1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Mövzu: 5. insan və ekosistemlər



Yüklə 0,97 Mb.
səhifə10/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   6   7   8   9   10   11   12   13   ...   30
insan ekologi muh (1)

    Bu səhifədəki naviqasiya:
  • Birinci
Mövzu: 5. insan və ekosistemlər

İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə öz əmək fəaliyyəti ilə kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq) yaradaraq bu sovqatları özü əldə etməyə başladı. Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu dağıtmaq məcburiyyətində qaldı.




Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur. Bu sistemlərin energetik resursları həm tükənməz – Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik (daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə əsaslanıb, Y.Odum (1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:


1. Günəşlə hərəkətə gətirilən təbii ekosistemlər;
2. Günəşlə hərəkətə gətirilən və digər təbii mənbələrlə yardım olunan ekosistemlər;
3. Günəşlə hərəkətə gətirilən və insan tərəfindən yardım olunan ekosistemlər;
4. Yanacaqla (yeraltı qazıntılar, üzvi və ya nüvə) hərəkətə gətirilənlər.
Bu təsnifat prinsipcə biom təsnifatından fərqlənib mühitin xassələrinə əsaslandığından ekosistemin strukturuna əsaslanır. Bununla belə, bu təsnifat biom təsnifatını tamamlayır. 1-ci və 2-ci tipləri təbii ekosistemlərə, 3-cü və 4-cü tipləri isə antropogen ekosistemlərə aid etmək lazımdır.
Birinci ekosistem tipinə okeanlar, yüksək dağlıq meşələri aid olub Yer Planetində həyatın təmin olunmasının əsası hesab edilir (enerji axını orta hesabla ildə 0,2 kkal/sm2).
İkinci ekosistem tipinə dənizlərin estuariləri, çay ekosistemləri, «yağışlı» meşələr aiddir. Onlar qabarma dalğalarının, axınların və küləyin enerjisi ilə də qidalanırlar (yararlanırlar). Enerji axını orta hesabla ildə 2 kkal/sm2 təşkil edir.
Birinci tip ekosistemlər fauna və floranın yüksək sıxlığını saxlamağa qabil olmasalar da, onlar olduqca böyük sahə tutur. Yalnız okeanlar Yer kürəsinin 70% ərazisini zəbt edir. Onlar tərəfindən yalnız Günəşin enenjisi hərəkətə gətirilir və Planetdə həyatın təminat şəraitini stabilləşdirici və saxlayıcısının əsası sayılır.
İkinci tipə aid olan ekosistemlər yüksək təbii məhsuldarlığa malikdir, çünki burada yaşayan orqanizmlər (məsələn estuarilərdə) qabarma və axınların, yağışlı meşələrdə isə külək və yağışın əlavə enerjisindən istifadə etməyə uyğunlaşmışlar. Bu sistemlərin «istehsal etdiyi» ilkin biokütlə onların özlərini saxlamaqlarına çatmaqla yanaşı, bu məhsulun bir hissəsi digər sistemlərə aparılır, yaxud toplanır.
Beləliklə, təbii ekosistemlər insan tərəfindən heç bir qayğı göstərilmədən və xərc çəkilmədən öz həyat qabiliyyətini saxlayır və inkişaf edir. Bununla belə, bu ekosistemlərdə xeyli miqdarda qida məhsulları və digər materiallar yaranır, bu isə insanın özünün həyatı üçün zəruridir. Ən başlıcası isə, məhz burada havanın böyük həcmi təmizlənir, dövrana şirin su qayıdır, iqlim formalaşır və s.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin