QARABAĞ FƏDAİLƏRİ
Şəhidlər və Milli qəhrəmanlar
Aslanov Natiq Kərbəlayi Şirəli oğlu
Ləj kəndinin Qarabağ şəhidlərindən biri də Azərbaycan Respublikası Milli qəhrəmanı Aslanov Natiq Kərbəlayi Şirəli oğludur. Aslanov Natiq Kərbəlayi Şirəli oğlu 1973-cü il iyun ayını 14-də Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. O, 1979-cu ildə Ləj kənd səkkiz illik natamam orta məkəbin I sinifinə daxil olub və 1987-ci ildə oranı bitirib. Aslanov Natiq Lənkəran şəhər 34 saylı Texniki Peşə Məktəbində “çilingər” sənətinə yiyələnib. 14 iyun 1992-ci ildə həqiqi hərbi xidmətə çağrılaraq “Bakı Hərbi Polis Alayında” xidmət etmişdir. Natiq Aslanov polis alayında olarkən Vətən torpaqlarının vəhşi və qaniçən erməni cəlladları tərəfindən necə işğal edilib şəhər və kəndlərimizə od vurduğu xəbərini televziya vasitəsi ilə eşidirdi. Elə buna görə də o, bu müsibətlərə biganə qala bilməzdi. “Vətən eşqi hər eşqdən əzidir” deyə Natiq həmişə deyərdi. Odur ki, o, silaha sarılıb vətəninin müdafiəsinə qaldı. Natiq Aslanovun keçdiyi şanlı döyüş yolu Ağdamdan başlamış və sonradan Laçın və Füzuli cəbhəsinə qədər uzanmışdır. Cəbhədə olduğu zaman Natiq Aslanov düşmənə sinə gərərək rəşadətlə vuruşmuşdur.
N atiq Aslanov Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir və düşmənə layiqli cavab verirdi. O qızğın döyüşlərdə öz ən yaxın silah yoldaşlarını itrir və onların vətən yolunda qəhrəmancasına ölmələrinə şahid olurdu. Sonra isə düşməni geri püskürdən ordumuzun tərkibində N.Aslanov Laçın cəbhəsinə yollanır və orada da Laçın dəhlizini düşməndən qorumaq üçün qızğın döyüşlərə girir. 1993-cü ldə Füzuli cəbhəsinə yollanır. Füzuldə Horadiz, Bəhmənli və digər 22 kənd uğrunda gedən qızğın döyüşlərdə düşməni layiqincə yerinə oturtduqdan sonra işğal olunmuş kəndlərimizi düşməndən geri almağa müvəffəq olurlar. Füzuli rayonunun kəndləri ugrunda gedən qızğın döyüşlərdə Natiq Aslanov xüsusi şücaət göstərir, döyüş meydanında yaralanmış və şəhid olmuş silahdaşlarının nəşini güllələrin altından çəkib çıxardırdı. Natiq Aslanov sanki ölümdən qorxmur və düşmənin həmləsnə sinə gərirdi. Lakin 1993-cü il avqustun 24-də Füzuli rayonunun Bəhmənli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Allah rəhmət etsin!
Bu gün biz Natiq Aslanov kimi mərd oğullarımızın qəhrəmanlığını örnək almalıyıq, çünki o, əsl vətən övladıdır. O, ölsə də, ruhu daim qəlbimizdədir.
Şəkil. Ləj kənd Orta məktəbində “Milli qəhrəman” Natiq Aslanovun və Əsgər Əliyevin xatirəsinə qoyulmuş abidə
Şəkil. Ləj kənd Orta məktəbində “Milli qəhrəman” Natiq Aslanovun və Əsgər Əliyevin xatirəsin yaradılmış xatirə stendi
Ümummilli liderimiz H.Əliyevin fərmanı ilə Natiq Kərbəlayi şirəli oğlu Aslanovun oxuduğu doğma Ləj kənd məktəbi onun adını daşıyır. Ləj kənd orta məktəbinin həyətində onun xatirə büstü, məktəbin içərisində isə onun xatirə stendi yaradılıb.
Şəhid Natiq Aslanovun bacısı oğlu Pərviz Şaliyev qeyd edir: “Dayım Natiq Aslanov gəncliyində çox gözəl əl qabiliyyətinə malik idi. Belə ki, o, ağacdan müxtəlif cür fiqurlar, bəzək əşyaları və ya kənd təsərrüfatı alətləri düzəldirdi. Bundan başqa dayım çox gözəl fofoqraf idi. o zamanlar “Smena” tipli fotoaparatlar dəbdə olduğundan şəkilləri onunla çəkir, gecələrsə onları xüsusi ustalıqla çıxarırdı”.
Natiq Aslanov
Milli qəhrəman Natiq Aslanovun əziz xatirəsinə həsr olunub.
Füzuli çöllərində fəda etdin canını,
Vətən üçün döyüşdə axıtdın öz qanını.
Millətimin oğlusan, xalqımızın qüruru,
Həmən gündə itirdik sənin kimi oğulu.
Aslanovlar yurdudur, əziz doğma Lənkəran,
Natiq kimi şəhidi, unutmarıq heç zaman.
Çünkü onun arzusu, qəhrəmanlıq zirvəsi,
Arzulara qovuşdu, cavanlığın pilləsi.
O gün şəhid oldu o, ama ürəkdə qaldı.
Düşmənlərin içinə böyük vəlvələ saldı.
Bu gün fəxr edirik biz, Natiq kimi oğulla,
Ölümüylə düşmənə böyük qələbə çaldı.
Akşin Əliyev. 12. 06. 17.
Əliyev Əsgər Ələkbər oğlu
.
Ə liyev Əsgər Ələkbər oğlu 8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olub. 1982-ci ildə birinci sinifə gedib, 1989-cu ildə səkkizinci sinifi əla qiymətlərlə bitirib. O, 1990-cı ildən təhsilini Haftoni qəsəbə orta məktəbində davam etdirir. 1992-ci ildə orta məktəbi müvəffəqiyyətlə başa vurub, Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin “Tank-artilleriya fakultəsi”nin tələbəsi olur. O, dərslərini həvəslə oxuyur, komandirlərinin tapşırıqlarını sözsüz yerinə yetirirdi. Əsgər Əliyev yüksək döyüş və siyasi hazırlığa malik bir kursant kimi hamının hörmətini qazanmışdı.
Təhsilini xarici ölkələrin birində davam etdirərək general olmaq arzusuyla yaşayırdı. Məlum mart hadisələri onun arzusunu ürəyində qoydu.
17 mart 1995-ci ildə bir qrup vəzifə hərisi silahlanaraq hakimiyyəti zorla devirmək üçün dövlət çevrilişinə əl atdı. İqtidar bu qarşıdurmanın sülh yolu ilə nizama salınması üçün danışıqlar aparmağı təklif etdi. Lakin qarşı tərəf bu müdrik çağırışa məhəl qoymadı, nəticədə qan töküldü. Milli Ordunun əsgərləri silahlı dəstənin qarşısını almaq üçün əmr gözləyirdi. Əsgər Əliyev də onların arasında idi. O, son nəfəsinədək dövlətçiliyimizi müdafiə etdi. Ayağından yaralanmasına baxmayaraq, kursant Əsgər Əliyev dörd yaralını güllə yağışı altından çıxarmağa müvəffəq oldu. Axırıncı yaralını xilas etmək istəyərkən ikinci güllə Əsgər Əliyevin cavan ömrünə son qoydu.
Subay idi. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ləy kənd qəbristanlığında dəfn edilib.
Lənkəran rayonunda adına park var. Büstü qoyulmuş, xatirə lövhəsi vurulmuşdur. Haftoni qəsəbə orta məktəbində “Xatirə güşəsi” yaradılıb.
Qarabağ veteranları
Rəhmanov Mahir Xanoğlan oğlu
Ləj kəndninin “Qarabağ veteranlarından” biri də Rəhmanov Mahr Xanoğlan oğludur. Rəhmanov Mahir Xanoğlan oğlu 1973-cü ilin Mart ayının 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1979-cu ilin 1 sentyabrında Ləj kənd məktəbinin I sinifinə getmiş və 1989-cu ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Orta təhsilini başa vurandan sonra Mahir 1990-cı ildə təhsilini davam etdirmək üçün Bakı Sənaye Pedoqoji Texnikumunun “mexanika” fakültəsinə daxil olmuşur. Erməni faşistlərinin torpaqlarımıza soxulmasını, şəhər və kəndlərimizin vəhşicəsinə dağıdılmasını görən Mahir buna biganə qalmayaraq, Azərbaycanın ərazi bötüvlüyünü müdafə etmək üçün könüllü olaraq cəbhəyə yollandı. O, “dəniz desantı” olmuşdur. Rəhmanov Mahir Xanoğlan oğlunun şanlı döyüş yolu üç məhələyə bölünür. Birinci mərhələdə o Ağdərə rayonu istiqamət uğrunda gedən qızğın döyüşlərdə Talış, Maqaviz və Sərhəng su anbarını ermənilərdən müdafiə etmək üçün vuruşmuş və bu döyüşlərdə çoxlu silahdaşlarını itirmişdir.
İkinci mərhələdə isə o, Ağdam cəbhəsində Ağdam düşmənlərdən geri almaq üçün vuruşmuş və bu cəbhədə əsas döyüş xətti Kurapatkino, Mərizli, Qiyaməddinli kəndlərinin azad olunması və Fərrux dağı istiqamətində olan qızğın döyüşlər olmuşdur. Burada da Mahir ən yaxın silahdaşlarını itirmiş lakin öz səriştəsi ilə düşmənə laqyiqincə müqavimət göstərmiş və xüsusi qəhrəmanlıqla vuruşmuşdur.
Üçüncü mərhələ isə Füzuli cəbhəsində Füzuli rayonunun kəndlərini və rayon mərkəzinin mudafiəsi uğrunda vuruşmuşdur. Burada əsas döyüş xətti olan Horadiz, Əhmədbəyli, Kərimbəyli kəndləri uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak etmiş və yağlılar ətrafında gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdir. Məhz bunun nəticəsində Füzuli rayonunun 22 kəndi düşməndən azad edilmişdir. Alxanlı uğrunda gedən döyüşlərdə o öz həmkəndlisi və sonradan Azərbaycan Respublikası Milli Qəhrəmanı adını almış şəhid Natiq Aslanovun şəhid olmasını gözləri ilə görmüş və onun cənazəsini qospitala gətirilməsində yaxından köməklik göstərmişdir. Füzuli rayonunun kəndlərinin bir hissəsinin ermənilərdən azad olunmasından sonra Rəhmanov Mahir Xanoğlan oğlu 1993-cü ildə Ağdam cəbhəsinə qayıtmış və orada da qızğın döyüşlərə girmişdir. Lakin Ağdamın geri qaytarılması uğrunda gedən döyüşlərdə minaya düşərək ayağını itirmiş və ayyağının 1\3 hissəsi Amblutasiya edilmişdir. Yaralanan Mahir Sarıcalı qospitalına gətirilir. Lakin orada olan tələbə yoldaşı Natəvan xanımla qarşılaşır. Natəvan xanım Mahirin reanemasyaya aparılmasına köməklik göstərir. Orada o, Maahirin yaralı şəklini çəkərək şərəf lövhəsinə vurur. Reanemasiyada 3 gündən sonra özünə gələn Mahir elə Natəvan xanımın yaxından köməkliyi ilə Bakıya qospitala göndərilir. Mahir sonra xəbər tutur ki, tələbə yoldaşı Natəvan xanım Vətəni müdafiə etmək üçün cəbhəyə yollanıb. İyun ayının 31-də yaralı Mahiri “Papalin” qospitalına aparırlar və 1 ay orada mualicə alandan sonra isə “Artopedik,” mərkəzinin “Protez” zovoduna göndərirlər. O vaxtdan Rəhmanov Mahir bir ayağını itirir və bu günə qədər protez ayaqla gəzir. Hərbi xidmətdən sonra Net Akademiyasına daxil olmuş və radiomexanik fakültəsini bitirmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Qarbağ müharibəsi əlili” stasunu almışdır. Vetreranlıq vəsiqəsinin nömrəsi: 205276-dır. Rəhmanov Mahir Xanoğlan oğlu ailəlidir. Hal-hazırda 3 uşğı var. Rəhmanov Mahir Xanoğlan oğlunun böyük övladı Rəhmanov Rüfət Mahir oğlu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 11-ci sinifində oxuyur. Rəhmanov Rüfət öz dərslərini çox əla oxuyur və ali məktəbə hazırlaşır. O, vətəni Azərbaycana layiqli oğul olmaq üçün gecə-gündüz çalışır.
Əhədov Şaiq Qafur oğlu
Ləj kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən veteranlardan biri də Əhədov Şaiq Qafur oğludur.
Əhədov Şaiq Qafur oğlu 1973-cü ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. O, 1979-cu ildə Ləj kənd səkkizillik natamam orta məktəbin 1-ci sinifinə getmişdir. Əhədov Şaiq 1988-ci ildə natamam təhsilini başa vuraraq Lənkəran Texniki peşə məktəbinə daxil olmuşdur. O, peşə məktəbində 3 il təhsil alaraq 1991-cii ildə oranı bitirərək “çilingər” peşəsinə yiyələnmişdir.
Peşə məktəbini bitirən kimi Əhədov Şaiq erməni cəlladlarının vətənimizin torpaqlarını vəhşicəsinə işğal etməsi xəbərini televiziya vasitəsi ilə eşidir və hadisələrin gedişatını həyəcanla izləyirdi. Lakin o, torpaqlarımızın işğal olunmasına laqeyd qala bilməyərək Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək üçün 1992-ci il yanvar ayının 2-də cəbhəyə yollandı.
Əhədov Şaiq cəbhəyə yollanarkən qızğın döyüşlər gedirdi. O, Ağdərə, Ağdam, Tərtər, Ağcəbədi, Beyləqan və Füzuli rayonları uğruunda gedən döyüşlərdə iştirak etmişdir. Əhədov Şaiq ən çətin döyüşlərdə düşmənə ağır zərbə vurmuş, düşmən əsgərlərini pusquya salaraq məhv etmişdr.
Əhədov Şaiq hərb sənətini yaxşı bildiyi üçün döyüşlərdə çox ağıllı və səriştəli davranırdı və düşmən kəşfiyyatının planlarında əvvəlcədən xəbər tutur və onları alt-üst edirdi. Əhədov Şaiq qızğın döyüşlərdə olarkən çoxlu qəhrəmanlıqlar göstərmş, neçə-neçə yaralı silahdaşını düşmən gülləsi altından çəkib çıxarmış və bir çox döyüş yoldaşlalarının qəhrəmancasına həlak olmasına canlı şahid olmuşdur. Elə bu səbəblərdən də Şaiqin düşmənə olan nifrəti günü-gündən artırdı. O, çox çətin bir şəraitdə, şaxtalı qış günlərdə belə soyuq səngərdə gecə-gündüz pusquda duraraq düşmənin hücumlarını dəf etmişdir.
1996-cı ildə ordudan tərxis olunub. 1996-cı ildə “Qarabağ veteranı” statusunu almış və əvvəlcə qıırmızı, sonra göy, sonra isə yaşıl veteran kitabçası ilə təltif olunmuşdur.
Əhədov Şaiq Qafur oğlu Haftoni qəsəbə “Veteraanlar Şuraasının” sədridir. Ailəlidir, hal-hazırdqa 3 uşağı var. Vətən bu övladlarını heç zaman unutmayacaq.
Qasımov Mais Ağəli oğlu
Ləj kəndinin Qarabağ uğrunda gedən döyşlərdə iştirak edən veteranlardan biri də, Qasımov Mais Ağəli oğludur. O, 1973-cü ildə Lənkəran rayon Ləj kəndində anadan olmuşdur. O, 1979-cı ildə Ləj kənd səkkiz illik məktəbinə daxil olmuş və 1986-cı ildə oranı bitirmişdir. Qasımov Mais 1986-cı ildə “Lənkəran Texniki Peşə məktəbi”nə daxil olmuş və 1989-cu ildə oranı bitirərək “çlingər” peşəsinə yiyələnmişdir. Qasımov Mais Ağəli oğlu 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün cəbhəyə yollandı. Məlumdur ki, belə bir gündə Vətəni dar gündə qoya bilməzdi. Qasımov Mais Ağəli oğlu 1992-ci ildə Laçın və Qubadlı rayonları uğrunda gedən qızğın döyüşlərdə yaxından iştirak etmişdir. O, sıravi döyüşçü olmasına baxmayaraq, düşmənə inadla müqavimət göstərir və öz mübarizəsini davam etdirirdi.
Qasımov Mais Ağəli oğlu Güləbird kəndi və Laçın dəhlizi uğrunda gedən ağır döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərərək düşmən qüvvələrini susdurmuşdur.
Fərziyev Şücaşət Xanhüseyn oğlu
Ləj kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə vuruşmuş veteranlardan biri də Fərziyev Şücaət Xanhüseyn oğludur. Fərziyev Şücət Xanhüseyn oğlu 1975-ci 15 iyulda Lənkəran rayonunun Ləj kəndində dünyaya gəlmişdir. 1982-ci ildə Ləj kənd məktəbinin birinci sinifinə daxil olmuş və 1992-cü ildə məktəbi bitirmişdir. Orta təhsili başa vurduğu il bədnam qonşularımız olan erməni qəsbkarlarının torpaqlarımızı işğal etdiyini televziya və digər mətbuat vasitlərdən izləyən Şücaət buna laqeyd qala bilmədi. Ürəyində başqa arzuları unudaraq yalnız vətənə olan bağlılığı və dərin vətənpərvərlik eşqi onu topaqlarımızın müdafiəsinə köklədi. Bu səbəbdən də o özü, könüllü olaraq vətənin ərazi bütövlüyünü qorumaq üçün Qarabağa yollandı. 1993-cü ildə o döyüşün qızğın çağında Xocavənd, Şişqaya uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Döyüş zamanı çoxlu silahdaşlarını itirmişdir və döyüş yoldaşlarının vətən uğrunda necə qəhrəmancasına şəhid olduğunu gözləri ilə görmüşdür. Fərziyev Şücaət döyüşlərin birində öz silahdaşı Lənkəran rayonunun Kərgəlan kəndindən olan Əliyev Nicat Rəhim oğlunu güllənin altından xilas etmiş, lakin digər silahdaşı (Kərgəlan kəndi) olan İsmailov Habil isə itgin düşdü. Bütün bunları Şücaət öz gözləri ilə görmüş və bu günə qədər ürək ağrısı ilə xatırlayır. Sonrakı döyüş yolunda isə Fərziyev Şücaət Xocavənd şəhərinin 3 km məsafəsinə qədər düşmənin sıxışdırılmasında yaxından iştirak etmişdir. Şücaətin dediklərinə görə, onun vuruşduğu 704 sylı Hərbi hissənin IV Batalyonu Şişqayanı düşməndən təmizlyərək ona ağır və sarsıdıcı zərbə vurmuşlar. Şücaət özü çoxlu düşmən əsgərini məhv etmiş və onların mühəndis qurğularını silahdaşları ilə birlikdə zərərsizləşdirmişdir. Sonra isə düşmənin müqavimətini tam qıraraq Xocavənd şəhərinin 3km-nə qədər gəlib müdafiə-yeniləmə postu qurmuşdur. Postun qurulmasında məqsəd Xocəvənd şəhrinə hücum edib onu düşməndən azad etmək üçün yeni əks hücum hazırlamaq və hücum başlanana qədər arxadan gələn dəstəyi gözləmək idi. Lakin Bakıda hakmiyyət uğrunda gedən mübarizə köməyin gəlməsinə maneçilik törətdi və ordu həmən yerdə düşmənin güclü muhasirəsinə düşərək çoxlu itkilər verib geri çəkilməyə məcbur oldu. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyə keçməsi ilə orada yerləşən hərbi hissələr döyüş ruhunu yüksəldərək əks hücuma keçib çoxlu məntəqələrimizi düşməndən azad etdi.
Şəkil. Fərziyev Şücaəti və onun silahdaşları
Fərziyev Şücət Xanhüseyn oğlu 1997-ci ildə ordudan tərxis olunmuşdur. Tərxis olunandan sonra Heydər Əliyevin fərmanı ilə bir çox şəxs kimi 2001-ci il iyunun 1-də Lənkəran Şəhər Hərbi komissarlığı tərəfindən Fərziyev Şücaət Xanhüseyn oğlu “Qarabağ veteranı” adına layiq görüldü. Veteran vəsiqəsinin nömrəsi-050983-dür. Ailəlidir və üç uşağı var. Fərziyev Şücaətin Əli adlı birinci sinifdə oxuyan oğlu var. Şücaət ona həmişə vətən sevgisindən danışır, Qarabağ müharibəsinə aid olan xatirələrindən söz açır və onu vətənpərvərlik ruhunda tərbiyə edir. Şücaətin bir arzusu var, tez bir zamanda torpaqlarımız erməni tapdağından azad olsun. Uzun illər keçməsnə baxmayaraq Fərziyev Şücaət Xanhüseyn oğlu Ali Baş Komandanımız olan cənab İlham Heydər oğlu Əliyevin “İRƏLİ” əmrini səbirsizliklə gözləyir. Şücaət qeyd edir ki, bu gün də döyüş əmri verilsə o sözsüz Qarabağa gedəcək və düşməni yerində oturdacaq gücə malikdir. O, həmişə deyir ki, “bir canım var, o da Vətənimə fəda olsun, Vətən sağ olsun.
Məmmədov Maqsud Alxas oğlu
L əj kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə vuruşmuş veteranlarından biri də Məmmədov Maqsud Alxas oğludur. Məmmədov Maqsud Alxas oğlu 1972-ci il fevralın 11-də Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. O, 1979-cu ildə Ləj kənd orta məktəbinin I sinifinə getmiş və 1987-ci ildə Ləj kənd 8 illik məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra, 1992-ci il mart ayının 23-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbidə o, BABK (BVOKU) Təlim Taborunda xidmət etmişdir. 1992-ci il Noyabr ayının 28-də Məmmədov Maqsud Laçın uğrunda gedən döyüşlərdə N-saylı hərbi hissənin tərkibinə ezam olunmuşdur. 1993-cü il aprel ayının əvvəlində N-saylı hərbi hissədən ezamiyyətdən qayıdıb BABK (BVKOU) taborunda xidmətini davam etmişdir.
Sonra Məmmədov Maqsud Alxas oğlu 1994-cü ilin avqustun 10-da “Bakı Ali Birləşmiş Komandanlıq məktəbi”nə daxil olmuş və 1998-ci ildə oranı bitirərək, “leytenant” dərəcəsi almışdır. Bir müddət sonra, yəni 1999-cu il fevral ayının 10-da Məmmədov Maqsud Alxas oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün silahlı qüvvələrin N-saylı hərbi hissənin “Motoatıcı tağım komandiri vəzifəsi”nə təyin edilmişdir. Sonra isə 1999-cu il iyun ayının 27-də N saylı hərbi hissənin 6-cı “Bölük komandiri” vəzifəsinə təyin olunmuşdur. 2005-ci il aprel ayının 18-də 4-cü “Motoatıcı Tabor komandirinin müavini” vəzifəsinə təyin olunmuşdur. Bu xidmətini uğurla apardıqdan sonra Məmmədov Maqsud Alxas oğlu yaxşı xidmətlərinə görə 2009-cu il iyul ayının 20-də N-saylı hərbi hissənin 3-cü tabor “Qərargah rəisi” vəzifəsinə təyin olunmuşdur. Burada da öz xidmətini şərəflə yerinə yeirdiyinə görə komandanlığın diqqətindən yayınmamış və bu səbəbdən də 2014-cü il yanvar ayının 17-də N-saylı hərbi hissənin əməliyyat bölmə (Q3) rəisinin “döyüş” və komandir hazırlıq üzrə “Baş köməkçi,” vəzifəsinə təyin olunmuşdur.
Məmmədov Maqsud Alxas oğluna keçdiyi şərəfli hərbi xidməti boyu 1998-ci il iyulun 17-də “leytenant”, 2000-ci il iyulun 26-da “baş leytenant”, 2004-cü il dekabrın 31-də “kapitan”, 2010-cu il iyunun 26-da “mayor” hərbi rütbəsi verilmişdir. Bundan əlavə etdiyi əvəzsiz xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikası 10 illik medalı ilə, 2005-ci ildə qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli medalı ilə, 2007-ci ildə 2-ci dərəcəli medalla, 2013-cü ildə 1-ci dərəcəli medalla, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi medalı ilə, 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi medalı ilə təltif olunmuşdur. 01.01.2016-cı il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin MN-nin əmrinə əsasən “mayor” rütbəsi ilə ehtiyata buraxılmışdır. Ailəlidir və iki uşağı var. Məmmədov Maqsudun böyük oğlu Məmmədov Elçin Maqsud oğlu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 11-ci sinifində oxuyur və öz dərslərində əlaçıdır. O “Araz” hazırlıq kursunun keçirdiyi ali məktəbə hazırlıq “sınaq” imtahanında 650 bal yığmışdır. Bu böyük bir nailiyyətdir. Məmmədov Elçin ali məktəbə hazırlaşır və o da atası kimi vətəninə layiqli övlad olmağa çalışır. Yolu açıq olsun.
Cavadov Elşən Baloğlan oğlu
L əj kəndinin Qarabağ uğrunda vuruşan vetranlarından biri də Cavadov Elşən Baloğlan oğludur. O, 1974-cü il fervral ayının 1-də Ləj kəndində dünyaya gəlmişdir. 1981-ci ildə Ləj kənd səkkizillik natamam məktəbin 1-ci sinjifinə gedib. 1989-cu ildə təhsilini başa vurub. 1989-1992-ci illərdə Lənkəran Texniki Peşə məktəbini bitirib. Cavadov Elşən peşədə oxuduğu müddətdə vətən torpaqlarının erməni qəsbkarları tərəfindən işğal olunması xəbərini alırdı. Ona görədə buna laqeyd qala bilmədi. O, səbəbdən də silaha sarılaraq vətən torpaqlarının müdafiəsinə qalxdı. O, 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələri sırasına qoşuldu. Cavadov Elşən Baloğlan oğlu 5 il 1-ci “Qarabağ muharibəsin”də Azərbaycan torpaqları uğrunda şücaətlə, mərdliklə və xüsusi qəhramanlıqla vuruşub. Cavadov Elşən Füzuli, Ağdam uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək, döyüş zamanı düşmənin qüvvələrinə ağır zərbə vurmuş, onları itkiyə məruz qoymuş və onların planlarınını alt-üst etmişdir. O, döyüşlərdə çoxlu yaralı silahdaşını düşmən gülləsi altından çəkib çıxarmış və bir çox əsgər yoldaşlarının qəhrəmancasına şəhid olmasının canlı şahidi olmuşdur. 1997-ci ildə tərxis olunmuşdur. Prezidentin fərmanı ilə “Qarabağ vetranı” statusunu almışdır.
Şəkil. Cavadov Elşən öz silahdaşları ilə.
Cavadov Elşən 1997-ci ildə Lənkəran şəhər Polis Şöbəsinə daxil olaraq Polis Post Patrul Xidməti vəzifəsində “Baş serjant” vəzifəsində 20-il 2 ay çalışmışdır. O, 2014-cü ildə təqaüdə çıxmışdır. Ailəlidi və 2 övladı var. Oğlu Cavadov Eltac Elşən oğlu N.Aslanov adına Ləj kənd tam orta məktəbin 11-ci sinifində oxuyur. O, ali məktəbə hazırlaşır və atası kimi vətəninə layiqli övlad olmağa çalışır. Yolu açıq olsun.
Quliyev İmran Qurban oğlu
Ləj kəndinin Qarabağ veteranlarından biri də Quliyev İmran Qurban oğludur. O, 4 May 1974-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olmuşdur. 1981-ci ildə Ləj kənd məktəbinin I sinifinə getmiş və 1992-ci ilin may ayında orta təhsilini başa vurmuşdur. Orta məktəbi bitirdiyi dövrdə mənfur Qarabağ müharibəsi başladı. Ermənilərin torpaqlarımıza vəhşicəsinə soxulduğunu görən İmran buna biganə qala bilmədi və vətənin keşiyində durmaq üçün hərbi xidmətə yollandı.
Hərbi xidmətə gedən kimi o vətən uğrunda qızğın döyüşlərə girmişdir. Quliyev İmran Beyləqan və Füzuli uğrunda gedən qızğın döyüşlərdə iştirak edərək torpaqlarımızı erməni qansızlarından şərəflə qorumuşdur. Döyüşdüyü hərbi batalyonda “topçu” vəzifəsini daşımış və düşmənlərin ağır texnikalarını sərrast atəşlə vuraraq onları sıradan çıxarmışdır. Keçdiyi ağır döyüşlərdə İmran neçə-neçə düşmən tanklarını məhv edərək yararsız hala salmış və onların hərəkətlərini zəiflətmişdir. Bu da hərbi birləşmələrimizə vaxt qazandırmış və düşmənə qarşı yeni həmlələr etməyə şərait yaratmıdır. Şərəfli bir hərbi döyüş yolu keçən Quliyev İmran Qurban oğlu 1997-ci il 31 Yanvarda hərbi xidməti başa vurmuş və “Qarabağ veteranı” statusunu almışdır.
Rəhimov Üzeyir Rəhim oğlu
Ləj kəndinin Qarabağ döyüşlərində iştirak edən veteranlarından biri də Rəhimov Üzeyir Rəhim oğludur. Rəhimov Üzeyir Rəhim oğlu 1973-cü il iyunun 31-də Lənkəran rayon Ləj kəndində anadan olmuşdur. O, 1979-cu ildə Ləj kənd məktəbinə daxil olub və 1990-cı ildə oranı bitirib. Orta məktəbi bitirən kimi Üzeyir “Xəzər Dənizi Gəmiçilik məktəbinə” daxil olub. Lakin 1-ci kursda oxuyarkən vətənin ərazi bütövlüyünü qorumaq üçün könüllü olaraq döyüşə gedib. Qarabağda Rəhimov Üzeyir 713-cü briqadanın tərkibində 701-saylı hərbi hissənin 1-nömrəli Laçın kəşfiyyat rotasında Ağdərə, Kəllələr və Laçın uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. O, 1992-ci ilin avqustunda Laçın uğrunda gedən döyüşlərdə ayağından qəlpə yarası aldı. Elə bu səbəbdən də 1993-cü il, noyabırın 1-də Heydər Əliyevin qərarı ilə könüllülük ləğv edildi. Hərbi xidməti başa vurduqdan sonra Rəhimov Üzeyir Rəhim oğlu təhsilini davam etdirmək üçün yenidən əvvəl yaarımçıq qoyduğu məktəbə qayıdır və 1994-cü ildə oranı bitirir. Məktəbi bitirən kimi o, Xəzər Dənizçilik Donanması Baş idarəsində (Xətai rayonu) gəmiyə göndərilir və orada 9 il işləyir. Ailəlidir və iki uşağı var. Rəhimov Üzeyir “Qarabağ veteranı” statusu almışdır.
Cavadov Aqil Oğlan oğlu
Ləj kəndinin Qarabağ uğrunda döyüşən veteranlarından biri də Cacadov Aql Oğlan oğludur. O, 1975-ci yanvar ayının 23-də Lənkəran rayonu, Ləj kəndində anadan olmuşdur. O, 1982-ci ildə Ləj kənd məktəbinin birinci sinifinə getmiş və 1990-cı ildə səkkiz illik natamam təhsilini başa vurmuşdur. Sonra isə Cavadov Aqil Oğlan oğlu 1990-cı ildə Lənkəran Texniki peşə məktəbinə daxil olmuş və 1993-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, peşə məktəbini bitirərkən “sürücü, qaynaqçı və traktorçu” dərəcəsini almışdır.
Buranı da bitirdikdən sonra Cavadov Aqil Oğlan oğlu Azərbaycanın ərazi bütölüyün qorumaq üçün hərbi xidmətə yollandı. Bu dövrlər Qarabağ müharibəsinin əsl qızğın vaxtları idi. Təpədən dırnağadək silahlanmış düşmən kəndlərimizi viran qoyub dinc sakinləri qətl edirdi. Əlbətdəki bir vətən oğlu kimi Aqil də buna laqeyd qala bilməzdi. O üzdən də qızğın döyüşlərə atıldı. Döyşdə “Artileriyaçı” olan Aqil öz bacarığı ilə düşmənləri heyran qoyub onları vahiməyə salmışdı. Belə ki, Cavadov Aqil Oğlan olu öz sərrast və dəqiq atəşi ilə düşmən texnikalarını sıradan çıxır, onların hərbi sursat daşıyan maşınlarını məhv edir və onların hərəkətini dayandırırdı. Bu da qoşunlarımıza əlavə vaxt qazandırırdı.
Cavadov Aqil Oğlan oğlu Xocavənd və Beyləqan cəbhəsində qızğın döyüşlərdə iştirak etmişdir. O, Kurrapatkino kəndi və “Şişqaya” ətrafında gedən döyüşlərdə yaxından iştirak etmiş və böyük igidliklər göstərmişdir. Aqil bu qızğın döyüşlərdə neçə-neçə silahdaşlarını itirmiş və onların vətən yolunda necə qəhrəmanlıqla şəhid olduqlarının canlı şahidi olmuşdur. 1997-ci ildə ordudan tərxis olunmuşdur. Ordudan tərxis olunan kimi 1997-ci ildə 1-ci dəfə “Qaraba veteranı” statusunu almış və 2001-ci ildə isə veteran kitabçası göy rənglə əvəz olunmuşdur. Ailəlidir və 2 uşağı var. Veteran kitabçasının nömrəsi-051210-dur.
Dostları ilə paylaş: |