçim sənindir. Üç gündən sonra fikrini bildirərsən.
Alı müəllim yenidən acılı-şirinli xatirələri dilə gətirməli oldu.
- Alaxançallı, Zivlən, Qaratağlar, Çanaqçı kəndləri bir-bir gözümün önünə gəldi. Deyilən vaxt rayona gəldim. Atamın məsləhəti ilə Alaxançallı kəndini seçdim. Məktəb deyəndə bir az təmtəraqlı səslənir. Bir qara dam, 6 dənə məktəbli partası, bir dənə də yazı lövhəsi. Gənc müəllim kimi qəlbimdən keçən romantik arzuları yəqin ki, Siz də söhbət əsnasında tuta bilirsiniz.
Şagirdlərlə bir xeyli sorğu-sual elədim. Heş yadımdan çıxmaz. Tez-tez atmacalar atmağı sevən bir şagirddən soruşdum:
- Nizami Gəncəvini tanıyarsanmı?

Şagird mənə nə cavab versə yaxşıdır?


- Müəllim, kəndimizdə mən belə kişi tanımıram.
Rəhmətlik Nəriman Nərimanovun hikmətli bir kəlamı yadıma düşdü. “Bizi nadanlıqdan yalnız məktəb xılas edəcəkdir”. Səhərisi gün valideynlərlə görüşə gəldim. Kənddə öz gücümüzlə, yerli material hesabına məktəb tikmək təşəbbüsünü qaldırdım.
4.
Mənim təklifimi alqışlayanlar da çox oldu. Romantik hərəkətimə arxamca yerli-yersiz danışanlar da tapıldı. Kənddəki yaşlı adamların çoxu o günləri indiki kimi xatırlayır. Ağsaqqallarla məsləhətləşdik, məktəb yeri

təyin elədik. Xurcunlarda atla məktəbin daşını iyirmi gün ərzində tikinti üçün təyin olunmuş yerə gətirdik. Tikinti üçün lazım olan ağac materiallarının kəndin meşəsindən gətirilməsi üçün müvafiq adamlara aidiyyəti üzrə tapşırıqlar da verildi.


Artıq bizim bu xeyirxah işimizlə bağlı rayona da xəbər çatmışdır. Maarifyanı şuraya gələndə rayon Maarif şöbəsinin müdiri iclasa başlamazdan əvvəl üzünü mənə tutub Rayon Partiya Komitəsində haqqımda danışılan razılığa görə mənə təşəkkürünü bildirdi. Üç ay ərzində qara damda yerləşən bir otaqlı köhnə tikili o dövr üçün normal hesab edilən bir məktəblə əvəz olundu. 6 şagird partası bir lövhənin əvəzinə onlarca partalar, lövhələr və digər məktəb ləvazimatları gətirildi. Mən bütün bunlara görə qürur duyur, adamların mənə qarşı yaxşı münasibətindən daxilən ləzzət alır və sözün həqiqi mənasında daha yaxşı işləməyə ruhlanırdım.
... Beləcə ömrünün odlu-alovlu gənclik illərinin 10 ilini Alı müəllim ucqar bir kənddə keçirdi. Özünə, kollektivə, valideynlərə qarşı tələbkarlığı ilə kənddə təhsillə bağlı ciddi dönüş yaratdı. Məktəbdən yayınanları təhsilə cəlb etdi. Şəxsi nümunəsi ilə hər evdə, hər ailədə elmə, maarifə böyük maraq oyatdı. 10 il ərzində Alaxançallı kəndində onlarca ali və orta ixtisas təhsilli kadrlar yetişdi. Alı müəllim təhsil alıb kəndə qayıdan gəncləri görəndə özünü tək hiss etmədi. Çəkdiyi əziyyətin bəhrələri onu daxilən daha da sevindirdi. Alaxançallı kənd orta məktəbində təhsil almış, ali təhsilli İqaf Verdiyev Alı müəllimdən söz düşəndə böyük səmimiyyətlə, hörmətlə belə deyir:
- Alı müəllim bizim üçün həm müəllim, həm ata, həm də böyük ziyalı olubdur. Uşaq vaxtı hamımız ona ideal bir insan kimi baxırdıq. Hərəkətlərini, davranışını, insanlara münasibətini gündəlik rəftarımızda təkrarlamağa çalışırdıq. Belə canıyananlığın, qayğıkeşliyin nəticəsidir ki, bu gün də kəndimizdə hamı onu böyük ağsaqqal, gözəl insan, müəllim kimi qəbul edir.
Alaxançallı kənd sakini Rəhman Məmmədovun Alı müəllim haqqında söylədiyi xatirələr də maraqlıdır.
- Hər dəfə o, sinfə girəndə sual-cavabdan bütün şagirdlər ruhlanır, bir-birinə sual verməkdən xoşhal olurdular. Dərsi elə maraqla tədris edirdi ki, hamımız demək olar ki, Alı müəllim üçün darıxırdıq. O, bizə həm də ölkəyə

layiqli vətəndaş olmaq, ata-ananı, torpağı, Vətəni sevmək, ağsaqqalın, ağbirçəyin, körpə uşağın qədrini bilmək, xatirini əziz tutmaq dərsi öyrədirdi.

5.
Alı müəllim indi rayon ictimaiyyəti arasında səmimi insan, peşəsinin vurğunu , bacarıqlı təşkilatçı, əqidəsinə sədaqətli , etibarlı dost kimi tanınır. Məhz bunların nəticəsidir ki, 60 ilə yaxın bir vaxt ərzində öz peşəsini ürəkdən sevən, yetirmələrinin uğurlarına fərəhlənən neçə-neçə kollektiv formalaşdırmışdır. İndi yaşının bu aqil çağında, müdriklik zirvəsində onu Qoşqar eli bir ağsaqqal kimi qəbul edir, sevir, əzizləyir.
Təlimdən, tədrisdən söz düşəndə Alı müəllim təşrübəli pedoqoq kimi belə deyir:
- Məktəbdə əsas sima direktor, təlim-tərbiyə prosesinin təşkilatçısı isə dərs-hissə müdiridir. Pedaqoji kollektivdə hamı çəkici bir yerə vurmalıdır. Adi texniki işçilərin də hər bir hərəkəti, davranışı, danışığı, təlim-tərbiyəyə həm yaxşı, həm də pis mənada öz təsirini göstərir. Sözümün canı budur ki, məktəb bir məbəddir, qibləgahdır. Həmin məbədi hamı qorumalı, müqəddəs saymalı, bu qibləgaha baş əyməlidir. Məhəmməd Peyğəmbərin hikmətli kəlamları yada düşür: “Bir saat elm öyrənmək, 60 il ibadət etməkdən daha sərfəlidir”. Digər bir kəlamında isə buyurur: “Savadlı adamla oturmağın özü də ibadətdir”. Cəmiyyət hər şeydən kəsib təhsilə xərcləməlidir, gənc nəslin təhsilinə, məktəbinə, onun ləli-cəvahiratı olan müəlliminə xərcləməlidir, müəllimini şərəflə yaşatmalıdır. Onda müəllim bu adı ilə öyünər, cəmiyyət üçün həyat məktəbi olar. Millətin gələcəyi, onun gənclərinin aldığı bilik və təhsildən bilavasitə asılıdır.
Doğrudan da, Alı müəllimin fikri bütün cəmiyyətin, yüksək elitanın tələbidir, rəyidir. Məhz cəmiyyət müəlim əməyinin nəticəsində formalaşır, savadlı, bilikli, geniş dunyagörüşlü, nümunəvi əxlaqa malik gənc nəsillər, insanlar yetişir. Belə insanlar da cəmiyyəti uğurla idarə etməklə inkişaf etdirirlər. Müəllimlər cəmiyyətin qurucuları, memarıdırlar. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərimizin əvəzsiz xidməti olmuşdur. Əbədiyaşar Ulu öndərimiz Heydər Əliyev müəllimdən, müəllim əməyindən söz düşəndə belə deyirdi: “Hər birimizdə müəllimin, müəllim qəlbinin bir zərrəciyi var. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdriklik və səbrlə bizə öyrətmiş və öyrədir”.
Bu yüksək qiymətdən minlərlə müəllim kimi, 80 yaşlı Alı müəllimə bəlkə də hamıdan daha çox pay düşür. Məktəb direktoru işlədiyi illərdə pedaqoji kollektivin saflaşması, gənc nəslin marriflənməsi naminə göstərdiyi prinsipiallıq onu tanıyanlar tərəfindən bu gün də razılıqla danışılır. Diplom daşıyıcısı, 10 ilə yaxın pedaqoji stajı olan bir müəllimin dərsini dinlədikdən sonra məktəbyanı şuraya qoyaraq onu pedaqoji təhsilə yararsız hesab etməsi Alı müəllimə həqiqəti sevənlər tərəfindən çox alqış gətirdi. Lakin,

6.
xeyirdə, şərdə digər tərəfdən dost, qohum, tanış qınağına, məzəmmətinə rast gəldi, bu işinə görə ondan umanlar, küsənlər də çox oldu.


O, işdə və ictimaiyyət arasında ciddi tələbkarlığına, rəhbərlik etdiyi kollektivlərdə nail olduğu saf pedaqoji mühitə, əldə etdiyi nailiyyətlərə görə dəfələrlə rayon Təhsil şöbəsinin təhsilyanı şurasında dəfələrlə təşəkkürlərə, minnətdarlığa, fəxri fərmanlara layiq görülmüşdür. Qabaqcıl maarif işçisi döş nişanı alıbdır. Alı müəllim üçün ən böyük bir mükafat vardır. Həmin mükafatın adı el-oba məhəbbəti, istəyi, ona ağsaqqal kimi göstərilən diqqət və qayğıdır, mehribançılıqdır, səmimiyyətdir.
Ömrünün müdriklik zirvəsini yaşayan, müqəddəs ağsaqqal adını əməli işində qoruyub saxlayan Alı Cəfərov haqqında, onun pedaqoji fəaliyyətindəki prinsipiallığı, ictimaiyyətdə fəallığı barədə saatlarla danışmaq, söhbət açmaq olar. Alı müəllimin 80 illik ömür yoluna nəzər salanda Alaxançallı, Qaratağlar kəndində primitiv məktəbləri daxili imkanlar hesabına müasirləşdirən, zənginləşdirən tələbkar ziyalı, qayğıkeş insan kimi onun haqqında ürəklərdə xoş hisslər, böyük hörmət yaşanır.
A.Cəfərov tələbkar rəhbər olduğu qədər də qayğıkeş, tələbkar atadır. Böyütdüyü beş övladının hər biri cəmiyyətin müxtəlif sahələrində çalışır. Nümunəvi davranışla ata adının nüfuzunu, cəmiyyətdəki hörmətini həmişə qoruyub saxlamağa təşəbbüs göstərirlər. Ömür-gün yoldaşı Familə xanımla yaşının bu çağında nəvə-nəticə şirinliyi onların şirin həyatını daha maraqlı edir, eldə-obada sevdirir. Siz bu istəyə, sevgiyə çoxlarından daha layiqsiniz, Alı müəllim, Familə xanım!
Bu gün Alı müəllimin adına Alaxançallı, Qaratağlar, Qaraqollar kəndində onun yetirmələri xoş sözlər gətirir, öz müəllimlərini bir el ağsaqqalı kimi sevir , əzizləyirlər. Alı müəllim bu diqqətdən, qayğıdan zövq alır, ömür uzunluğu tapır, şən həyatını yaşayır. Onu sevənlərin, qəlbində əziz tutanların hər biri kimi biz də deyirik: - 80 yaşın mübarək, Alı müəllim! Arzu edirik 100 yaşını da görək!...
Bəli, əziz oxucular, 80 illik ömrün qısa hekayəsinə bu gün nöqtə qoyuruq. Alı müəllimin 100 illik yubileyində görüşənədək!...

SAHİB ƏHMƏDOV


Respublika Jurnalistlər Birliyinin üzvü.
Yüklə 41,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin