Azərbaycan dekorativ-təTBİQİ SƏNƏTİ: azərbaycan memarliği memarlıq haqqınd



Yüklə 22,54 Kb.
səhifə5/9
tarix01.01.2022
ölçüsü22,54 Kb.
#106836
1   2   3   4   5   6   7   8   9
Heykəltəraşlıq

HEYKƏLTƏRAŞLIQ

Heykəltəraşlıq təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıq dünyanı plastik obrazlarda dərk edərək adətən insan, bəzən isə heyvan surəti yaradır. Təsviri sənətin digər növləri olan rəngkarlıq və qrafikadan fərqli olaraq heykəltəraşlığın imkanları bir qədər məhdud olduğu üçün burada şərti işarələrdən də istifadə edilir ki, bunlar da öz təcəssümünü alleqorik və simvolik kompozisiyalarda tapır.

Rəngkarlıqdan fərqli olaraq heykəltəraşlıqda rəng heç bir rol oynamır, yalnız dekorativ xarakter daşıyır. Burada əsərin rəngi məhz materialın təbii rəngidir. Lakin bəzi heykəltəraşlar öz əsərlərini rəngləyirlər. Rənglənmiş heykəltəraşlıq əsərləri ilə yanaşı, bəzən rəngli əsərlərə də rast gəlmək olur ki, buradakı rənglər müxtəlif rəngli materialların birləşməsindən əmələ gəlir. Məsələn, qızıl, fil sümüyü və s. Fidinin Afina heykəlləri bu qəbildəndir.

Heykəltəraşlıq incəsənətin məkanlı və ya statik növünə aid olub, görmə ilə qavranır. Burada hadisələr bədii ədəbiyyat və ya musiqidə olduğu kimi zaman daxilində inkişaf etməsə də təsviri sənətin digər növləri kimi heykəltəraşlıq da həyat dinamikasını, insanın mənəvi dünyasını özünəməxsus şəkildə göstərə bilir.

Heykəltəraşlığın əsas janrlarına portret, tarixi, mifaoloji, məişət, simvolik, alleqorik, animalistik və s. aiddir. Heykəltəraşlığın, demək olar ki, bütün janr və formaları antik Yunan mədəniyyəti dovründə formalaşaraq bəşəriyyətə bu sahədə klassik nümunələr oldular. Antik dövrün məşhur heykəltəraşlarından Fidi, Miron, Skopas, Praksitel, Poliklet, Lisipp, Leoxar, Agesandr, Polidor, Afinador və b. göstərmək olar.

Heykəllər əsasən 2 növə ayrılır: – həcmli və ya dəyirmi heykəllər, relyef heykəllər. İnsanı necə təsvir etməsindən asılı olaraq heykəltəraşlıq əsərləri formaca fərqli olur. Beldən yuxarı təsvirə büst, bütöv təsvirə isə heykəl və ya fiqur deyilir. Bir neçə adamın bigə təsviri çoxfiqurlu kompozisiya adlanır.

Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəlin hazırlanmasında müxtəlif bərk və ya plastik materiallardan istifadə olunur: – daş (məmrmər, əhəndaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.), gips və digər materiallar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: – şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.

Heykəltəraşlıq obrazlarının gücü onların əyaniliyindədir. Bəzən heykəllər konkret şəxslərə deyil, hər hansı ümumi ideyaya həsr edilərək simvollaşdırılır. Məsələn, Qələbə, Sülh, Əmək, Vətən və s. F.Əbdülrəhmanovun Azad qadın heykəli də bu qəbildəndir. Təsviri sənətin 2 ölçülü olan digər növlərindən fərqli olaraq heykəltəraşlıq əsəri 3 ölçülüdür, yəni onların hündürlüyü, eni, qalınlığı olur.




Yüklə 22,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin