Ən Qədim insanlar- pitekantrop (meymun insan). Təxminən 1 milyon il əvvəl ən qədim insanların yarandığı güman edilir. Pitekantropların qalıqları Ilk dəfə Yava adalarında sonralar Afrikada , Asiyada , Avropada tapıldı. Onlar iki ətraf üzərində hərəkət edir və beyni 900sm 3 həcmə malik idi. Boyu 170 sm olmuş. Alın basıq,qaş qövsü böyük ol-dur. Yarım bükülü bədən sıx tüklə örtülmüşdür. Beyin sonrakı formalardan daha çox primitiv quruluşa sahib idi.
Pitekantroplardan sonra yaşamış insanlar sinantroplardır- yəni çin adamlar. Pekin şəhəri yaxınlığında qalıqları tapılmışdır. Onlarda beyin həcmi 850-1220 sm3 -ə çatırdı. Onlarda sağ əl sola nisbətən daha yaxşı in. etmişdir. Bu da onlarda beyinin sol payının sağa nisbətən böyük olması ilə əlaqədar olmuşdur.
qədim insanlar -(neandertallar) 1956-cı ildə Almaniyanın Neander çayı vadisində bütöv skeleti, Asiyada , Avropada onların qalıqları tapılmışdır. Daha təkmilləşmiş əmək alətlərindən ist. etmişlər. beynin həcmi1400sm3 , boy 155-158 sm. Onlar buzlaqların hərəkətə başladığı şəraində mağaralarda yaşamış və orada daima od saxlamışlar. Bitki və ətlə qidalanmış lakin hələ də kannibal olaraq qalmışlar. Aydın nitqə malik olurlar.50-100 nəfərlik qruplala yaşamışlar. Dəri paltar geymişlər, amma əkinçiliyi bacarmamışlar.
Ən qədim insanlar və ilk müasir insanlar arasında aralıq mövqe tuturlar. Neandertallar qrupu, daha incə xüsusiyyətlər -, yüksək aln, incə çənələr və daha inkişaf etmiş bir çənə ilə xarakterizə olunurdu. Ümumiyyətlə, fiziki inkişaf, birinci qrupdan nəzərəçarpacaq dərəcədə aşağı səviyyədədirlər.
Bir müddət Neandertallar və ilk müasir insanlar birlikdə yaşayırlar, sonra təxminən 28 min il əvvəl Neandertallar nəhayət ilk müasir insanlarla çevrildi - cryanonians. İlk müasir insanlar.Onlar xarici görünüşünə görə indiki insanlardan az fərqlənmişlər. onlar Fransanın Kromanyon kəndində tapılmışlar və kromanionlar adlandırılmışlar.
Croinoniyalılar yüksək böyüdü - 180 sm-ə qədər, yüksək aln ilə, kəllə qutu həcmi 1600 sm 3-ə çatdı. Aydın nitqə,ilk mədəniyyətə, paltar,bəzək, təkmilləşmiş sümük və daş alətlərə malik olması və həmçinin heyvanların əhliləşdirilməsi və əkinçiliklə məşğul olmaları onların əsil insan simasını sübut edir. Bu təkamül yolu 40-50 min il əvvəl ağlabatan bir insanın görünüşünə səbəb oldu - Homo sapiens. İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemidir. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqlərin ətraf mühitə uyğunlaşması nəticəsində elə xarici fiziki əlamətlər kompleksi yaranmışdır ki, bu əlamətlərə görə dünya xalqlarına əvvəllər “ağ”, “qara” və “sarı” rənglərə və üç əsas irqə ayırırdılar: avropoid, neqroid (ekvatorial) və monqoloid. Son vaxtlarda monqoloid irqindən amerikanoid, ekvatorial irqindən avstraloid irqinin ayrılması tövsiyə olunur.
İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi əlaqələri nəticəsində dəyişikliyə məruz qalmış və yeniləşmişdir.
ETNİK ƏRAZİ: Etnik ərazi, yəni müəyyən xalqın yerləşdiyi vilayət onu başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdən biridir. Hər bir xalq, adətən, müəyyən bir ərazidə formalaşır. Lakin bəzən tarixi inkişaf prosesində bir xalq başqa bir xalqla ərazi cəhətdən qarışıq yaşamağa məcbur olur. Belə bir şəraitdə parçalanmış etnik ərazi yaranmış olur. Çünki xalqın müxtəlif hissələri arasındakı əlaqələr sarsılmış vəziyyətdə olur. Buna misal olaraq Rusiyada yaşayan başqırdları, tatarları, azərbaycanlıları, karelləri, buryatları və b. göstərə bilərik. Lakin elmə bir hal da məlumdur ki, xalq öz ərazi birliyinin pozulmasına baxmayaraq, vahid bir birlik kimi öz inkişafını davam etdirir. MƏİŞƏT Mədəniyyət-Etnoqrafiyada geniş istifadə olunan anlayışlardan biri də mədəniyyət terminidir. Bu anlayış öz tətbiq sahəsindən asılı olaraq müxtəlif mənalarda işlədilir. Fəlsəfi mənada mədəniyyət dedikdə təbiət tərəfindən deyil, yalnız insan tərəfindən yaradılan bütün şeylər başa düşülür. Latın dilindən götürülən “kultura” anlayışı “hazırlanmış”, “emal edilmiş”, “becərilmiş” sözlərinə uyğun gəlir. Zaman keçdikcə “mədəniyyət” anlayışı altında texniki nailiyyətlərin əsas inkişaf səviyyəsini, yazılı ədəbiyyatın və incəsənətin inkişafını, sosial təşkilatların inkişaf səviyyəsini anlamağa başladılar. Qərb ədəbiyyatında Qərbi Avropanın “mədəni” xalqlarının digər “mədəniyyətsiz”, “az mədəniyyətli” “təbii” xalqlara qarşı qoyulması bu mənada başa düşülür. Ümumi fəlsəfi anlayış olan “mədəniyyət” anlayışı etnoqrafiyada bir xalqı başqasından fərqləndirən maddi və mənəvi həyat amillərinin xüsusiyyətləri şəklində izah edilir. Bu xüsusiyyətlər bir qayda olaraq etnosun öz dilində əks olunur. 3. Genezis – yunan sözü olub mənşə, mənbə, yaranma mənalarında işlədilir. Bu termin etnoqrafiyada müəyyən bir xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır. Adi etnoqrafik təcrübədə bəzən müəyyən etnosun mənşəyindən, əmək alətləri tiplərinin, yaşayış evləri və xalq geyimlərinin genezisindən, müəyyən toy adətlərinin təşəkkülündən bəhs edir.
Antropoloji ədəbiyyatda bu cür insan qruplarını antropoloji tip adlandırırlar.