1. Yer üzərində həyatın yaranmasının inkişaf tarixi


Heç bir halda belə əşyalara əllə toxunmaq olmaz



Yüklə 0,97 Mb.
səhifə27/30
tarix02.02.2023
ölçüsü0,97 Mb.
#122894
1   ...   22   23   24   25   26   27   28   29   30
insan ekologi muh (1)

Heç bir halda belə əşyalara əllə toxunmaq olmaz. Eyni zamanda, FHN mütəxəssisləri hadisə yerinə gələnədək, üzərində radiasiya təhlükəsi işarəsi olan naməlum əşyaya digər insanların yaxınlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. 

Elmi texniki tərəqqi insanların əlavə radioaktiv şüalanmaya məruz qalmasına səbəb olan çoxlu miqdarda süni şüalanma mənbələrinin yaradılmasına gətirib çıxarmışdır. Süni mənbələrə elementar zərrəciklər sürətləndiriciləri, implantatorlar, plazmatronlar, nüvə reaktorları kimi nüvə ‐ texniki qurğular və təbabətdə istifadə olunan radionuklidlər və rentgen qurğuları da daxil olmaqla, süni radioaktiv maddələr aiddir.



Təbii radiasiya mənbələri dedikdə Kosmik Qalaktikanın müxtəlif ulduzları (həmçinin də Günəş) və Yerin ayrı – ayrı suxurlarının tərkibinə daxil olan çoxlu sayda radionuklidlər başa düşülür. Bu mənbələrin yaratdığı şüalanmaları, uyğun olaraq,
kosmik və yer mənşəli şüalanmalar adlandırırlar. Şüalanmanın kosmik və ya yer mənşəli olmasından asılı olmayaraq, onların əksəriyyətinin yaratdığı şüalanmanın təsirindən qətiyyən qorunmaq mümkün deyil. Belə ki, yarandığı gündən Yerin səthi
kosmosdan gələn müxtəlif şüaların təsirinə məruz qalır və Yer qabığının özündə mövcud olan müxtəlif radioaktiv maddələrin şüalanması bu təsiri daha da gücləndirir.
Günəş şüalanması.
Günəş şüalanmasını, qeyd etdiyimiz kimi, onun səthində vaxraşırı baş verın partlayışlar yaradır. Günəşin səthində partlayışın yaratdığı ilk parıltı görünəndən təxminən 15 dəqiqədən sonra yüklü zərrəciklər Yerə çata bilirlər.
Günəş partlayışları (parıltısı) kosmik uçuşlar keçirən kosmonavtların həyatı üçün böyük radiasiya təhlükəsi yaradır. Aktiv Günəş partlayışları qısa müddətli olur və müəyyən müddətdən sonra (hər 11 il ‐ dən bir) təkrarlanır. Günəş aktivliyinə uyğun piklər (zirvə) 1948, 1959, 1970, 1981, 1992 2003 ‐cü illərdə müşahidə olunmuşdur.

Mövzu: 14. Insan sağlamlığında qida maddələrinin rolu və qidalanma rejimi
Son vaxtlar məlum olmuşdur ki, yalnız tibb əhali arasında artan xəstəliklərin öhdəsindən gölməyə qadir deyil. Səhiyyənin insanın sağlamlığına təsiri cəmi 10-15% təşkil edir, halbuki, həyat şəraiti və tərzinin təsiri 50%-dən artıqdır. Bununla əlaqədar həm mütəxəssislər, həm də əhali arasında sağlam həyat tərzi məsələsinə maraq artmışdır.
İnsanın həyat tərzi tarixi dövr sivilizasiyanın inkişaf səviyyəsi, mədəniyyətin xüsusiyyətləri, həmçinin şəxsi keyfiyyətlər – xarakter və iradə ilə müəyyən olunur. Həyat tərzi əmək, nitq mədəniyyəti, qidalanma xüsusiyyəti və insanın həyat fəaliyyətinin digər cəhətlərini əhatə edir .
Hər tarixi dövrün öz həyat tərzi vardır. Qədim insanın həyat tərzi ov və balıqçılıqla bağlı olub, güc, çevik-lik, müşahidəçilik, dözüm, iti reaksiya tələb edirdi. O dövrdə insanların ömrü qısa idi. Tək-tək adamlara 50 il və bir qədər çox yaşamaq qismət olurdu. Uşaq ölümü yüksək səviyyədə idi.
Müasir insanın həyat tərzi isə qədim əcdadlarından kəskin fərqlənir. Əhalinin böyük şəhərlərdə cəmləşməsi, əlaqələrin dünya miqyasında inkişafı XX-XXI əsrlərdə insan həyat tərzinin dəyişməsinə səbəb ol-du. Müasir insan üçün sərbəst şəxsi münasibətlərin zənginliyi çox vacibdir. Bizim dövrümüzdə insanların vacib sosial qrupu kimi ailə daha böyük əhəmiyyət kəsb edir. Ailə həyatı-ailə üzvlərinin sağlamlığını həm bilavasitə, həm də dolayı yolla müəyyən edir. Ailə həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Əlverişsiz psixi-emosional vəziyyətin olduğu ailələrdə uşaqlar daha tez-tez mədə xorası, sarılıq, xroniki qastritə tutulurlar. İstirahətin, qida və yuxunun pozulması ailənin əksər üzvlərində ürək-damar, əsəb və başqa xəstəliklərin baş verməsinə şərait yaradır.
Ailə özünün qidalanma ənənəsinə malikdir. İnsanın sağlamlığı və uzunömürlülüyü qidanın kəmiyyət və keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.
İnsan orqanizminin bioloji xüsusiyyətlərinin illər ərzində nəzərə çarpacaq dərəcədə dəyişməsi də, onun həyat tərzi və qidalanma xüsusiyyətlərində böyük dəyişiklik olmuşdur. Belə ki, qədim insanın rasionuna ət, balıq, meyvə, giləmeyvə, bəzi yabanı bitkilərin kök yumruları daxil idi. Oddan istifadə və qida maddələrinin istiliklə hazırlanması qidalanmanın xarakterini dəiyşdi, çətin həzm olunan qaba yemlər tez mənimsənilən qidalarla əvəz olundu.
Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə müxtəlif və zəngin olmalıdır. Sağlam dietada (pəhrizdə) yağ və duzlar məhdudlaşdırılmalı, meyvə və tərəvəz məhsulları, qaba un məhsullarından geniş istifadə edilməlidir. Zülal yeməyi kimi paxlalılar, az yağlı süd məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.
İnsanın sağlamlığı üçün hərəkət ən vacib şərtlərdən biridir. Hərəkət xüsusi hormonların ifrazını stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü idarə etmək qabiliyyətini inkişaf etdirir, yəni istənilən vəziyyətdə emosional müvazinətin saxlanmasına köməklik göstərir. Hərəkətin azlığı orqanizmin ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı, ya da aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya, izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.
Həyat tərzində hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam həyat tərzinin təşkilində aşağıdakı faktorlar nəzərə alınmalıdır:
- insanın fərdi irsi xüsusiyyətləri (morfofunksional tipi, yüksək əsəb fəaliyyəti tipi, vegetativ əsəb nizamlanmasında üstünlük təşkil edən mexanizm və s.);
- insanın həyatında təbii-ekoloji və sosial-ekoloji mühit şəraiti (ailə-məişət və peşəkarlıq fəaliyyətində konkret həyat şəraiti);
- insanın yaş və cinsi mənsubiyyəti və sosial-iqtisadi həyat şəraiti (ailə vəziyyəti, peşəsi, ənənə, əmək və məişət şəraiti, maddi təminatı və s.).

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin