Bataqlıqdan başlayan həyat və ya Ləj kəndinin tarixi
Aqşin Mistanlı (Əliyev)
BATAQLIQDAN BAŞLAYAN HƏYAT
VƏ YA
LƏJ KƏNDİNİN TARİXİ
“Elm və təhsil”
Bakı - 2017
Redaktor: Əliyev Böyükağa Cahangir oğlu
AQŞİN MİSTANLI (ƏLİYEV).
BATAQLIQDAN BAŞLAYAN HƏYAT VƏ YA LƏJ KƏNDİNİN TARİXİ.
Bakı, “Elm və təhsil”, 2017, 136 səh.
Kitabda müəllifin Lənkəran rayonunun Ləj kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, adət-ənənələri və təsərrüfat həyatı haqda məlumatı verilmişdir. Bundan başqa, Ləj kəndinin ziyalılarının, “Qarabağ veteranlarının”, “Qarabağ şəhidlərinin” və digər tanınmış şəxslərin həyat yolu işıqlandırılmışdır. Kitabda tarixi faktlar öz əksini tapmışdır.
ISBN 978-9952-8142-1-7
© A.Mistanlı (Əliyev), 2017
© “Elm və təhsil”, 2017
Ləj kəndinin sputnikdən görünüşü
ÖN SÖZ
Azərbaycan müstəqillik qazanandan sonra ədəbiyyat sahəsində də çiçəklənmə dövrü başladı. Belə ki, Sovet dövründə üzümüzə bağlanan milli arxivlərimiz açıldı.Zaman, indi vətəndaşlıq borcuna yeni gözlə baxdığı kimi olub keçənlərə də ədalət və insaf işığında nəzər salmağı bizdən tələb edir. Məhz belə bir dövrdə bu kitabın müəllifi olan Aqşin Əliyev Ləj kəndinin keçmiş tarixinə aid tarixi-etnoqrafik, elmi-bədii xüsusiyyətləri saxlamaq şərtilə, sənədli oçerk-hekayə janrından istifadə etmişdir. Burada, müəllif olub keçən hadisələrin bir çoxunu arxiv sənədlərdən, kənd ağsaqqallarının dediklərindən, mətbuat səhifələrindən götürüb, əqlin süzgəcindən keçirməklə dövrün ruhuna uyğun şəkildə verməyi özünə borc bilmişdir. Bu kitab 4 fəsildən ibarətdir.Kitabın birinci fəsli Ləj kəndinin tarixi, mədəniyyəti, musiqisi, sənətkarlığı, coğrafi şəraiti, iqlimi, əhalisi və iqtisadiyyatından bəhs edir. Bu fəsildə Aqşin Əliyev Ləj kəndinin tarixi köklərini üzə çıxarmış və bu əraziyə ilk insan köçlərinin gəlkməsindən danışmışdır. Burada tədqiqatçı Ləj kəndində məskunlaşan insanların məhz Lerik rayonunun bir neçə adı məlum kəndlərindən buraya köç edib gəlmələrindən söz açaraq kəndin ilk məskunlaşdırılmış olan yerini göstərmişdir.
Müəllif bu fəsildə Ləj kəndinin mədəniyyətindən söz açaraq burada mövcud olan mədəniyyət sahələri haqda danışmışdır. Tədqiqatçı burada Ləj kəndində mövcud olan sənətkarlıq sahələrindən danışaraq kənd sənətkarları haqda məlumat vermişdir. O, kənd sənətkarlarının həyat yolunu işıqlandırmışdır və Ləj kəndinin musiqiçilərindən, meyxana sənətindən bəhs etmişdir.Burada tədqiqatçı Aqşin Əliyev Ləj kəndinin coğrafiyası haqda məlumat vermiş, kəndin iqlimi, əhalisi, onların geyimi və antropoloji quruluşunndan danışmış və kəndin iqtisadiyyat sahəsində qazandığı uğurları və kənddə mövcud olan iqtisadi sahələrə diqqətə çəkmişdir. Burada sovet dövründə mövcud olmuş çayçılıq sahəsində kəndin çayçılıq briqadaları haqda məlumat vermişdir. Bununla kifayətlənməyən Aqşin Əliyev kəndin tibb sahəsi haqda da, idman sahəsi haqda məlumat verərək kənddəki tibb məntəqəsinin fəaliyyətindən və Ləj kəndinin idman sahəsində respublika çempionları haqda məlumatı oxucuların diqqətinə çatırmışdır.
Kitabın ikinci fəslində müəllif Ləj kəndinin sosial-iqtisadi həyatından və memarlıq sənətindən bəhs edərkən Ləj kəndinin inşa olunmuş evlərdən, kənd bulaqları, kənd yolları, kənd qəbirstanlığı haqda məlumat vermişdir. Aqşin Əliyev Ləj kəndinin bayram tədbirləri haqda məlumat verərək “Novruz bayramı” mərasim, “qurban bayramı” mərasimi və “çərşənbə axşamı ”adət ənələrindən söhbət açmışdır. Burada o Ləj məktəbindən də söhbət açaraq məktəbdaxili tədbirləri haqda olan maraqlı məlumatları oxucuların diqqətinə çatdırmışdır. Ləj məktəbindən danışarkən müəllif məktəbdə mövcud olan təhsil sistemindən, orada dərs verən müəllimlər haqda ətraflı söhbət açmışdır.. Bu günkü günümüzə uyğun olaraq müəllif Ləj kəndinin toy-düyün adətlərindən söhbət açaraq onların rəngarəngliyi haqqında məlumat vermişdir. Müəllif toy düyün adətinin elçilik, toy, nişan kimi adətlərini göstərmişdir. Müəllif Ləj kəndinin kitabxanası, Ləj kənd sənətkarlıq klubunun fəaliyyəti və iş prinsipi haqda məlumat vermiş və sonra isə Ləj kənd İcra nümayəndəliyi haqda maraqlı məlumatlar vermişdir.
Üçüncü fəsildə müəllif bir azda irəli gedərək hamımızın yaralı yeri olan “Qarabağ şəhidləri”, “Milli qəhramanlar” və Ləj kəndinin “Qarabağ veteranları” haqda məlumat verərək onların şanlı döyüş yolunu işıqlandırmışdır. Burada müəllif milli qəhrəman Natiq Aslanov və şəhid Əsgər Əliyev həyat yolu və qəhrəmanlığı haqda ətraflı məlumat vermişdir.
Kitabın dördüncü fəsilində müəllif Ləj kəndinin tanınmış şəxsiyyətləri və Ləj kəndinin ziyalıları haqda məlumat verərək onların həyat yolunu işıqlanmışdır.O Ləj kəndini ilk şairi olan Etibar Vəliyevin həyat yolunu işıqlandırmışdır.
Hər kəs bilməılidir ki, vətən borcu müqəddəs bir borcdur. Dünyadan ən böyük eşq vətən eşqidir.Aqşin Əliyevin qəlbi vətən eşqi ilə çırpınır.O, gözəl tarixçi və tədqiqatçıdı. O, yurdumuzu gəzərəg qədim abidələri tədqiqi edir. Belə ki, Aqşin Əliyev son dövürlərdə “Bobogil qəbir daşları”, “Sığon qəbirstanlığı”, “Lənkəran qalasının alınması”, “Lənkərgünan, Lənkəran yoxsa Lankon”, “Babər qalası”, “Şağlakücə İmamzadə türbəsi”, “Şağlakücə Seyidəpir ocağı”, “Haftoni kurqanları”, “Cəngəmiran daş-qutu qəbirləri”, “Orand daş-qutu qəbirləri”, “Osakücə Mir Şərif ağa ocağı” adlı elmi publisistik məqalələr yazaraq cənub bölgəsinin qədim abidələrini tədqiq etmişdir.
Qeyd etmək istəyirəm ki, bu böyük missiyanı öz üzərinə götürdüyünə görə Aqşin Əliyevə işlərində uğurlar arzuluyuruq.
Kamal Mahmudov,
tarix üzrə fəlsəfə elmləri doktoru
TARİX
Ləj kəndi və ona bitişik olan qonşu Haftoni, Talışlı (Karpoviç), Hacıkənd, İstisu (Qamo) əraziləri ilə birlikdə milliyətcə polyak və ya yəhudi olan Karpoviç adlı mülkədara məxsus imiş. Rusiya imperiyasında baş verən 1905-1907-ci illər inqilabından sonra ölkədə olan gərginliyi nəzərə alaraq Karpoviç, 1910-cu ildə ona məxsus əraziləri Lənkəranlı mülkədar Hacı İsa ağaya satır. Buranı satın alan Haçı İsa bu ərazilərdə təsərrüfat işləri ilə məşğul olur. O, Züvandın (Lerik) Veri və Tülü məntəqələrindən bu əraziyə ucuz işçi qüvvələri gətirib öz torpaqlarında ucuz qiymətə işlədir. Gətirdiyi ailələri kəndin cənub-qərb ərazilərinə bitişik Hacıkənd adlanan yerdə və indiki Talışlı (Bax: Tülüş, Tülüşlü, yəni Tülüdən olanlar) yerdə məskunlaşdırır. Həmən fəhlələr indiki Ləj kəndinin cənub-qərbundə “Verijon boğ” (Verililərin bağı) adlanan ərazidə işləyir, qismi isə “Hacı İsa poyn” (Hacı İsanın yeri) adlanan yerdə işləyirdilər. Deyilənlərə görə Hacı İsa hər axşam çağı faytonla gəlib fəhlələrə pul verərmiş.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra digər qolçomaqlar kimi Hacı İsanın bütün əmlakı musadirə edilir və özü isə həbs olunub Sibirə göndərlir. Sonradan isə bu əraziyə Lerikin Buzeyir kəndindən ilk köçlər gəlməyə başlayır. Buzeyirdən gələn köçlər kəndin şimal-şərqində yerləşən “Köhnə Ləj” və ya “Bızəyjoba” (Buzeyoba) (Yaxın və uzaq keçmişimizdən) deyilən yerdə məskunlaşırlar. Ləj kəndinin əhalisinin əksəriyyəti Lerik rayonunun Mistan, Mondigah, Bılaband, Buzeyir, Hoveri, Nısli, Pirasora, Rəzgöv və Tüədo kəndlərindən köç etmiş tayfalar təşkil edir. 1 yanvar 2012-ci il tarixinə əsasən kənddə 465 təsərrüfat və 1821 nəfər əhali var (Lənkəran Şəhər İcra Hakimiyyəti xəbərləri: İcra Başçısının Ləj kəndinə səyyar qəbul görüşü keçirildi – yayımlanma tarixi: 2012-12-27). Qeyd etdiyim kimi Karpoviç öz mülklərinin bir hissəsini Hac İsaya satdıqdan sonra bu ərazilərdə çəltikçilik təsərrüfatı inkişaf etməyə başlamışdır. Dəyirman olmadığına görə çəltiyi “ding” (çəltiki üyüdüb təmizləmək üçün qurğu) vasitəsi ilə emal edirdilər. Kəndin qərb hissəsindəki torpaqların adı indidə “İsdil” (çəltik sahələrini suvarmq üçün su hövzəsi), “qədə se” (talışca – balaca düzən), “Yolə se” (talışca-böyük düzən) adlanır. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulur və 1922-ci ildə Ləj kəndinin ilk dəfə rəsmi olaraq təyin olunur. Azərbaycanda “kolxozlaşma” (1937) başlayanda artıq kəndin əkinə yararlı torpaqlarında çayçılıq təsərrüfatı yaranmağa başlayır. Nəhayət ki, 1958-ci ildə “Lənkəran çayçılıq sovxozu” yaradılır və Ləj kəndi də həmin sovxozun tərkibndə öz təsərrüfatını inkişaf etməyə başlayır. Sovxozun ilk direktoru Məmməd Quliyev olmuşdur. Məhz Quliyevin dövründə Ləj kəndinin rayona çıxış yolu çəkilir. Deyilənlərə görə o zamanlar palçıqları kisələrə doldurub bir-birinin üstünə düzübər və indiki hündür asfalt təpə yol şəklinə salıblar. Bir neçə ildən sonra Ləj kəndinin ilk ali təhsilli mütəxəsisi Adil Musarıza oğlu Səfərov (1934-1992) sovxozun direktoru (1967-1988) olmuşdur. Bu dövr ərzində kənd əhalisinin yaşayış şəraiti xeyli yaxşılaşmış və inkişaf etmişdir. Kənddə məktəb, kitabxana, tibb məntəqəsi tikilib istifadəyə verilir. 1989-cu ildə “Ləj çayçılıq sovxozu” yaradılır və beləliklə, Ləj kəndi müstəqil təsərrüfat olaraq fəaliyyətə başlayır. Ləj çayçılıq sovxozunun ilk direktoru Fərəc Calalov olmuşdur, sonra isə Mammməd Məmmədov adlı şağlaqkücə kənd sakini olmuşdur. 1996-cı ildə Azərbaycanda torpaq islahatı başlayarkən sovxozlar ləğv edilib torpaqları isə kənd sakinlərinə paylanır. Məhz torpaq islahatından sonra kənddə maldarlıq və əkinçilik daha çox inkişaf etmişdir. 1999-cu ildə Ləj kənd Bələdiyyəsi yaradılmışdır. Onun ilk sədri Ümidvar Babəli oğlu Vəliyev olmuşdur. Ümidvar Vəliyevin bələdiyyə işlədiyi dövürlərdə Ləj kəndində çoxlu kənd problemləri həllini tapmış və bir çox sosisal problemlər aradan qaldırılmışdır.Vəliyev Ümidvarın sədrliyi altında Ləj bələdyyəsi hər il qış qabağı qışa hazırlıq tədbirləri görürdü. Lakin 2011-ci ildən Ləj kənd Bələdiyyəsi Haftoni qəsəbə Bələdiyyəsi ilə birləşir. Onun sədr isə Rövşən Zeynalov seçilir.
Ləj kəndinin ərazisi ilk dəfə 1922-ci ildə təyin olunması onun gələcəyinə doğru atılmış ilk addımlardan idi. Ləj kəndinin sosial-mədəni həyatından danışdıqda burada yaşayəş məskəninin yaranması və formalaşması bölgəmiz üçün səciyyəvi olan əkinçilik və oturaq maldarlıq kimi təsərrüfat formaları mühüm rol oynamışdır. Ləj kəndində həyat məhz bataqlıqdan başlamışdır.XX əsrin əvvələrində insanların oturaq toxuma sənəti növləri olan həsirtoxuma, yun əyirmə, oyma və xalçatoxuma kimi sənət növlərinin yayılması onların bir-birin ilə inteqrasiya əlaqələrnin yaratmasına gətirib çıxarmışdır. Ləj kəndinin formalaşmasında bu amillərin böyük rolu vardır. Vaxtı ilə keçilməz bataqlıqlı qalın meşələrdən ibarət olan Ləj ərazisi zaman-zaman abadlaşdırılmış və Zuvand dairəsindən gələn köçlər tərəfindən məskunlaşdırılmışdır. Çünki Lerik rayonunda açıq sahələrdə və ya dağ dərələrində yaşayan tayfaların sələfləri olduğuna görə Ləj ərazisinə gələn kimi buranıda öz əcadlarının yaşadığı ərazi kimi abadlaşdıraraq bu yerləri keçilməz meşə və tikanlı kollardan təmizləmş burada kiçik qamışdan olan kiçik “ləmlər” qurmuşlar. Burada ilk vaxtlar tikilən evlər tipik Talış memarlığının bir hissəsi olan “ağac ləm” formalı komalar tikilmiş dir.Lakin sonralar bu evlərin çoxu yer üzərində tikilmiş bəziləri də 2 və ya 3 daş üzərində tikilmişdir. Bu evlər 4 daş üzərində yerləşdirilmiş dirəkləri çırpılarla hörüb içərisini palçıqla dolduraraq tikmişlər. Bu tipli evlərə “Sünnə kə”, “Puştə kə” (talışca puştalı evlər deməkdir) deyirlər. Bu cür evərin dam örtüklərini qurmaq üçün yerə basdırılmış dirəklərin üstünə “Kətıl, nal” (Talışca köndələn qurşaqlar) qoyulur. Bu kətıllərin üzərinə dam milləri düzüb qarğı-qamış tökürlər, torpaqlar və palçıqla suvanır. yğış və qar suyunun içəri sızmaması üçün damın örtüyü “konusvari” və ya” balıqbeli” formada düzəldilir və lığla örtülürdü. Belə tipli evlərin adətən bir kiçik pəncərəsi və qapısı olurdu. Pəncərə şüşəsinin ətrafı palçıqla suvanırdı ki, şüşə yerində qala bilsin. Evin eyvanı çox dar olub və qabağı dirəklər üzərində yerləşən konstruksiyadann ibarətdir.İllər keçdikcə insanların maddi durumu yaxşılaşmış, bunun muqabilində evlərin tikilməsində və quruluşunda xeyli muasirləşmə olmuşdur. Ləj kəndində bişmiş kərpicdən ev ilk dəfə 1962-ci ildə tikilmişdir. Hal-hazırda kəndimizdə muasir tipli müəyyən sayda yerli arxitekturaya uyğun evlər var. Kənd ağsaqqalları ilə aparılan söhbətlər nəticəsində məlum olub ki, Ləj kəndinin tarixi XIX əsrin əvvəllərindən başlayır. Əhalisi Lerik rayonundan buraya köçüb gəlmişlər. Bu köç edənlərdən biri də MəmmədQasım kişinin ailəsi olmuşdur. Onun nəticəsi hal-hazırda Ləj kəndində yaşayan Qasımov Salman Rəhim oğludur. Onun dediyinə görə onun atası Qasımov Rəhim Xudaverdi oğlu (1891-1991) Ləj kəndində doğulub boya-başa çatmışdır. Rəhimin atası – Xudaverdi kişinin 6 (altı) yaşı olanda atası (yəni Qasımov Salmanın ulu babası) Məmmədqasım kişi öz ailəsi ilə birlikdə ləj kəndinə köçmüşlər. Buna əsasən demək olar ki, Ləj kəndinə ilk köçlər XIX əsrin əvvəllərinə təsadüf edir. Ləj kəndinin şimal-şərqində ilk dəfə 1980-cı ildə Ləj qəbiristanlığı tikilib. Kənd sakinləri əvvəllər öz ölülərini Lənkəran şəhəri yaxınlığında yerləşən “Sardaxıl” adlanan qəbirsanlıqda dəfn edirdilər. Yolun çox uzaq olması əlbətdəki Ləj camaatın çətinliyə salırdı . Ona görədə kəndin” “Bızəjoba” (buzeyir obası” adlanan hissəsində ilk ölülərini dəfn etdilər. Lakin sonradan bu fikri dəyişərək sonrakı ölülərini Ləj kəndinin indiki qəbirsanlığı ərazisində dəfn etməyə başlayıblar. Ləj kəndində ilk “televizor ” 1961-ci ildə Şükürov Malinin evində olmuşur. Ləj kəndində ilk telefon xətti isə 1962-ci ildə kənd sakini və sovxozun direktoru Adil Səfərovun evində çəkilmişdir. Ləj kəndində ilk “Rekord” markalı “radio xətti” kənd sakini və kəndn poçtaliyonu Cəfərov Əhəd Yədulla oğlunun evində çəkilib. Ləj kəndində ilk “işıq” 1957-ci ildə kənd sakini əslən Lerikin “Mistan” kəndindən olan Damad Əliyevin evində “motor” sistemi ilə qoyulmuşdur. 1963-cü ildə Ləj kəndi ərazisində ilk kolxoz qurulmuşdur. Belə ki, 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Ləj kəndi Haftoni qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmən kənd mərkəzi olmaqla Ləj kənd inzibati ərazi dairəsi yaradılmışdır və Azərbaycan Respublikası ərazi vahidlərinin Dövlət reyistrinə daxil edilmişdir. (“Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu” az. president. az 23 dekabr 2011, 20:40. İstifadə tarixi 2014-05-05). Ləj kəndinin koordinatları -38 dərəcə 45`34 dərəcə şm.e.48 dərəcə 47`33 ş.u.Saat qurşağı UTC+04:00 –dir.
Ləj kənd Çayxanası
Ləj kəndində yerləşən məişət obyektlərindən biridə Ləj kənd çayxanasıdır. Əvvəllər Ləj kənd çayxanası indiki çayxanadan çox-çox aralıda, kəndin şərq hissəsində, köhnə məktəb binasının yanında yerləşirdi. Çünki əvvəllər kəndin mərkəzin də elə ora idi. Lakin köhnə çayxana, indiki çayxanadan fərqli olaraq çox kiçik və şəraitsiz idi. O çayxana uzunluğu 3 metrdən ibarət olan dəmir vaqondan ibarət idi və arxasında da kiçik bufet yerləşirdi. O çayxana , kəndin yox, məktəbin çayxanası olsa da, kənd camaatına da xidmət göstərirdi.
Şəkil. Ləj kənd çayxanası.
Köhnə çayxanada günortadan sonra “Qrup”a gələn məktəb uşaqlarna pulsuz yemək veilirdi. Çünki o zaman bufetlə çayxana bir yerdə idi. Köhnə çayxanada bir neçə kənd sakini işləmişdir. Lakin bu çayxanada ən çox işləyən şəxs veteran Qənbərov (Əliyev)Aşur Məmi oğlu olmuşdur. O, hal-hazırda yeni tikilmiş N.Aslanov adına Ləjkənd tam orta məktəbinin çayçısıdır. Lakin kənd böyüdükcə onu ərazisidə genişlənməyə başladı və bu da kənd mərkəzinin dəyişməsinə gətirib çıxarmışdır. Kəndin mərkəzi indiki çayana yaxınlığına köçdüyünə görə kənddə yeni çayxananın tikilməsi zərurəti yarandı. Elə bu səbəblərdən də böyümüş kəndin və çoxalmış əhalinin ehtiyaclarını təmin etmək üçün yeni çayxana tikilməsinə qərar verilmişdir. İlk öncə əvvəlki çayxanadan bir az böyük, lakin “mişar“ daşlarından olan çayxana tikildi. Sonrlar isə onunla bərabər sovet dövründən qalma mağaza müvəqqəti olaraq əlavə çayxanaya çevrildi. Lakin son illərdə isə o sökülərək yeni böyük çayxan tikildi. Bu çayxana hal-hazırda bütün Ləj camaatının çaya olan ehtiyacını təmin edir. Bi çayxanada çox gözəl “pur rəngi” çay verlir.
Ləj kənd Mağazası
Ləj kəndinin məişət obyektlərindən biri də Lə kəndinin mərkəzində yerləşən böyük mağazadır. Bu mağaza Ləj kəndinin tarixində mövcud olmuş ən böyük mağazadır. Əvvəllər Ləj kəndində kiçik bir mağaza olmuşduur və o, sovet dövründə fəaliyyət göstərişdir.
Şəkil. Ləj kənd mağazası
Ləj kəndindəki köhnə mağaza indiki kənd mağazasından çox aralıda, yəni kəndin şərq tərəfindəki ərazisində, köhnə məktəbin yanında yerləşmişdir. Ləj kəndinin köhnə mağazası çox kiçik həcmli olmuşdur. Ləj kəndinin köhnə mağazasının ən uzunmüddətli zanbağı kənd sakini Cəfərov Faiq Əhəd oğlu olmuşdur. Onun işlədiyi dövrlərdə Ləj mağazası Ləj kənd camaatının ərazğa olan bütün ehtiyaclarını ödəyirdi. Cəfərov Faiq Əhəd oğlu mağazada işlədiyi dövürlərdə demək olar ki, bütün kənd sakinlərinə əlindən gələn köməkliyi göstərmişdir. Uzun illər keçsə də Ləj camaatı hələ də Cəfərov Faiq Əhəd oğlunun yaxşılıqlarını unutmur və onu həmişə ehtiramla yad edir.Lakin sonralar Cəfərov Faiq Əhəd oğlu qəflətən vəfat etmişdir.Lakin köhnə mağazada Haftoni qəsəbə sakini Baxşiyev Baxşiəli Yavər oğlu (qəzada ölüb), Ləj kənd sakini Quliyev Rza, Lənkəran şəhər sakini Bəxtiyar və Aydın adlı şəxslər satıcı vəzifəsində işləmişlər.
Lakin kənd mərkəzi dəyidiyinə görə yeni böyük mağazaya ehtiyac duyuldu. O, səbəbdən də Ləj kəndində indiki mağaza tikildi. O birf müddət fəaliyyət göstərdi. Onun satıcısı Hafton qəsəbə sakini Rüstəmov İbrahim İsrafil oğlu idi. Lakin Sovet höküməti dağıldı və dövlət mağazaların fəaliyyətlərini dayandırdı. Sonralar isə elə həmən mağazanı kənd sakini olan “Qarabağ veteranı” Əhədov Şaiq Qafur oğlu işlətməyə başladı. Bu gün bu magaza kənd camaatının bütün ərzaq və digər məmlatlara olan ehtiyacını yüksək səviyyədə ödəyir. Mağaza satıcıları Ləj sakinlərinin qulluğunda layiqincə dayanır. Bu mağazada ərzaq məhslları ilə yanaşı kiçik həcmli santexnika əşyaları satılır.
Ləj kənd Futbol meydançası
Ləj kəndinin ən önəmli yerlərindən biri də Ləj kənd futbol meydançasıdır Ləj kəndində əvvəllər futbol oynamaq üçün meydança olmamışdır. Sonralar isə kəndin qərb hissəsində böyük boş bir ərazi meydança üçün ayrıldı. Qısa bir müddət ərzində Ləj kəndndə futbola və digər idman növlərinə maraq artdı.
Ləj kəndində çox bacarıqlı futbolçular meydana gəldi. Ləj kəndinin yığma futbol komandası Lənkəra rayonunun digər kəndlərnin futbol komandaları ilə yarışda birinci yerə çıxmışdır. Bu dövrün ən yaxşı futbolçuları Şükürov Oqtay Mali oğlu, Novruzov Cəmil İslam oğlu, Novruzov Emin İslam oğlu, Rəhimov Rahim Rəhim oğlu, Cəfərov Cəmil Faiq oğlu, Rzayev Nazim Səttar oğlu və sair olmuşlar. Lakin sonralar meydança ərazisinin bir hissəsi yeni məktəb binasının tikilməsi üçün ayrıldığı üçün meydança ərazisiazaldı və sonralar isə öz əvvəlki əhəmiyyətini itirərək məktəb idman stadionuna çevrildi. Hal-hazırda həmən meydançanın qalan hissəsi hasara alınaraq məktəb ərazisinə qatılmış və məktəb idman dərsləri üçün istifadə edilir.
İpək yolu
Ləj kəndinin dövlət əhmiyyətli obyektlərindən biri də “İpək yolu” layihəsi ilə çəkilmiş yoldur.
Bu layihə hesabına Ləj kəndindən Lənkəran şəhər mərkəzinə gedən əsas magestral yolun üzərində kənd maşınlarının və nəqliyyatın hərəkəti üçün körpü tikilmişdir. Bu körpünün tikilməsi 2016-cı ildən başlamışdı. Uzun əməyin nəticəsindən Ləj kəndinin əsas yolunda bu möhtəşəm körpü tikilib tamamlanıb lakin istifadəyə verildiyi günü gözləyir.
***
Ləj kəndində 2013-cü ildə “Azərcell MMC” tərəfindən ötürücü “rabitə qülləsi“ qoyuldu. Bu rabitə qülləsi hal-hazırda təyin olunmuş məsafədə əhaliyə xidmət göstərilir. Bu rabitə qülləsi xüsusi generator sistemi lə işləyir.
Şəkil. Ləj kəndində Azərcell MMC-nin tikdiyi rabitə ötürücü qurğusu.
MƏDƏNİYYƏT
Sənətkarlıq
Ləj kəndinin tarixi qədim deyil. Lakin buna baxmayaraq bu kənddə çoxlu ziyalı və sənətkar ailələr yaşayır.Bu sənətkarlardan biri də vaxtı ilə Züvandın Mistan kəndindən buraya köçüb gəlmiş Əliyev Cahangir Həsən oğludur.O,öz ata-baba sənəti olan “kustar” (dəmirçi, msçi və qalayçı) sənət növünü Ləj kəndində davam etmişdir.O, 1928-ci ildə Lerikin Mistan kəndində dəmirçi və Misçi-Qalayçı sənətkar ailəsində dünyaya gəlmiş və sonralar ailəsi ilə birlikdə Lənkəran şəhərinin “Qalayçılar” məhəlləsinə köçmüşdür.Oradan da Ləj kəndinə köç etmişdir. 1941-ci ildə muharibəyə getmiş və “Böyük Vətən müharibəsi vteranı” olmuşdur.Sonralar onun sənətini övladları olan Əliyev Orucəli Cahangir oğu və Əliyev Böyükağa Cahangir oğlu davam etdirmişdir. Onlardan sonra isə bu sənət növünü Əliyev Orucəli Cahangir oğlunun övladları olan Əliyev Habil Orucəli oğlu və Əliyev Famil Orucəli oğlu və Əliyev Böyükağa Cahangir oğlunun övladı Əliyev Elşad Böükağa oğlu günümüzə qədər yaşatmaqdadır. Kənddə o zamanlar yayılmış digər sənət növləri isə hələ o dövrlərdə kənd təsərrüfatı alətlərinin səyyari yolla düzəldilməsi olmuşdur. Bu sənət növlərinə balta sapı, dəryaz sapı, dagez sapı, bel sapı, və digər olmuşdur. Belə ki, bu sənət növü ilə o zamanlar Lənkəranın Cil kəndindən buraya köçüb gəlmiş Nəhmətov Məhərrəm, Lerikin Mondigah kəndindən buraya köçüb gəlmi, Cəfərov Betullah Yədullah oğlu, Quliyev Qurban kişi, ev damı tikmə sənəti ilə Ağayev Mehman, Rəhimov Əliabas, evtikmə sənəti ilə Lerikin Mondigah kəndindən buraya köçüb gəlmiş Bayramov Nüsrət, taxta məmulatı sənəti ilə usta Sərhad (Məmmədov) məşğul olmuş, indi isə bu sənəti onun oğu Məmmədov Elxan davam etdirir . Ləj kəndində hal-hazırda çoxlu sayda və müxtəlif sənət növləri üzrə sənətkarlar vardır. Belə ki, bənnaçılıq sahəsində yeni gənc nəslin nümayəndələrindən Bayramov Eldar Nüsrət oğludur.O, atası Nüsrət kişinin bənnaçılıq sənətini davam etdirərək çox gözəl hündür kərpiç evlər tikir. Onun tikdiyİ kərpic evlər xüsusi memarlıq üslubunu özündə əks etdirir.Bənnaçılıq işi ilə məşğul olan digər gənc bənnalardan biri də Şaiq Mirzəyevdir. Şaiq Mirzəyev gənc olmasına baxmayarq çox gözəl üslubda və xüsusi gözəllikdə kərpic evlər tikir. Onun tkdiyi evlər təkcə kəndimizdə deyil, eləcədə digər kəndlərdə də hamını heyran edir. Digər gənc bənna isə Qasımov İlyas Qiyas oğludur. Qasımov ilyas da gənc olmasına baxmayaraq çox gözə “Mişar” daşlarından ibarət hündür evlər tikir. O da bu evləri tikərkən xüsusi memarlıq üslubuna fikir vermişdir.
Taxta hörmə və oyma sənəti
Ləj kəndində geniş yayılmış digər sənət növü də taxta ilə “hörmə” və “oyma” sənətidir. Bu sənətlə kənddə bir neçə nəfər məşğul olur. Belə ki, onlarf xüsusi hazırlanmış taxtalardan “Tavan”, “Pol” və pilləkən hörürlər. Onların gördükləri işlər Ləj kəndinin yerli memarlığının xüsusi üslubunu özündə əks etdirir.
Ləj kəndində “taxta-oyma” sənəti ilə məğul olan gənc ustalardan biri də Rəhimov Ramindir. O, taxta məmulatından xüsusi ustalıqla “klassik şərq üslubunda” oyma və hörmə işləri görür. O bu işləri görərkən çox ustalıqla sənət əsəri yaqradır və görənləri heyran edir. Usta Raminin gördüyü işlər nəinki Ləj kəndində, eləcə də digər qonşu kəndlərdə yayılıb.
Ləj kəndinin gənc taxta memarlarından biri də Qasımov Zamin Fərman oğludur. Onun taxatoyma işləri Lənkəran rayonunun evlərini bəzəyir. Qasımov Zamin Fərman oğlu bu işi çox ustalıqla görür ki bu da görənləri heyran edir.Qasımov Zamin Fərman oğlu digər sənətkarlıq işləri olan sanitexnika isi döşəmə hamam və məbəxlərin su yolu ilə qızdırılması işləri ilə də məşğul olur..Qasımov Zaminin gördüyü işlər nəinki Ləj kəndində eləcədə bütün rayonda bəyənilir.Qasımov amin Lənkəranb rayonunda bu sahədə tanınmış və təcrübəli sənəkarladandır.Ona qonşu Rusiyadan belə sifarişlər gəlir və o özişini xüsusi ustalıqla görür və digər işləə də öz xüsusi briqada işçilərini yollayır. Ləj kəndinin gənc sənətkar ustalarından biri də Hadıyev Ceyhun Rzabala oğludur. Hadıyev Ceyhun Rzabala oğlu bu sənəti öz atsından usta Rzabala Hadıyevdən əxz etmişdr.Onuatası Rzabala Hadıyev də rayoda tanınmış bir ənnadır. Onun bağladığı ev damları kənd evlərin bəzəyir. O, bu ev damlarnı xüsusi ustalıqla bğlayır.
Ləj kəndinin taxta oyma sənəti ilə məşğul olmuş sənətkarlarından bri də Bayramov Sabir Nəcəfəli oğludur.
Bayramov Sabir Nəcəfəli oğlu
Bayramov Sabir Nəcəfəli oğlu 1969 cu il iyulun 10-da Lənkəran raynunu Ləj kəndində anadan olmuşdur. Bayramov Sabir 1976-cu ildə Ləj kənd məktəbinə daxil olmuş və 1984-cu ildə oranı bitirmişdir. Sonra isə 1984 cü ldə Lənkəran Texniki Peşə məktəbinə daxil olmuş və 1987-ci ildə oranı bitirmişdir. O, 1987-ci ildə hərbi xidmətə getmiş və 1989-cu ildə orudan tərxis olmuşdur.Bayramov Sabir “taxtaoyma” sənətnə hələ uşaq çağlarından məşğul olmuş və taxtadan misli görünməmiş bəzəkli əşyalar düzəltmiş və gözəl sənət əsərləri yaratmışdır.
Bayramov Sabirin taxtadan hördüyü pilləkan, tavan, və pollar xüsusi ustalıqla hamının diqqətni cəlb edir. Bu gün Bayraamov sabirin sənət əsərləri rayon tədbirlərində də xüsusi sənət növü kimi bəyənilmiş və fəxri fərmanla təltif olunmuşdur.
Şəkil. Bayramov Sabir Nəcəfəli oğlunun əl işləri sərgilərdə
Hal-hazırda Bayramov Sabirin xüsusi emalatxanası var və o bu emalatxanada gecə-gündüz çalışaraq xüsusi sənət əsərləri yaradır.
Əliyev Nail Böyükağa oğlu
Ləj kəndinin sənətrkarlarından biri də Əliyev Nail Böyükağa oğludur. O,1979-cu il 12 apreldə Ləj kəndində anadan olmuş və orta təhsilini də Ləj kənd məktəbində almışdır. 1997-ci ildə hərbi xidmətə yola düşmüşdür. Əliyev Nail Böyükağa oğlu uzun müddət Ləj kəndində və rayonda video montaj, krosna antenalarının quraşdırılması, proqramist, kompyuter və mobil telefonlarının təmiri işi ilə məşğul olmuş və eyni zamanda sintezatorla toylarda müşaiət etmişdir. Hal-hazırda sanitexnik və malyar işi ilə məşğuldur.
Usta Səyahət Qismət oğlu
Ləj kəndinin sənətkarlarından biri də Səyahət Qismət oğludur. O, Ləj kəndində anadan olmuş və orta təhsilini də elə Ləj kənd orta məktəbində almışdır. Səyahət bu gün malyar-sanitexnika işləri üzrə mütəxəsisdir. Onun bu sahədə gördüyü işlər nəinki kənddə, hətta rayonda da bəyənilir. O,öz sənətini uğurla davam etdirir.
Şahverdiyev Fəzail Böyükağa oğlu
Ləj kəndinin sənətkarlarından biri də Şahverdiyev Fəzail Böyükağa oğludur. O, plastik qapı-pəncərə ustasıdır. Onun düzəltdiyi plastik qapı-pəncərə təkcə kənddə deyil bütün rayonda bəyənilir.
Usta Arzuman
Ləj kəndinin sənətkarlarından biri də usta Arzumandır. O, suvaq və divar hörmə işi ilə məşğuldur. Onun hördüyü divar işləri həm qonşu kəndlərdə və həmdə rayonda bəyənilir.
Məmmədov Nadir Orucəli oğlu
Ləj kəndinin malyar və taxtaoyma işləri ilə məşğul olan sənətkarlarından biri də Məmmədov Nadir Orucəli oğludur. O, 1977-ci ildə Ləj kəndində anadan olmuşdur. O,1984-1994-cü illərdə Ləj kənd orta məktəbində təhsil almışdır. Orta təhsilini başa vuran Məmmədov Nadir ali məktəbə sənəd verərək Lənkəran Dövlət Universitetinə daxil olur və 1998-ci ildə oranı bitirir. O, bir müddət Ləj kənd orta məktəbində Labaratoriyada çalışır. Hal-hazırda Məmmədov Nadir “malyar” və “taxtaoyma” sənəti ilə məşğuldur. Onun xüsusi hazırlanmış taxtalardan hördüyü xüsusi bəzəkli tavan və döşəmələr həm kənddə ,həm də ətraf kəndlərdə bəyənilir.O öz sənətini sevə-sevə davam etdirir.
Dostları ilə paylaş: |