Azərbaycan dekorativ-təTBİQİ SƏNƏTİ: azərbaycan memarliği memarlıq haqqınd



Yüklə 22,54 Kb.
səhifə4/9
tarix01.01.2022
ölçüsü22,54 Kb.
#106836
1   2   3   4   5   6   7   8   9
Heykəltəraşlıq

Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səviyyəsindədir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qızqalası (XII ə., Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala-1232, Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV ə.), Nardaran qalası (1301, Mahmud Səd oğlu), Ramana qalası (XIV ə.) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII əsrdə Baki limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların Bayıl qəsri adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşid oğlu Şirvani) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır.

XIII əsrin ortalarında paytaxtın Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq mərkəızinə çevrilmişdir.

XV-XVI əsrlərdə də Azərbaycan memarları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə (Bursa, Qahirə, Bağdad, Dəmirqapı Dərbənd, Herat, Səmərqənd və s.) maraqlı sənətkarlıq örnəkləri yaratmışlar.

XVII-XVIII əsrlərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif binaların tikintisi genişlənib. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbildə Qeysəriyyə bazarı və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edilirdi.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdir) bu dövrün ən iri müdafiə tikilisidir.

XIX əsrin II yarısında tikilməyə başlayan teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, m. Q.Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (1883, m. P.Konqnovitski; indiki Az. Dövlət Musiqili Komedya Teatrı, 1980-ci ildən sonra sökülüb) və Mayılov Teatrı (1911, m. N.Babayev, indiki Az. Dövlət Opera və Balet Teatrı) tikilib.

XIX əsrin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayi Səfixan Qarabaği olmuşdur. O, Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Cümə məscidi(1883), indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli 1906) kənd məscidləri və s. binalar tikmişdir.

1944-cü ildə Memarlıq İşləri İdarəsinin yaradılması memarlıq fəaliyyətinə böyük təkan vermişdir. Bu dövlərdə tikilən Nizami adına Ədəbiyyat muzeyi (1940, m.M.Hüseynov, S.Dadaşov), Dzerjinski adına Mədəniyyət Sarayı (1948, m.H.Məcidov, indiki Şəhriyar adına Mədəniyyət Evi) Bakının gözəl memarlıq tikililərindən hesab edilir.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığında özəl yer tutur. Neft daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranıb.

1950-60-cı illərdə tikilmiş Azərbaycan Daxili İşlər Nazirliyi və keçmiş Lenin adına Mərkəzi Muzeyi (1954-55, m.H.Məcidov), M.F.Axundov adına Respublika kitabxanası 1960, M.Hüseynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960, m. Q.Əlizadə; M.Məmmədovun iştirakı ilə) və s. binalar Bakının memarlıq simasını formalaşdırmışdır.

1967-ci il noyabrın 6-da açılan Bakı metropoliteni yüksək memarlıq-bədii səviyyəsi, inşaat keyfiyyəti, memarlıq və təsviri sənət sintezindən uğurlu istifadə edilməsi ilə seçilir. N.Nərimanov, Nizami, Elmlər Akademiyası (1967,1976, 1985, m.M.Hüseynov), Avrora (1972, m.H.Ələsgərov, indiki Q.Qrayev), Neftçilər (1972, m.Ə.İsmayılov) kimi metro stansiyalarında gözəl memarlıq nümunələri yaradılmışdır.

Müstəqillik qazndıqdan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar tikilmişdir: Azərbaucan Respublikası Ali Məhkəməsinin klassik üslublu yeni binası (m.Vüqar Həsənov), Uniplaza (m.N.İmaməliyev), H.Əliyev Mərkəzi (m.Zaha Hadid) və s.



Yüklə 22,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin