(2014-cü il ADU qış sessiyası üçün özümə hazırlamışdım (mexaniki səhvləri nəzərə almayın). İstifadə edənin halalı olsun - Yuli A.)
Məntiqin predmeti və funksiyaları
Məntiq düzgün təfəkkürün forma və qanunlarını öyrənən fəlsəfi elmdir. Yəni, məntiqin predmeti təfəkkürün tarixən yaranmış forma və üsullarıdır ki, idrakın nəticələrinin həqiqiliyi də bundan asılıdır. Bundan başqa, məntiqdə hazır biliklərdən çıxarılan nəticələrin, sübutların tədqiqlə yanaşı biliyin ifadə formaları (anlayış, hökm, əqli nəticə və onun sturukturları) və onların üzərində aparılan müxtəlif əməliyyatlar təhlil olunur.
Məntiqin predmetini başa düşmək üçün təfəkkürün nə olduğunu aydınlaşdırmalıyıq. Təfəkkür gerçəkliyi ümumiləşdirilmiş obrazlar vasitəsiylə əks etdirir. Mücərrəd təfəkkür özü isə üç yerə bölünür: anlayış, hökm və əqli nəticə. Bundan başqa, məntiq elminin predmetində "təfəkkür qanunu" mühüm yer tutur. Məntiqi qanun dedikdə mühakimə zamanı fikirlər arasında daxili, mühüm və ümumi əlaqələr başa düşülür. Məntiqin dörd əsas qanunu mövcuddur: eyniyyət, ziddiyyət, üçüncü istisna qanunu və kafi əsas qanunu.
Məntiq elmi cəmiyyətdə müxtəlif funksiyalara sahibdir. Bunlar : İdraki funksiya (məntiq gerçək aləmin yox, təfəkkürün qanunlarını kəşf və ya tədqiq edir), Dünyagörüşü funksiyası (məntiq insanların dünya görüşlərinin formalaşmasında köməklik edir və gerçəklik barəsində dəqiq, ciddi fikirlər verir), Metodoloji funksiya (məntiqdə əqli nəticələrin, yekun biliklərin alınması üçün xüsusi metodlar tətbiq edilir və bu metodlar riyazi metodlardan daha sərfəlidir), İdeoloji funksiyalarıdır (məntiq tarix boyunca mühüm fəlsəfi cərəyanların idea mübarizəsinin aşkarlanmasında daim iştirak etmişdir).
Məntiq və Dİl
Məntiqin predmetini təşkil edən təfəkkürün forma və qanunları dil vasitəsiylə, dil mətnlərinin tahliliylə öyrənilir. Məntiq özü dil ilə sıx bağlıdır.
Dil insanlar arasında ünsiyyət vasitəsidir. Sözün geniş mənasında dil dedikdə informasiyanın yaradılması, qorunub saxlanması və ötürülməsi funksiyalarını yerinə yetirən işarə informasiya sistemi başa düşülür. Dillər iki növə (təbii və süni) ayrılır. Təbii dil insanlar arasında tarixən qərarlaşmış, süni dillər isə elm sahəsində istifadə olunan yardımçı işarə sistemləridir. Süni dil məntiq elmində böyük əhəmiyyət kəsb edir. Məntiqdə predikatların məntiqi dili adlanan dil geniş yer tutur. Dilin əsasında işarə durur. İşarə dedikdə bir obyekti və ya münasibəti ifadə edən , müəyyən informasiya daşıyan maddi predmet başa düşülür. Məntiqi dildə semantik kateqoiyalar da xüsusi yer tutur: predmetlərin adları, xassələrin adları və cümlələr.
Dil və təfəkkür üzvi vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Belə ki, dil və təfəkkürün quruluşları müxtəlifdir, gerçəkliyin öyrənilməsində təfəkkür ideal obrazlardan istifadə edir, dil isə alınmış bilikləri möhkəmləndirir və sistemləşdirir, dil predimeti cəmiyyətin təsiri altında inkişaf edir, təfəkkür isə məntiqin qanunlarına yiyələnməklə, dərketmə qabiliyyəti ilə bağlıdır. Dil və təfəkkürün bu ziddiyyətli vəhdətinə baxmayaraq onların qarşılıqlı təsirləri də mövcuddur. Təfəkkür insanların nitq fəliyyətləri zamandı onların istifadə etdikləri dil vasitələrinə nəzər yetirir, təfəkkür dil mədəniyyətinin səviyyəsini müəyyən edir, dilin vasitəsiylə bir adamın fikri digəriləri üçün anlaşıqlı olur, dil təfəkkürün fəaliyyət dairəsini genişləndirir və s.
Dilin əsas aspektləri: Dilin kompleks şəkildə öyrənilməsi Semiotika tərəfindən həyata keçrilir. Burada da 3 dil təhlil olunur. Sintaktika - dilin quruluşu, meydana gəlməsi, dəyişməsi üsullarını və s. tədqiq edir. Semantika - işarələr və işarələri bildirən obyektlər arasında əlaqəni təhlil edir. Məs: "Bakı" sözü şəhəri, "Kür" sözü çayı ifadə edir və s. Praqmatika - dilin daşıyıcılarının öz dillərinə münasibətini əks etdirir.
Dilin funksiyaları. Dil işarələr sistemi kimi
Dil gerçəkliyin dərk olunmasında və insanlar arasında ünsiyyət zamanı informasiyanın formalaşması, saxlanıb ötrülməsi funksiyasını yerinə yetirən işarələr sistemidir.
Dilin funksiyаlаrı elə bir şeydir ki, bunsuz dil mövcud olа bilməz. İnsаnın nitq fəаliyyətində dilin аşаğıdаkı funksiyаlаrındаn dаnışmаq olаr: 1) dilin kommunikаtivlik funksiyаsı, 2) tənzimləyici funksiyаsı, 3) idrаk (konstruktiv) funksiyаsı, 4) milli mədəni funksiyаsı, 5) dilin ekspressiv funksiyаsı, 6) dilin estetik funksiyаsı, 7) dilin ideoloji funksiyаsı və s.
Kommunikаtiv yаxud ünsiyyət funksiyаsı dilin əsаs funksiyаsıdır, dilin bütün digər funksiyаlаrı məhz bu funksiyа əsаsındа bаş verir. Əslində ünsiyyət ehtiyаcı - cəmiyyət üzvlərinin bir-birinə nə isə demək ehtiyаcı dili yаrаtmışdır.
Dil mənsub olduğu xаlqın əmək şərаitinin, ictimаi, mədəni həyаtının mövcudluğundаn doğаn və həmin xаlqın tаrixi təcrübəsi ortaya çıxan mücərrəd аnlаyışlаrı və s. gələcək nəsillər üçün qoruyur. Bu bаxımdаn dilin milli-mədəni funksiyаsındаn dаnışmаq olаr.
Dilin əsаs funksiyаlаrındаn biri də tənzimləyici funksiasıdır. Dil insаn dаvrаnışını, əxlаqını, müəyyən mənаdа dünyаgörüşünü tənzimləyən əsаs vаsitədir.
Dilin ekspressiv funksiyаsı onun məumаtı (informаsiyаnı) ifаdə etmək, nəql etmək və dinləyənə təsir funksiyаsıdır.
Dilin təşkilində əsas tikinti materialı kimi işarələrdən istifadə olunur. İşarə – Dildə müəyyən mənanın ifadəçisi, göstəricisidir. İşarələrin özü də işlənmə dairəsinə görə 3 yerə bölünür: 1) göstərici (indeks) işarələri, 2) obraz işarələri, 3) simvol işarələri.
Dildə Göstərici işarələrə hərhansı bir şeyin görünüşünü, bəzi dil ifadələrini və xarici təsirlərə qarşı insanda yaranan reaksiyaları göstərmək olar. Surət işarələri - dildə bu növ işarələr onların ifadə etdiyi müəyyən səsli obrazlardı ("Zəng", "cırıltı", "hayküy" və s.). Simvol işarələri isə əksəriyyəti sözlər, qismən də təbii dillərin adlarıdır. Dillərin çıxış işarələrinin çoxluğu Əlfbanı yaradır.
Formal və Dialektik məntiqin qarşılıqlı əlaqəsi
Müasir məntiq elmi özündə iki böyük istiqaməti birləşdirir: Dialektik məntiq və formal məntiq. Onlar bir-biriylə sıx bağlı olsalar da, nisbi müstəqil elm sahələridir. Hər iki məntiq forması insan təfəkkürünü öyrənir. Lakin hər biri fərqli mövqedən yanaşır. Belə ki, dialektik məntiq təfəkkür formalarını və qanunlarını inkişaf halında öyrənir. Formal məntiq isə təfəkkür formalarını hazır, bitmiş halda götürür. Formal məntiq təfəkkürün ardıcıllığı, müəyyənliliyinə diqqət yetirirsə, dialektik məntiqi təfəkkür formalarının inkişafı, onlardan birinin digərinə keçməsi qanunauyğunluqları maraqlandırır. Lakin formal məntiq özü dialektik məntiqin xüsusi metodlarından istifadə etməklə ona sıx bağlıdır.
Anlayışların ümumi xarakteristikası
Anlayış predmetlərin ən mühüm və fərqləndirici əlamətlərini əks etdirən təfəkkür formasıdır. O, real gerçəkliyin dərkində rol oynayır. Anlayış - elə təfəkkür formasıdır ki,onun vasitəsiylə predmet və hadisələrin ümumi, mühim əlamətləri beynimizdə əks olunur.
Anlayışın səciyyəsi əlamətlərdən başlamalıdır. Cismin əlaməti onun digər cisimlərlə oxşaq və fərqli cəhətləridir. Əlamətlər özü də ümumi, fərqləndirici, mühüm, qeyri-mühüm, zəruri, təsadüfi və s. yerlərə bölünür. Bundan başqa anlayışların yaranması prosesi də bəzi əməliyyatların əsasında gedir: Müqaisə, Analiz, Sintez, Mücərrədləşdirmə, Ümumiləşdirmə.
Hər bir anlayışın məzmunu və həcmi olur. Bunlar anlayışın məntiqi sturukturunu təşkil edir. Məzmun anlayışda fikirləşilən cismin və hadisələrin mühüm və ümumi əlamətləridir. Yəni, anlayışda sadalanan əlamətlər predmetin məzmununu təşkil edir. Məzmununa görə anlayışlar Konkret-mücərrəd (maddi həyatda var olan və olmayan), müsbət-mənfi (fikir cisimlərində əlamətlərin varlığı və yoxluğu), nisbi-mütləq (nədənsə asılı olub olmamağına görə) olur. Anlayışın həcmi dedikdə onda əks olunan fikir cisimlərdir, və onların məcmusudur. Yəni, "tələbə" anlayışının həcminə bütün tələbə fərdləri (türk,azəri,ləzgi,ingilis və s.) daxildir. Həcminə görə anlayışlar: fərdi, ümumi və boş anlayışlara bölünür,eyni zamanda ayırıcı-toplayıcı olur. Məzmunla həcm arasındakı əlaqə əks münsibətdi. Yəni məzmun genişləndikcə həcm daralır və əksinə.
Anlayışlar müqayisə edilən və müqayisə edilməyən anlayışlara bölünür. İkinci qrup anlayışlar arasında ümumi əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr mövcud olur. Belə anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür.
Uyuşan anlayışlar 3 cür olur: eynimənalı (anlayışlar həcm etibarilə tam üst-üstə düşən), kəsişən (birinin həcmi, qismən digərinin həcminə daxil olur) və tabeli anlayışlar (birinin həcmi digərinin həcminə tam daxil olur və onun bir hissəsini təşkil edir).
Uyuşmayan anlayışlar da 3 cür olur: Müştərək tabeli (iki və daha çox anlayış tam olaraq ayrı bir anlayışa tabe olub ona daxil olurlar), əks (anlayışların birində olan bəzi əlamətlər digərində inkar edilir və biri digərini əvəz edilir), zidd (anlayışlardan birinə xas olan əlamət digəri tərəfindən istisna edilir).
Anlayış və sözün əlaqəsi
Dil vahidi olan sözlə, təfəkkür vahidi anlayış arasında çoxxassəli əlaqə mövcuddur. Ümumiyyətlə, söz və söz birləşmələrindən kənarda anlayış yoxdu. Lakin anlayış söz və söz birləşmələri ilə ifadə olunsa da hər cür söz anlayışı bildirmir. Məsələn köməkçi sözlər anlayış bildirmir. Anlayışlardan fərqli olaraq sözlər bütün dillərdə dəyişir, anlayış ümumbəşəri olsa da, dil milli səciyyə daşıyır. Əgər anlayışlarda predmet və hadisələrin ümumi və mühüm əlamətləri əks olunursa, sözün mənasında qeyri-mühüm əlamətlər də əks oluna bilər. Lakin anlayışla sözün dialektik vəhdəti mövcuddur. Söz və anlayış insanların maddi və mənəvi əmək fəliyyətləri ilə bağlıdır. Sözün özü anlayışların formalaşması ilə birlikdə yaranır. Anlayışın ona uyğun gələn söz və söz birləşməsiylə ifadəsi düzgün təfəkkür üçün əsas şərtlərdəndir.
Anlayışın növləri
Müxtəlif hadisələrin beynimizdə inkasından asılı olaraq anlayışın növləri də artıq. Həcm və Məzmun anlayışın fundamental xarakteristikasıdır. Məzmun anlayışda fikirləşilən cismin və hadisələrin mühüm və ümumi əlamətləridir. Yəni, anlayışda sadalanan əlamətlər predmetin məzmununu təşkil edir. Anlayışın həcmi dedikdə onda əks olunan fikir cisimlərdir, və onların məcmusudur. Yəni, "tələbə" anlayışının həcminə bütün tələbə fərdləri (türk,azəri,ləzgi,ingilis və s.) daxildir. Anlayışlar həcmə görə üç yerə bölünür. Əgər anlayışın həcminə bir fikir cismi, hadisə daxildirsə bu fərdi anlayışdır (tək). Məsələn: "Yerin təbii peyki Ay", "İsveçrə" və s. Ümumi anlayışların həcminə bir neçə predmet və ya hadisə daxildir. Məs: "ölkə", "canlı","meşə" və s. Məntiqdə sıfır həcmli anlayışlar da var. Bunlara boş anlayışlar deyilir. Məs: "əjdaha", "su pərisi" və s. Anlayışların həcmə görə bölünməsində toplayıcı və ayırıcı anlayışlar da yer tutur. Toplayıcı anlayışlar vahid, bütövü təşkil edən elementlər toplusunun fikirdə inkasıdır. Məs: "gül", "ağac", "muzey" və s.
Anlayışlar məzmuna görə konkret və mücərrədə bölünür. Əgər anlayış müstəqil predmet və ya predmetləri əks etdirirsə konkret, predmetlər arasında əlaqə ya da predmetin xassəsini əks etdirirsə mücərrədir. Məsələn: "metal" , "ağac", "respublika" konkret, "igidlik", "vicdan", "oxşarlıq", "bərabərlik" və s. mücərrəd anlayışlardır.
Anlayışlar hadisələrin məzmununa aid olan əlamətlərin varlığından yoxluğundan asılı olaraq müsbət və mənfiyə bölünür. Fikrin predmetində hərhansı hadisənin varlığı əks olunursa bu müsbət anlayışdı. Məsələn: "savadlı", "ağıllı", "tənbəl" və s. Mənfi anlayışda isə hərhansı əlamət predmetdə yoxdur. Məs: "ağılsız", "savadsız" , "təmənnasız" və s.
Anlayışda fikirləşilən predimetin mövcudluğunun müstəqil və ya başqa predmetdən asılı olmasından nisbi və mütləq anlayışlar yaranır. Əgər fikirləşdiyimiz predmetin mövcudluğu başqa predmet olmadan mümkün deyilsə bu nisbi anlayışdır.Məs: "ata" - "oğul", "müəllim" - "tələbə", "Yerin peyki Ay" və s. Mütləq anlayışda isə digər predmetlərlə əlaqəsi olmayan əşya, hadisələr düşünülür. Məs: "məhkəmə", "cinayət işi", "əxlaq" və s.
Anlayışlar arasında münasibətlər
Anlayışlar arasındakı əlaqəni nəzərdən keçirərkən onları məzmuna görə iki qrupa (müqaisəedilən və müqaisəedilməyən) bölürlər. İkinci qrup anlayışlar arasında ümumi əlamət olmur. Lakin birinci qrup anlayışlarda müəyyən oxşar xassələr mövcud olur. Belə anlayışlar özü də 2 yerə: uyuşan və uyuşmayan anlayışlara bölünür.
Uyuşan anlayışların həcmi tamamilə və ya qismən bir-birinə uyğun gəli. Uyuşmayan anlayışların həcmləri isə tamamilə bir-birinə uyğun gəlmir, müxtəlif həcmli olur.
Uyuşan anlayışlar 3 cür olur: eynimənalı, kəsişən və tabeli anlayışlar.
Eynimənalı anlayışlarda eyni bir predmet düşünülür. Yəni anlayışların məzmununda fərqlər olsa da onlar həcm etibarilə tamamilə eynidirlər. Məsələr: "tarixin atası" və "Herodot", "Yerin peyki" və "Ay" və s.
Kəsişən anlayışlar arasındakı əlaqə elədir ki, onların məzmunu müxtəlif olsa da həcmləri qismən bir-birinə uyğun gəlir. Məsələn: "Azərbaycan parlamentinin üzvü" və "hüquqşünas" , "idmançı" və "azərbaycanlı" və s.
Tabeli anlayışlar. Anlayışlardan birinin həcmi tamamilə digərinin həcminə daxil olur, onun bir hissəsini təşkil edir. Məsələn: "cinayət" və "quldurluq", "canlı" və "insan" və s.
Uyuşmayan anlayışlar da üç yerə bölünür: Müştərək tabeli, zidd və əks münasibətlər.
Müştərək tabeli münasibətlərdə bir geniş həcmli anlayışa 2 və daha çox çarpazlaşmayan anlayış tabe (daxil) olur. Məsələn "unitar dövlət konstitutsiyası" ilə "federativ dövlət konstitutsiyası" birlikdə "konstitutsiya" anlayışına daxildir və kəsişmirlər.
Zidd münasibətdə iştirak edən anlayışların birində olan predmet və hadisələrin bəzi əlamətləri digərində istisna olunur və əvəz edilmir. Məsələn: "metallar" və "qeyri-metallar", "ağac" və "qeyri-ağac" və s.
Əks münasibətdə isə anlayışlardan birində mövcud olan predmet və ya hadisələr digərində inkar edilir, başqa əlamətlərlə əvəz olunur. Məsələn: "soyuq" və "isti", "nəhəng" və "cırtdan" və s.
Anlayışların ümumiləşdirilməsi və məhdudlaşdırılması.
Anlayışlar üzərində məntiqi əməliyyatlar aparmaq mümkündür. Bu əməliyyatlardan biri də anlayışları məhdudlaşdırmaq və ya ümumiləşdirməkdir. Bu iki əməliyyat təfəkkür prosesində çox işlədilir.
Anlayışın ümumiləşdiriliməsi həcmcə kiçik, lakin məzmunca geniş anlayışdan həcmcə geniş, amma məzmunca kiçik anlayışa keçmək deməkdir. Ümumiləşdirilmənin son həddi fəlsəfi kateqoriyadır. Məsələn: "Cəfərin saat oğurluq işi" - "oğurluq işi" - "cinayət" - "hüquq pozuntusu" - "cəmiyyət üçün təhlükəli hadisə".
Anlayışın məhdudlaşdırılmasında isə bir həcmcə böyük anlayışdan həcmcə kiçik anlayışa keçirik. Məhdudlaşdırmanın son həddi fərdi anlayış olur. Məsələn: "varlıq" - "canlı varlıq" - "insan" - "alim" - "yunan alimi" - "Analitika əsərinin müəllifi".
Bu əməliyyatlar fikrin dəqiqləşməsinə, onun daha müəyyən və ardıcıl olmasına kömək edir.
Tərif və onun qaydaları
Təfəkkür praktikasında predmet və hadisələrin dərindən dərki üçün onun məzmun və həcmini açmağa ehtiyac duyulur. Bunlara uğyun olaraq tərif və bölgü anlayışlarından istifadə edilir.
Tərif elə intellektual-nitqi əməliyyatdır ki, onun köməkliyi ilə anlayışların məzmunu açılır. Tərif perdmetin mahiyyətinin dərk olunması üçün işlədilir. Tərifin "tərif verilən"(dfd) və "tərif verən"(dfns) elementləri olur. Tərif verilən anlayışın tərif zamanı məzmunu açılır, onun məzmununu açmaq üçün istifadə olunan anlayışlar isə tərif verəndir.
Bütün təriflər 2 əsas yerə bölünür: Real və nominal təriflər. Real tərifdə predmet təsvir olunur,əsas əlamətləri göstərilir, nominal tərifdə isə əsasən verilən sözün özünün mənası açılır, yeni bir termin irəli sürülür. Nominal təriflərə izahlı lüğətlərdə daha çox rast gəlinir.
Tərif həmçinin aşkar və aşkar olmayan növlərə də bölünür. Aşkar tərifdə predmetin açılan məzmunu gerçəkliyə uyğun olmalıdır, digərində isə əksinə. Aşkar tərif özü də 2 yerə bölünür: cinsə və növ fərqinə görə, genetik tərif. Genetik tərifdə predmetin mənşəyinin göstərilməsi nəzərdə tutulur. Cinsə və növ fərqinə görə tərif isə elm sahəsində daha çox yayılıb. Məs: "Trapesiya - iki tərəfi paralel, iki tərəfi paralel olmayan dördbucaqlıdır".
Bütün anlayışlara tərif vermək mümkün deyil. Bununçün tərifi əvəz edən anlayışlardan istifadə edilir. Bunlar: təsviretmə, xarakterizə etmə, müqayisə, fərqləndirmə və b. üsullardır.
Tərifin qurulması üçün xüsusi qaydalar tələb olunur. Bunlar :
1.Hər bir tərif verilən anlayışın həcmi tərif verənin həcminə bərabər olmalıdır (dfd=dfns). Məs. "romb bütün tərəfləri bərabər olan paralleoqramdır". Yəni tərif nə həddindən artıq geniş, nə də həddindən artıq məhdud olmamalıdır.
2.Tərif dəqiq və aydın olmalıdır. Yəni tərifdə metafora, bədii obrazlılıq,çoxmənalılıq olmamalıdır. Məs: "Aslan - meşənin şahıdır" , "tələbə təhsil alandır" və s. kimi təriflər aydın və dəqiq deyil.
3.Tərif iqrari olmalıdır, inkari ola bilməz. Çünki inkarlıq tərifdə məzmunu açmır. Məsələn: "kitab canlı deyil" tərif sayılmır. Lakin əgər tərif verilən özü inkaridirsə bu hallarda tərif verən də inkar ola bilər "Sahibsiz əmlak - sahibi bəlli olmayan əmlakdır"
4.Tərif dövredici olmamalıdır. Yəni tərif veriləni özü ilə ifadə etmək düzgün deyil. Məs: "metofizik - metofizikdir". Tərifdə həmçinin tərif veriləni anlaşıqlı olmayan sözlərlə ifadə etmək də düzgün deyil.
5.Naməluma naməlumla tərif vermək olmaz.
6. Tərif daim inkişafda olmalıdır.
Tərifi əvəz edən məntiqi üsullar
İstənilən anlayışı təriflə ifadə etmək olmur. Həmin anlayışları ifadə etmək üçün, yəni bir növ tərifi əvəz etməkçün bəzi məntiqi üsullar mövcuddur. Onlar: 1. təsvir, 2. göstərmə, 3. xarakteristika, 4. müqayisə, 5.fərqləndirmə.
1. Təsviretmə predmet və ya hadisələrin zahiri əlamətlərini dəqiq şəkildə göstərməkdir. Təsvirdən bədii ədəbiyyatda, tarixdə və digər sahələrdə istifadə olunur. Məsələn bir cinayət yerini, insanların görkəmini və s.
2. Göstərmədə hiss üzvlərimizlə predmet və hadisələrlə tanış oluruq. Biz tablo, şəkillərə baxdıqda ordakı predmetin bütün əlamətlərini görə bilirik.
3. Xarakteristikada şəxsin, hadisənin fərqləndirici əlamətləri göstərilir. Məsələn: "Ü.Hacıbəyov Azərbaycan milli musiqisinin banisidir", "Aristotelin yaradıcılığı antik fəlsəfənin zirvəsidir"
4.Müqayisə predmet və hadisələrin oxşar və fərqli cəhətlərini tutuşdurur. Lakin elə anlayışları müqayisə etmək lazımdır ki, onların gerçəklikdə olan predmet və hadisələr tutuşdurulsun. Müqayisə edilən xassə və əlamətlər predmetin və ya hadisənin ən mühüm əlamətləri olmalıdır. Məsələn: "Bakı qara qızıl diyarıdır", "Daşkəsən Azərbaycanın Uralıdır" və s.
5. Fərqləndirmə, predmet və hadisələri başqalarından fərqləndirən əlamətlərin tapılmasıyla öyrənilir. "Sahibsiz əmlak, sahibi bəlli olmayan əmlakdır" və s. Cinayət bölməsində çox isitfadə olunan sahədir. Belə ki, əl izlərinin fərqindən geniş istifadə olunur.
Anlayışların bölgüsü və onların qaydaları
Anlayış predmetlərin ən mühüm və fərqləndirici əlamətlərini əks etdirən təfəkkür formasıdır. Onun üzərində aparılan məntiqi əməliyyatlardan biri də bölgüdür. Bölgü anlayışların həcmlərini açmaq üçün aparılan əməliyyatdır. Bölgülərin sturukturunda 3 növ element var: bölünən anlayış, bölgünün üzvləri və bölgünün əsası. Bölünən anlayış həcmini açdığımız cins anlayışdır, onun fikrən hissələrə ayrılması deyil. Bölgünün üzvləri bölgü nəticəsinə alınan yeni anlayışlardır. Bölgünün əsası bölgünün hansı əlamətlərə görə aparılmasıdır.
Bölgünün 2 forması var: Əlamətə görə bölgü və dixtomik (2 hissəyə ayrılma)
1-ci formada bölgünün əsasını əlamət təşkil edir. Əlamət dəyişdikcə yeni anlayışlar yaranır.
2-ci növ bölgüdə bölünən anlayışın həcmini iki zidd tərəfə ayırmaq lazım olur.
Sxematik şəkildə: A
B Qeyri B
Bölgü prosesini dəqiq aparmaq üçün bir sıra qaydalara əməl olunmalıdır. 1. Bölgü mütənasib olmalıdır. Yəni bölgü üzvlərinin ümumi həcmi bölünən anlayışın həcminə bərabər olmalıdır. 2. Bölgü bir əsas üzrə aparılmalıdır. Yəni bölgü aparılan əlamət bütün proses boyunca sabit qalmalı, başqa əlamətlə əvəz edilməməlidir. 3. Bölgü ardıcıl surətdə aparılmalıdır. Yəni arada növ ötürməsi olmamalıdır. Bu cür səhvlərə yol verilməsi bölgüdə sıçrayış adlandırılır.
Hökmün ümumi xarakteristikası və sturukturu
Hökm təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir. Hökm doğru və yalan ola bilər. İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir.
Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur. Sadə hökm subyekt, predikat və məntiqi bağlayıcıdan ibarət olur. Hökmün subyekti hökmün predikatı haqqında hər şeyi inkar və iqrar edən fikirdir. O "S" hərfi ilə işarə edilir. Hökmün predikatı predmet haqqında iqrar və ya inkar edilən fikirdir. Qısa şəkildə "P" şəklində işarə edilir. Məntiqi bağlayıcı hökmün subyekt və predikarını birləşdirən vasitədir. Yazıda iqrari formada sadə hökmlər "S-P dir" , inkari formada "S-P deyil" kimi göstərilir. Mürəkkəb hökmlər isə bir neçə sadə hökmdən ibarət olur.
Hökm və cümlə
Anlayış kimi hökm də dil vasitəsilə ifadə olunur. Lakin anlayışda söz, hökmdə isə cümlələrdir. Hökmlə cümlə dialektik vəhdət təşkil edir. Lakin aralarındakı məna eyni deyil. Bütün hökümlər cümlə ilə ifadə olunsa da bütün cümlələr hökmü ifadə etmir. Cümlə məqsədə görə nəqli, sual, əmr cümlələrinə bölünür. Lakin hökm nəqli cümlələrdən ibarət olur. Cümlələr mübtədasız ola bilir, lakin hökm predikat və subyektsiz olmur. Cümlənin tərkib hissələri başqa, hökmün tərkib hissələri isə başqa olur. Cümlədə mübtəda ilə xəbər sabit ifadə formalarıdır, lakin hökmdə subyekt və predikat heç də həmişə stabil olmurlar. Onlar çox vaxt məntiqi vurğu ilə müəyyən edilir. Cümlə bir sözdən ibarət olduğu halda hökm ola bilmir. Cümlələr dillərdə fərqli olsa da hökmün sturukturu hər bir dil üçün eynidir. Sual, nida və əmr cümlələri birbaşa informasiya vermədiyi üçün hökm sayılmır. Lakin ritorik sual cümlələri hökmdür. Çünki onlar müəyyən dərəcədə informasiya daşıyır. Hökmlər ümumibəşəridir. Yəni eyni bir hökm müxtəlif dillərdə fərqli cümlələrlə ifadə olunur. Elə zamanlar da olur ki, eyni bir dildə də eyni hökm qrammatik cəhətdən fərqli olur.
Cümlə ilə hökm ayrılmaz vəhdəttə olsalar da hökm təfəkkür formasıdı, cümlə isə dil. Buna görə də aradakı fərqlər də nəzərə alınmalıdır.
Sadə hökmlər və onların növləri
Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir. Tərkibinə əsasən hökmlər sadə və mürəkkəb olurlar. Sadə hökmlər bir subyekt və predikatdan ibarət olur. Sadə hökmlərin özü də üç yerə bölünür: Atributiv, relyativ (münasibət) və Ekztensial (mövcudluq). Atributiv hökmlərdə predmetlərin xassələri, əlamətlərinin varlığı yoxluğu aşkara çıxarılır. Yəni bir anlayışın həcm etibarilə başqa anlayışa daxil olması və ya ondan tam kənarda qalması başa düşülür. Məsələn: "bütün mayelərin elastiklik xassəsi var" cümlədində bütün mayelər elastiklik xassəsi olan sinfə tam daxil edilir. Atributiv hökmlər həm də qəti hökmlər adlandırılır. Atributiv hökmlərin sxemi: "S-P dir" və ya "S-P deyil". Qəti hökmlərin də 3 bölgüsü var: Keyfiyyətə görə bölgü, Kəmiyyətə görə bölgü, keyfiyyətə və kəmiyyətə görə bölgü. Keyfiyyətinə görə qəti hökmlər iqrari və inkari olur. Əlamətin predmetə məxsus olmağı iqrari, olmaması inkari hökm olur. İqrari hökmlər "S-P dir", inkari hökmlərsə "S-P deyil" şəklində ifadə olunur. Hökmün kəmiyyətə görə bölgüsü həcmin müxtəlifliyinə görə aparılır. Kəmiyyətə görə bölgü 3 yerə ayrılır. Fərdi , xüsusi və ümumi hökmlər. Kəmiyyət və keyfiyyətə görə hökmlər adlarındakı bölgülərin qarşılıqlı əlaqəsi zamanı yaranır və 4 yerə bölünür. 1) Ümumi iqrari - A. 2) Ümumi inkari - E. 3) Xüsusi iqrari - İ. 4) Xüsusi inkari - O. Hökmlərdə kəmiyyəti bildirmək üçün kvantorlardan istifadə olunur, belə ki, "Bütün" və ya "heç bir" sözünün əvəzinə "∀ ", "bəzi" sözünün əvəzinə isə "∃" işarələri qoyulur. Kəmiyyət və keyfiyyətə görə hökmlər belə təsnif olunur: 1) A - ∀ S -Pdir. 2) E - ∀ S-P deyil. 3) İ - ∃ S-P dir. 4) O - ∃S-P deyil.
Relyativ hökmlərə predmetlər arasında bərabərlik, qohumluq, məkan-zaman münasibətləri ifadə edən hökmlər aiddir. Məsələn: "A-B-yə bərabərdir", "Sərxoşluq bir çox cinayətlərin səbəbidir" və s. Relyativ hökmlər "a R b" formasında yazılır. "a" və "b" predmetlərin adları, "R" isə nisbi mənasında işlədilir. Mövcudluq bildirən hökmlər atributiv hökmlərə çox bənzəyir.
Ehtiva qanunu
Hökmlər üzərində əməliyyat apara bilmək üçün S və P nin ehtiva olunub olunmamasını bilmək vacibdir. Termin o vaxt ehtiva olunur ki, o tam həcmdə götrülsün. Əgər termin tam həcmdə deyil, qismən ifadə olunubsa o zaman həmin termin ehtiva olunmamış sayılır. Hökmdə isə bir termin digərinin həcminə tam daxil olubsa o ehtiva olunur, əksa halda ehtiva olunmur. Və əgər ikisi də bir birini inkar edirsə hər ikisi ehtiva olunmuş sayılır. Ehtiva olunma "+" işarəsi, olunmama isə "-" işarəsi ilə göstərilir.
Ümumi iqrari hökmlərdə (A) 2 variant mövcuddur. 1. də S də P də ehtiva olunurlar, onların həcmləri tam üst üstə düşür, 2.də isə S ehtiva olunaraq P-nin həcminə daxil olub onun bir hissəsini təşkil edir və P ehtiva olunmur.
Xüsusi iqraridə (2) də 2 variant olur. 1.də S və P-ın həcmlərinin bir hissəsi ortaq olur və heç birinin həcmi tam istifadə edilmədiyi üçün hər ikisi ehtiva olunmur. 2. variantda P ehtiva olunaraq bütün həcmi ilə S-in tərkibinə daxil olur və onun bir hissəsini təşkil edir, lakin S ehtiva olunmur.
Ümumi inkari hökmlərdə (E) Heç birinin həcmi bir biri ilə əlaqələnmir buna görə də hər ikisi ehtiva olunur.
Xüsusi inkari (O) hökmlərdə isə P özündən heç nə itirmir, vermir buna görə də ehtiva olunur, S isə öz həcmindən P sinfinə ötürür və ehtiva olunmur.
Mürəkkəb hökmlər və onların növləri
Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir. Tərkibinə əsasən hökmlər sadə və mürəkkəb olurlar. Mürəkkəb hökmlər sadə hökmlərdən təşkil olunur. Sadə hökmlər məntiqi bağlayıcılarla birləşərək mürəkkəb hökmü yaradırlar.Sadə hökmlər kimi mürəkkəb hökmlər də doğru və yalan ola bilər. Məntiqi bağlayıcıların növlərinə əsasən mürəkkəb hökmlər 3 yerə ayrılırlar. Konyunktiv(birləşdirici) , dizyunktiv(bölüşdürücü) və implikativ(şərti).
Konyunktiv hökmlər "və" bağlayıcısı ilə birləşirlər, işarə olaraq "˄" kimi göstərilir. Mürəkkəb birləşdirici hökmlərdə sadə hökmlərdən biri yalandırsa, hökm tamamilə yalandır. (A birinci sadə hökm, B ikinci sadə hökm)
A
|
B
|
A˄B
|
Doğru
|
Doğru
|
Doğru
|
Doğru
|
Yalan
|
Yalan
|
Yalan
|
Doğru
|
Yalan
|
Yalan
|
Yalan
|
Yalan
|
Bölüşdürücü - dizyunktiv hökmlər "ya, yaxud" bağlayıcısı ilə işlədilir. "˅" işarəsi ilə göstərilir. Bu hökmlərin 2 növü var. Zəif dizyunksiya, güclü dizyunksiya.
Zəif dizyunksiyada hökmlərdən biri doğrudursa, hökm doğru qəbul edilir.
A
|
B
|
A˅B
|
Doğru
|
Doğru
|
Doğru
|
Doğru
|
Yalan
|
Doğru
|
Yalan
|
Doğru
|
Doğru
|
Yalan
|
Yalan
|
Yalan
|
Güclü dizyunksiyada hökm o zaman doğru olur ki, onun hökmlərindən biri həqiqi digəri isə yalan olsun. Əgər hər ikisi həqiqi, hər ikisi yalandırsa o zaman hökm yalan olur.
A
|
B
|
C
|
Doğru
|
Doğru
|
Yalan
|
Doğru
|
Yalan
|
Doğru
|
Yalan
|
Doğru
|
Yalan
|
Yalan
|
Yalan
|
Doğru
|
Şərti - implikativ hökmlər "əgər.. onda" bağlayıcısı ilə sadə hökmlərin birləşməsindən yaranır. Bu hökmlər də iki növ olur. İmplikasiya və ekvivalensiya.
İmplikasiya - "əgər .. onda" bağlayıcısı ilə birləşir. "→" ilə işarə olunur. Bu hökmlər bir halda yalan olur - məntiqi olaraq hökmlərin biri həqiqi olduqda digərinin yalan olma ehtimalı olmaması halında yalan olması zamanı.
Ekvivalensiya - "əgər və əgər.. onda" bağlayıcısı ilə düzəlir. " "~" ilə işarə edilir. Bu hökmlər o zaman doğru olur ki,tərkibindəki hər bir sadə hökm doğru və ya yalan olsun.
Hökmlər arasında əlaqə, "Məntiqi kvadrat"
Anlayışlar arasında olduğu kimi, hökmlər arasında da məntiqi əlaqə mövcuddur. Hökmlər arasında əlaqə subyekt, predikat və məntiqi bağlayıcıların xarakteriylə müəyyən olunur. Məzmununa görə hökmlər müqaisəolunan və müqaisəolunmayan növlərə bölünür.Müqaisəolunmayan hökmlərdə subyekt və predikat fərqli sahələr üzrə beynimizdə əks olunur. Məsələn: Hərəkət əbədi və sonsuzdur. Müqaisəolunan hökmlərdə isə eyni subyekt və eyni predikatlı hökmlərdir. Sadəcə kəmiyyət və keyfiyyətə görə fərqli olurlar. Belə olduqda onları həqiqi və yalan olmalarını yoxlamaq mümkün olur. Belə hökmlər uyuşan və uyuşmayan hökmlərə bölünürlər. Uyuşan hökmlərdə onların məzmunu qismən və ya tamamilə üstüstə düşür. Uyuşmayanda isə bu hal baş vermir. Uyuşan hökmlər - ekvivalent, tabeli və qismən uyuşan hökmlərə, uyuşmayan hökmlərsə - əks və zidd hökmlərə bölünür.
zidd
zidd
Hökmlər arasındakı əlaqəni yadda saxlamaq üçün "məntiqi kvadrat" adlandırılan qrafik təsvirdən istifadə olunur. Əks
A E
tabe- tabe-
li li
İ uyuşan O
Əgər A hökmü doğrudursa o zaman E hökmü yalan olacaq. E doğrudursa, A yalan olacaq. İ və O-nun yalanlığından A və E nin doğruluğu çıxa bilər lakin əksi ola bilməz. Yəni əgər A doğrudursa İ doğru olacaq, lakin İ doğrudursa A-nın doğru olduğu hökmən bilinə bilməz. Bu əlaqə həmçinin E ilə O nun da arasında mövcuddur.
Əqli nəticə və onun ümumi xarakteristikası
Təfəkkürün formalarının bir başqa növü də əqli nəticədir. Bu anlayış və hökmə nisbətən daha mürəkkəb bölmədi. Burada bir neçə sadə hökmlərin əlqələri təcəssüm olunur. Əqli nəticə elə təfəkkür formasıdır ki, onun vasitəsilə bir neçə sadə hökmdən yeni hökm alınır. Yəni anlayışlar və hökm əqli nəticənin əsasını təşkil edirlər. Əqli nəticə gələcəkdə baş verə biləcək hadisələr haqqında düzgün mühakimə yürütməkdə insanların köməyi olur. Hər bir əqli nəticə 2 elementdən: 1. Müqəddimələrdən 2. Nəticədən ibarət olur.
Müqəddimə - Bizə məlum olan biliklər, hökmlərdir. Onların köməyi ilə nəticə hasil olur. Nəticə - müqəddimələrdən alınan törəmədir. Yekun biliyin həqiqiliyi müqəddimələrin həqiqiliyindən və məntiqi əməliyyatın düzgünlüyündən asılıdır.
Əqli nəticə özü sturukturuna görə iki hissəyə bölünür: bilavasitə və bilvasitə əqli nəticə. Bilavasitə əqli nəticədə bir hökmdən istifadə edilir. Əqli nəticənin fikrin gedişinin istiqamətindən asılı olaraq 3 növü də mövcuddur: Deduksiya (izah etmək, nəticə çıxarmaq) , İnduksiya (düzəltmə) və Traduksiya (yerdəyişmə). Deduksiyada fikir ümumidən xüsusiyə doğru gedir, İnduksiyada isə xüsusidən ümumiyə. Traduksiyada isəidrakın gedişi xüsusidən xüsusiyə doğru olur.
Deduktiv əqli nəticə
Əqli nəticə elə təfəkkür formasıdır ki, onun vasitəsilə bir neçə sadə hökmdən yeni hökm alınır. Deduksiya da əqli nəticənin bir növüdür. Deduksiya elə bir əqli nəticədir ki, verilmiş predmet və hadisələrə əsaslanaraq yeni nəticə hasil edirik. Burada fikir ümumidən konkretə gedir. Deduktiv əqli nəticənin ən çox işlədilən növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər 3 hissədən ibarət olur. İki müqəddimə (böyük və kiçik müqəddimələr) və nəticə.
Deduksiya mühakimələrin düzgün qurulması üçün mühüm vasitədir, idrak metodudur. Bu metoddan riyaziyyat və həndəsədə də istifadə olunur.
Sadə Qəti Sillogizmlər
Deduktiv əqli nəticənin ən çox işlədilən növü sadə qəti sillogizmlərdir. Sillogizm elə əqli nəticə formasıdır ki, burada iki hökm orta termin vasitəsilə əlaqələndirilir və yeni bir nəticə hökmü çıxarılır. Sadə qəti sillogizmlər 3 hissədən ibarət olur. İki müqəddimə (böyük və kiçik müqəddimələr) və nəticə. Məsələn: M- orta termin, S - subyekt , P - predikatdır.
Hər cür cinayət (M) qanun pozuntusudur(P).
Oğurluq işi (S) cinayətdir (M).
Oğurluq işi (S) qanun pozuntusudur (P).
Sillogizmdə düzgün nəticə almaq üçün sillogizm aksiomuna fikir vermək lazımdır: iki həqiqi hökm bir biri ilə düzgün əlaqələndirildikdə nəticə də düzgün alınmalıdır.Hər bir sillogizmin qaydaları vardır ki, onlara əməl edilməlidir. Bunlar:
Terminlərin qaydaları : 1. Hər bir sillogizmdə 3 termin olmalıdır, az və ya çox olarsa nəticə almaq mümkün deyil. 2. Orta termin heç olmasa müqəddimlərin birində ehtiva olunmalıdır. 3.Orta terminlər eyni mənalarda işlənməlidir.
Müqəddimələrin qaydaları: 1. İki inkari hökmdən nəticə almaq olmaz. Ən az biri iqrari olmalıdır. 2.Müqəddimələrdən biri inkaridirsə, nəticə də inkari olacaqdır. 3. İki xüsusi hökmdən nəticə çıxmır. Ən az biri ümumi olmalıdır və Müqəddimələrdən biri xüsusidirsə nəticə də xüsusidir.
Fiqurların qaydası: terminlərin yerindən asılı olaraq fiqurlar meydana gəlir ki, hər bir fiqurun da öz qaydası var. 4 fiqur mövcuddur. (FİQURLARI ÖZÜNÜZ ÇƏKİN MƏNDƏ ALINMIR.) Birinci fiqurda - böyük müq. ümumi, kiçik müq. iqrari olmalıdır. İkinci fiqurun qaydası - böyük müq. ümumi, müq.lərdən biri inkari. Üçüncü fiqurun qaydası - kiçik müq. iqrari, nəticə xüsusi. Dördüncü fiqurun qaydası isə birinci fiqururn qaydası ilə eynidi.
Sillogizmin fiqur və modusları
Sillogizmlərdə orta terminin yerinin dəyişməsindən asılı olaraq sillogizmin 4 fiquru meydana çıxır. Sillogizmin düzgün qurulması üçün hər bir fiqurun qaydası ödənməlidir. Həmçinin sillogizmin modusları anlayışı da var ki, burda söhbət müqəddimələrdəki hökmlərin kəmiyyət və keyfiyyətə görə bir-birindən fərqlənməsidir. Moduslar təhlil aparan zaman meydana çıxır, lakin əvvəlcədən hər bir fiqur üçün hesablanmış stabil moduslar mövcuddur.
Birinci fiqur: Böyük müqəddimə ümumi, kiçik müqəddimə isə mütləq iqrari olmalıdır.
Modusları: AAA, AEA, Aİİ, EİO
Bütün ağaclar (M) bitkidir (P)
Cökə (S) ağacdır (M)
Cökə (S) bitkidir (P).
İkinci fiqur: Böyük müqəddimə ümumi, müqəddimələrdən biri isə inkari olmalıdır.
Modusları: EAE, AEE, EİO, AOO
Bütün vicdanlı adamlar(P) faydalı əməklə məşğul olurlar(M)
Həsən (S) faydalı əməklə məşğul olmur(M)
Həsən (S) vicdanlı adam deyil (P)
Üçüncü fiqur: kiçik müqəddimə iqrari, nəticə xüsusi olmalıdır.
Modusları: AAİ, Aİİ, EAO, EİO.
Bütün metallar (M) sadə cisimlərdir (P)
Bütün metallar (M) elektrik keçirəndir(S)
Bəzi elektrik keçirənlər (S) sadə cisimlərdir (P)
Dördüncü fiqur: qanunları birinci fiqurun qanunları ilə eynidir.
Modusları: AAİ, AEE, EAO, EİO
Bütün kitlər(P) südəmərdir(M).
Heç bir südəmər(M) balıq deyil(S)
Heç bir balıq(S) kit deyil(P).
Ixtisari və mürəkkəb ixtisari sillogizimlər
Çox vaxt niqt prosesində, praktikada müqəddimələrdən bəzisi buraxılır, buraxılan hissələr isə öz özünə düşünülür. Bu cür sillogizmlərə entimema deyilir. Entimema 3 cür olur. Böyük müqəddiməsi buraxılan, kiçik müqəddiməsi buraxılan və nəticəsi buraxılan. Entimemanın əhəmiyyəti odur ki, fikirdə yığcamlıq yaradır və insanı düşünməyə vadar edir. Qəti sillogizmlərdən başqa təqsimi, şərti əqli nəticələrdə də entimema ola bilər. Məsələn: "Bu iş üzrə bəraətverici hökm çıxarmaq olmaz, o müqəssirləndirici olmalıdır" təqsimi-qəti sillogizmində böyük müqəddimə -bu iş üzrə ya bəraətverici, ya da müqəssiredici hökm çıxarıla bilər- ixtisar oluna bilər.
Mürəkkəb ixtisadi sillogizmlər Polisillogizm adlanır, bu bir neçə sadə qəti sillogizmin birləşməsindən əmələ gəlir və iki növü: yüksələn , enən növləri mövcuddur. Məsələn: Hüquq pozuntusu cinayət işidir
Adam öldürmək hüquq pozuntusudur
Balta ilə boyun vurmaq adam öldürməkdir
Məcid balta ilə boyun vurmuşdur
Məcidin hərəkəti cinayət işidir.
Polisillogizmlərin xüsusi növlərindən biri də solitlərdir. Polisillogizmin aralıq nəticələri buraxdıqda yaranan bütöv əqli nəticələrə deyilir.
İxtisari sillogizmlərin mürəkkəb formalarından biri də Epixeyremadır. Burada hər iki müqəddimə entimemalardan əmələ gəlir. Məs: İctimai faydalı əmək hörmətə layiqdir, çünki o cəmiyyətin inkişafına kömək edir.
Müəllim əməyi ictimai faydalı əməkdir, çünki o yetişməkdə olan nəslə təlim tərbiyə verir.
Müəllim əməyi hörmətə layıqdir.
İnduktiv əqli nəticə
Deduksiyadan başqa əqli nəticənin əsas növlərindən biri də induksiyadır ki, o özü də deduktiv əqli nəticə ilə əlqəlidir. İnduksiya elə əqli nəticə formasıdır ki, burada təfəkkür prosesi azdan çoxa, xüsusidən daha çox ümumiyə doğru gedir. Yəni, burada hərhandı bir sinfə daxil olan əlamətlərin təkrar olunmasına əsaslanaraq həmin əlamətlərin bütün sinfə aid olduğu barəsində nəticə çıxardır. Lakin deduktiv əqli nəticəyə nisbətdə induktiv əqli nəticə dəqiq bilik vermir, ehtimal xarakteri daşıyır. Deduksiyadakı kimi, induksiyada da çıxış hökmləri, nəticə və onlar arasında əlqə mövcuddur. Fərq ondadır ki, deduksiyada nəticə xüsusi alınırsa, induksiyada yekun hökm ümumi olur. Bu əqli nəticə daha çox təcrübi tədqiqatların nəticələrini ümumiləşdirən məntiqi nəticədir.
Fikrin ümumi hökmə yüksəlməsindən asılı olaraq induksiya bir-birindən fərqlənən iki növü yaranır: 1. Tam induksiya, 2. Natamam induksiya
Tam, natamam və elmi induksiya.
Tam induksiya müəyyən məntiqi sinfə aid olan predmet və hadisələrin hər biri haqqında ayrılıqda mühakimə yürüdür, daha sonra ümumiləşdirərək nəticəni bütün sinfə aid edir. Bu induksiyada alınan nəticə həqiqi olur. Elmi təfəkkürdə tam induksiya sübutun tərkibində olur. Çox vaxt tam induksiyanın yeni bilik vermədiyi fikri düşünülür. Lakin tam induksiyanın köməyi ilə bir çox əsaslı nəticələr alınmışdır: "Günəş sisteminə daxil olan bütün planetlər öz oxu ətrafında fırlanır", "Bütün planetlər qərbdən şərqə hərəkət edirlər" və s. fikirlər bu qəbildəndir.
Natamam induksiya məntiqi bir sinfə daxil olan predmet və hadisələrin bir qismi barəsində fikir yürüdür və bu fikri ümumi sinfə aid edir. Alınan yekun fikir ehtimali olur, dəqiqlik bildirmir. Natamam induksiyanın 2 növü var: 1. sadalama yolu ilə, 2. istisna yolu ilə. Sadalama yolu ilə induksiyaya çox vaxt populyar induksiya, ikinciyə isə elmi induksiya deyilir. Populyar induksiya həmcins predmetlərin bütün sinfi haqqında nəticə çıxardır və burda zidd hallara təsadüf olunmur. İnsanın gündəlik həyatında populyar induksiyaya çox rast gəlinir. "Qaranquş yer səthinə yaxın uçarsa, yağış gözlənilir". Bu induksiya həm də "xalq induksiyası" da adlanır. Lakin burada da nəticə ehtimali xarakter daşıyır. Populyar induksiya o vaxt səhv olur ki, təkrar olunan fikirlərə zidd fikirlər hesaba alınmır və tələsik nəticələr alınır. Nəticədə qeyri-dəqiq qurulmuş induksiya müxtəlif mövhumatların yaranmasına gətrib çıxardır. Elmi induksiya elə əqli nəticə formasıdır ki, onun müqəddimələrində müəyyən hadisələrin əlamətləri təkrar olunur və bununla yanaşı bu əlamətlərin hadisələrdən asılılığı da informasiya kimi verilir. Populyar induksiyada nəticə əlamətlərin sadəcə təkrarlanması ilə ortaya çıxdığı halda, elmi induksiyada hadisənin özü də öyrənilir, tərkib hissələri də araşdırılır. Elmi induksiyanın 5 metodu var ki, bunlar da elmi induksiyanın qurulmasında böyük əhəmiyyət kəsb edirlər. Birinci metod Oxşarlıq metodudur. Bu metod onu ifadə edir ki, hər bir hadisə digərlərindən fərqlənsə də, onlarla müəyyən oxşarlığa malikdir. İkinci Fərq metodu iki və daha artıq hadisələrin müqayisəsinə əsaslanır. Bu metod çox vaxt oxşar vəziyyətdə fərqliliyi axtarıb tapır. Üçüncü Oxşarlıq və fərqlin birləşməsi metodudur. Yəni hadisələr təhlil edilərkə fərqlilikdə oxşarlıq, oxşarlıqda fərqlilik axtarılıb tapılır. Dördüncü Həmahəng dəyilikliklər metodudur. Burada təhlili aparılan hadisədəki edilən dəyişiklik, digər hadisədə də dəyişiklik olmağına səbəb olur. Beşinci metod Qalıqlar metodudur. Əgər mürəkkəb bir hadisənin tərkibindəki dəyişikliklərin səbəbi aydındırsa, səbəbi aydın olmayan hissə qalıq şəklində çıxış edir.
Dostları ilə paylaş: |