120 min insanı ölümdən xilas edir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 19.02 Kb.
tarix27.12.2018
ölçüsü19.02 Kb.

Azərbaycan elmində Nobel mükafatına ən çox yaxınlaşan şəxs. O, 120 min insanı ölümdən xilas edir.İkinci dünya müharibəsində SSRİ-nin qələbəsində generallar qədər onun da xidməti var idi. Ən əsası neftdən çörək alır, amma...

Söhbət kimdən gedir? Bu videoda biləcəksiniz.

(Burada şapka olsa o girsin)

Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Naxçıvanda dindar ailədə anadan olub. Atası o dövrün tanınmış din xadimlərindən biri idi.

Azərbaycanın dağılması, Təbrizin diz çökməsi, Xiyabaninin süqutu və ermənilərin hücumundan sonra Arazı keçərkən qardaşının çayda boğulması gələcəyin böyük adamına daxili sarsıntılar yaşadır.

Ali təhsilini Moskvada alan Yusif Məmmədəliyev çox keçmir ki, adını dünyanın elm tarixinə qızıl hərflərlə yazdıra bilir. Belə ki, Azərbaycanda neft kimyasının inkişafı məhz onun adı ilə bağlıdır.

Ancaq bununla iş bitmir. Yusif Məmmədəliyevin kimya sahəsindəki bacarıqları 120 min insanı ölümdən xilas edir. Belə ki, 30-cu illərdə Zaqafqaziyada yayılan malyariya xəstəliyinin müalicəsi üçün dörd xlorlu karbona ehtiyac olur. Ancaq bunuheç bir alim bacara bilmir. Hətta hələ 19-cu əsrdə fransız alim Düma belə bunun mümkünsüz olduğunu demişdi. Yusif Məmmədəliyev isə mümkünsüzü bacarır. Partlayış olmadan xlorla karbonu birləşdirməyin yolunu tapır.

İkinci dünya müharibəsinin qızğın vaxtlarını düşünün. Almanlar böyük üstünlüklə SSRİ-yə müqavimət göstərir. Hədəfdə nefti ilə Bakı var. Yusif Məmmədəliyevin elm işığı yenə həmvətənlərinin köməyinə gəlir. Döyüşlərdə istifadə etmək üçün lazım olan trotil partlayıcısının tərkibindəki toluolun alınma prosesini asanlaşdırır. O, kloridlə benzolu qarışdırır və tuloul alır.



Onun bu ixtirasının arxasında  mərmilərin   gurultusu,  tüstü, atəş,  düşmənə  zərbə  dayanır.

Qızıl ordu qələbə, Yusif isə SSRİ-nin Dövlət Mükafatını alır.

Yusif Məmmədəliyevin qəhrəmanlıqları bununla da bitmir. Bu dəfə onun şöhrəti nəinki Azərbaycana, SSRİ-yə hətta dünyaya yayılır. O, yüksək oktanlı aviasiya benzini hazırlayır. Bəs bu nə deməkdir? Bu kəşf sayəsində SSRİ təyyarələri düşmən təyyarələrindən daha sürətli və daha yüksəkdə uça bilir. Və demək olar ki, müharibənin taleyi beləcə həll olunur.



Azərbaycanda  sərbəst fəaliyyət göstərən Elmlər Akademiyasının  açılmasında Y.Məmmədəliyevin  misilsiz  xidmətləri  olur. Moskvada  ermənilər  xəbər yaymışdılar  ki,  Azərbaycanda  sanballı  alim  yoxdur,  orada akademiya  açmaq  lazım  deyil,  xeyri  xərcini ödəməyəcək. Amma Yusifi imtahan edən 5 SSRİ akademikinin yekun rəyindən sonra   SSRİ Elmlər Akademiyasının prezidenti   Vladimir Komarov çıxıb  elan edir ki,  təkcə Yusif Heydəroviç  kimi  alimi olan  respublika  akademiyaya  sahib olmağa layiqdir. 

Böyük al

Yusif Məmmədəliyevin adı Nobel mükafatı üçün göndəriləcəkdi. Ancaq erməni əli buna mane olur. Belə ki, Mərkəzi Komitədə onun adının İsveç Akademiyasına göndərilməsi müzakirə edilir. Ancaq ermənilər yüksək oktanlı benzin ideyasınındövlət sirri olduğunu iddia edərək, göndərilməyinin qarşısını alır.

Böyük alimin ermənilərlə savaşı bahalı teleskopu əllərindən alıb İrəvana yox, Bakıya gətirtməsi ilə daha da şiddətlənir.

Ancaq bu hadisə belə onun elmə olan həvəsini azaltmır. Və çox keçmir ki, Azərbaycan Elmlər Akademiyasının prezidenti təyin edilir. Öz işini layiqincə yerinə yetirən Yusif Məmmədəliyevin dövründə bir sıra institutlar yaradılır.

Ancaq onun azərbaycançılıq ideyaları yüksək dairələrin xoşuna gəlmir. Yusif Məmmədəliyev elmi dairələrdə Azərbaycan dilindən geniş istifadə edilməyini istəyir. Bu da SSRİ hökumətinin xoşuna gəlmir. Onun Azərbaycan sevgisini gözü götürməyən məmurlar, fürsət gözləyirlər.

Bu fürsət bir də Heydər Hüseynovun Şeyx Şamil haqqında yazdığı monoqrafiya ilə ələ düşür. Monoqrafiyada Şeyx Şamil Qafqaz xalqlarının qəhrəmanı kimi göstərilir. Bu da öz növbəsində Mircəfər Bağırovun xoşuna gəlmir. Bağırov Şeyx Şamili Türkiyə və İngiltərənin agenti adlandırır. Ara qarışır. Təqiblər başlayır. Heydər Hüseynov intihar edir. Yusif Məmmədəliyev isə Akademiyadan uzaqlaşdırılır. Sürgün çamadanını hazırlayır.

Ona müasirləri “Alkidləşmənin kralı” ləqəbini verdilər.

Ancaq başına gələn bunca müsibət belə onu elmə olan həvəsini azaltmadı.Naftalan neftinin müalicəvi əhəmiyyətini araşdırıb üzə çıxartdı. Bir müddət sonra o yenidən Akademiyanın przidenti seçildi. Həvəslə işə girişən Yusif Məmmədəliyev Batabat rəsədxanası yaratdı, SSRİ-də polimer sahəsində ilk tədqiqatlara imza atdı.

Moskvada ildə iki dəfə Moskvaya gələrək təhsil alan azərbaucanlı tələbəlri yığıb restoranda qonaqlıq verən məşhur alim ölkədə yüzlərlə tələbəyə təqüdlər təsis edib..

Bəzi mənbələr isə qeyd edir ki, əslində heç də ilk baxışdan göründüyü kimi Yusif Məmmədəliyevin işləri yaxşı getməyib.



Neft məhsullarından çörəyi əvəz edəcək qida ixtira etməsi məşhur alimin həyatı bahasına başa gəlib.

Azərbaycanlıları elmdə, hərbidə, mədəniyyətdə heç də zirvədə görmək istəməyən SSRİ rəhbərliyinin xüsusi idarələri müharibədən ac çıxmış, kasıb güzəran keçirən baqaj rolu oynayan ölkənin əhalisinin yaxşı yaşamsını həzm edə bilmir.



Onun ölümün bu səbəblərdən sui-qəsdlə əlaqələndirənlər də az olmur.

Yusif M. 1961-ci ilin 15 dekabrında vəfat edir. Naxçıvanda onun adına qəsəbə salınır.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə