1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi



Yüklə 0,97 Mb.
səhifə22/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   18   19   20   21   22   23   24   25   ...   30
insan ekologi muh (1)

Kadmium (Cd) O, ətraf mühitə metallurgiya istehsalının tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar, piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindən istifadə edilməsi nəticəsində daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında təkərlərin sürtülməsi, bəzi plastik məmulatların, boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcuddur. Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq kadmium olur və onun 10%-ə qədəri tənəffüs orqanlarına daxil olur.
İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən, suhazırlığı mərhələsində reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir. Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m-3, su mənbələri suyunda 0,001 mq/l, torpaqda – qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir. ÜST-nin tövsiyəsinə əsasən kadmiumun YVS (yol verilən səviyyəsi) həftə ərzində bədən kütləsinin 7 mkq/kq təşkil edir. Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı məhsullarından izafi daxil olma ehtimalını nəzərə almaq lazımdır.
Kadmiumun sağlamlığa təsiri. Orqanizmdə kadmiumun saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq və yeniyetmələrdə onun sorulma dərəcəsi böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. Kadmium ağciyər və mədə- bağırsaq traktından absorbsiya olunaraq bir neçə dəqiqədən sonra qanda müəyyən edilir, lakin onun səviyyəsi ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A qrupu), qonadotrop, embriotrop, mutagen və nefrotoksiki təsirə malikdir.. İşçi zonasında yüksək konsentrasiyalı kadmiumla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin funksiyasının davamlı pozulmasına səbəb olur. Orqanizmə inhalyasiya (nəfəsalma) yolu ilə daxil olan kadmiumun 50%-ə qədəri ağciyərlərdə çökür. Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.
Kadmiumla xroniki zəhərlənmənin ən ağır forması İtay-İtay xəstəliyi sayılır. Bu xəstəlik ilk dəfə Yaponiyada aşkar olunmuşdur. Uzun illərdən bəri əhali mədəndən kadmium düşən çayın suyu ilə suvarılan tarlada becərilən düyü ilə qidalanırdı. Burada becərilən düyünün tərkibində kadmiumun miqdarı 1 mkq/q-a çataraq, orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və kalsiumun çatışmazlığı, həmçinin hamiləlik dövründə zəifləməsi ilə əlaqədar yaşı 45-i keçmiş qadınlarda bu xəstəliyin əmələ gəlməsinə patogenetik faktor səbəb olmuşdur. İtay-itay xəstəliyi skeletin deformasiyası ilə boyun qısalması, beldə və ayaq əzələlərində ağrılar, xəstələrdə «ördək yerişi» ilə xarakterizə olunur. Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ gəlməsində təzahür olunur.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin