14 Ş KÖMƏKÇİ tariXİ FƏNLƏR



Yüklə 271,09 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü271,09 Kb.
#110473
1   2   3
etmək

olar:

  1. kəmər;

  2. sinə, kürək və ya eləcə kəmərdən asılan toli adlı metal lövhəciklər;

  3. toxmaqlı qaval, müxtəlif əl ağacları;

  4. müqəddəs dirəklər (1).

Təbiidir ki, müxtəlif ərazilərdə yaşayan xalqlarda şamanın mərasim geyimi də bir-birindən fərqli olmuşdu. Ümumi olan cəhət tuman və gündəlik xalatın cübbönin üstündən geyilən qısaqol və ya qolsuz idi. (köynək kimi -redaktor) Uzaq Şərqdə və Cənubi Altayda şaman cübbəsi kətandan hazır-lanır. Tək-tək hallarda ipəkdən də hazırlanan bu cübbələrin ətəyi bəzən yerə dəyirdi. Cübbə şamana daha ciddi görkəm verərək, onun ekstaz vəziyyətini stimullaşdırırdı. Cübbənin üzərində şamam hifz edən saysız-hesabsız ruhla-rm təsvirini sezmək olardı.

Amur şamanlarmda dirsək hissəsinə müxtəlif rəngli parça qırıqları, lentlər tikilmiş, ətəyi dizə çatmayan sadə cübbələrdən istifadə olunmuşdu. Bəzən elə həmin nahiyədən sapla dekteçe adlanan ördək və ya toyuq lələyi asılırdı. Hesab olunurdu ki, onlar çalağan və ya qartalı simvolizə edir. Ördək




Azərbaycan Arxeologiyası 2005 *

Azerbaijan Archeology Vol.: 7 Num.: 1-4



lələyi və ya qanadı şamanın kürəyinə də bənd edilirdi. Təsadüfı deyil ki, nanaylarm deyimində belə bir həqiqət ifadə olunmuşdur: «ördək qanadını şamanın kürəyinə ona görə bərkidirlər ki, o, uça bilsin». Sayqor adlı bir şa-manın sözlərinə görə bu cür qeyri-adi ünsürlərlə tamamlanan cübbələr şa-manın özünün sağalmasına xidmət edir (2). Bəzi şamanlar, məsələn, nanay Molo Oninka belə hesab edir ki, şamanlar ilahi himayədardan ərməğan aldıq-ları gözəgörünməz dəmir cübbədə ayin icra edirdilər.

Məlumdur ki, Sibir xalqlarmın bir çoxunda şaman ləbbadəsi quşları xatırladır (3). Ola bilsin ki, ördək və toyuq loləyindən və qanaddan istifa-dənin ozü də bu məqsədə xidmət edir.

Cübbənin üstündən həm kişi, həm də qadın şamanlar tetun adlanapı köynək və xosian adlanan raman geyirdilər. Tetunu kətandan hazırlayır, nadir hallarda onun üzərinə köməkçi ruhlarm təsvirini çəkirdilər. Bəzən tetunun ətəyindən yerə qədər it və ya porsuq xəzindən emal edilmiş saçaqlar sallanırdı. Bəzi məlumatlara görə porsuq və ya dələ dərisindən hazırlanmış xəz haşiyəli tuman upsiyə adlanır və onu qadınlar geyirdi.

Şaman geyimlərinin hazırlanması prosesini özü nanaylarda xüsusi bir şaman ayininin icrası demək idi. Yenicə tikilmiş paltarı taxtın üzərinə sərir, daha sonra donuzu kəsir və başmı taxtın üzərinə qoyurdular. Onlarm upsiyə-yə bənd etdikləri müxtəlif rəngli lentlərin hər birindən şaman tərəfındən mə-rəzdən xilas olmuş nə azı 9 ziyarətçinin verdiyi parça qırıqlarının sallandığmı görmək olardı (4). Bununla da lent şamanın sağlamlığı üçün mühüm əhəmiy-yəti olan magik bir şəfaverici güc qazanırdı. Bəzən şaman ayin zamanı lent-lərdən birini xəstə uşağa əta edərdi.

Şamanlarm- döşlükləri də müalicəvi əhəmiyyətə malik idi. Döşlüyün daha uzun hissəsi sinəni tutur, qalan hissəsi isə kürək nahiyəsinə atılırdı. Döşlüyün uc hissəsi ilan başı şəklində biçilir və onun üzərində müxtəlif hami-ruhların təsviri əks olunurdu. Əgər bir döşlük kömək etməzdisə, şaman daha bir neçə belə döşlük geyər, onların sayını 9-a, hətta bəzən 18-ə çatdı-rardı.

Şaman geyiminin çox vacib bir ünsürü cübbənin üzərindən vurulan yangpan adlı kəmər idi. Nanaylar və ulçlar onu 12-18sm enində dəridən ha-zırlayırdılar. Bu kəmərə bir neçə cərgə xırda qayışcıqlar bənd edilirdi ki, bunlardan da konusvari metal lövhəciklər, təbilciklər, zmqırovlar, güzgü hesab edilən kiçik ölçülü metal dairəciklər asılardı. Itirilmiş əşyalarm əvəzinə hər hansı metal hissəciyi, hətta bəzən çox ağır maşın hissələri, cəftə və s. asılırdı. Kəmərin ümumi ağırlığı 4-5 kq-a çatırdı. Dini ayinlər zamanı rəqs edən şamanın çıxartdığı cingiltilər bununla bağlı idi. Ehtimal olunur ki, bu


Yüklə 271,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin