ƏLAVƏ 2
LAYİHƏ TƏKLİFİ FORMASI
Qeyd: Ekspertizaya yalnız layihə təklifi təqdim olunur.
1. LAYİHƏNİN ADI
Layihənin adını aydın və dəqiq yazın.
İstehlakçıların maarifləndirilməsi və hüquqlarının qorunmasına dair təşəbbüslər.
2. LAYİHƏ NƏDƏN BƏHS EDİR
Layihənin əsas mahiyyətini və nədən bəhs etdiyini iki-üç cümlə ilə ifadə edin
İstehlak mallarının xassələrinin və keyfiyətlərinin ardıcıl olaraq tədqiq edilməsi və keyfiyyətinin yüksəldilməsi onların etibarlılığının artırılması və istehlak xassələrinin yaxşılaşdırılması, maddi istehsalın qüdrətini artırır, insanların həyat tərzinin yaxşılaşdırılmasında, mədəni və mənəvi səviyyəsinin yüksəldilməsində, fiziki və zehini hazırlılığının hətta davranışının inkişafında müsbət irəlləyişə nail olur. Beləliklə istehlakçı hüquqlarını müdafiyə edir və təlabata görə təkliflərlə də, çıxış edə bilir.
3. PROBLEMİN TƏSVİRİ
Layihədə həllinə çalışmaq istədiyiniz problemi (məsələni) təsvir edin. Problemin Azərbaycan cəmiyyəti üçün aktual olduğunu əsaslandırın (məlumatın həcmi 1 səhifədən (A-4) çox olmamalıdır).
Ümumiyyətlə qeyd etmək lazımdır ki, bütövlükdə cəmiyyətin bütün təbəqələrinin ehtiyacını ödəyən maddi vəmənəvi istehlak şeylərinin yüksək səviyyədə faydalılığı və bu faydalılıöı təmin edən şərtlər kortəbii halda da olsa birinci növbədə əmtəəşunaslıq elmi mövqeyindən öyrənilir tədqiq edilir və conra isə standarlaşırmanın köməyi ilə vahid normalar şəkilinə salınır.
Əmtəəşünaslıq elmi digər qəbildən olan mütəxəssislərə tədris edimədiyinə görə, xüsusilə sənaye sahələrində buraxılan məhsulların istehlak xassələrinin tədqiqini əmtəəşünaslar deyil, standartlaşdırma orqanları, materialşünaslar və iqtisadi mənafe olan bəzi alıcı təşkilatlar öz öhdələrinə götürürlər. Nəticədə isə maddi sərvətlərin istehlak dəyəri itkisinin fasiləsiz olaraq çoxalmasına səbəb olur.Yaranan belə itgilər isə əslində istehlakçıların ziyanı hesabına ödınilir. Malların rtyfiyyətinin nisbi pisləşdirilməsi, aşağı salınması yolu ilə istehlakçıların aldadılması müəssə və təkilatların mənfəətinin artırılmasına yönəldilən stimula çevrilir.
4. LAYİHƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
Layihənin məqsədini və qarşıya qoyduğu vəzifələri göstərin.
Layihənin məqsədi məktəblilərin sağlam həyat tərzinin formalaşdırılmasının elmi – nəzəri məsələlərini araşdırmaqdan, sağlam həyat tərzinin formalaşdırılmasının səmərəliliyini müəyyənləşdirən amilləri üzə çıxarmaqdan, fiziki tərbiyənin nəzəri və praktik problemlərini araşdırmaqdan ibarətdir.
Qarşıya qоyulаn məqsədə nail olmaq üçün аşаğıdакı əsаs vəzifələr nəzərdə tutulmuşdur:
-
məktəblilərin sağlam həyat tərzinin formalaşdırılmasının nəzəri və praktik şərtlərini araşdırmaq;
-
məktəblilərin sağlam həyat tərzinin formalaşdırılması üzrə elmi-metodiki tövsiyələr işləmək;
-
müasir dövrdə fiziki tərbiyənin məqsəd və mahiyyətini araşdırmaq, vəzifələrini müəyyənləşdirmək;
-
fiziki tərbiyənin təşkili ilə bağlı məktəb təcrübəsini öyrənmək;
-
fiziki tərbiyə və idman işlərinin səmərəli şəkildə yenidən qurulmasının əsas istiqamətlərini müəyyənləşdirmək;
-
fiziki tərbiyənin səmərəli təşkilində ailə, məktəb və ictimaiyyətin əlbir işinin forma və yollarını müəyyənləşdirmək.
5. LAYİHƏDƏN FAYDALANANLAR
Layihənin ünvanlandığı əhali qrupu haqqında məlumat verin.
Layihənin nəticəsindən Saatlı, Sabirabad, İmişli rayonlarında fəaliyyət göstərən məktəbin müəllimləri və şagirdləri faydalana bilərlər.
6. LAYİHƏNİN HƏYATA KEÇİRİLƏCƏYİ COĞRAFİ ƏRAZİ
Layihə üzrə nəzərdə tutulan işlərin harada həyata keçiriləcəyini qeyd edin.
Saatlı, Sabirabad, İmişli
7. LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜLƏCƏK İŞLƏR
Layihə çərçivəsində göstərilən məsələnin həlli üçün hansı işlər görəcəyinizi ardıcıllıqla qeyd edin və hər bir fəaliyyətin qısa şərhini verin.
-
şagirdlərin orqanizmini möhkəmləndirmək və düzgün fiziki inkişafını təmin etmək;
-
bədən tərbiyəsi və idman sahəsində şagirdləri xüsusi gigiyenik biliiklərlə silahlandırmaq;
-
şagirdlərin hərəki bacarıqları qavraması üçün yeni hərəkətlərin öyrədilməsi və təkmilləşdirilməsi;
-
şagirdlərdə yaş xüsusiyyətlərinə müvafiq olaraq əsas hərəki keyfiyyətləri inkişaf etdirmək;
-
əməyə və ictimai mülkiyyətə münasibət, mədəni davranış vərdişləri, mərdlik, intizamlılıq, yoldaşlıq münasibətləri tərbiyə etmək;
-
uşaqlarda fiziki tərbiyə və idmana maraq oyatmaq;
-
şagirdlərdə təşkilatçılıq vərdişləri və qabiliyyətləri aşılamaq və s.
8. LAYİHƏNİN İCRA MÜDDƏTİ
Layihənin əhatə etdiyi müddəti qeyd edin.
Layihənin icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmalıdır.
3 ay
9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR
Layihənin icrasından əldə olunacaq konkret nəticələri qeyd edin. Layihə təsvir edilən problemin həllinə necə təsir edəcək?
-
şagirdlərin sağlamlığını möhkəmləndirməklə onların iş qabiliyyəti yüksəldiləcək;
-
məktəblilərdə yüksək əxlaqi-fiziki keyfiyyətlər tərbiyə etməklə, onlarda öz sağlamlığını qorumağın ictimai borc olmasına inam hissi tərbiyə ediləcək;
-
fiziki tərbiyənin elmi-nəzəri əsaslarına, ayrı-ayrı fənlərlə əlaqəsinə, tibbi gigiyenik biliklərə dair məlumatlara əsasən onların dünyagörüşü formalaşdırılacaq;
-
şagirdlərdə düzgün sıra təlimi vərdişləri: cəldlik, çeviklik, güc, qüvvə, dözümlülük kimi fiziki keyfiyyətlərin yaranması təmin ediləcək;
-
məktəblilərin anotomik-fizioloji cəhətdən normal inkişafına: onlarda mövcud olan qeyri-normal halların (onurğa sütununda müşahidə olunan (qozbellik), «yastı kürəklik», çiyin qurşağının yanlara əyilməsi, ayaq pəncəsində «yastıayaqlılıq», gözdə «yaxıngörmə» və s. kimi) aradan qaldırılmasına nail olunacaq;
-
bir sıra müvafiq hərəkətlər vasitəsilə (müvazinət hərəkətləri, akro-batik hərəkətlər və s.) uşaqlarda müvazinət hissinin möhkəmlənməsinə, eləcə də onurğa sütununun və bütün oynaq-bağ aparatlarının da elastiklik qabiliyyətinin möhkəmlənməsinə nail olunacaq;
-
düşünülərək seçilmiş gimnastika, atletika, idman oyunları, milli oyunlar, təkbətək döyüş növləri, kross hazırlığı, marş yürüşü, üzgüçülük, güləş və başqa fiziki hərəkətlər vasitəsilə şagirdlərdə qaçmaq, tullanmaq, dartınmaq, maneələrdən keçmək, uzağa və hədəfə cisim atmaq kimi ən vacib fiziki hazırlıq keyfiyyətlərinin yaradılması təmin ediləcəkdir.
10. LAYİHƏNİN MONİTORİNQİ VƏ DAVAMLILIĞI
Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və informasiya əldə etmək yollarını göstərin. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyiniz işləri qeyd edin.
-
Şagirdlərin fiziki cəhətdən sağlam və möhkəm böyüməsinin təmin edilməsi;
-
Şagirdlərdə həyat üçün zəruri olan hərəkət, bacarıq və vərdişlərin yaradılması;
-
Gənc nəsildə müsbət iradi keyfiyyətlərin (mərdlik, qoçaqlıq, cəldlik, çeviklik, davamlılıq və s.) təşəkkül və inkişaf etdirilməsi;
-
Məktəblilərin sağlamlığının formalaşdırılması konsepsiyasının irəli sürülməsi və reallaşdırılması;
-
Məktəblilərin sağlam həyat tərzinin struktur elementlərinin, onun meyarlarının, göstəricilərinin və səviyyələrinin müəyyənləşdirilməsi;
-
Məktəbin təhsil-tərbiyə prosesində sağlamlaşdırıcı effektə nail olunmasına zəmanət verən pedaqoji şərtlərin müəyyənləşdirilməsi.
11. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATLILIĞI
Layihənin qiymətləndirmə meyarlarını və hesabatlılıq formalarını qeyd edin.
Layihənin qiymətləndirilməsi və hesabatlılığı hər ay nəzərdə tutulmuş vəzifələr üzrə müəyyənləşəcəkdir.
12. BÜDCƏ
Büdcə Şuranın təsdiq etdiyi təlimata uyğun tərtib olunmalı və layihəyə əlavə edilməlidir.
Qoşmalar:
№
|
Sənədin adı
|
Forması
|
1
|
Layihə təklifi
|
Elektron formada tam layihə təklifi
|
2
|
Layihənin icra planı
|
Elektron formada icra planı
|
3
|
Layihənin xərclər smetası
| -
Microsoft Excel proqramında tərtib olunmalıdır;
-
Hesablamalar baxımından proqramlaşdırılmış;
-
Elektron formada büdcə
|
Dostları ilə paylaş: |