Mövzu: İnformasiyasının xassələri "kollekvium" Hazırlayan : Qədir Hünbətov



Yüklə 82,45 Kb.
səhifə1/10
tarix10.01.2022
ölçüsü82,45 Kb.
#108886
  1   2   3   4   5   6   7   8   9   10

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası


Mövzu: İnformasiyasının xassələri "kollekvium"

Hazırlayan : Qədir Hünbətov



Tarix :24.11.2020

BİLET: 4.1


İnformasiya termini mənşəcə latın sözü olan və izahetmə, şərhetmə, məlumat vermə mənalarını daşıyan “informatio” sözündən yaranmışdır. İnformasiya anlayışından bütün elm sahələrində istifadə olunur və müxtəlif elmi aspektdən yanaşılaraq ona müxtəlif təriflər verilmişdir.

İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur. Fəlsəfi baxımdan informasiya xəbər, məlumat vasitəsilə real dünyanın inikasıdır. Xəbər, məlumat isə informasiyanın nitq, yazı, təsvir, siqnal və s. vasitələrlə ötürmə üsuludur.

İnformasiya təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumat verməklə onların qeyri-müəyyənliyini, onlara dair biliklərimizin məhdudluğunu azaldır.

İnformasiya-insanların təbiətdən və cəmiyyətdən öz beş hissiyyat üzvləri (görmə, eşitmə, dadbilmə, hissetmə, iybilmə) vasitəsilə qəbul etdikləri siqnallardır (məlumatlardır).

İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.

İnformasiyalar siqnallar vasitəsilə ötürülür, kodlaşdırılaraq baytlarla yaddaşda saxlanılır və iki yerə bölünür: ədədi və analoq informasiyalar. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə ədədi informasiyaların köməyilə fəaliyyət göstərir. Əgər analoq informasiyanı rəqəmlərlə kodlaşdırsaq analoq informasiya ədədi informasiyaya çevrilər.

İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji proseslərdən kənarda qala bilməz və informasiyanın varlığı onun hərəkətindədir. Daimi hərəkətdə olması ilə informasiya insanların tələbatını ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır.

İnformasiyalar Geoloji, Genetik, Texniki, Sinoptik, İqtisadi, Tam, Yalan (dezinformasiya), Hüquqi, Tarixi və s. kateqoriyalara bölünür.

İstənilən informasiyanı-informasiya mənbəyi, informasiya istifadəçisi və informasiyanı əks etdirən üç qarşılıqlı əlaqəli obyektlərə bölmək olar. Bu isə onun əsas xarici xassələrini-informasiyanın keyfiyyətini, tamlığını, etibarlılığını və s. ayırmağa imkan verir. İnformasiyanın daxili xassəsi isə informasiyanın həcmi, özünəməxsusluğu və s. ilə xarakterizə olunur.

İnformasiya obyektiv, keyfiyyətli, tam, vaxtında, dəqiq, faydalı, qiymətli olarsa düzgün qərar çıxarmaq üçün əsas verə bilər. İnformasiyanın keyfiyyəti materiyanın hərəkət formalarından, insanların düşüncə tərzindən, cəmiyyətlərin müxtəlifliyindən asılı olaraq fərqli ola bilər.

İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar.

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.

İnformasiya öz mövcudluğu prosesində müəyyən mərhələlərdən keçir:

- İlkin məlumatların alınması (əldə olunması);

- Yeni biliklərin alınması məqsədilə informasiyanın axtarışı və emalı;

- İnformasiyanın istifadəsi zamanı münasib formada təqdim olunması;

- Bütün maraqlanan istifadəçilərə informasiyanın çatdırılması (ötürülməsi).

İnformasiya prosesləri və onların avtomatlaşdırılması. Kompüter texnikasının yaranması və inkşafı nəticəsində informasiya proseslərinin avtomatlaşdırılması daha da sürətlənmişdir.

İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal edilməsi üçün o, kabelli və ya kabelsiz rabitə kanalları ilə emal vasitələrinə ötürülməlidir.

İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl və sonra kompüterlərdə istifadə olunan xarici yaddaş qurğularında saxlanır.

İnformasiyanın axtarışı və emalı. İnformasiyanın emalı qarşıya qoyulan məsələnin həlli deməkdir. Bunun üçün əvvəlcədən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. Avtomatlaşdırılmış üsulla kompüterdə emal olunan informasiya istifadəçilərə adətən kompüterin xarici qurğuları ilə (monitor, printer, qrafikçəkən qurğu və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.

İnformasiyanın təsvir formaları (qrafik, səslərlə, mətn, video görüntülər, ədədi, impuls, kodlaşdırılmış, proqram tipli və s.) aşagıdakılardır:

- danışıq dilləri (2000 –dən artıq);

- mimika və jest;

- şəkil və cizgi;

- riyazi düsturlar və proqramlaşdirma dilləri;

- musiqi və video;

- morze və brayl əlifbaları və s.

İnformasiyanın daha münasib formada saxlanması, ötürülməsi və işlənməsi (emalı) üçün bir təsvir formasından digərinə çevrilməsi kodlaşdirma adlanır. Kod informasiyanın təqdim edilməsi (təsvir olunması) üçün sonlu sayda şərti işarələr sistemidir. İnformasiyanın kodlaşdırılmasında məqsəd yazıların kənar müdaxilələrdən qorunması, yığcamlaşdırılması, məxfiləşdirilməsi, əlverişli istifadə olunması və s. ola bilər.

İnformasiyanın kodlaşdırılması üçün müxtəlif növ üsullardan istifadə olunur:

1. Qrafiki (rəsm, nişan, not, sxem, cizgi və s.);

2. Ədədi (rəqəmsal);

3. Hərfi (ilkin mətnin ifadə olunduğu əlifbanın işarələri vasitəsilə).

İnformasiya aşağıdakı xassələri ilə xarakterizə olunur:

- Dəqiqliyi - onun əks olunan parametrlə nə dərəcədə yaxın olduğunu göstərir.

- Etibarlılığı - onun real işin mahiyyətini zəruri dəqiqliklə əks etdirməsini göstərir.

-Əhəmiyyətliliyi (Qiymətliliyi) - onun konkret istifadəçilər üçün məsələnin həllində vacib olmasıdır.

-Tamlığı - düzgün qərar qəbul etmək üçün informasiyanın kifayət qədər olmasıdır.

-Vaxtında verilməsi - qərar qəbul etmək üçün vaxtından əvvəl və sonra tam zamanında verilməsi lazımdır.

-Obyektivliliyi - insan düşüncəsindən asılı olmadan varlığı.

-Aktuallığı- cari vaxtda zəruri olması.

-Erqonomikliyi – informasiyanın istifadəçi nöqteyi nəzərindən əlverişli forma və həcmini xarakterizə edir və s.

Hər bir informasiyanın mənbəyi və istifadəçisi vardır. Mənbədən istifadəçiyə informasiya məlumat şəklində ötürülür. İnformasiyanın ötürülmə prosesi mənbə ilə istifadəçi arasında olan rabitə və ünsiyyət vasitələrilə həyata keçirilir. Müasir dövrdə insanlar informasiyanın qəbulu və ötürülməsində praqmatik problemlərə üstünlük verirlər. Yəni informasiyanın qiymətliliyi, əhəmiyyətliliyi insanlar üçün daha maraqlıdır. Ona görə də informasiya nəzəriyyəsində istifadəçi üçün hər bir informasiya deyil, yalnız onun analiz etdiyi, araşdırmalar apardığı işlərdə onun məlumatını artıran informasiyalar əhəmiyyət kəsb edir.

Bir adam üçün qiymətli və böyük əhəmiyyətə malik olan informasiya digəri üçün heç bir maraq kəsb etməyə bilər.



Yüklə 82,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin