Sağlam həyat tərzinə aşağıdakı faktorlar daxil edilməlidir:
- optimal hərəkət rejimi;
- immunitet və möhkəmlik təlimi;
- psixi-fizioloji tənzimlənmə;
- psixo-seksual və cinsi mədəniyyət;
- həyatın səmərəli rejimi;
Sağlam həyat tərzi aşağıdakı məsələlərin həll olunmasını təmin edir:
- risk faktorlarının təsirini və xəstəliyi azaldır və ya aradan qaldırır, bunun nəticəsində müalicəyə sərf olunacaq xərci azaldır;
- insan həyatının sağlamlığına və ömrünün uzun olmasına səbəb olur;
- ailədə yaxşı qarşılıqlı əlaqənin olmasını, uşaqların sağlamlığını və xəstəliyini təmin edir;
- insanın özünü reallaşdırma tələbatının təmin olunmasının əsası sayılır, yüksək sosial fəallığı və sosial nailiyyətləri təmin edir;
- orqanizmin yüksək iş qabiliyyətinə, işdə yorğunluğun azalmasına, yüksək əmək məhsuldarlığına və bunun əsasında, yüksək maddi bolluğa səbəb olur;
- zərərli vərdişlərdən imtina etmək, aktiv istirahətin vasitə və metodlarından istifadə edib vaxtın səmərəli istifadəsini təşkil etməyə imkan yaradır;
- həmişə şən, xoş əhvali-ruhiyyə və optimizm təmin edir.
Uşaqlarda sağlam həyat tərzini hələ onlarda əsəb sistemi plastik olub, həyat yolu kifayət qədər davamlı olmamışdan formalaşdırmaq xüsusilə vacibdir. Bu dövrdə uşaqlarda sağlam həyat tərzini onların marağı istiqamətində yaratmaq lazımdır.
Düzgün qidalanma
Sağlam həyat tərzi dedikdə səmərəli qidalanma nəzərdə tutulur. Qida rasionunda insanın 5 əsas tərkib hissəsinə ehtiyacı var: zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlar (su nəzərə alınmır). Müxtəlif yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişə bilər. Bütün yaşlarda, xüsusən yeniyetmənin qida rasionunu maksimum meyvə və tərəvəz təşkil etməlidir. Bunlar yeməyi mineral maddələr və vitaminlərlə zəngin etməklə bərabər, asan həzmə də kömək edirlər.
Qidalanmanın düzgün rasionu hər bir yaşda vacibdir, xüsusilə də cinsi inkişaf mərhələsində. Qəbul etdiyin qida böyüməyinə kömək edir və enerji mənbəyi kimi xidmət edir. Onun komponentlər (tərkib hissələr) orqanizmində müxtəlif işi görürlər, buna görə də onların hamısı balanslaşdırılmalıdırlar. Balanslaşdırılmış qidalanma - kəmiyyət göstəricisidir: yəni, nə qədər tələb olunur, o qədər də yeməlisən. Məsələn, fiziki işlə məşğul olan insanların; yarış zamanı idmançıların; imtahanlar vaxtı şagirdlərin də xüsusi qidalanmaya ehtiyacları vardır. Bu qida asan həzm olunmalı, vitaminlərlə zəngin olmalıdır; yağlı, istiotlu yeməklər məsləhət görülmür, çoxlu çiy meyvə və tərəvəzdən istifadə etmək tövsiyə olunur.
Dostları ilə paylaş: |