1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Davranışlarda. Davranış (psixoloji) uyğunlaşmalar



Yüklə 0,97 Mb.
səhifə7/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   2   3   4   5   6   7   8   9   10   ...   30
insan ekologi muh (1)

Davranışlarda. Davranış (psixoloji) uyğunlaşmalar


İnsanın uyğunlaşma nümunələri daha çox psixoloji amillə əlaqələndirilir. Davranış xüsusiyyətləri flora və faunaya xasdır. Beləliklə, təkamül prosesində temperatur rejimindəki dəyişiklik bəzi heyvanların qaşınmasına, quşların yazda qayıtmasına, ağacların yarpaq salmasına və şirələrin hərəkətini ləngitməsinə səbəb olur. Yetişdirmə üçün ən uyğun tərəfdaş seçmə instinkti, cütləşmə mövsümündə heyvanların davranışlarını idarə edir. Bəzi şimal qurbağaları və tısbağalar qış və ərimə üçün tamamilə donur, istiliyin başlanğıcı ilə həyata keçirirlər.
Buna örnək heyvanların əlverişli yaşayış yerlərinin araması, yuvaların və s. yaratmasıdır;


Ontogenetik. Bu da Şəraitin dəyişməsi sonu yaşama qabiliyyətini saxlamağa imkan verən fərdi inkişafın tezləşməsi ya da ləngiməsidir.
İnsanın uyğunlaşma mexanizmləri
İnsanın uyğunlaşmasının üç növü vardır:

  • Fizioloji. Ən sadə nümunələr iqlimləşdirmə və dəyişən vaxt zonaları və ya gündəlik iş saatları ilə uyğunlaşmadır. Təkamül prosesində ərazi yaşayış yerindən asılı olaraq müxtəlif tip insanlar meydana gəlmişdir. Arktik, alp, kontinental, səhra, ekvator tipləri fizioloji göstəricilərdə əhəmiyyətli dərəcədə fərqlənir.

  • Psixoloji uyğunlaşma. Bu fərqli bir zehniyyətə sahib bir ölkədə fərqli psixotipləri olan insanlarla anlaşma anlarını tapmaq insanın qabiliyyətidir. Ağlabatan bir insanın yeni məlumatların, xüsusi halların, stressin təsiri altında qurulmuş stereotiplərini dəyişdirməsi adi haldır.

  • Sosial uyğunlaşma. Yalnız insana xas olan bir asılılıq növü.

Bütün uyğunlaşma növləri bir-biri ilə sıx bağlıdır, bir qayda olaraq, adi bir varlığın hər hansı bir dəyişməsi insanın sosial və psixoloji uyğunlaşmasına ehtiyac duyur. Onların təsiri altında yeni şərtlərə uyğunlaşan fizioloji dəyişikliklərin mexanizmləri qüvvəyə minir.

İnsan bədənindəki hadisələr


İnsanda təbiət gündəlik həyatda yalnız az bir miqdarda istifadə olunan böyük bir təhlükəsizlik həddinə malikdir. Həddindən artıq vəziyyətdə özünü göstərir və bir möcüzə kimi qəbul edilir. Əslində bir möcüzə özümüzə xasdır. Uyğunlaşma nümunəsi: daxili orqanların əhəmiyyətli bir hissəsi çıxarıldıqdan sonra insanların normal həyata uyğunlaşma qabiliyyəti.


Alekseyev “İnsan ekologiyası oçerkləri” kitabında Stançinskiyə istinadən insanın yeni yaşayış şəraitinə, mühitinə uyğunlaşması prosesində orqanizmin 2 əsas reaksiyasını qeyd edib: fenoakklimatizasiya və genoakklimatizasiya.
Fenoakklimatizasiya – orqanizmin yeni mühitə bilavasitə reaksiyası olub, fenotipik, kompensator, fizioloji dəyişikliklər formasında təzahür edir və orqanizmə yeni mühit şəraitlərində öz tarazlığını-müvazinətini saxlamağa köməklik göstərir.
Yeni mühitə uyğunlaşmaya keçid zamanı orqanizmin fenotipik, kompensator fizioloji dəyişikliklər itməyə başlayır. Genoakklimatizasiya-prinsipial olaraq orqanizmin mühitə uyğunlaşmasının tamamilə başqa xarakterli bir yoludur.
Bu zaman orqanizmdə olduqca dərin morfoloji, fizioloji, irəliləyişlər, ən əsası isə onların nəslə ötürülməsi prosesi başlayır, yeni biosenozlar şəraitində genotipdə möhkəmlənməsi və populyasiyalarda onların irsi xarakteristikası təzahür edir. Genoakklimatizasiya müəyyən qədər daha çox vaxt tələb edir, nəinki fenoakklimatizasiya. Bu prosesdə bir neçə nəslin vaxtı tələb olunur.
Fiziki adaptasiyanın növləri arasında ən şox əhəmiyyətə malik olan “akklimasiya” və “akklimatizasiya” hesab olunur. Baxmayaraq ki. Uzaq Şimal və ekvatorial zona müxtəlif iqlimə malik zonalardır onların hər ikisində insan yaşayır.
Cənublu şimalda müəyyən müddət yaşadıqdan sonra həmin mühitə adaptasiya olunaraq orada daimi olaraq yaşayır və normal həyat fəaliyyətini davam etdirir və bu proses əks istiqamətdə mövcuddur. Akklimasiya – orqanizmlərin yeni iqlim şəraitinə alışması.

Orqanizmin yeni mühit şəraitinə uyğunlaşması zamanı baş verən dəyişikliklər adaptiv dəyişikliklər adlanır və genotipə keçərək nəsildən nəsilə ötürülür. İnsan mühiti – təkcə iqlim şəraiti ilə məhdudlaşmır. İnsan həm şəhərdə, həm də kənddə yaşaya bilir.


Kənddə adamlar təmiz hava, sakit həyat, yaşayış tərzi şəraitində və olduqca əlverişli mühitdə, məkanda yaşayır və normal həyat fəaliyyətini davam etdirir. Şəhərlərin sakinləri isə, əksinə, daimi olaraq müxtəlif tələblərin təsiri altında, mühitin tez-tez, vaxtaşırı dəyişilməsi, güclü qıcıqlandırıcılar və gərginliklər şəraitində yaşayır.
Həmin təsirlər insan orqanizimindən fasiləsiz və daimi reaksiyalar hazırlanmasını tələb edir. Meqapolis həmişə güclü səs-küyün, çirklənmənin olması və əlverişsiz həyat ritminin mövcudluğu ilə xarakterlənir. İnsan təkamül inkişafı prosesində daha sakit həyat ritminin mövcud olduğu kənd şəraitinə asanlıqla uyğunlaşır, onun birdən-birə qeyri-adekvat şəhər mühitinə düşməsi isə orqanizmin adaptiv göstəricilərinin məcrasını dəyişir, yeni reaksiyalar fonnalaşmağa başlayır. İnsanın onun üçün qeyri-adekvat sayılan şəhər mühitinə düşməsi hər şeydən öncə, stressə səbəb olur.
Lakin buna baxmayaraq komfort şəhər mühitinə uyğunlaşan adamın yenidən, qəflətən kəndə qayıtması onun üçün əlverişsiz olur, hətta o, kənd mühitinə ya zəif adaptasiya olunur, ya da tamamilə uyğunlaşa bilmir. Şəhər mühiti həm komforluğu ilə seçilir, həm də fərdin şəxsiyyətini foraıalaşdırır və ona daha əlverişli yaradıcılıq iıukanları yaradır. Adaptasiyanın qeyd olunan sferasında başqa şəhərlərə və ölkələrə keçmək də müəyyən problemlər yaradır.
Bəziləri bu prosesə tezliklə adaptasiya olunur, dil öyrənir, özü üçün iş tapır, mənzil alır, digərləri isə bu məsələlərdə çox çətinliklərlə üzləşir, 3-cü qrup adamlar isə mühitə zahirən uyğunlaşsa da daha gərginlik hiss edir və nostalgiyaya məruz qalır. Ümumiyyətlə, insanın mövcud mühit şəraitinə uyğunlaşmasında adamlann sinir tipinin – temperatentinin olduqca böyük rolu vardır.
Çünki motivasiyanm zəif, yaxud çox güclü olması məhz insanin mövcud sinir tipindən asılı olaraq baş verir. Bir qrup insan üçün əlverişli sayılan mühit, iş və əmək fəaliyyəti temperatentdən asılı olaraq, digər adamlar üçün tamamilə qeyri-münasib, əlverişsiz ola bilər. İnsanın sosiuma, başqa adamlara və kollektivə uyğunlaşmasının adaptasiya prosesində xüsusi rolu vardır.
İnsanbioloji növ olub öz həyat fəaliyyətində təbii mühitdən daha dolğun istifadə edir. Bu zaman insan həyat şəraitini yaxşılaşdırır və təbii, social varlıq kimi özünü də dəyişdirir.
Insanı əhatə edən mühit fiziki, kimyəvi, bioloji,psixi-sosial ,mədəni və texnogen amillər sistemi olub, onun varlığına təsir göstərir.
Insanın adaptasiya xüsusiyyətlərindən biri onun bədəninin nisbi iri ölçüləridir. Bədənin ölçülərinin artmasının orqanizm üçün bir sıra nəticələri vardır:enerji sərfinin nisbətən azalması, fərdi sahə və hərəkətliyinin artması,qida mənbələrinin genişlənməsi.
Insanın 2 ayaq üstə gəzməsi onun günəş radiasiyasının təsirinə məruz qalan bədən səthinin sahəsini azaltmış, beləliklə istilik stresini zəiflətmişdir. Dik gəzən insan 4ayaqlı heyvanın günəşdən aldığı enerjinin yalnız 2/3 hissəyə qədərini alır.
Müasir insanlar bütün məməlilər kimi istiqanlı canlılara aid edilir. Onlar bədənin sabit və yüksək temperaturunu daxili istilik məhsulları və onun tənzimlənməsi hesabına saxlamaq qabiliyyətinə malikdirlər.
Əksər məməlilərdən fərqli olaraq insan bədəni istilik tənzimlənməsində tənəffüsün tezləşdirilməsindən çox məhdud şəkildə istifadə edir. Lakin tər vəzilərinin sıxlığı və ölçüləri digər məməlilərdəki kimi olmasına baxmayaraq insanın ifraz etdiyi tərin miqdarı və intensivliyi daha böyükdür. Tər ifrazının intensivliyi qısa müddət ərzində 2- l/saat çata bilir.Uzun müddət ərzində 1- l/saat intensivliyində qala bilər.
Insanın ətraf mühitin yüksək temperaturuna adaptasiyası:
Morfoloji üsul- bədən səthinin nisbi artması
Fizioloji üsul-ağciyər ventelyasiyasının və ya tər ifrazının artması
Davranış üsulu- hərəkət fəallığının aşağı salınması və kölgəyə çəkilmə
Insan orqanizminin tərkibindəki suyun cuzi itkisinə (bədən çəkisinin 10 %-ə qədəri) dözə bilər. lakin çoxlu su içməyə də gücü çatmaz. Məs, insan 10 dəqiqədə 1 litr , dəvə isə 10 dəq. 100 litr su içə bilir.
Beləliklə, insanın növ xüsusiyyətləri- iri ölçüləri,düz yeriməsi, əzələ sistemi,istilik tənzimi,fərdi inkişaf tempinin zəifləməsi, ictimai münasibətlərin güclənməsi sağlamlıq əlamətləri mühitə adaptasitadır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin