Ləj kəndindəki ağır texnika və minik marşurutları
Ləj kəndində bir “buldozer”, 4 “kamaz“, bir “otbiçən“ maşın və bir “otəyirən“ maşın var. Ləj kəndində olan kənd təsərrüfatı texnikaları bunlardır. Buldozer-Rəhimov Əhliman Ağaqulu oğlu. İlin bütün fəsillərində Ləj camaatının xidmətindədir. O, bütün fəsillərdə Ləj kəndinin suvarma bəndlərini təmir edir.
Ləj kəndində Bəşirov Sulduz, Mehdi və Qasımov Qiyas və Rəhimov Sücəddin, Məmmədov Füzuli “Kamaz” markalı maşınla Ləj kəndinin mişar daşına olan ehtiyatcını təmin edirlər. Ləj kəndində bundan əlavə bir “softrans“ markalı maşın var və bu maşının sahibi Şərbətov Ədalətdir Heybət oğludur. Ləj kəndində bir “qaz-52“ və bir “qaz-53“ markalı yük maşını var. Bu maşınların sahibi İbrahimov Fəzail Əlizadə oğludur. O, hər zaman Ləj camaatının qulluğunda dayanır. Öz əməyi ilə kənd camaatının dərin hörmətini qazanmışdır. Bundan başqa kamaz sürücüləri olan Rəhimov Sücəddin Ağaqulu oğlu, Qasımov Qiyas, Mehdi, Məmmədov Füzuli Hüseynağa oğlu, Bəşirov Sulduz Zöhrab oğlu kənd sakinlərinə mişar daşlarına olan ehtiyaclarını ödəyirlər. Bundan başqa Əliağayev Hüseynağa babaxan oğlu, Əliağayev Nasim Asif oğlu, Şərifov İlqar Ağarıza oğlu, Cavadov Firdos Oğul oğlu yük maşınları ilə kənd camaatına səyyar qaydada xidmət edirlər.
Ləj kəndində hər cür nəqliyyat növü var. Ləj camaatı nəqliyat sarıdan əziyyət çəkmir. Belə ki, Ləj kəndindən respublikanın hər yerinə nəqliyyat marşurutu var. Nəqliyyat marşurutu üzrə işləyən şəxslər bunlardır. Rəhmanov Mahir-Lənkəran- Bakı-Lənkəran, Asəf Əzimov -Lənkəran-Bakı-Lənkəran, Şamo- Lənkəran-Lerik-Lənkəran,Tərlan Əliyev-Lənkəran-Bakı-Quba- Lənkəran-Lerik-Lənkəran, Qasımov Xəlil-şəhərdaxili, Qurbanov Balaşirin-Lənkəran-Bakı-Lənkəran, Mehdiyev Rahim-Lənkəran daxili, Bəşirov Elvin-Lənkəran daxili, Qasımov Eldəniz- Lənkəran daxili, Bəşirov Ulduz Lənkəran kəndlərarası, Fərəməz kəndlərarası, Qazel sürücüsü rasim ipək “özgün” firmasında çalışır. Marşurutlar üzrə işləyib Ləj camaatına və rayon camaatına hər cür xidmət göstərirlər.
Bərbərlər
Ləj kəndində iki bərbərxana və iki bərbər vardır.
Rüstəmov Rüstəm Rafiq oğlu Ləj kəndində anadan olmuş və orta təhsilini də elə Ləj kənd orta məktəbiondə almışdır. O,uzun müddətdir ki, Ləj kəndində bərbərlik edir. O, standartlara uyğun hər cür saç düzümü ilə məşğuldur.Onun gözəl saç düzümləri yaratması hər kəs tərəfindən bəyənilir.
Fərziyev Cəlal Xanbala oğlu Ləj kəndində anadan olmuş və öz orta təhsilini də elə Ləj kənd orta məktəbində almışdır. O, Ləj kəndində olan iki bərbərdən biridir. O, Ləj gənclərinə həvəslə xidmət edir.Onun öz sənətini sevməsi işində də bilinir. O, öz sənətini uğurla davam etdirir.
Ləj kəndində iki kafe var.
Ləj kəndində yerləşən kafelərdən biri kəndin qərb hissəsində, Ləkər çayının sahilində yerləşən kafedir. Bu kafenin sahibi Şaliyev İlham Nəriman oğludur. O, ilin hər fəslində müştərilərə xidmət edir.Bu kafe və yeməkxanada muasir üsulla şərq yeməkləri və milli mətbəximizin yeməkləri müştərilərin ixtiyarına verilir. Bu yeməkxanada qorsonluq işinin bacaran xüsusi gənclər müştərilərə xidmət göstərir.Belə gənclərə misal olaraq Cəfərov Firdos Cəmil oğlu və Rüstəmov Bəşir Ramazan oğlunu misal gəirmək olar.
Ləj kəndində yerləşən kafelərdən biri də Ləj kəndinin mərkəzində olan səyyari qaydada fəaliiyət göstərən yay kafesidir. Bu kafeni kənd sakini Rzayev Rəmiş Muxtar oğlu idarə edir. Bu kafedə Ləj gənclərinə yay aylarında öz bütün xidmətlərini (yemək xaric) göstərir.
Musiqi
Ləj kəndinin musiqisindən danışsaq əlbətdəki kəndə hələ sovet dövründə musiqiylə məşğul olan musiqi sənətkarları və onların fəaliyyət göstərdikləri musiqi instrumental ansambılından danışacağıq. Qeyd etmək istəyirəm ki, Ləj kəndində musiqi sənətindən danışdıqda, burad hələ 1970-ci illərdən musiqi sənəti ilə məşğul olmuş Əliyev Böyükağa Cahangir oğlu, Rzayev Cəbrail Nurəli oğlu, Baxşiyev Əzizağa Məhərrəm oğlu, Rayev Yaşar Nurəli oğlu ,Quliyev Faiq Ağalar oğlu, İbrahimov Ərəstun Əlisa oğlu, İbrahimov Zamin Əlisa oğlu, Rzayev Amil Cəbrail oğlu və Rzayeva Günay Cəbrail qızından bəhs etməliyik.
Əliyev Böyükağa Cahangir oğlu
Əliyev Böyükağa Cahangir oğlu 1950-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində dəmirçi- Misçi ailəsindən anadan olmuşdur. 1956-c ildə Ləj sakini Kamil kişinin evində olan ibtidai məktəbdə 5-ci sinifə qədər təhsil almışdır. 1956-cı ildə Lənkəran şəhərindəki 34 nömrəli texniki peşə məktəbinə gedib. 1961-ci ilə qədər isə Haftoni məktəbində 5-ci sinifdən sonrakı təhsilini davam etdirib. Əliyev Böyükağa Cahangir oğlu 1970-ci ildə hərbi xidmətə çağrılıb və 1972-ci ildə tərxis olunub. 1973-1976-cı illərdə Haftoni “gecə” məktəbində orta təhsilini başa vurub. O, eyni zamanda sovxozstroyda “rəngsaz” işləyib. Əliyev Böyükağa Cahangir oğlu 1973-1977-ci illərdə Respublika Həmkarlar İttifaqı Mədəniyyət Evinin direktoru olmuşdur. 2015-ci il noyabr ayında təqaüdə çıxmışdır. Mədəniyyət ahəsində bu günə qədər olan xidmətlərinə görə çoxlu fəxri fərmanlar, təşəkkürnamələr və diplomlarla təltif olunmuşdur. Əliyev Böyükağa Cahangir oğlu Ləj kəndində ilk dəfə olaraq ”Bahar bayramı” şənliyini kənd meydançasında keçirmş və irada lotoreya oyunları, şeir və mahnılarla müşaiət olunan bayram proqramı təşkil edib. Ayrıca Əliyev Böyükağa Cahangir oğlu Ləj kəndinin tarixində ilk dəfə olaraq “Ömrün bir anı” adlı sənədli səssiz kino filim çəkmiş və bu filimdə Ləj kəndini 1970-ci illərdən başlayaraq mədəni həyatını əks etmişdir. O, həmdə çox gözəl fotoqraf olmuşdur. Əliyev Böyükağa Cahangir oğlu Ali təhsillidir, ailəlidir və 8 uşağı var. Əliyev Böyükağa Cahangir oğlunun atası Əliyev Cahangir Həsən oğlu əslən Lerik rayonunun Mistan kəndində dəmirçi-misçi ailəsində anadan olmuş və sonralar Lənkərana köçmüşdür. Əliyev Böyükağa musiqi sənəti ilə hələ öz gənclik illərində Ləj kəndində, 1970-ci illərdə başlamışdır. Əliyev Böyükğa Cahangir oğlu bir neçə musiqi alətində ifa etmişdir. Belə ki, o, ilk əvvəl ”nağara” və sonralar isə ”gitara ”və ”iyonika” musiqi alətlərində ifa etmiş və bu sənət növləri üzrə sonralar öz evində fərdi musiqi dərsləri tədris etmişdir. O, sonralar bu sənəti öz övladları Əliyev Elşad Böyükağa oğluna (İyonka alətində ifa) və Əliyev Nail Böyükağa oğluna (Sintezator, tar, saz və gitara alətində ifa etmə) ötürmüşdür. Övladlarıda bu sənət növlərini zaman-zaman davam etdirərək kənd toylarında ifa etmişlər. 1985-ci ildə Əliyev Böyükağa Cahangir oğu Azərbaycan İncəsənət Universitetinə daxil olmuş və 6 ildən sonra oranı müvəfffəqiyyətlə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra o, Haftoni dövlət klubunda uzun müddət müdir vəzifəsində çalışmı və Lənkəran mədəniyyət sahəsinə öz töhvələrini vermişdir. Klubda işlədiyi müddət ərzində o, çoxsaylı rayon və kənd tədbirlərini və bayram şənliklərni təşkilatçısı olmuş, güclü ssenarilər yazmışdır. Hal-hazırda təqaüdçüdür və təbabət elmi ilə məşğuldur.
İbrahimov Ərəstun Əlisa oğlu
Ləj kəndinin müsiqi sənətkarlarından biri də İbrahimov Ərəstun Əlisa oğludur. O, 1976-cı ildə Ləj kəndində anadan olmuş və orta məktəbi də burada başa vurmuşdur. İ.Ərəstun hərbi xidmətdən qayıdan kimi o zamanlar musiqi sənəti ilə məşğul olan dayısı Rzayev Cəbraildən zərbçalma sənətini öyrənir və qısa müddətdə şöhrət qazanır. Hal-hazırda rayonda xüsusi müsiqi qrupu ilə toy mərasimlərində iştirak edir.
İbrahimov Zamin Əlisa oğlu
Ləj kəndinin müsiqi sənətkarlarından biri də İbrahimov Zamin Əlisa oğludur. O,1980-cı ildə Ləj kəndində anadan olmuşdur. Orta təhsilini də orda başa vurmuşdur. Sonra isə qardaşı ilə bərabər müsiqi sənətinə yiyələnmiş və uzun müddət rayon toylarında qoşanağarada müşayiət etmişdir.
Rzayev Cəbrail Nurəli oğlu
Rzayev Cəbrail Nurəli oğlu, 1955-cu ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. O, ilk təhsilini Ləj məktəbində almışdır. Rzayev Cəbrail Nurəli oğlu musiqi sənətinə hələ gəncliyində başlamışdır. O, nağara musiqi aləti üzrə uzun müddət bu sənəti davam etdirmiş və kənd toylarında bu alət üzrə ifa etmişdir. Rzayev Cəbrail Nurəli oğlu, uzun dövr ərzində bu sənət növünü inkişaf etdirərək öz övladları Rzayev Amil Cəbrail oğluna (ilk vaxtlar nağara, sonra isə zərb musiqi aləti üzrə) və Rzayev Amid Cəbrail oğluna (klarnet aləti üzrə) ötürmüşdür.
Baxşiyev Əzizağa Məhərrəm oğlu
Baxşiyev Əzizağa Məhərrəm oğlu 1947 -cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. O anadangəlmə kor olduğuna görə orta təhsil almamışdır. Lakin buna baxmayaraq allah tərəfindən ona xüsusi bir klarnet alətində ifaetmə və xüsusi ”xanəndəlik” qabiliyyəti vermişdir. Bu dövrlər ərzində öz sənəti ilə kənd toylarını bəzəmiş və sonralar bu sənəti övladlarına ötürmüşdür.
Meyxana sənəti
Calalov Hüseyn Xudaverdi oğlu
(Hüseyn Vahid)
Calalov Hüseyn (Vahid) Xudaverdi oğlu 1983-cü il yanvarın 24-də Lənkəran rayonunun Ləj kəndində sənətkar ailəsində dünyaya gəlmişdir. O, 1990-cı ilin sentyabr ayında Ləj kənd orta məktəbinin I sinifinə getmiş və 1999-cu ilin may ayından Lənkəran Kənd Təsərrüfatı Texnikomunun “Avtomobil Nəqliyyatının İstismarı və Təmiri” fakültəsinə daxil olmuşdur. Calalov Hüseyn Xudaverdi oğlu meyxana sənətinə 2001-ci ildən başlamışdır və ilk yazdığı meyxanası “kasıbların həyatı” olmuşdur. Bu dövrlərdə Hüseyn səyyari qaydada toylarda çoxlu meyxanalar demişdir. 2002-cü il tarixində oranı bitirərək hərbi xidmətə getmişdir. Hərbi xidməti 2004-cü ildə başa vuran Calalov Hüseyn Xudaverdi oğlu 2001-ci ildə yazdığı “Kasıbların həyatı” meyxanasını 2005-ci ildə klipləşdirmiş və ilk dəfə Lənkəran Televiziya kanalına öz klipini çıxarmış və LTV-yə ilk klip çıxaran şəxs kim daxil olmuşdur. Bu klipi ilə məşhurlaşan meyxanaçı müəllimi tərəfindən “VAHİD” ləqəbini almışdır. Elə o klipdən sonra çoxlu məclislərə və toy-düyünə dəvətlər almışdır. Snralar sənətkarın “Vətənimdir”, “Sevgili afət”, “Cənubdur unvanım mənim”, “Sevfi nəğməsi” adlı musiqili meyxanələri və” Hanı”, Susar axirətdə, susar danışmaz”, “Dünya” adlı və sair şerləri işıq üzü görmüşdür. Meyxanaçı Hüseyn Vahid hal-hazırda öz yeni meyxanaları üzərndə çalışır və toylara getməyə davam edir. Hüseyn vahid bu gözəl meyxana obrazına görə müxtəlif formada fəxri fərmanlarla təltif edilmişdir.
COĞRAFİYASI VƏ İQLİMİ
1. Qış fəsli.
Ləj kəndində qış fəsli çox sərt olur. Belə ki, 0 dərəcədən başlayarq -6 dərəcəyə temperatura düşəndə hər tərəfi şaxta bürüyür. Ləj havası rütubətli olduğu üçün şaxtadan dərhal bütün hər şey donur. Qış aylarında qalın qar yağır, 1 ay boyunca sərt soyuqlar olur, 2 həftə boyunca güclü şaxtalar başlayır, bütün çay və göllər donur.
2. Yaz fəsli
Yaz fəsli Ləj kəndində xüsusi bir gözəlliklə başlayır. Yazda hər tərəfi yaşıllıq bürüyür. Belə ki, qış fəslində qalın qarın altında qalıb əzilmiş bitkilərin yerinə yeni və təzə tər yamyaşl otlar bitir. Qışdan bir müddət sonra gözqamaşdırıcı bir gözəllik hər tərəfi bürüyür. Yazda Ləj kəndində bənövşələr yasəmənlər bitir.
3. Yay fəsli
Ləj kəndində yay fəsli ilk əvvəl sərinliklə başlayada sonra ürək açan olmur. Belə ki, Ləj kəndində hava çox boğanaq və dözülməz olur. Qışda hər yeri bürüyən rütubət yayda günəşin şüaları altında buxarlanmaya gətirb çıxarır. Bu da xəstəliklərə səbəb olur. Yay aylarında Ləj kəndində hava o qədər isti olur ki, suvarma kanalları quruyur və quyuların suyu minimuma enir.
4. Payız fəsli
Ləj kəndində payız fəslinin xüsusi gözəlliyi var. Belə ki, yaz fəslində Ləj kəndində yarpaqlar öncə saralır və sonra yerə tökülür. Daha sonra isə güclü yağışlar yağır. Ləj kəndində o qədər güclü yağışlar yağır ki, hər yanı sel basır. Bu sel demək olar ki, sosial həyatı iflic edir. Bütün əraf palçıq olur və adama saqqız kimi yapışır.
5. Ləj kəndində ağac tipləri. Ləj faunası və florası.
Ləj kəndinin faunasını əsasən enliyarpaqlı ağac növləri təşkil edir. Belə ki, əvvəllər qalın və keçilməz Ləj meşəsini “Sipi çü” (ağ ağac), “Bəlel” (Palıd), Vən, Üləs, Kıv, Vızım, Tinığ, Razdar tipli ağaclar bəziyirdi. İndi isə onlardan əsər-əlamət qalmamışdır. Ləj kəndinin yol qıraqların əsasını “Liqustra” tipli ağaclar bəziyir. Ləj meşəsində vaxtı ilə müxtəlif cür hündür və çox böyük enliyarpaqlı “Dəmirağacı”, “Sipiçu”, “Razdar”, “Tinığ”, Vən, Üləs və sairə tipli ağaclar bitirdi. Bundan başqa Ləj kəndində çay plantasiyalarını qorumaq üçün “Çinar” tipli ağaclar da var idi. Bundan əlavə Ləj kəndində qış aylarında sel kəndi basır və bir müddətdən sonra su geri çəkilir.
Yanvar
Mart

May
İyun

Avqust
Ləj kəndi digər ətraf kəndlərə nisbətən dərin çökəklikdə yerləşir. Su yerin səthindən 1.5-2.0 m dərinlikdən çıxır. Ləj kəndinin cənub-qərb və şimal-qərb hissəsi meşə zolaqları ilə əhatələnib. Kənddə avtomobil çıxış yolu qərb tərəfində axan Ləkər çayın (talışca Ləkəru və ya Ləkəvu) üstündə yerləşən talışca” Semendə pard” adlanan-simend körpü vasitəsi ilə Haftoni qəsəbəsi ilə birləşir. Cənub-qərbdən vaxtı ilə orada əkilmiş kələm bağına uyğun olaraq talışca “kələmə hi” - yəni kələm bağı adlanan əraz ilə Şağlakücə və talışca “dilənkə” adlanan yerdən isə kərgəlan kəndi ilə sərhəddir. Ləj kəndinin yerləşdiyi ərazi deyilənlərə görə, bataqlıqdan ibarət olmuşdur. Ləj kənd elə öz adını buradan almışdır. Belə ki, Ləj kəndinin əvvəllər bataqlıq və yararsız bir ərazidən ibarət olsa da bu gün bu ərazidə bir kənd yerləşir. Lakin illər keçsədə, bataqlıqlar qurusa da onun fəsadları bu gün də Ləj əhalisinə ziyan verməkdədir. Uzun illər boyu buranı abadlaşdırıb, təmiz bir əraziyə çevirən Ləj camaatı günümüzdə də rütubətlikdən və onun nəticəsində yaranan “revmotizm” xəstəliyindən əzyyət çəkir. Burada nisbi rütubət yüksək səviyyədədir. Ləj kəndinin havası çox ağır və suludur. Ləj kəndində qış, payız və yaz ayları çox soyuq və sərt olur. Qış günləri çox uzun bir müddətə Ləj kəndi camaatını müxtəlif problemlərlə üzləşdirir. Ləj kəndində əvvəlki illərdə çox qalın qar yağmış və çox güclü şaxtalar olmuşdur. belə ki, o zaman qar 70-sm, bəzən də 1m olmuşdur. Lakin bəzi illərdə qar yağmamışdır. Ləj kəndi ilk yarandığı vaxtlar qazlaşdırma olmadığı üçün meşə evlərərdə istilik peçləri olmuş və onları odunla isitmişlər. Sovetlərn on illik planlarında 1983-1985-ci illərddə qazlaşdırılmışdır. Lakin SSRİ dağıldıqdan sonra Ləj kəndi 2016-cı ilə qədər qazsız qalmışdır. Bütün bu illər ərzində Ləj kəndi camaatı qışı çox ağır şəkildə keçrmiş və çox böyük problemlərlə uzlaşmışlar. Lakin H.Əliyevin prezidentliyin ilk illərində cənub rayonlarının qazlaşdırılması layihəsinə Lənkəran və onun kəndləri də daxil edildi. Uzun sürən cabalardan sonra prezident İlham Əliyevin cənub regonlarının qazlaşdırılması layihəsinə start verildi və buraya Lənkəranın kəndləri də qazlaşdırılmağa başlandı. Nəhayət ki, kənd ağsaqqallarının, kənd ziyalılarının və uzun müddət mədəniyyət sahəsində çalışmış Əliyev Böyükağa Cahangir oğlunun və ARB telekanalında işləyən Əliyev Azər Böyükağa oğlunun xüsusi reportajı ilə kəndin bu problemi ARB TV-nin efirində işıqlandırıldı və bu barədə Əliyev Böyükağa Cahangir oğlunun öz evində verdiyi xüsusi reportaj öz bəhrəsini verdi.
Şəkil. Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Taleh Qaraşov cənabları Ləj kəndində mavi yanacağın açılışında.
Belə ki, Rayon İcra başçısı çox hörmətli Taleh Qaraşov cənblarının yüksək səyi nəticəsində Ləj kəndinə 2016-cı ildə qaz çəkildi. Həmən gün Ləj camaatı üçün bayram günü idi. Ləj camaatı bu günü çoxdan gözləyirdi ki, Taleh Qaraşov cənabları bu mavi yanacağın çəkilməsini reallaşdırıb xəyallardan gerçəyə dönüşdürdü.etdi. Məhz onun sayəsində Ləj kəndi mavi yanacağa qovuşdu.
Şəkil. Ləj kənd sakini tarixçi Aqşin Əliyev mavi yanacağın açılışında ARB tv-yə musahibə verərkən.
ƏHALİSİ
Əhalisinin əksəriyyəti Lerik rayonunun Bılaband, Buzeyir, Hoveri, Mistan, Mondigah, Nısli, Pirasar, Razgov və Lənkəran rayonunun Tüədo kəndlərindən köç etmiş talış tayfaları təşkil edir. 1 yanvar 2012-ci ildə kənddə 465 təsərrüfat və 1.821 nəfər əhali yaşayır. (Lənkəran Şəhər İcra Hakimiyyəti: Xəbərlər: İcra Başçısının Ləj kəndində səyyar qəbul görüşü keçirildi. –yayımlanma tarixi :2012-12-27)
Ləj kəndində əhali əvvəlki illərə nisbətən orta azalmaya doğru gedir. Sovet dövrü ilə muqayisə etsək görərik ki, ölümlə doğum bərabərdi. Yəni yaxın 25 ildə Ləj kəndnin əhalisi artmamış və əksinə azalma müşahidə olunmuşdu. Lakin 1989-cu ilin siyahıyaalması ilə muqayisə etsək görərik ki Ləj əhalisi 1989-cu ildə 1061 nəfər olmuşdur Deməli 24 il ərzində kənd əalisi cəmi 800 nəfər artmışdır.Bu da çox ölü bir rəqəmdir.Lakin 2012-ci il 1 yanvar statistikasına görə isə Ləj kəndində 1821 nəfər adam yaşayır. Ləj kəndinin əhalisinin 20 faizi rusiyaya qazanc dalınca getmişdir.
Ləj kəndində əhainin əsas antropoloji quruluşu və xarici görünüşü müxtəlifdir. Belə ki, kənd cavanlarında əvvəlki illərlə muqayisədə sarı saçlı-mavi gözlü, qara saçlı-qəhvəyi gözlü, qonur saçlı-qəhvəyi gözlü, xına saçlı-göy gözlü və qara saçlı-dar gözlü ,qara saçlı qəhvəi gözlülülük muşahidə olunur. Ləj kəndi cavanları əvvəlkilərə nisbətən orta-uzun boyludur. Qaşlar əsasən orta-seyrək, kiprklər qısa, almacıqlar dartınmamış vəziyyətdə, çənə orta-çəkilmiş formada, düz burunlu orta-qərbi balkan tipindədir. Ayaq barmaqları isə əsasən baş brmaq orta uzunluqda, sonrakı barmaq ondan uzun vəziyyətdə, digər barmaqlar isə böyükdən kiçiyə doğru düzülmüşdür ki, bu da onların bu cür ayağ quruluşuna görə roma-balkan ayaq tiplərinə daxil olduğunu göstərir.
Kənd əhalisinin əksəryyətini orta yaşlı gənclər təşkil edir. Bu Ləj kəndnin toy-düyün və üzür mərasimlərində muşahidə olunur. Ləj kəndinin qoca nənələri əsasən ənənəvi milli geyimdədirlər. Orta yaşlı qadınlar isə orta milli və yeni tipik kənd geyimində, gənclər isə yeni tipik və orta yeni geyimdə geyinirlər. Bu onların şəhər və ya paytaxt geyim şəraitinə uyğunlaşmaq istəməsi ilə yaranmışdır.
Nəsillər və tayfalar
Ləj kəndindəki nəsillərdən və tayfalardan danışdıqda o qeyd etməliyəm ki, bu cür termin son illərdə Ləj kəndnin siyasi birliyini parçalamışdır və bu da kəndin gələcəyini təhlükə altında qoyur. Ləj kəndində çoxlu tayfalar var və bunlar aşağıdakılardır.
Aslanovlar (Razgöv əsilli), Baxşiyevlər (Mondigah əsilli), Bayramovlar (Mondigah əsilli), Vəliyevlər (Mondigah əsilli), Vahabovlar (Mondigah əsilli) Qasımovlar-1 (Buzdeyir əsilli), Qasımovlar-2, Quliyevlər (Mondigah əsilli), Quliyevlər-2 (Nisli əsilli), Qənbərovlar, Əliyevlər-1 (Mistan əsilli), Əliyevlər-2 (Mistan əsilli), Əliyevlər-3 (Lüləkəran əsilli), Əliyevlər-4 (Mondigah əsilli), Əhədovlar (Mondigah əsilli), Əliağayevlər (Bılaband əsilli), Köçəriyevlər (Tuədo əsilli), Məmmədovlar (Mondigah əsilli), Məmmədovlar -2, Mehdiyevlər (Mistan əsilli), Mirzəyevlər, Nuriyevlər (Mondigah əsilli), Rzayevlər (Buzeyir əsilli), Şərifovlar (Mondigah əsilli), Hadıiyevlər (Mondigah əsilli), Cavadovlar (Tüədo əsilli), Şükürovlar (Tüədo əsilli), Rəhimovlar (Tüədo əsilli), Rəhimovlar-2, Rəhmanovlar (Mondigah), Şıxcanovlar (Tüədo əsilli), Şaliyevlər (Mondigah əsilli), Hadıyevlər-1 (Tüədo əsilli), Şərbətovlar (tüədo əsilli) və s. Bütün bu tayfalar və nəsillər hal-hazırda biri-birinə qız verib, qız alıblar və bu üzdən hamı qohumdur.
İQTİSADİYYATI
Ləj kəndi 1958-ci ildə Haftoni qəsəbəsi ilə birlikdə “Lənkəran” çay sovxozunu təşkil etmişdir. 1989-cı ildə isə “Ləj” çayçılıq sovxozu yaradılmışdır. Lakin 1966-cı ildə bir neçə ildən sonra fəaliyyətini dayandırmışdır. Azərbaycanda keçirilən torpaq islahatından sonra “Ləj” çayçılıq sovxozunun ərazisi çay plantasyaları ilə bir yerdə yerli əhali arasında bölüşdürülmüşdür. Elə bu ildən başlayaraq bələdiyyələr yaranmış və torpaqlar “Paybəlli” torpaq statusunda əhaliyə paylandı. Həmən dövrdə, çay bitkisinə qulluq etmək üçün fərdi təsərrüfatçılarının lazımi maddi-texniki bazası olmadığı və həmçinin ölkəyə xaricdən (əsasən İran) gələn ucuz çay məhsullarının mədaxili, habelə ölkədə çörək qıtlığı ucubatından, əhali çoxillik çay kollarını kökündən çıxararaq yerində əsasən taxıl məhsulları əkməyə məcbur olmuşlar. Hazırda kənddə 300-dən çox təsərrüfat vardır. Əhali əsasən maldarlıq, tərəvəzçilik və meyvəçiliklə məşğul olur. Kənddə bütün növ tərəvəzlərdən becərilir. Kənddə 1 böyük həcmli xırdavat və ərzaq dükanı, bir çörək zavodu, bir məktəb, bir tibb məntəqəsi, bir kitabxana, bir kənd Soveti, bir çayxana, bir məscid, bir qəbristanlıq var.
Təsərrüfat həyatı
Ləj kəndinin təsərrüfat sahələri çoxşaxəlidir. Buraya maldarlıq, əknçilik, arıçılıq, qoyunçuluq, quşçuluq, bağçılıq və bostançılıq daxildir. Ləj kəndinin camaatı bu sahələrlə məşğul olur və bununla öz təsərrüfat həyatını tənzimləyir.
Əkinçilik
Ləj kəndində mövcud olan təsərrüfat sahələrindən biri də əkinçilikdir. Əkinçilik Ləj kənd camaatının iqtisadi həytında ta əvvəldən xüsusi bir rol oynamışdır. Belə ki, kənd camaatı kəndin münbit torpaqlarında müxtəlf cür əkin növləri əkərək bazara çıxarmış və qisməndə qida ehtiyatı kimi istifadə etmişdir. Ləj kəndi ilə kəndin şimal-şərq ərazisində yerlşən meşənin kənarında boş münbit torpaqlarda qarpız, yemiş, turp, bibər, göyərti, badımcan, lobya, noxud və sair bitkilər əkərək dolanmışdır. Lakin meşədən başqa Ləj camaatı özlərinə məxsus həyətyanı sahələrdə belə bu cür əkin növləri əkib becərmişdir.
Maldarlıq
Ləj kənd camaatının məşğul olduğu təsərrüfat sahələrindən bri də maldarlıqdır. Maldarlıq Ləj camaatının ta qədimdən məşğul olduğu bir təsərrüfat sahəsidir. Ləj camaatı müxtəlif cür qaramal cins inəklər saxlayaraq özünün ətə, südə olan tələbatını ödəmişlər. Demək olar ki, Ləj kəndində hər evdə müxtəlif cür cins inəklər və onları saxlamaq üçün tövlə və şərait var. Kənd yerində inəklər otarmaq üçün bələdiyyə tərəfindən ayrılmış xüsusi örüş yoxdur. Elə bu səbəbdən də kənd inəkləri meşədə və meşə zolağına yaxın ərazilərdə otlayır. Lakin otlaq sahələrinin günü-gündən azalması kənddə inək saxlamaqla məşğul olanların sayını azaltmışdır.
Qoyunçuluq
Ləj kəndinin camaatının məşğul olduğu təsərrüfat sahələrindən biri də qoyunçuluqdur. Ləj kənd camaatı qoyunçuluqla hələ çox-çox əvvəllərdən məşğul olmuşlar. Ləj camaatı əsasən adi yerli cinsdən olan qoyun cinsi bəsləyir və artırırdı. Ləj kəndində əvvəllər otlaq sahələrinin qismən olması qoyunçuluğun inkişafına xidmət edirdi. Lakin ildən ilə Ləj kəndində otlaq, və ümumilikdə torpaq sahələrinin azalması qoyunçuluğa da ağır təsirini göstərmiş və ildən ilə bu sahəyə diqqət azalmışdır. Ləj kəndinin qoyun-quzusu isə meşə və ona yaxın boş ərazilərdə otlayır.
Quşçuluq
Ləj kənd camaatının məşğul olduğu təsərrüfat sahələrindən biri də quşçuluqdur. Ləj camaatı quşçuluq sahəsi ilə sovet dövründən məşğul olmuşdur. Quşçuluq Ləj kəndi camaatının əsas məşğuliyyəti sahələrindən birinə çevrilmişdir. Ləj kəndində Hind toyuğu, toyuq, sözbari, qaz, ördək və göyərçin saxlayırlar. Bu camaatın əsas qida ehtiyatını qismən ödəyir. Lakin digər quşlara nisbətən toyuq-cücə saxlamaq çətin bir problemə çevrilib. Ləj kəndində qış mövsümünün çox rütubətli keçməsi toyuq-cücənin xəstələnib tələf olmasına gətirib çıxarır.
Bağçılıq
Ləj kənd camaatının əsas təsərrüfat sahələrindən biri də “bağçılıq“dır. Bağçılığa gəldikdə Ləj kəndində sovet dövründə sitrus bitkilər – naringi, portağal, limon, karlo, qreyfrut və digər bitki növləri əkilib bəslənilmişdir. Bu cür sitrus çox ehtiyatlı bir şəraitdə saxlanılaraq yetişdrilirdi. Yetişdirilən sitrus meyvələri yeşiklərə vurularaq qatarla digər müttəfiq sovet ölkələrinə aparılırdı. Lakin müəyyən dövr ərzində qışın çox sərt və şaxtalı keçməsi bu tipdə olan bütün sitirus bitki kollarının yanmasına və donmasına gətrib çıxardı. Ləj kəndində xüsusi şəkildə ən çox sitrus bitkiləri yetişdirənlərdən Əlizadə Şərifovu, İslam Novruzovu, Babali Vəliyevi və sair. şəxsləri göstərmək olar. Lakin sonralar bu bitkini əkib becərmək çətin bir problem yaratmağa başladı.
Bostançılıq
Ləj kəndinin əsas təsərrüfat formalarından biri də “bostançılıq“dır. Bostançılıq sahəsi Ləj camaatının həyatında sovet dövründə xüsusi bir rol oynamışdır. Belə ki, sovet dövründə Ləj kəndinin meşə zolağı boyu Digah kəndi ilə sərhəddə yerləşən münbit torpaqlarda bol-bol qarpız və yemiş əkilirdi. O zamanlar Ləj qarpızı adla deyilirdi. Ləj kəndi sahələrində əkilən qarpızlar öz dadına görə çox şirin idi, Saatlı və digər rayonların ərazisində əkilən qarpızlardan heç də geri qalmırdı. Ləj kəndi sahələrində becərilən qarpız və yemişlər bazara çıxarılıb satılırdı. Ümumiyyətlə, meşə kənarında yerləşən qarpız sahələri xüsusi quyu suları ilə müəyyən müddətdə suvarılırdı. Onları gecələr bağın qırağında tikilmiş “ləmə” (bax-talışca “gözətçi postu”) ilə qoruyurdular. Çünki gecələr bu bağlar o zaman Ləj meşələrində mövcud olan qabanlar tərəfindən xarabaya çevrilirdi.
Tərəvəzçilik
Ləj kəndi camaatının məşğul olduğu əsas sahələrdən biri də “tərəvəzçilik“dir. Tərəvəzçilik Ləj camaatının təsərrüfat həyatında özünəməxsus yer tutur. Belə ki, tərəvəzlər kənd camaatının əsas süfrə yeməkləri olmuşdur, yayda ailələrin qida ehtiyatını 3 ay ərzində ödəyir. Ləj camaatı bağlarda badımcan, xiyar, pomidor, lobya, noxud, göyərti, turp, bibər, reyhan, günəbaxan, fısdıq, paxla və kələm becərir. Bu tərəvəzlərdən badımcan, pomidor, kələm tutması hazırlanıb qış üçün konservləşdirilir və bankalara tökülərək zirzəmilərdə saxlanılır, qış aylarında isə Ləj camaatının süfrəsini bəzəyirlər.
Meyvəçilik. (giləmeyvə)
Ləj kəndinin əsas təsərrüfat formalarından biri də “meyvəçilik“dir. Ləj kəndində müxtəlif cür meyvələr yetişir. Belə ki, kənd həyətlərində alma, qış alması, payız alması, heyva, qış heyvası, lətənz armud, düşes, qolabi, panakün, kirdakan, şor armud, qara şəlem, Hırsəkan tipli Armud, kavuək, zardəlü, mələç, çilçilinə ambu (çil-çil armud) Hülə, Siyo ambu (qara armud) tipli armud sortları, nar armud, gavalı, yapon gavalısı, qeysi, fındıq, qoz, şabalıd, çalı (koralyok), xurma, kivi, yapon əzgil, yerli əzgil, ağ üzüm, qara üzüm, kişmiş üzümü, yabanı xurma, gilas, albalı, ərik, feyxoa və sair sortda meyvə və giləmeyvələr yetişdrilir.
Arıçılıq
Ləj kəndində mövcud olan ev təsərrüfat formalarından biridə arıçılıqdır. Hələ Sovet dövründən bəri Ləj kəndində arıçılıq qismən də olsa mövcud olmuşdur. Arıçılıq Ləj kəndində yalnız ev şəraitində bəslənmişdir. Arıçılıqla məşğul olan Ləj sakinləri Qasımov Salman, Bayramov Cəfər və sair.
Çayçılıq
Ləj kəndində hələ sovet dövründən başlayarq sovxozlar yaradılmış və çay plantasiyaları meydana gəlmişdir. Ləj kəndində ərazisi bataqlıqlardan və rütubətli torpaq sahələrindən ibarət olduğu üçün çay bitkisi üçün yararlı olmuşdur. Çayçılıq Ləj kəndinin sovet dövründə əsas təsərrüfat forması olmuşdur. Belə ki, o dövrlərdə Ləj kəndi Lənkəran çayçılıq sovxozu tərkibində olmuş və sonradan müstəqil bir çayçılıq sovxozuna çevrilmişdir. Ləj kəndi ərazisində ilk çay kollarını 1936-cı ildə əkmişlər. Bu çay kolunu Kənarmeşə kolxuzu əkmişdir. Belə ki, ilk olaraq Hindistan sortu olan yaşıldan-qəhvəyi rəngə çalan çay sortu əkilmişdir. Sonradan isə çin sortu olan yaşıldan-sarıya çalan dar çay sortu əkilmişdir. Sonradan Ləj kəndində çayçılıq sahələri genişləndirilmşdir.
Danışdığımız dövürdə Ləj kəndində 10-a yaxın çayçılıq briqadası var idi. Bu briqadalara xüsusi təyin olunmuş briqadirlər təyin olunmuşdur. Bunlar Əzimov Aydın, Qurbanov Balaşirin, Cəfərov Bayram, Nuriyev Surxay, Əliyev Rza, Şükürov Rəzzaq (Talışılı sakini), Tağıyev Əziz (Haftoni sakini) və sair. Lənkəran və Ləj çayçılıq sovxozlarında işləyən oqronomlar – Baxşiyev Baxşiəli (Haftoni sakini), Qəhrəman Babayev (Kərgəlan sakini) olmuşlar. Onlar hər gün çay plantasiyalarını dolaşır və çay kollarının becərilməsinə, dərilməsinə, suvarılmasına, yetişdirilməsinə və keyfiyyətinə nəzarət dirdilər. Rəzzaq Babayev ilk aqronom idi. Ləj kəndi əvvəllər Lənkəran çayçılıq sovxozu tərkibində idi. Lənkəran çayçılıq sovxozunun ilk direktoru alim Məmməd Quliyev olmuşdur. Sonra isə Adil Səfərov, Rasim Əliyev olmuşdur. Bu briqadirlərin hərəsnin onlaara ayrılmış çay plantasiyaları var idi. Bu briqadirlər öz işçiləri ilə birlikdə kiçik çay şitillərini perefol stəkanlara tökülmüş torpaqda əkirdilər. Sonra isə onları xüsusi sırada “pitomnik” quraraq əkirdilər. Üstünü də yarpaqla örtürdülər. Ara-sıra onların dibləri bellənirdi. Sonra isə bəslənilib böyük bir çay kolu halına gətirilirdi. Bundan əlavə müəyyən vaxtlarda çayçılar tərəfində çay dənələri yığılıb xüsusi yeşiklərə tökülürdü. Çay dərilməsi prosesi xüsusi mərhələ ilə aparılırdı. Belə ki, müəyyən müddət çayçılar çay plantasyalarının bir qismini dərib, digər qismini isə dincə qoyur, sonra isə onu təkrar edirdilər. Çay plantasiyaları xüsusi kanal suları ilə və ya xüsusi “DDN” tipli altay suvarma traktorları ilə suvarılırdı. Traktorlarla suvarma sistemi traktorun arxasında olan su borusunun dövrə vurması ilə suvarılırdı. Adi qaydada isə suvarma su bəndlərinin bağlanması ilə suyun səviyyəsi qalxır və çay kolları doyunca su içir, sonrakı gün isə o bən açılır növbəti yerdə, növbəti bənd qurulurdu. Beləliklə, bu minvalla çay sahələr suvarılırdı. Çayçılar yetmişmiş çay yarpaqlarını dərib xüsusi çay yeşiklərinə doldurur və sonrada onu çay çəkən tərəzi üstündə çəkirdilər. Sonnrada o çayı arıdıb çay budaqlarını yarpaqdan ayırırdılar. Xüsusi təmizlənmiş çayı maşınlara vuraraq çay fabrikinə aparıb təhvil verirdilər. Hər çay briqadasının öz xüsusi çay yığmaq üçün “şalaş” deyilən gözləyici məntəqəsi var idi. Çayçılar çayı dərdikdən sonra oraya gətirirdilər və orada təmizləyib təhvil verirdilər. Yaxşı çay dərən çayçılar vaxtaşırı mükafat alırdılar və həmən çayçılar ən yaxşı “çayçı” adına layiq görülürdü. Hər çay briqadasının girişində onun plan tablosu vurulurdu. Ləj kənd çayçılıq sovxozunun ilk direktoru Fərəc Calalov olmuşdur. Fərəc Calalovdan sonra isə – sovet dövləti dağıldıqdan sonra bütün çay sahələri dağıdıldı və bu torpqlar kənd sakinləri arasında bölündü.
Dostları ilə paylaş: |