cingiltilər şamanm ruhunu yüksəldir və şər qüvvələri qovurdu (5).
Yanqpana тага] dərisindən 3,5-4,5 m-ə çatan qayış da bərkidilirdi. Ayin zamanı şaman yeraltı səltənətə «yola düşərkən» bir neçə nəfər bu qayışdan
Azərbaycan Arxeologiyası 2005
Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4
yapışardılar. Hesab edilirdi ki, əgər qayış əldən çıxarsa, şaman о dünyaya gedər və qayıtmaz.
Şaman geyiminin tamamlayıcı ünsürlərindən əlcəkləri qeyd etmək olar. Parçadan və ya balıq dərisindən tikilmiş bu əlcəklərin üzərində kərtənkələ, ilan, qurbağa və hörümçək təsvirini görmək olardı ki, bunlar da yenə harnı ruhların rəmzi idi.
Xüsusi şaman ayaqqabısı haqqında çox az bilirik. Məsələn, bilirik ki, şaman Çolo Dyatala 1959-cu ildə ayin icra edərkən adi nələyin geymişdi. Ulç şamanı A.Kotkin üzərində himayədar ruhlarm təsviri yerləşdirilən adi nəleylərin ona göy üzünün sahibi Ba edeni tərəfındən əta olunduğunda israrlıdırsa (6), deməli, şamanların özünəməxsus bir ayaqqabısı olmamışdır.
Rus tədqiqatçısı Y.A.Lopatin şamanm baş örtüyü olan çalami (çalma-red.) təsvir edir.
Çalam ancaq başın təpə hissəsində otururdu. Arxadan quyruq sallanırdı. Çalam ilan, qurbağa, kərtənkələ və mozalan təsvirləriylə bəzədilirdi. Onun lap mərkəz hissəsinə isə ququ quşunım rəmzini bərkidərdilər (7).
Dini ayin icra edərkən şamanlar nadir hallarda baş örtüyündən istifadə edir, yəni ovsunu başı açıq apanrdılar. Lakin baş allaha - Ulu Toyona tərəf qalxanda onların çalamə mütləq ehtiyacı olurdu. Bu ayı quyruqlu börk daçiqda adlanırdı.
Diqqəti cəlb edən bir cəhət də baş örtüyünün şaman iyerarxiyasmda fərqli cəhətləri göstərməsidir. Nanay şamanlarının ali rütbəlisi hesab edilən kasatanın çalması onu sadə şamanlardan ciddi surətdə fərqləndirirdi. Belə ki, bu çalmanm əsasmı təpə hissədə bir-birinə culğaşan metal lentlərin üzərində bərkidildiyi metal halqa təşkil edirdi. Metal lentlərin arasında qırmızı və göy parça tikililəri olurdu. Bəzi örtüklərin əsasında parça ilə bir-birinə tikilmiş çubuq karkas dururdu. Belə karkas papağı hündürləşdirirdi. Lakin bu örtüklər çox az hallarda hazırlanırdı.
Çalmanm hazırlanmasında tülkü, ayı, canavar, yenot, porsuq və b. hey-vanların dərisindən istifadə olunurdu. Kiçik xəz dərili heyvanlardan, eləcə də pələng və samurdan istifadə qadağan idi. P.P.Şimkeviç qoldlar arasında tədqiqat apararkən bunu həmin heyvanlara yerli xalqm böyük əhəmiyyət verməsi ilə əlaqələndirir (8).
Smolyak isə belə bir nəticəyə gəlmişdir ki, bu heyvanlar, yəni dərisi istifadə edilən heyvanlar təmizdirlər; tam təminat var idi ki, belə çalmalara şər qüvvələr yaxm düşməyəcəklər (9). Buradaca qeyd edək ki, adı çəkilən müəllifin gətirdiyi dəlil çox qüvvətlidir. Əgər nəzərə alsaq ki, islam şəriə-tinə görə də möminin papağı və ya əmmaməsi təmiz heyvanın dərisindən hazırlanmalıdır, о halda dini qadağalarm tam qanunauyğunluğu ilə üst-üstə düşdüyü faktı açıq qalır. Bu sahədə məşhur tədqiqatçı Ştenberqin açıqlama-ları da fıkrimizi təsdiq edir (10).
Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4
Şaman mərasimlərinin ayrılmaz atributlanndan biri də ayinlərin icrası zamanı bəlkə də ən vacib hesab edilən bu alət şaman geyiminin bu gün aradan qalxdığı yerlərdə belə özünü qoruya bilmişdir.
Türk xalqlarında şaman qavalının hissələri, hazırlanması, istifadəsi və dəriyə çəkilən şəkillərlə bağlı bilgilər kifayət qədərdir. Şaman qavalının adı Radlovda tünür, tüngür və ya türdür. Anoxin isə tünür və ya sadəcə olaraq çalu adını hallandırır. Radlov öz sadaladığı hər üçü adın monqolcadan gəldiyini söyləyir (11).
Tədqiqatçılarm əksəriyyətinin fikrincə qavalm forması ovalvari olmuş-dur. Lakin mahiyyətcə qavalm formaları müxtəlif türk xalqlarında dəyişmiş-dir. Belə ki, Cənubi Amur ərazisində Sibir şamanlarmm qavalından fərqli olaraq yuvarlaq formaya rast gəlinməkdədir. Şorlarda qavalm hər iki forma-smdan istifadə ölunmuşdur. Nanay şamanlarının qavalları Koreya həmdinli-lərinin eyni alətilə yaxınlıq təşkil etsə də, mancurlarda o, çpx enli sağanağı ilə fərqlənir (12).
Qavalın sağanağı qaym və ya sidr ağacmdan hazırlanırdı. Bu ağac təmiz, zədələnməmiş olmalı, ona insan əli dəyməməli və hətta heyvan belə yaxm-laşmamahdır. Qavahn dərisi maral və ya dağ keçisi dərisindən hazırlanır, yeni qavala müqəddəs bir xüsusiyyət vermək üçün şaman onu ardıc tüstü-sünə tutar, üstünə kımız səpərdi.
Şaman ölərkən qavalı parça-parça edilərək məzarımn yanmdakı bir ağacdan asılırdı.
Beləliklə, Amurboyu şaman ayinlərinin qeyd etdiyimiz bir çox ünsürləri Sibirin bütün türkdilli xalqlarmm ayinləri ilə oxşarlıq təşkil edir. Buraya onu da əlavə edək ki, kunqru adlı altay termini nanay mənşəli konqo koqoroya yaxmdır (13).
Bu qartal simvolu Altay xalqlarında qavala, nanaylarda isə kəmərə bənd edilirdi (14).
Şaman geyimində təsvir olunan və nanaylarm insan həyatı ilə bağlı morso ağacı haqqında təsəvvürləri də altay və yakutlardakı kimidir(15).
Şaman geyim atributlarınm bir çoxu yalnız Amur xalqları üçün xarak-terikdir. Məsələn, yalnız Amur şamanlarmda dyörpü adlanan «əkiz» zınqı-rovlarm istifadəsini görürük. Amurda yaşayan xalqlar, о cümlədən nanaylar məhz şamanın şəxsi mülahizələrini də çox mühüm atribut sayırdılar. Bundan əlavə, Amurboyu xalqlarda, hətta şaman olmayanlar da öz evlərində müxtəlif ruhların fıqurlarını saxlayırdılar. Onların bəziləri uzun illər qorunub saxlanılıb, bəziləri isə yalnız bir dəfə-dini ayin icra etmək üçün yararlı imiş. Onları əvvəlcə tayqada açıq hava şəraitində saxlayan Amur xalqları sonralar bu məqsədlə anbarlardan istifadə etməli olmuşdular. Rus tipli evlərin ya-yılması ilə bağh olaraq sonralar bu bütlərin qorunub saxlanması üçün yaşayış binalarının damı məqsədəuyğun sayılmışdır.
ƏDƏBlYYAT
1.Смоляк А.В. Шаман; личность, функции, мировоззрение. Москва,1991,с. 220. 2.Yenə orada, s. 222.
З.Прокофьева Е.Д. Шаманский костюм народов Сибири. Сб. МАЭ. Ленинград,
1971, с. 27. 4.Смоляк А.В. Göstərilən əsəri, s. 224.
5.Токарев С.А. Религия в истории народов мира. Москва, 1964, с. 147.
6.Смоляк А.В. Göstərilən əsəri, s. 227.
7.Лопатин И.А. Гольды. Владивосток, 1922, с. 264.
8.Шимкевич П.П. Материалы для изучения шаманства у гольдов. Хабаровск,
1896, с. 13. 9.Смоляк А.В. Göstərilən əsəri, s. 230.
Ю.Штенберг Л.Я. Гиляки, гольды, орочи. Хабаровск, 1933, с. 495-496.
1 ГРадлов В.В. Опыт словаря тюркских наречий. Москва, 1963, т. III, с. 207.
12.Ионова Ю.В. Шаманство в Корее (ХГХ-начало XX вв.) // Символика культов
и ритуалов народов Зарубежной Азии. Москва, 1980, с. 13. 13.Штернберг Л.Я. Культ орла у сибирских народов. Сб. МАЭ. т. V, вып. 2,
Ленинград, 1925, с. 735. 14.Смоляк А.В. Göstərilən əsəri, s. 250.
15.Чанчиева А.В. О современных религиозных пережитках у алтайцев. Этнография народов Алтая и Западной Сибири. Новосибирск, 1978, с. 93-94.
Dostları ilə paylaş: |