AZƏRBAYCAN DEKORATİV-TƏTBİQİ SƏNƏTİ:
AZƏRBAYCAN MEMARLIĞI
Memarlıq haqqınd
Memarlıq – insanın həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdıran bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Memarlıq da hər bir incəsənət növü kimi cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Təsadüfi deyil ki, böyük sivilizasiyalar yalnız müharibələr və ya ticarətinə hörə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır.
Memarlıq – bir şəhərin, dövlətin və bütövlükdə bir dövrün xüsusi “vizit kartıdır”! Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Hər bir xalqın və dovlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub. Memarlığı bəzən “donmuş musiqi” adlandırırlar, çünki o, notlar kimi riyazi qanunlar və incəsənət üslublarına tabe olur. İnsan sivilizasiyasının inkişafının hər mərhələsi konkret tarixi dövrü, onun əsas xüsusiyyətlərini, ideologiyasını və xarakterini simvollaşdıran öz tipik memarlıq üslubuna malikdir.
Müasir dövrdə şəhər və ya ölkənin xüsusi simvolları sayilan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.
Tarix boyu sivilizasiyalar onlardan qalan memarlıq abidələri ilə fərqlənmişlər. Misir – öz Ehramları, Çin – Böyük Çin Səddi, Roma İmperiyası – Böyük Kolizey və Müqəddəs Pyotr kilsəsi, Afina – qədim Akropol, Paris – Eyfer qülləsi ilə bütün dünyada məşhurdur.
Dostları ilə paylaş: |